Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yatırım
== Sərmayə == === Sərmayə və ya kapital və ya anavar === İqtisadiyyat elmində mal çıxarmaq üçün istifadə qurğu, fabrik kimi fiziki vasitələrdir. İqtisadiyyat elmindəki sərmayə anlayışı ilə maliyyə elmindəki sərmayə fərqlidir. Maliyyədə, sərmayə anlayışı, fiziki sərmayə üzərindəki mülkiyyət haqqını ifadə edər. Pula çevrilə bilən bon, səhm kimi dəyərlər də sərmayə olaraq qəbul edilir. == Kapital == 1. gəlir gətirmək qabiliyyəti olan hər şey və ya əmtəə xidmətlərin istehsalı üçün insanların yaratdığı resurslar; 2. istehsal vasitələri formasında hər hansı bir işə qoyulan fəaliyyətdə olan mənbə; 3. izafi dəyər, gətirən dəyər öz-özünə artan dəyərdir; 4. investorun, yaxud digər payçıların, şirkətin, müəssisənin aktivində öhdəliklər çıxılmaqla, pul ifadəsində payı; 5. fiziki və hüquqi şəxsin xalis aktivlərinin məcmusu, yəni öhdəlikləri çıxılmaqla ümumi aktivlərin məcmusu; 6.
Qazaxıstanda qız qaçırtma
Qız qaçırtma (qaz. қыз алып қашу) — qazax toy ənənələrindən biri. Müasir Qazaxıstan ərazisində məcburi evlilik praktikası qədim dövrlərdə yaranmışdır və bu günə qədər mövcuddur, baxmayaraq ki, Sovet dövründə bu fenomenin yoxa çıxdığı hesab olunurdu. Həqiqi qaçırma ilə yanaşı, tərəflərin qarşılıqlı razılığı ilə "qaçırma" təqlidi praktikası da mövcuddur. == Tarixi == === Keçmişdə === Evlilik məqsədi ilə edilən qədim qız qaçırma ənənəsi patriarxatın ortaya çıxmasına aiddir. Orta Asiya və Qazaxıstanda qız qaçırma nadir hallarda baş verirdi. Adətən belə hadisə valideynlər evliliyə razı olmadıqda və ya toyu çox gecikdirəndə baş verirdi. Qazaxlar arasında üstünlük təşkil edən evlilik forması elçilik (kudalık) və sonradan gəlinin "alınması" üçün verilən qalımdan ibarət idi. Hüquqi adətdə qazaxlarda müxtəlif münasibətlə qarşılanan fərqli qız qaçırma növləri var idi. Gəlinin adaxlı olduğu və onun atasının elçilik şərtlərini pozduğu halda, bu cür qız qaçırması (gənclər "qaçırma"ya əvvəlcədən razıllıq verirdilər) ağır cinayət hesab edilmirdi.
Qız qaçırtma (film, 2017)
Qızqaçırtma — 2017-ci ildə çəkilmiş Azərbaycan komediya filmi. == Məzmunu == "Siz sevin, biz qaçırarıq". Sloqandan göründüyü kimi, sevənləri qovuşduran, sifarişlə qız qaçıran şirkətin işçiləri filmimizin əsas qəhrəmanlarıdırlar. Uzun illərdir şirkətdə işləyən Məlik və Məmməd bir gün çətin sifariş alırlar. Varlı bir ailənin qızını sevən Gündüz, qızın atasından razılıq ala bilmədiyi üçün, tək çarə olaraq sevdiyi Günayı qaçırtmaq üçün, qəhrəmanlarımızın şirkətinə müraciət edir. Günayın çox ciddi qorumalar tərəfindən nəzrarətdə olması bu qaşırtma işini çətinə salır. Bunun üçün, Məlik və Məmməd, Qırğızıstanda bu işlə məşğul olan həmkarları Təzəkişini kömək üçün çağırırlar. Bütün hazırlıqlardan sonra min əziyyətlə qızı qaçırdan qəhrəmanlarımızı bir sürpriz gözləyir. Onların qaçırtdığı qız əslində Günay yox, onun əkiz bacısı Gülaydır. Öz başlarına yeni iş açan qəhrəmanlarımız, indi qızları dəyişməli və onların atasının təqibindən qaçmalıdırlar.