Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qüvvətə yüksəltmə
Qüvvətə yüksəltmə — həqiqi ədədin özünə neçə dəfə vurulmasını göstərən riyazi əməliyyat. == Natural qüvvət == a b = a × ⋯ × a ⏟ b {\displaystyle a^{b}=\underbrace {a\times \cdots \times a} _{b}} bu ifadə a ədədinin b-inci dərəcədən qüvvəti adlanır.Xüsusiyyətlər: ( a b ) n = a n b n {\displaystyle \left(ab\right)^{n}=a^{n}b^{n}} ( a b ) n = a n b n {\displaystyle \left({a \over b}\right)^{n}={{a^{n}} \over {b^{n}}}} a n a m = a n + m {\displaystyle a^{n}a^{m}=a^{n+m}\!} a n a m = a n − m {\displaystyle \left.{a^{n} \over {a^{m}}}\right.=a^{n-m}} ( a n ) m = a n m {\displaystyle \left(a^{n}\right)^{m}=a^{nm}} bu eyniliydə a n m {\displaystyle a^{n^{m}}} assosiativlik xüsusiyyətinə malik deyil, yəni, ( a n ) m ≠ a ( n m ) {\displaystyle (a^{n})^{m}\neq a^{\left({n^{m}}\right)}} . ( a n ) m {\displaystyle (a^{n})^{m}} yazılışa uyğun olaraq nümunəvi ifadənin qiyməti, ( 2 2 ) 3 = 4 3 = 64 {\displaystyle (2^{2})^{3}=4^{3}=64\!} olacaq, amma a ( n m ) {\displaystyle a^{\left({n^{m}}\right)}} yazılışına əsasən nümunəvi ifadənin qiyməti 2 ( 2 3 ) = 2 8 = 256 {\displaystyle 2^{\left({2^{3}}\right)}=2^{8}=256} olacaq.Ona görə də a n m {\displaystyle a^{n^{m}}} və ya a ( n m ) {\displaystyle a^{\left({n^{m}}\right)}} yazılışını sadəcə olaraq ( a n ) m {\displaystyle (a^{n})^{m}} kimi və ya yuxarıdakı xassələrə əsasən a n m {\displaystyle a^{nm}} kimi yazmaq olar. dərəcəyə yüksəltmə kommutativ (yerdəyişmə) xüsusiyyətə malik deyil: yəni, a b ≠ b a {\displaystyle a^{b}\neq b^{a}} , məsələn, 2 5 = 32 {\displaystyle 2^{5}=32} , amma 5 2 = 25 {\displaystyle 5^{2}=25} .
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) - kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Dəniz səviyyəsinin yüksəlməsi
Dünyada dəniz səviyyəsinin yüksəlməsi, təxminən, 20-ci əsrin əvvəllərində başladı. 1900-2016-cı illərdə dəniz səviyyəsi bütün dünyada 16-21 sm-ə qədər yüksəldi. Peyk radar ölçmələrindən əldə edilən daha dəqiq məlumatlar 1993-cü ildən 2017-ci ilə qədər dəniz səviyyəsinin 7.5 sm yüksəldiyini ortaya çıxardı,:1554 bu da hər 100 ildə 30 sm artış trendinin olduğunu göstərir. Bu yüksəlişin əsas səbəbi dəniz suyunun termik genişlənməsini artıran və örtük buzlağı və buzlaqları əridən, insanın səbəb olduğu qlobal istiləşmədir. 1993-2018-ci illərdə okeanların termik genişləməsi dəniz səviyyəsinin yüksəlməsinin 42%-ni, mülayim buzlaqların əriməsinin 21%-ni, Qrenlandiyadakı buzlaqların əriməsinin 15%-ni və Antarktidadakı buzlaqların əriməsinin 8%-ni təşkil edir. İqlimşünas alimlər 21-ci əsrdə bu rəqəmlər daha da artacağını gözləyirlər.:62Dəniz səviyyəsinin gələcəyini layihələndirmək çətindir, buna səbəb iqlim sisteminin müxtəlif aspektlərinin kompleks olasıdır. Keçmiş və indiki dəniz səviyyəsi ilə bağlı iqlim tədqiqatları inkişaf etmiş komputer modellərini artırdıqca, proyeksiyalar da buna uyğun olaraq artmışdı. 2007-ci ildə İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panel (İDHP) 2099-cu ilin sonuna qədər dəniz səviyyəsinin ən yüksək təxmin kimi 60 sm-i qəbul etsə də, 2014-cü il hesabatında bu təxmin 90 sm-ə yüksəldi. Sonralar aparılan bir sıra araşdırmalar qlobal dəniz səviyyəsinin 200-270 sm-ə qədər yüksəlməsinin "fiziki olaraq mümkün olduğunu" göstərdi. Uzun dövrlü proyeksiyaların konservativ təxminə görə, 2000 illik periodda temperaturun hər bir Selsi dərcə artışı dəniz səviyyəsini təqribən 2.3 metr artırır, misal olaraq iqlim süstlüyü göstərilə bilər.
