Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arianlıq
Arianlíq — IV—VI yüzilliklərində yaranan və İsanın təbiətinin Ata tərəfindən yaradılmış olduğunu iddia edən xristian təlimlərdən biri. Təlimin yaradıcısı İskəndəriyyə keşişi Arius (q. yun. Ἄρειος, ö. 336) olmuşdur. Arianlıq öncə Roma imperiyasının Şərq vilayətlərində yayılmışdır. Sonra imperator Konstantindən sonra II Valentin dövrüvə qədər, daha sonra isə Alman kralıqlarında rəsmi dövlət statusunda olmuşdur. Sonda ortodoks kilsələrlə mübarizədə məğlub olmuşdur, tarixdən silinmişdir. == Yaranma öncəki olaylar == IV əsrin əvvəllərində, Roma imperiyasında Xristianlığa, əvvəlcə, başqa dinlərlə bərabər hüquqlar verilmişdi, sonra isə bu din imperiyanın rəsmi dininə çevrilmişdir. Xristianlığın dövlət dini səviyyəsinə qaldırılması imperator Konstantinusun adı ilə bağlıdır.
Ziyanlıq
Ziyanlıq - Azərbaycanda insanlar arasında tarixən formalaşmış qarşılıqlı yardım formalarından biridir. == Ziyanlıq adətinin formaları == Azərbaycan xalqının məhəlli xarakter daşıyan qarşılıqlı yardım formaları sırasında "ziyanlıq" adətinin xüsusi yeri vardır. "Ziyanlıq" qarşılıqlı yardım forması Şirvan bölgəsinin kənd icmalarında əsasən əkinçiliklə məşğul olan əhali arasında meydana gəlmiş və yayılmışdı. Çünki əkinçiliklə məşğul olan əhali arasında çoxlu mal-qarası olan adam az tapılardı. Yalnız kənd icmalarının yuxarı təbəqəsini təşkil edən ailələrin ixtiyarında çoxlu miqdarda qaramal və qoyun sürüsü olardı. Kənd icmalarının əksəriyyətini təşkil edən yoxsul və ortabab kəndli ailələrinin ixtiyarında isə yalnız ailənin daxili tələbatını ödəmək üçün lazım olan miqdarda inək və ya camış olurdu. Bəziləri 10-15 baş qoyun saxlayırdı. Yoxsul kəndlilərin əksəriyyətinin öküz və kəl kimi qoşqu heyvanı olmurdu. Odur ki, öz əkin sahələrini şumlamaq üçün 5-6 ailə öz qoşqu heyvanları ilə birlikdə bir kotan ətrafında birləşib şəriklik təşkil edirdilər. Əhalinin bu təbəqəsi üçün bir baş mal-qaranı itirmək böyük itki hesab olunurdu və onun təsərrüfatına böyük zərər vura bilərdi.
Üryandağ
Üryandağ - Xocavənd rayon mərkəzindən 9 km cənubda, Füzuli rayonunun Yuxarı Veysəlli kəndi ilə həmsərhəd ərazidə qeydə alınan dağ. == Haqqında == Dağın maksimal hündürlüyü 580 metrdir. Oronim tərkibindəki üryan sözü ərəb dilində "lüt, çılpaq" anlamındadır. Dağda ağac, kol bitmədiyi və yaşllıqdan heç bir əlamət olmadığı üçün toponim belə ad almışdır.