sinfi-əхlaqi
sinfilik
OBASTAN VİKİ
Mamırkimilər sinfi
Bryophytes (lat. Bryophytes) — yaşıl bitkilər yarımaləminə aid bitki şöbəüstü. Mamırkimilər şöbəsinə hazırda yaşamaqda olan, həqiqi kökü olmayan, lakin yüksək quruluşlu nümayəndələrində gövdə və yarpaqlar, bəsit quruluşlarında isə torpaq üzərinə səpilmiş tallomlar (qatları) olan bitkilər aiddir. Onlarda cinsi nəsillə qeyri-cinsi nəslin növbələşməsi daha aydın nəzərə çarpır. Cinsi nəsil olan birinci nəsl ikinciyə üstünlük gəlir və ona nisbətən daha qüvvətli olur. Mamırkimilər hərəkət edən spermatozoidlər vasitəsilə mayalanır. Mamırkimilər şöbəsini qametofit nəslin morfoloji əlamətlərinə, rizoidlərin xarakterik quruluşuna, qutucuqların açılma xüsusiyyətlərinə, yayılma areallarına görə müasir sistematiklər 3 sinifə ayırır.
Məməlilər sinfi
Məməlilər (lat. Mammalia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. Məməlilər onurğalılar tipinin ən ali sinfidir. Məməlilərin sinfinə aid iki — İlk məməlilər (Prototheria) və Vəhşi heyvanlar (Theria) yarımsinifləri var. Synapsida, məməlilər və onların nəsli kəsilmiş qohumlarını ehtiva edən qrup, Pensilvaniya yarımdövründə (~323 milyondan ~300 milyon il əvvəl) onların sürünənlər nəslindən ayrıldıqları zaman yaranmışdır. Keçid qrupu məməlilər Erkən Yura dövründə əvvəlki məməli formalarından təkamül keçirmişlər. Kladoqramma məməliləri keçid qrupu kimi qəbul edir. Dünyada 4500-ə qədər məməli növü vardır. Məməlilərin 1229 cins, 153 fəsilə, 29 dəstəsi məlumdur. Məməlilərin balaları əsasən, müəyyən bir inkişaf dövrünü tamamlayana qədər analarının qarnında saxlanılır.
Pauropodlar sinfi
== Ümumi xarakteristikası == Pauropodlar (Pauropoda) sinfinin nümayəndələri çox kiçik canlılar olub (0.5 – 2.0 mm) bədəni 10 buğumdan ibarətdir. Birinci buğum ayaqsızdır. Digər buğumayaqlılardan fərqli olaraq bu sinfə aid olan növlərin gözləri, ürəyi və traxeyası yoxdur. Onlar dəri tənəffüsünə malikdir. Pauropodlar torpaqda, parçalanmış bitki qalıqları arasında yaşayıb onlarla qidalanır. Onlara çürümüş ağaçlarda da rast gəlmək olur. Bəzi növlər sinantrop olub bağlarda və istixanalarda məskən salır. Müxtəlifcinsli canlıdır. Dişi fərdmayalandıqdan sonra yumurta qoyur. Sürfələr puplaşır.
Sinfi mübarizə
Sinfi mübarizə anlayışı ilk dəfə Karl Marks və Fridrix Engels birlikdə yaratdığı Kommunist Manifesti adlı əsərində "İndiyə qədərki bütün cəmiyyətin tarixi, sinif savaşları tarixidr" demişdir. Marksa görə kapitalizmdə istehsal edici mövqedə olan ancaq bu mövqeyə qarşı istehsal vasitələrinin burjuaziyanın özəl mülkiyyətində olmasından ötrü istismar edilən işçi sinfinin bu istismardan qurtulması üçün burjuaziyanın iqtidarına son verməsi və istehsal vasitələrinin dövlət nəzarətinə keçilməsidir. Sinfi mübarizə, Marksist sinif teoriyasında və tarix anlayışında siniflər arası münasibətlərin müstəqil halı olaraq təsbit edilir. Marksist tarix anlayışına görə sinfi mübarizələr yalnız müəyyən bir andakı cəmiyyətin siniflər arasındakı mübarizəsi deyildir, əksinə o tarixin motorudur, yəni tarixi inkişafın və ilərləmənin dayağı ifadəsini siniflər arasındakı mübarizə tapır. Marksizmdə əsas olaraq."Tarix sinfi mübarizə tarixidir" fikri götürülür. Hər qabaqcıl sinif, müəyyən bir mərhələdə mürtəceləşir və mənfəətlərini mövcud olanın qorunmasında tapır. Marksist teoriyada Bu qaçınılmaz olaraq belədir. Marks bunun misalını burjuaziyanı, feodalizmi tövsiyə edərkən inqilabçı öz böyüklüyünü qurduqdan sonra mürtəce olaraq ortaya çıxar. Ancaq sınfi mübarizə bitməmişdir və onu məhv edəcək sinif burjuaziya ilə birlikdə doğulmuşdur. Yəni proletariat Sinfi mübarizənin qaynağı sosial iqtisadi şərtlər deyilən maddi cəmiyyət quruluşudur, yəni müəyyən bir andakı istehsal münasibətləri ilə mürtəce istehsalçılar arasındakı münasibət və ziddiyətlərin toplamı.
