YEKƏLMƏK

f. Yekə olmaq, həcmcə, boyca artmaq. Bağda ağaclar lap yekəlmişdir. Qarnı yekəlmək.
// Böyümək, yekələşmək.
Yaşar da ata-anasının və mülayim nənəsinin, bir də Səlimin məhəbbəti ilə boy atıb yekəlirdi. S.Rəhimov.

2. məc. Qürurlanmaq, iftixar etmək (çox vaxt “dağ boyda”, “dağ kimi” sözləri ilə).
[Bazarbaşı:] Mirzə canı, mən Hacı ağanı görəndə inan ki, dağ boyda yekəlirəm. P.Makulu.

Sinonimlər (yaxın mənalı sözlər)

  • YEKƏLMƏK YEKƏLMƏK [Safo:] Axı Şamo körpəliyindən onun-bunun qapazı altında yekəlibdir (S.Rəhimov); BÖYÜMƏK Girdiman dağlarının təmiz havasında böyümüş bu qocan
  • YEKƏLMƏK artmaq — böyümək — çoxalmaq
YEKƏLMƏ
YEKƏLTMƏ

Digər lüğətlərdə