YATIRTMAQ

icb.
1. Yuxuya vermək, yatmağa məcbur etmək.
Xavər bütün günü ağzına çörək dəyməmiş Azadı dilə tutaraq təzəcə yatırtmışdı. M.İbrahimov.

2. Aşağı əymək, aşağı sallamaq, səmtinə görə əymək, yatıq hala salmaq.
Meynəni pəncərə tərəfə yatırdın! – Şiraslan … üzüyuxarı, qabaran saçlarını, bir anlığa da olsa, dala yatırtdı. S.Rəhimov.

3. məc. Sakit etmək, hirsini soyutmaq, həyəcanını azaltmaq.
[Südabənin anası:] …Axırda hər yandan qarğa-quzğun kimi dövlətlilər tökülüb şeyxi yatırtdılar. M.İbrahimov.

4. Təsirini azaltmaq. Çay insanın susuzluğunu yaxşı yatırdır.
5. Fəaliyyətini, işini dayandırmaq; bağlamaq.
Min doqquz yüz beşinci ilin yanvar ayında qəzetənin təzə il üçün abunəsi hər yandan şirin gəldiyi bir vaxtda Məhəmmədağa qəzetəni yatırtdı və başladı Bakıya köçməyə hazırlaşmağa. C.Məmmədquluzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YATIRTMAQ uyutmaq
  • YATIRTMAQ sakitləşdirmək — yavaşıtmaq
YATIRTMA
YATIŞ

Digər lüğətlərdə

...о́рг безголо́сица загусте́ть изжёвываться моты́жить пе́йджер просро́чить счища́ть сыромя́тина абитурие́нтский водосвя́тие заква́шиваться наха́живать пове́сточка становле́ние бендюг жестокий чох-мох ни понимаеть apneusis area salesman colley isotron May Queen piston бумагодержатель