Siderit
Siderit – Fe [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn.
Mn - (oliqonit), Mg- (sideroplezit), Ca- (siderodot), Co- (kobalt-oliqonit) saxlayan sideritlər.
Rəng – bej, sarımtıl-boz, sarımtıl-qonur, qonur, qəhvəyi; Mineralın cizgisinin rəngi –ağ, sarımtıl; Parıltı – şüşə, ayrılma müstəvi-lərində–sədəfi, sıx kütlələrdə–tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,7-4,0; Sərtlik – 4-4,5; Kövrəkdir; Ayrılma – {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Lüminessensiya – limonu-sarı; Morfologiya – kristallar: nadir rast gəlir; çox vaxt əyilmiş üzlərlə səciyyələnən romboedrik, lövhəvarı, skalenoedrik; İkiləşmə: {0112} üzrə polisintetik və {0001} üzrə; Mineral aqreqatları: bütöv dənəvər, sıx torpaqvari kütlələr, sferolitlər, böyrəkvarı əmələgəlmələr, konkresiyalar, oolitlər, bəzən druzalar.
Hidrotermal sideritə filiz mineralları ilə birlikdə, adətən, polimetal, bəzən isə qalay- volfram yataqlarında rast gəlinir. Həmçinin əhəngdaşı, dolomit və karbonatların əvəz olunması ilə əlaqədar olaraq yaranan metasomatik kütlələr təşkil edir. Bəzən siderit peqmatitlərdə, bazaltların boşluq və çatlarında müşahidə olunur. Sedimentogen siderit dəniz hövzələrinin laqun və körfəzlərində və hövzələrin dərinliyi az olan hissələrində lay və konkresiyalar şəklində əmələ gəlir. Əhəngli-gilli çöküntülərdə, çökmə dəmir filizlərində və b. qeyd edilir.