SIDE

side1

n 1. tərəf; left / right / sunny / shady ~ of the street küçənin sol / sağ / günəşli / kölgəli tərəfi; to walk along the shady ~ of the street küçənin kölgəli tərəfi ilə getmək; to write on both ~s of a sheet of paper vərəqin hər iki tərəfində yazmaq; 2. divar; hasar, sədd; the ~s of a box qutunun divarları; 3. hissə, bölgə, rayon; the east / the north ~ of the city şəhərin şərq / şimal bölgəsi; 4. yan, yan tərəf; to sit on the ~ of the bed çarpayının yan tərəfində oturmaq; 5. böyür, bel; to put one’s hands to his ~s əllərini belinə qoymaq

side2

v tərəfini saxlamaq, bir olmaq; He sided with his natives O, yerlilərinin tərəfini saxladı

SICKNESS
SIDE-DOOR
OBASTAN VİKİ
Side
Side (türk. Side) — Türkiyənin müasir Antalya ilinin Aralıq dənizinin cənub-qərb sahilində, Antalya şəhərindən 70 km şərqdə və Manavqat şəhərindən təxminən 7 km qərbdə yerləşən antik şəhər. Hal-hazırda Side məşhur turizm kurortudur və inzibati cəhətdən Manavqat bələdiyyə rayonu (ilçe) tərkibində mikrorayon (məhəllə) təşkil edir.Şəhər Əhdi-Ətiqdə Sid adı ilə xatırlanır. == Tarixi == Strabonun yazdığına görə Side eramızdan əvvəl 7-ci əsrdə Anadolunun Kima şəhərindən gələn mühacirlər tərəfindən köhnə yaşayış məntəqəsinin yerində qurulan və Anadoluda bilinən ən qədim yunan koloniyalarından biri idi. Yerli Anadolu dilində "Yan" sözü "nar" mənasını verirdi – filoloji araşdırmalar bu sözün nə yunan, nə də Finikiya kökünə malik olduğunu göstərmişdir. Nar burada bolluq rəmzi sayılırdı. Kolonizasiyaya uğradıqdan sonra Side sakinləri yerli Side dilində danışıb yazmağa davam edirdilər, bunu eramızdan əvvəl III–II əsrlərə aid arxeoloji qazıntılar zamanı aşkar edilmiş Side yazıları sübut edir. Buradan belə nəticəyə gəlmək olar ki, Kimadan Sideyə gələn kolonistlər yerli dili qəbul edib istifadə etməyə başladılar.Makedoniyalı İsgəndərin Anadoluya yürüşündən bəhs edən Arrian əsərində Sideyə gələn yunanların öz ana dilini unudub, əvvəllər bilmədikləri yerli ləhcədən istifadə etməyə başladığını qeyd etməsi də bunu təsdiq edir. === Makedoniyalı İsgəndərin dövründə === Eramızdan əvvəl VI əsrdə Side şəhəri bütün Pamfiliya kimi Lidiya padşahlarının hakimiyyəti altına düşdü və eyni əsrdə sonrakı Lidiya çarlığının dağılmasından sonra bütün Pamfiliya ilə birlikdə Əhəmənilər dövlətinin tərkibinə daxil oldu. Əhəmənilərin hökmranlığı dövründə Side müəyyən iqtisadi muxtariyyət əldə etmiş və Afinanın, Apollonun və şəhərin simvolu olan üzərində nar əks edildiyi öz gümüş sikkələrini zərb etməyə başlamışdır.
The B-Side Collection
The B-Side Collection — Maroon 5 qrupunun birinci toplama albomu. O It Won't Be Soon Before Long alboma qirməyən 7 mahnıdan ibarətdir.