Yüksəltmə (elmi fantastika)
Yüksəltmə və ya aplift (ing. uplift) – daha inkişaf etmiş bir irqin nisbətən daha az inkişaf etmiş bir irqin təkamül prosesinə müdaxil edərək həm texnoloji, həm də intellektual cəhətdən "yüksəltməsi" ilə xarakterizə olunan elmi fantastika motivi. Yüksəltmə konsepsiyası əsasən planetlərarası irqlərin münasibətindən bəhs edən elmi fantastika əsərlərində daha populyar olsa da, bəzən planetdaxili irqlər arasındakı münasibətlərdə də istifadə olunur. == Tarixi == Yüksəltmə motivinin istifadə olunduğu ən qədim nümunə Herbert Uells tərəfindən 1896-cı ildə yazılmış "Doktor Moronun adası" romanıdır. Bu əsərdə Doktor Moro müxtəlif cərrahi proseslərlə heyvanları insanlaşdırmağa çalışır. Bu əsər "İtmiş ruhların adası" (1932) kimi bir çox film adaptasiyası üçün ilham mənbəyi olmuşdur.Kino dünyasında tanınan ən məşhur yüksəltmə hekayəsi 1968-ci ildə çəkilmiş "2001: Kosmik Odissey" filmidir. Filmdə yadplanetlilər insan təkamülünə müdaxil edirlər. Film Artur Klarkın "Qoruyucu" (1951) adlı qısa hekayəsindən təsirlənərək yazılsa da, Klark 1968-ci ildə filmin hekayəsini romanlaşdırmışdır. Klarkın 1953-cü ildə yazdığı "Uşaqlığın sonu" romanı da yüksəltmə konsepsiyasına malikdir. Bu romanda yadplanetlilər insanların sosial və bioloji təkamülünə müdaxilə edirlər.Kordvayner Smitin "Bəşəriyyərin instumentallığı" əsərində heyvanlar insan səviyyəsinə gətirilərək kölə kimi işlədilir.
Bir daha yüksələn bayraq (film, 1990)
Bir daha yüksələn bayraq qısametrajlı sənədli filmi rejissor Tofiq Məmmədov tərəfindən 1990-cı ildə çəkilmişdir. "Salnamə" sənədli filmlər studiyasında istehsal edilmişdir. Film Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılması haqqındadır. == Məzmun == Film Azərbaycan Demokratik Respublikasının dövlət atributlarının yenidən özünə qaytarılması haqqındadır.
Bir kərə yüksələn bayraq, bir daha enməz
Bir kərə yüksələn bayraq, bir daha enməz — XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının əsas şüarı. Şüar Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının Rəyasət Heyətinin sədri (may-dekabr 1918) Məhəmməd Əmin Rəsulzadəyə məxsusdur. == Tarixi == Birinci Dünya müharibəsinin sonuna yaxın Rusiya imperiyası parçalandı. İmperiyanın tərkibində olan Cənubi Qafqaz bölgəsi də müstəqil dövrünə qədəm qoydu. Cənubi Qafqazda yaşayan üç əsas millət birləşərək ümumi Zaqafqaziya Federasiyasını yaratdılar, lakin onun ömrü uzun sürmədi. Belə ki, Müstəqil Azərbaycan dövlətinin yaranması Zaqafqaziya Demokratik Federativ Respublikasının parçalanması nəticəsində baş verdi. 1918-ci il may ayının 27-də artıq keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti müzakirə etmək üçün fövqəladə iclas çağırdı. Uzun sürən müzakirələrdən sonra Müvəqqəti Milli Şura yaratmaq qərara alındı. Müvəqqəti Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri vəzifəsinə Məhəmməd Əmin Rəsulzadə (Müsavat Partiyasının MK sədri), İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi.1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclası keçirildi və iclasda Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu.