Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Çubuqluca
Çubuqluca (lat. Philadelphus) — zoğalçiçəklilər sırasının hortenziyakimilər fəsiləsinə aid bitki cinsi.
Enliyarpaq çubuqluca
Philadelphus pubescens (lat. Philadelphus pubescens) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerika-Tennessidən başlayaraq Alabama və Arkanzasa qədər yayılmışdır. Qərbi Sibirdə, Orta Asiyada mədəni halda geniş becərilir. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Gövdəsinin qabığı möhkəm, zəif çatlayan, lakin soyulmayan və ya zəif soyulan, açıq boz rəngdir. Çiçəkləyən zoğlarının yarpaqları yumurtavari, ellips və ya yumurtavari-neştər formasında olub, uzunluğu 4-10 sm, eni 3-4 sm-dir. Uc tərəfdən sivri və ya iti, qaidəsi dairəvi və pazvaridir. Yarpaqların kənarları seyrəkdişli və ya tamkənarlı, üst tərəfdən tünd yaşıl və çılpaq, alt tərəfdən isə sarımtıl tükcüklərlə örtülmüşdür. May-iyun aylarında çiçəkləyir.
Yemək çubuqları
Yemək çubuqları ya Çapstiklər (ing. Chopsticks) — qısa quşburun bərabər uzunluqlu cüt istifadə olununan çubuqlardır ki Çin, Monqolustan, Yaponiya, Koreya, Vyetnamda və Laos, Tayland və Myanmanın şimal əyalətlərinə ənənəvi yemək alətləri kimi istifadə olunur. Ümumiyyətlə qədim Çində başlanğıcının qoyulması inanılır. Yemək çubuqları ən çox, ağac, bambuk və ya plastikdən hazırlanır, amma metal, sümük və fildişindən də hazırlanır. Yemək çubuqlarına Yaponca haşi (箸), Koreyaca jeotqarak (젓가락) və Çincə kuaizi (筷子) deyilir. == İstifadə texnikası == Yemək çubuqları əsas əldə baş barmağ ilə barmağlar arasında saxlanılır və qida parçaların qaldırmaq üçün istifadə olunur. Aşağı yemək çubuğu sabitdir və baş barmaq bazası və üzük barmağının üst qisimi aralarında yerləşdirilir, yuxarı yemək çubuğu isə baş barmaqın üst qisimində və orta və işarə barmaqlarında yerləşdirilir və qida qaldırmaq üçün hərəkət etdirilir. == İstinadlar == == Xarici keçidlər == A gallery of chopstick images Bring Your Own Chopsticks Movement Gains Traction in Asia Arxivləşdirilib 2007-03-07 at the Wayback Machine, article examining the link between chopsticks and deforestation How to use Chopsticks?
Çaltəhər çubuqluca
Çaltəhər çubuqluca (lat. Philadelphus incanus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Çində yayılmışdır. Qərbi Avropa və Şimali Amerikada mədəni halda becərilir. == Botaniki təsviri == Hündürlüyü 3-5 m olan koldur. Zoğları az tüklü, sonradan çılpaqlaşır. Qabığı yaşlı budaqlarda qonur, çatlayan və soyulandır. Yarpaqları uc tərəfdən sivri, qaidəsi enli-pazvari və ya dairəvi, kənarları boz qılçıqlarla örtülmüşdür. İyun ayının ortalarında çiçəkləyir. Çiçəkləri ağ, qoxusuz, diametri 2,5-3 sm olub, 5-7 ədədi çiçək salxımında toplanmışdır.
Çoxçiçəkləyən çubuqluca
Philadelphus hirsutus (lat. Philadelphus hirsutus) — hortenziyakimilər fəsiləsinin çubuqluca cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerika və Cənubi Asiyada təbii halda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 3 m olan koldur. Gövdələrin qabığı şabalıdı-qonur rəngli, çatlayan və soyulandır. Özəkləri 6 tilli, enli və boşdur. Tumurcuqları kiçik, kirəmit şəklində düzülmüş pulcuqlara malik olub, adətən konusşəkilli yarpaq köbəcikləri ilə örtülmüşdür. Yarpaqları yumurtavari və ya neştərvari, tamkənarlı və ya dişli, nazik və ya bir qədər dərivaridir. Üst tərəfdən çılpaq, bəzən damarlar boyu tükcüklər müşahidə edilir. Yarpaqları açıq yaşıl, payızda isə sarımtıl rəngdə olur.