The Dark Side of the Moon
The Dark Side of the Moon — Harvest Records tərəfindən 1 mart 1973–cü ildə buraxılmış İngilis rok qrupu Pink Floydun səkkizinci albomudur. Əsasən canlı çıxışlar zamanı inkişaf edən qrup, qeyd başlamazdan bir neçə ay əvvəl, yazının erkən versiyasını təqdim etdi. Yeni material 1972 və 1973–cü illərdə Londondakı Abbey Road Studios-da iki seansda qeyd edildi. The Dark Side of the Moon Pink Floydun ən çox satan albomu olmaqla yanaşı, dünyanın ən çox satan musiqi albomlardan da biridir. Albomun 45 milyondan çox nüsxəsinin satıldığı ehtimal olunur. == Mövzu == Ayın qaranlıq tərəfi müasir həyatın normal insanlara təsirini təsvir edir. Məsələn, yerə çırpılan təyyarənin səsi ilə başlayan "On the Run"da uçmaq qorxusundan bəhs edilir. "Zaman" zamanın biz fərq etmədən necə tez keçdiyini təsvir edir. "Göydəki Böyük Konsert" ölümün təbiətindən bəhs edir. “Pul” sərvətin insanlara təsirini ironik şəkildə təsvir edir.
AIM-9 Sidewinder
AIM-9 Sidewinder, bir çox müasir təyyarənin istifadə etdiyi istiliklə idarə olunan Amerikanın hava-hava döyüş raketi sistemidir (AAM). Effektiv bir partlayıcı başlığa və infraqırmızı idarəetmə sisteminə malikdir. Vahidinin qiyməti 90.000 dollardır. == Sidewinder raketinin konstruksiyası == AIM-9M Sidewinder, əsasən 12,7 sm borucuq formalı bir borunun içərisinə yerləşdirilmiş yüksək texnologiya məhsullarından ibarət olan hissələrdən ibarətdir, 287 sm uzunluğunda AIM-9 borusunun ön tərəfində BSU-32 qanadcıqları vardır. Uzunluğu 38 sm-dir. Arxadakı quyruq hissəsinin qanad uzunluğu 63 sm-dir. 88 kq ağırlığında olan Sidewinder raketinin burnunda, bu raketin beyni olan WGU-4A/b Başlıq Nəzarəti Bölməsi axtarıcısı yerləşir. Burada infraqırmızı enerji yayan mənbələri aşkarlayan bir sensor mövcuddur. Maqnezium florid şəffaf şüşə səthinin arxasında yerləşən indium-antimonid (InSb) detektoru və Joule-Thompson kriozat soyuducusunun olduğu bu baş hissədə bir hədəf tapıldıqda, məlumat siqnal işləyiciyə göndərilir və daha sonra bu məlumat ötürülür raketin istiqamət qanadcıqlarına və raketin hərəkəti üzrə istiqamət əmrləri verilir. Bu sistemin ən ölümcül tərəfi iki fərqli dalğa boyunda işləyə bilməsidir.
Carex siderosticha
Carex siderosticha (lat. Carex siderosticha) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Carex siderosticta
Carex siderosticta (lat. Carex siderosticta) — cilkimilər fəsiləsinin cil cinsinə aid bitki növü.
Eucalyptus siderophloia
Eucalyptus siderophloia (lat. Eucalyptus siderophloia) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Eucalyptus sideroxylon
Dəmiroduncaqlı evkalipt (lat. Eucalyptus sideroxylon) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Aralıq dənizi sahilləridir. Təbii halda cənub-şərqi və qərbi Avstraliya, Cənubi Uels və Kvinqled ştatlarında, dəniz səviyyəsindən 200–600 m yüksəklikdə olan yamaclarda yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 18–45 m olan ağacdır. Oduncağı qırmızı, sıx, möhkəm, sərt və sudan ağırdır. Gövdəsinin qabığı sərt, qalın, dəyişkəndir, belə ki, cavan vaхtı gümüşü-boz rəngdə, sonradan tünd qırmızı və ya qara rəngdə olur. Yarpaqları qarşı-qarşıya, cüt, lentvari və ya neştərvari, uzunluğu 4-8 sm, eni 0,5-1,5 sm, açıq boz rənglidir. Yaşlı yarpaqları qalın, oraqvari, dartılmışdır. Keçid dövründə yarpaqları budağın üzərində ardıcıl yerləşən, saplaqlı, neştər formalı, açıq bozumtul rəngli, 6-11 sm uzunluqda, 1-2 sm enində olur.
Fikrət Sideifzadə
Fikrət İsrafil oğlu Sideifzadə (doğ. 24 aprel 1952, Əmircan, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı şahmatçı, beynəlxalq usta. Qadınlardan ibarət şahmat üzrə Azərbaycan yığmasının kapitanı. == Həyatı == Fikrət Sideifzadə 24 aprel 1952-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. Orta təhsilini 97 və 226 sayı məktəblərdə almışdır. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsini bitirmişdir. Şahmat oynamağa altı yaşından başlamışdır. 1960-cı illərin əvvəllərində şahmatla məşğuliyyətini keçmiş Qaqarin adına Pionerlər Sarayında (indiki Tofiq İsmayılov adına Uşaq Gənclər Yaradıcılıq Sarayı) davam etdirmişdir. Məktəblilərdən ibarət Azərbaycan yığma komandasının heyətində müxtəlif yarışlarda iştirak etmişdir. 14 yaşında Azərbaycanın yeniyetmələrdən ibarət yığma komandasının heyətində oynamışdır.
Sider Muzeyi
Sider Muzeyi (isp. Museo de la Sidra) — İspaniyanın Asturiya regiounun Nava şəhərinin Plaza del Prinsip de Asturiya bölgəsində yerləşən muzeydir. Muzey 1996-cı ildə Şahzadə Filipp tərəfindən açılmışdır. Muzey Asturiyanın milli içkisi olan alma şərablarını nümayiş etdirən tematik muzeydir. Muzey Asturiyanın Etnoqrafik Muzeylər Şəbəkəsinin bir hissəsidir. İnteraktiv siderin yaradılışı bütün prosesləri əhatə edir. Artan alma, yığılma, qıcqırtma, qablaşdırılması bu spirtli içkinin istehlakına bilavasitə təsir göstərir. Parlayan alma şərabına həsr olunmuş xüsusi sahə fəaliyyət göstərir. Muzeydə, həmçinin bitkilərin tozlanması kimi məsələlərə və alma ağaclarının inkişafına xüsusi diqqət yetirilir. Yay və qış saat dəyişilməsi muzeyə də öz təsirini göstərir.
Sider dövrü
Sider dövrü və ya sadəcə Sider (yun. σίδηρος sídiros dəmir deməkdir) — Paleoproterozoy erasının ilk geoloji dövrüdür və 2500-2300 milyon il əvvəllər arasında davam etmişdir. Dəmir birləşmələrinin çöküntüləri bu dövrdə artdı. Bu dəmirlə zəngin birləşmələr anaerob sianobakteriyaların istehsal etdiyi oksigenin dəmir ilə birləşərək əmələ gətirdiyi dəmir bir oksid olan maqnetitdən (Fe3O4) əmələ gəlmişdir. Bu prosesin Yerin okeanlarından dəmiri çıxardaraq dənizləri təmizlədiyi düşünülür. Sonda okeanlarda qalan dəmir oksigenlə reaksiyaya girə bilməyəcək qədər az miqdarda qaldıqda proses oksigenlə zəngin bir atmosferin yaranmasına gətirib çıxardı. Bu ikinci, sonrakı hadisə elmdə oksigen fəlakəti kimi tanınır.
Sideranthus aberrans
Triniteurybia (lat. Triniteurybia) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid biki cinsi. == Növləri == Triniteurybia aberrans (A.Nelson) "Brouillet, Urbatsch & R.P.Roberts"Sinonim Haplopappus aberrans (A.Nelson) H.M.Hall Macronema aberrans A.Nelson Sideranthus aberrans (A.Nelson) Rydb.
Sideratlar
Sideratlar, (frans. sideration) yaşıl gübrə – yaşıl gübrə üçün yetişdirilən bitkilər, torpağı üzvi maddə və azotla zənginləşdirmək məqsədi ilə şum zamanı torpağa basdırılan yaşıl bitki kütləsi. == Ümumi məlumat == Acı paxla, narınc, payızlıq çöl noxudu, xaşa, lərgə, yonca və s. kimi paxlalı bitkilər Sideratlar adlanır. Sideratlar torpağın fiziki-kimyəvi xüsusiyyətlərini yaxşılaşdırır. Şum qatını üzvi maddələr, azot, kökyumrusu bakteriyaları, həmçinin başqa qida elementləri ilə zənginləşdirir, torpağın məhsuldarlığını artırır.
Siderit
Siderit – Fe [CO3] — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. == Növ müxtəliflikləri == Mn - (oliqonit), Mg- (sideroplezit), Ca- (siderodot), Co- (kobalt-oliqonit) saxlayan sideritlər. == Xassələri == Rəng – bej, sarımtıl-boz, sarımtıl-qonur, qonur, qəhvəyi; Mineralın cizgisinin rəngi –ağ, sarımtıl; Parıltı – şüşə, ayrılma müstəvi-lərində–sədəfi, sıx kütlələrdə–tutqun; Şəffaflıq – şəffafdan qeyri-şəffafadək; Sıxlıq – 3,7-4,0; Sərtlik – 4-4,5; Kövrəkdir; Ayrılma – {1011} üzrə mükəmməl; Sınıqlar – pilləli; Lüminessensiya – limonu-sarı; Morfologiya – kristallar: nadir rast gəlir; çox vaxt əyilmiş üzlərlə səciyyələnən romboedrik, lövhəvarı, skalenoedrik; İkiləşmə: {0112} üzrə polisintetik və {0001} üzrə; Mineral aqreqatları: bütöv dənəvər, sıx torpaqvari kütlələr, sferolitlər, böyrəkvarı əmələgəlmələr, konkresiyalar, oolitlər, bəzən druzalar. == Mənşəyi və yayılması == Hidrotermal sideritə filiz mineralları ilə birlikdə, adətən, polimetal, bəzən isə qalay- volfram yataqlarında rast gəlinir. Həmçinin əhəngdaşı, dolomit və karbonatların əvəz olunması ilə əlaqədar olaraq yaranan metasomatik kütlələr təşkil edir. Bəzən siderit peqmatitlərdə, bazaltların boşluq və çatlarında müşahidə olunur. Sedimentogen siderit dəniz hövzələrinin laqun və körfəzlərində və hövzələrin dərinliyi az olan hissələrində lay və konkresiyalar şəklində əmələ gəlir. Əhəngli-gilli çöküntülərdə, çökmə dəmir filizlərində və b. qeyd edilir.
Siderocarpos
Akasiya (lat. Acacia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi. Ağac bitkisi olub, latınca "Acacia" adlanır. "Akaki" yunan sözü olub, bu ad Teofrast və Dioskoridin mülahizələrinə görə Misirdə olan "tikanlı ağac" adlanan "Akasiya torsilisin" adından götürülmüşdür. Azərbaycanın rayonlarında çox vaxt bitkini paxlalarının kənarının şirin olması və bal arılarını cəlb etdiyinə görə "balverən bitki" adlandırırlar. Dekorativ əhəmiyyətə malikdir. Çiçəklərinin tərkibində qatı, sarı rəngli və xoş ətirli efir yağı olduğuna görə ətriyyat sənayesində geniş istifadə olunur. Yaşıllaşdırma və bəzək-bağçılıqda böyük əhəmiyyət kəsb edir. MNB-da kolleksiyada becərilir. == Sinonimləri == Acaciopsis Britton & Rose Bahamia Britton & Rose Delaportea Thorel ex Gagnep.
кассе́тный пришпи́лить урезо́ниваться фли́гель харизмати́чный ванили́н ду́шечка несмолка́емый оговори́ть отскобли́ть попя́титься термогра́фия фузе́йный ротча Cinders corset cover costermonger fibrinous relit sorta sterna враждебный нацарапать подержать удесятеряться