Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ələvilik
Ələvilik — islamda mövcud məzhəblərdən biri. Daha çox şiəliyə və bəktaşiliyə yaxındır. == İyerarxiya nərdivanı == Aşiqlər – bunları assosiativ üzvlər də adlandırmaq olar, elektorat da. Təriqətə rəğbətlə yanaşan, amma hələ Yolu seçməyənlər belə adlanardı. Mühibb – təqdimetmə mərasimini keçmiş aşiqlərdir. Bunlara bir sıra mərasim və ayinlərin icrasında iştirak etməyə icazə verilərdi. Dərviş – özündən böyüklərə qulluq eləmək qaydalarını öyrənmiş, Yolu keçmək üçün and içib icazə al/götürmüş, xirqə və digər simvolları daşımaq hüququ əldə eləmiş kəslər. Ata – Dədə-baba və ya regional təkyənin xəlifəsi tərəfindən təyin olunardı. Bu titulun sahibi yerli təkyənin başçısı, ya da regional təkyədə şöbə rəhbəri ola bilərdi. Dərvişi-mücərrəd – nikahsızlıq andı içmiş dərviş.
Statistik önəmlilik
Statistik önəmlilik- analiz olunan parametrin sırf təsadüfi yaranması ehtimalının çox kiçik olmasını göstərir. Bu göstərici önəmlilik testi ilə yoxlanılır. Əgər sıfır hipotezi həqiqətən doğru olarsa, onda statistik önəmlik onu redd etmək üçün qərar qəbuletmə ehtimalı kimi təyin olunur. Həll zamanı p qiyməti təyin olunur. Əgər p önəmlilik səviyyəsindən aşağı olarsa onda sıfır hipotezi inkar edilir. Önəmlilik səviyyəsi α ilə işarə olunur. Ən geniş yayılmış önəmlilik səviyyələri 10%, 5%, 1%, və 0.1%-dir. Əgər p-nin qiyməti α-səviyyəsindən aşağıda yerləşərsə onda sıfır hipotezi redd olunur. Belə nəticələr satistik önəmli adlanır. Əgər hadisənin mində birində təsadüfi baş verirməsi deyilirsə, onda nəzərdə tutulur ki, önəmlilik səviyyəsi 0,1%-dir.
Ocaq (ələvilik)
Ocaq (türk. Alevi Ocakları; kürd. Ocaxên elewî) — əsasən ələvilikdə, həmçinin bəktaşilikdə imam məqamında oturan dədələrin soyunu ifadə edən termin, dədəlik anlayışı strukturuna görə nəslə tabe olan qurum. Odur ki, ata öləndə oğlu onun yerinə keçir və bu, ələvi ənənəsində ocaq adlanır. == Strukturlaşdırma == Ələvi Ocaqları bir-birinə bağlıdır və aralarında nəsil ağacı tipli bir əlaqə mövcuddur. Nəsil ağacının başında Hacı Bektaş Vəlidir. Hər ocağın nəslindən gələn insanlar var. Ocaqların böyük oğulları olan dədələr kiçik qardaşlarından daha yüksək mövqedədirlər. Bu iyerarxik quruluş "əl-ələ, haqq" zehniyyətinin bir hissəsidir.Türkiyədə elə ocaqlar var ki, onların iyerarxiyası tədqiq olunmadığından qurulmamışdır. Buna ən məşhur nümunə Şücaəddin Vəli ocağıdır.