Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Sonsuz dövr
Sonsuz dövr (ing. infinite loop, rus. бесконечный цикл, türk. sonsuz döngü) – semantik və ya məntiqi yanlışlıqlara görə normal şəkildə başa çata bilməyən dövr; həmçinin, qəsdən aşkar başaçatma şərti olmadan yazılmış, lakin kənar müdaxilə ilə başa çatdırılan dövr. Bax: LOOP, SIDE EFFECT. #include <stdio.h> main() { while(1) { printf("Infinite Loop\n"); } } == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s. == Xarici keçidlər == Make an infinite loop in several languages, on programming-idioms.org.
Sonsuz düyüm
Sonsuz düyüm və ya daimi düyüm xüsusilə Tibet, Monqolistan, Tıva, Kalmıkiya, Buryatiya kimi Tibet Buddizminin təsirə malik olduğu ərazilərdə mühüm mədəni simvoldur. == Mənası == Buddizmdə sonsuz düyüm kəsişərək düzbucaqlar əmələ gətirən xətlərdən ibarət qapalı, qrafik ornamentdir. Bu işarənin əvvəli və ya sonunun olmaması Buddanın sonsuz müdrikliyini və mərhəmətini təcəssüm etdirir. Bu simvol əbədiyyəti mövcudluğun əsas reallığı olaraq göstərir. Xətlərin kəsişməsi bütün hadisələrin bir-birləri ilə səbəb və nəticə əlaqəsi kimi güclü bir əlaqə ilə bağlı olmasını təmsil edir. İşarədə heç bir boşluq olmadan bütün kompozisiyanın qapalı olması sadəliyin və tamamilə tarazlaşdırılmış ahəngdarlığının təsviri formasıdır.
Xovsuz xalça
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Xovsuz xalçalar
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Sonsuz meymun teoremi
Sonsuz meymun teoremi — bir yazı makinasının düymələrinə sonsuz bir müddət boyunca təsadüfi şəkildə basan bir meymunun müəyyən bir mətni (məsələn Vilyam Şekspirin bütün əsərlərini) demək olar ki tam dəqiq olaraq yaza biləcəyini iddia edən riyaziyyat teoremidir. Burada "meymun" sözü həqiqi bir meymundansa, təsadüfi hərflərdən ibarət olan bir təsadüfi ardıcıllığı sonsuzadək davam etdirə bilən bir obyekti ifadə edir. Teorem çox böyük, amma sonlu bir ədəd xəyal edərək sonsuzluq haqqında fikir yürütmənin risklərinə diqqət çəkir. Bir meymunun Şekspirin Hamleti kimi bir əsəri tamamən eyni formada yaza bilmə ehtimalı o qədər kiçikdir ki, bu hadisənin kainatın yaşı miqdarında bir vaxtda həyata keçmə şansı çox azdır, amma sıfır deyildir. Teoremin çox və ya sonsuz sayda printer olan versiyaları olduğu kimi, hədəf mətnin böyüklüyü də bütün bir kitabxana ilə tək bir cümlə arasında da dəyişə bilir. Teoremin kökləri Aristotelin 'Yaranma və Dağılma' və Siseronun 'De natura deorum' adlı əsərləri ilə Blez Paskal və Conatan Sviftin düşüncələrinə əsaslanır. ..... Yazı yazan meymunlara olan xüsusi maraq televiziya, radio, musiqi və İnternetdəki bir çox misaldan görünə bilir. 2003-cü ildə altı kəkilli qara meymunla (Macaca nigra) bir sınaq həyata keçirilmişdir, lakin ortaya çıxmış kağız 'S' hərfinin üstünlük təşkil etdiyi beş səhifəlik bir yazı nümunəsi olmuşdur. == Həll == === Sübut === Teoremin olduqca başa düşülən bir sübutu vardır.
Sonsuz dəhliz (film, 2015)
Sonsuz dəhliz (ing. Endless Corridor) — litvalı rejissor Andreas Brokasın Xocalı qırğınından söz açan sənədli filmi. Film Leyla Əliyevanın təşəbbüsü ilə Xocalıya ədalət! təbliğat kampaniyası çərçivəsində hazırlanmışdır. == Məzmun == Film litvalı jurnalist Riçard Lapaitisin Xocalıya səyahəti kimi təqdim olunur. 23 il əvvəl hərbi müxbir olan R.Lapaitis Dağlıq Qarabağ münaqişəsini və qanlı soyqırımı aktını işıqlandırıb. O, Xocalıda kütləvi qətliamdan sağ çıxmış insanlarla görüşüb. O, ermənilərin atəşi altındakı “sonsuz dəhliz”də özünə nicat yolu axtararkən yaxınlarını itirənlərin ürəkdağlayan hekayələrini dinləyib. Filmin müəllifi bu soyqırımının təşkilatçıları və səbəbkarları — erməni hərbi komandirləri ilə də söhbət edib. Onlar qəddar hücum strategiyalarından danışaraq, mülahizələrini bölüşüblər.
Göylər sonsuz bir dənizdir. Birinci film. Leyla (film, 1995)
== Məzmun == == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Mətni oxuyan: Nazim Rza İsrafiloğlu Məsləhətçi: Məzahir Abbasov Mahnının ifacısı: Flora Kərimova == İstinadlar == == Mənbə == Nazim Rza. “Üçüncü dalğanın meridianlarında”.
Göylər sonsuz bir dənizdir. İkinci film. Züleyxa (film, 1995)
== Məzmun == Azərbaycanın qəhrəman təyyarəçilərinə həsr olunan filmin ikinci hissəsində Azərbaycanın ilk qadın hərbi təyyarəçisi, aviasiya kapitanı, Bakı aeroklubunun yetişdirməsi, Jukovski adına hərbi-hava akademiyasının məzunu, İkinci Dünya müharibəsi illərində 500-ə qədər döyüş əməliyyatının bilavasitə iştirakçısı Züleyxa xanım Seyidməmmədovadan bəhs edilir. == Film haqqında == Film faşizm üzərində qələbənin 50 illiyi münasibətilə çəkilmişdir. Filmdə səslənən mahnının bəstəkarı Tofiq Babayev, sözlərin müəllifi A. Rəsuldur. Mahnını ifa edən Flora Kərimovadır. Filmdə Azərbaycan Respublikası Dövlət kino-foto-fono arxivinin və şəxsi arxiv materiallarından istifadə olunmuşdur. Film hazırlandığı zaman filmin qəhrəmanı Züleyxa xanım Seyidməmmədova dünyasını dəyişdi. Filmdə səslənən Tofiq Quliyevin bəstələdiyi və Rəşid Behbudovun ifa etdiyi "Züleyxa xanım" mahnısı məhz Züleyxa Seyidməmmədovaya həsr edilmişdir. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Nazim Rza İsrafiloğlu Rejissor: Nazim Rza İsrafiloğlu Operator: Nəriman Şıxəliyev Səs rejissoru: Ramiz Bağırov Rejissor assistenti: [[Sahib Heybətov Operator assistenti: Mətləb Yaqubov Montaj edən: İlham İsayev, Yafət Xeyirov, Etibar Həsənov, Elman Nəbiyev, Namiq Tağıyev, Arzu Qasımov Redaktor: Oqtay Orucov, Vüqar Tapdıqlı Məsləhətçi: Məzahir Abbasov (tarix elmləri doktoru) Aparıcı: Nazim Rza İsrafiloğlu Filmin direktoru: Məhyəddin Əsgərov Musiqilərindən istifadə edilən bəstəkar: Lüdviq van Bethoven, Arif Məlikov ("Axırıncı aşırım" bədii filmindən musiqi), Fərəc Qarayev, Tofiq Babayev, Cavanşir Quliyev Mahnı ifa edən: Flora Kərimova === Filmdə iştirak edənlər === Züleyxa Seyidməmmədova (Azərbaycanın ilk qadın hərbi təyyarəçisi) Məzahir Abbasov (tarix elmləri doktoru) Tofiq Quliyev (bəstəkar) == Çəkilişə köməklik edən qurum == "Azərbaycan Hava Yolları" Dövlət Konserninin "AZALAERO" şirkəti == İstinadlar == == Mənbə == Nazim Rza. Üçüncü dalğanın meridianlarında. Bakı:Zərdabi LTD, 2017, səh 341.