Seylenn
Seylenn – Troms-oq-Finnmarkda (Norveç) yerləşən ən böyük səkkizinci ada. 583 km² ərazini əhatə edən ada Alta və Hammerfest arasında bölünür.
Arxeoloji qazıntılar göstərir ki, 7000 ildən də uzun müddət əvvəl insanlar burada məskunlaşıb. Buna baxmayaraq, günümüzdə adanın tərkedilmiş ərazilərində azsaylı insan yaşayır. Buraya adanın şimalında Karhamn, cənub hissəsində Honsebi, Aydvagen, Fiskebukta, Survika, cənub ucunda isə Altnesetdən Hakkstabenə qədər olan ərazilər daxildir. 2006-cı ildə mərkəzi Seylennin böyük əksəriyyəti Seylenn Mərkəzi Parkının ərazisinə çevrilir.
Adada iki buzlaq mövcuddur: Seylennscokelen və Nordmenscokelen. 1078 metr (3537 fut) hündürlüyündəki Seylennstuva dağı adadakı ən hündür dağdır. Adada Lill Kufcorden, Stor Kufcorden, Nordefcorden və Cofcorden daxil olmaqla bir neçə fyord da var.