Ssifoidlər sinfi
Sifoidlər (lat. Scyphozoa) — heyvanlar aləminin dalayıcılar tipinə aid heyvan sinfi. 200-ə yaxın növü var. Dənizdə yaşayırlar. Sifoid meduzalarının bədəni çətirə və ya zəngə oxşayır. Çətirin alt hissəsində ağız yerləşir. Bədənin kənarlarına doğru gedən radial kanallar mədədən başlanğıc götürür. Sadə halda onlar cəmi dörd ədəd olur, bəzi növlərdə səkkİzdir. Kanallar çətiri əhatə edən həlqəvi kanala açılır. Çətirin kənarı ilə sinir halqası boyunca 8 ədəd sinir düyünü yerləşir.
Sürünənlər sinfi
Sürünənlər (lat. Reptilia) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi. == Xarakteristikası == Sürünənlər onurğalıların əsl quru həyatı keçirən ilk sinfidir. Bədən temperaturu dəyişkəndir. Mayalanma daxilidir. == Bədən forması və hərəkəti == Hərəkət qaydalarının xeyli mürəkkəb və müxtəlif olması ilə əlaqədar sürünənlərin də bədən formaları müxtəlifdir. Bədəni yığcamdır, boyun hissə gövdədən yaxşı fərqlənir, quyruq nazikdir, ətraflar daha güclüdür, ətrafları vasitəsilə gövdəni yerdən qaldıraraq hərəkət etdirirlər. Sürünənlərin ağacda yaşayan formaları da vardır. Belə sürünənlərin arxa ətrafları daha uzun olur, gövdənin yanında dəri çıxıntıları əmələ gəlir ki, bunun sayəsində süzmə hərəkəti edərək ağacdan-ağaca düşürlər. Sürünənlərdə hərəkətin təkamülü manevretmənin güclənməsi istiqamətində getmişdir ki, bu, yemlənmə, yırtıcıdan qorunma və optimal sığınacaq şəraiti tapmaq imkanlarını genişləndirir.
Sinfi əməkdaşlıq
Sinfi əməkdaşlıq cəmiyyətin sosial siniflər iyerarxiyasına bölünməsinin sivilizasiyanın müsbət və fundamental tərəfi olduğuna inamına əsaslanan sosial təşkilatlanma prinsipidir. == Faşist dəstəyi == Sinfi əməkdaşlıq faşizmin sosial arxitekturasının əsas sütunlarından biri hesab olunur. Benito Mussolininin sözləri ilə ifadə edilərsə, faşizm "insanlar arasında düzəldilməsi mümkün olmayan, səmərəli və faydalı bərabərsizliyi təsdiqləyir". Bu müddəa nəzərə alındıqdan sonra, faşistlər belə nəticəyə gəlmişdirlər ki, sosial iyerarxiyanı mühafizə etmək bütün siniflərin maraq dairəsindədir və buna görə də bütün siniflər onun müdafiəsində əməkdaşlıq etməlidirlər. Yəni ki, həm aşağı, həm də yuxarı siniflər öz rollarını qəbul etməli və öz vəzifələrini layiqincə yerinə yetirməlidirlər. Faşizm düşüncəsində sinfi əməkdaşlıq prinsipi ifrat millətçiliklə birləşdirilmişdir. Millətin sabitliyi və rifahı siniflər arasındakı mövcud olan əməkdaşlığın son məqsədi kimi görülmüşdür. == Kommunistlərin müxalifliyi == Kommunistlər sinfi əməkdaşlığın ideoloji və əsas əleyhdarları olub, sinfi mübarizəni müdafiə edirlər və ümumiyyətlə bir sinifsiz cəmiyyət yaratmağın tərəfdarıdırlar. Sinfi mübarizə doktrinası aşağı sosial sinifləri sosial bərabərliyə nail olmaq üçün hakim sinif və mövcud ictimai strukturu devirməyə təşviq etdiyi halda, sinfi əməkdaşlıq təlimi aşağı sosial sinifləri sosial bərabərsizliyi təbii vəziyyətin bir hissəsi kimi qəbul etməyə və ictimai strukturu mühafizə edib saxlamağa sövq edir. Onlar həmçinin də belə fikirləşirlər ki, cəmiyyətdəki sinfi düşmənçiliyə qarşı dövlət tərəfindən təkbaşına mübarizə aparılır və bu mübarizə nəticəsində kommunizmə aparan konflikt tamamilə həll olunacaqdır.
Dəqiqlik sinfi (maşınqayırma)
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir. Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45 d 3 {\displaystyle {\sqrt[{3\,}]{d}}} +0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər.
Miksinlər (Myxini) sinfi
Monogenetik Sorucular sinfi
Selikli Sporlular sinfi
Selikli Sporlular sinfi (lat. Myxosporıdıa ) — Heyvan qamçılıları yarımsinfinə aid olan sinif. == Haqqında == Miksosporidilər, əsasən balıqlarda, qisməndə də suda-quruda yaşayanlarda və sürünənlərdə parazitlik edir. Bu parazitlərin 700-ə qədər növü məlumdur. Parazitlər balıqların əzələlərini, qəlsəmələrini, beynini, böyrəklərini, sidik kisəsini və digər orqanlarını zədələyərək, balıqçılıq təsərrüfatına böyük ziyan vururlar. Miksosporidilər inkişaflarının ilk mərhələsindən birnüvəli formada olurlar, sonradan isə protoplazma kütləsinə malik olan çoxnüvəli formaya keçir. Bədən boşluğunda yaşayan miksosporidilər çılpaq olub, amöbvarı hərəkət edir. Toxumalarda yaşadıqda isə onlar örtüklə əhatə olunurlar və bir neçə mm-dən bir sm-ə qədər ölçüyə malik olurlar . Balıqlar sporu udmaqla parazitə yoluxurlar . Balığıın bağırsağında həzm fermentlərinin təsirindən spor açılır və dalayıcı kapsula xaricə atılaraq bağırsağın divarına yapışır.
Sui-qəsd sinfi: Məzuniyyət
Sui-qəsd sinfi: Məzuniyyət (暗殺教室 卒業編, Ansatsu Kyōshitsu: Sotsugyō-hen) — 2016-cı il istehsalı Yaponiya komediya filmi. Filmin rejissoru Eyiçiro Hasumi, ssenaristi Tatsuya Kanazavadır. "Sui-qəsd sinfi: Məzuniyyət" 2015-ci il istehsalı "Sui-qəsd sinfi" filminin sikvelidir, hər iki film Yuusey Matsuinin "Assassination Classroom" manqası əsasında çəkilmişdir. Film Toho tərəfindən Yaponiyada 25 mart 2016-cı ildə yayımlanmışdır. == Məzmun == Film dünyanı məhv etməyə hazırlaşan səkkizayağa bənzər varlıq və müəllim Koro-senseyə sui-qəsd təşkil etməyə çalışan şagirdlərin məzuniyyətə yaxın yaşadıqları hadisələrdən bəhs edir. == Rollarda == == İstehsal == Film 2015-ci ilin aprelində anons edilmişdir. Mirey Kiritaninin Aquri Yukimura rolunda, Kazunari Ninomiyanın Ölüm tanrısı rolunda olacağı 2015-ci ilin sentyabrında açıqlanmışdır. Hiroki Narimiyanın Kotaro Yanaqisava rolunda olacağı 2015-ci ilin dekabrında, Tsuyoşi Abenin Qırmızı göz rolunda olacağı 2016-cı ilin yanvarında məlum olmuşdur. Filmin mövzu mahnısı Sensa-tions tərəfindən ifa olunan "Sayonara Sensation" mahnısıdır. == Yayımlanması == 2015-ci ilin dekabrında filmin 25 mart 2016-cı ildə yayımlanacağı açıqlanmışdır.
Sui-qəsd sinfi (film)
Sui-qəsd sinfi (yap. 映画 暗殺教室) — 2015-ci il istehsalı Yaponiya döyüş-komediya filmi. Eyiçiro Hasuminin rejissoru olduğu film Yuusey Matsuinin "Assassination Classroom" adlı manqa seriyası əsasında çəkilmişdir. Yaponiyada 21 mart 2015-ci ildə ekranlaşdırılmışdır. Davam filmi "Sui-qəsd sinfi: Məzuniyyət" 2016-cı ildə yayımlanmışdır. == Məzmun == Filmin hekayəsi manqanın ilk bir neçə cildini ələ alır. Səkkizayağa bənzər qəribə məxluq bir il ərzində Yeri məhv edəcəyini bildirir. Lakin bəşəriyyətin cəmi bir şansı var: bu məxluq Kunuqiqaoka məktəbinin 3-E sinfində müəllim olur, şagirdlərini isə onu öldürməklə vəzifləndirir. == Rollarda == == İstehsal == Filmin çəkilişlərinə 31 avqust 2014-cü ildə başlanılmışdır. == Yayımlanması == Yaponiyada 21 mart 2015-ci ildə yayımlanmışdır.
ABŞ tarixi
Amerika Birləşmiş Ştatlarının ərazilərinin tarixi ibtidai insanların e.ə. 15.000-ci illərdə Amerikaya gəlməsi ilə başlamışdır. Çoxlu sayda yerli mədəniyyət formalaşdı, bunlardan bir çoxu XVI əsrdə daha sıx məskunlaşmış həyat tərzindən uzaqlaşaraq başqa yerlərdə yenidən təşkil edilmiş siyasətlərə doğru tranformasiyalardan keçdi. Avropalılar Amerika kolonizasiyasına XV əsrin sonlarından başladı, lakin müasir ABŞ ərazisindəki koloniyaların çoxuna 1600-cü ildən sonra yerləşdilər. 1760-cı ildə on üç ingilis koloniyasında 2,5 milyon insan yaşayırdı. Cənub koloniyaları qul əməyinə əsaslanan təsərrüfat sistemi qurdu və bu səbəbdən Afrikanın milyonlarla əhalisini kölələşdirdi. Fransanı məğlub etdikdən sonra Britaniya hökuməti kolonistlərin yeni vergilərin onların təsdiqinə ehtiyacı olduğuna dair konstitusiya arqumentini rədd edərək, 1765-ci il Möhür aktı da daxil olmaqla bir sıra vergilər tətbiq etdi. Bu vergilərə qarşı müqavimət, xüsusən də 1773-cü ildə Boston çay qonaqlığı parlamentin özünüidarəni dayandırmaq üçün cəza qanunları çıxarmasına səbəb oldu. 1775-ci ildə Massaçusetsdə silahlı münaqişə başladı. 1776-cı ildə Filadelfiyada İkinci Kontinental Konqres "Amerika Birləşmiş Ştatları" olaraq koloniyaların müstəqilliyini elan etdi.
Abxaziya tarixi
Abxaziya tarixi — Abxaziya ərazisi və bu ərazidə yaşayan abaxaz-adige xalqlarının tarixi. == Qədim dövrlər == Abxaziya ərazisindəki ilk insan izləri Erkən Paleolit dövrünə təsadüf edir. İbtidai icma cəmiyyətinin dağılması prosesi e.ə. VII–VI əsrlərdə baş vermişdir. E.ə. VI–IV əsrlərdə Abxaziya Kolxida çarlığının tərkibinə daxil idi. E.ə. 2-ci əsrin sonunda Abxaziya Pont hökmdarı VI Mitridat Evpatorun əlinə keçmiş, e.ə. 63-cü ildən isə sahilyanı ərazilər romalıların nəzarəti altında olmuşdur. Eramızın I əsrinin sonlarında Abxaziya ərazisində abazq, apsil və saniqlərin tayfa ittifaqları yaranmışdır.
Adıge tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Adıgey tarixi
Adıge ərazisində ilk insan izləri Erkən Paleolit dövrünə aiddir. E.ə.I-ci minilliyin ortalarına aid yazılı abidələrdə adıqların əcdadları meotlar, sindlər, kerketlər və s. adlarla məlumdur. Hunların ardınca IV–IX əsrlərdə Şimali Qafqaz avarların, Bizansın, bulqarların və xəzərlərin hücumlarına məruz qalmışdı. VI əsrin sonlarından 630-cu ilə dək Adıge Göytürk xaqanlığının nəzarəti altında olmuşdur. Adıge Dneprboyu slavyanlar, Qafqaz xalqları və Yaxın Şərq ölkələri ilə ticarət aparırdı. XIII əsrin 2-ci yarısından XV əsrin 1-ci yarısınadək Qara dəniz sahillərində yerləşən Genuya şəhər-koloniyaları Adıgenın tarixi-mədəni inkişafında və ticarətində mühüm rolu olmuşdur. Əsasən çörək, meyvə, kürü, mis, mum, xəz və qul ixrac olunur, duz, parça, silah və bəzək əşyaları idxal edilirdi. XIII əsrdə Adıge Qızıl Ordaya tabe oldu. 16–18 əsrlərdə Osmanlı imperiyası və Krım xanlığının Adıge ilə müharibələri nəticəsində burada islam dini yayılmağa başlamışdı.
Albaniya tarixi
== Alban xalqının formalaşması == Albaniya ərazisində yaşayan qədim xalqlardan biri də İlliryalılardır. == Orta əsrlər == === Osmanlı dövrü === 1385-ci ildə Timurtaş paşa, İstip, Manastır və Ohri vilayətlərini ələ keçirdi. Bolqarıstanda Sofiya Osmanlı hakimiyyətinə keçdi. Serbiya və Bosniya kralları, Xorvatiya və Albaniya şahzadələri osmanlılara qarşı birləşdi və 30.000 nəfərlik bir orduyla Timurtaş paşanı Plosnik deyilən yerdə məğlub etdilər. Osmanlı dövləti 1417-ci ildə bu ölkəyə daxil olub, 1913-cü ildə son Osmanlı Həsən Rza Paşanın şəhid edilməsi ilə də buranı tərk edib. === İskəndər bəyin üsyanı === İskəndər bəy deyilən Yorgi Kostriota 1443 ilə 1468 illəri arasında Osmanlı hakimiyyətinə qarşı girişilən üsyanı idarə etmişdir. == İkinci Dünya Müharibəsi illərində == == Müharibədən sonrakı Albaniya == Avropada müsəlmanların çoxluq təşkil etdiyi yeganə ölkə olan Albaniya 1944-cü il noyabrın 29-da azad edildi. 1946-cı ilin yanvarında Albaniya Xalq Respublikası elan olundu. Albaniya Kommunist partiyası isə Albaniya Əmək Partiyası adlandı. Albaniya Əmək Partiyasının Mərkəzi Komitəsinin birinci katibi və stalinizmin qatı tərəfdarı olan Ənvər Xoca 1946-cı ildən 1985-ci ilin aprelinədək, yəni ölənə qədər ölkəyə rəhbərlik etdi.
Almaniya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Almanya tarixi
Almaniya tarixi (alm. Geschichte Deuchlands‎) — Almaniyanın tarixi. == Alman xalqının formalaşması == Alman xalqının etnik olaraq formalaşmasının Skandinav bürünc əsrində, təxminən e.ə 1700-cü illərdə baş verdiyi güman edilir. Eramızdan əvvəl 1-ci əsrdə German tayfaları Cənubi Skandinaviya və Şimali Almaniyadan tədricən cənuba, şərqə və qərbə doğru yayılmağa başladılar. Bu prosesdə onlar baltik, irandilli, slavyan və yunan xalqları ilə təmasda olmağa başladılar. Roma imperiyasındakı alimlərin tədqiqatlarına rəğmən, german tayfalarının ilkin dövrlərdəki fəaliyyəti haqda müasir elmə çox az şey məlumdur. İmperator Avqustun dövründə Roma İmperiyası Germaniyaya (romalılar Reyn çayı ilə Ural dağları arasındakı əraziləri belə adlandırırdı) hücum etdi. Roma qoşunlarına tanınmış sərkərdə Publiy Kvintiliy Var başçılıq edirdi. Eramızın 9-cu ilində Tevtoburq meşəsindəki döyüşdə Varın başçılıq etdiyi 3 Roma legionu german tayfaları tərəfindən məğlub edildi. Beləliklə, müasir Almaniya ərazisindəki xalqlar Roma imperiyası tərəfindən işğal olunmaq təhlükəsindən azad oldu.
