Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Yaxınlıq sensoru
Yaxınlıq sensoru (ing. Proximity sensor) obyektə toxunmadan onun yaxınlaşmağını, mövcudluğunu hiss edən həssas qurğudur. Bir çox istehsal proseslərində istifadə edilir. == Növləri == 3 tipi var: induktiv, maqnetik və tutum.İnduktiv yaxınlıq sensorların ucunda dolaq yerləşir. Bu dolaq yüksək tezlikli maqnit sahəsi yaradır. Metal cisim bu maqnit sahəsinə yaxınlaşdıqda metalda induksiya olunan cərəyan sensorda rəqslərin dayanması və ya azalması ilə nəticələnir və termal itkiyə səbəb olur. Bu dəyişiklik həssas dövrə vasitəsilə müəyyən olunur, çıxış dövrəsini aktivləşdirir.Tutum yaxınlıq sensorları cisim və sensor arasındakı elektrostatik tutumun dəyişməsini müəyyən edir. Sensorun hiss etmə sahəsinə cisim yaxınlaşdıqda dielektrik xassəsi göstərir və beləliklə, tutum dəyişir. == Xüsusiyyətləri == Yaxınlıq sensorları limit sviçdən fərqli olaraq heç bir mexaniki kontakt olmadan obyekti müəyyən edə bilir. Kontaktsız işləmə xüsusiyyəti onların işləmə müddətinin artmasına səbəb olur.
Yansızlıq
Bitərəflik — beynəxalq hüquqda müharibədə iştirak etməməkdir, sülh zamanını isə hərbi alyanslarda iştirak etməməkdir.
Yasaqlıq
Yasaqlıq (lat. reservare — qorumaq)– təbiətin ən qədim mühafizə olunan yasaqlıqlar hansı təşkilatın ərazisində yerləşirsə həmin baxır, məs. fermer, meşə təsərrüfatı və s. Yasaqlıq daimi ola bilər. Qoruma rejimi tətbiq olunursa, yasaqlıqda istirahət evləri, turist bazaları tikilə bilər. Lakin hər bir istirahət edən və ya turist özünün yasaqlıqda olduğunu bilməli və onu əhatə edən təbiətlə ehtiyatla davranmalıdır. Yasaqlıqda ov etmək, balıq tutmaq, yer şumlamaq, meşə qırmaq, mal-qara otarmaq, meyvə, [[Giləmeyvəli alma|gilələr yığmaq və ya qismən icazə verilə bilər, yaxud da tamamilə qadağan olunur. Yasaqlıqda bütün təbii kompleks deyil, onun ayr(bitki örtüyü, heyvan, quş və balıq növləri, nadir mağaralar, qeyri adi hidroloji rejimi ilə fərqlənən göllər, turizm və istirahət əhəmiyyətli mənzərəli yerlər, faydalı qazıntı, həmçinin tarixi xatirə əhəmiyyəti olan ərazilər və s.) mühafizə edilir. == Respublikamızdakı yasaqlıqlar == Azərbaycanda ilk yasaqlıq 1961-ci ildə yaradılmışdır. 1993-cü ilə qədər yasaqlıqların yaradılması prosesi davam etdirilmişdir.