Andorra tarixi
Andorra tarixi — Andorranın yaranması tarixi haqda ilk məlumatlar 805-ci ilə istinad edir. Orta əsrlərdə əvvəl mavrlardan, sonra isə ispan və fransız feodallarından öz müstəqilliyini qoruyan çoban qəbilələri burada yaşamışlar. Bu ərazidə ağalıq üstündə ispan və fransız feodalların rəqabəti yüz illərlə davam etmişdir. 1278-ci ildən başlayaraq Andorra bəzi fasilələrlə İspaniya və Fransanın ikili protektoratı altında olur. 1278–1288-ci illərdə Urxel yepiskopu ilə (İspaniya) qraf de Fua (Fransa) bu ölkəni bölüşdürmək aktını imzalayırlar. Bu ikili asılılıq indi simvolik xarakter daşıyır. 1866-cı ildə Andorra konstitusiya qəbul edir.
Antarktida tarixi
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. == Tarixi == Antarktidanın mövcud olması barədə ilk fikirləri e.ə. 350-ci ildə qədim yunanlar söyləmişlər. Qədim yunanlara Arktikanın (Arktos — şimal) olması məlum idi və onlar belə bir mülahizə irəli sürüdülər ki, müvazinətin pozulmaması üçün onun cənubunda da soyuq iqlimə malik başqa bir məkan olmalıdır. Ehtimal olunur ki, Antarktidanın buz sahilləri ilə ilk dəfə olaraq müasir polineziyalıların — maorilərin əcdadları — Yeni Zelandiya adalarının qədim sakinləri tanış olmuşlar. Antarktida materikinin olması barədə ingilis A. Dalpimlya hələ 1770-ci ildə çap etdirdiyi məqalədə bəhs etmişdir. O öz fikrini elmi cəhətdən belə əsaslandırmağa çalışırdı ki, şimal və cənub yarımkürələrində su və quru ərazilərin bərabərşəkilli paylanması cənub qütbündə hansısa bir ərazinin olmasını zərurətə çevirir.
Avropa tarixi
Avropa tarixi — Avropa qitəsində yaşayan xalqların qədim zamanlardan etibarən günümüzə qədər davam etmiş tarixini əhatə edir. Arxeloji qazıntıları nəticəsində Avropada ilk insan məskənlərinin Eradan əvvəl 35.000 il əvvəl yarandığını göstərir. Avropada aşkarlanmış ən qədim yazı nümunəsi e.ə. 700-cü ildə, Qədim Yunanıstanda Homer tərəfindən yazılmış İliada dastanıdır. Qədim Yunanıstanla yanaşı eramızdan əvvəl VIII əsrdə yaradılmış Roma krallığı dövrünün ən müasir sivilizasiyalarından hesab olunurdu. Qədim Yunanıstan və Qədim Roma dövlətləri eramızın IV əsrindən başlayaraq dağılmağa başlamış, həmin əsrdən etibarən Xristianlıq dini Avropada öz təsirini gücləndirmişdir. Orta əsrlərin əvvələrində Avropada durğunluq dönəminə daxil olmuşdur. Yaxın Şərq və Asiyada yaşayan bir çox xalqlar texniki və mədəni nəaliyyətlərinə görə Avropa xalqlarını arxada qoymağı baçarmışlar. Yeni dövrüdən etibarən başlayan intibah və reformasiya kimi hərəkatlar, Avropanın hərbi, iqtisadi, demokratik və texniki yöndə inkişaf etməsinə səbəb olmuş və qısa müddətdən sonra inkişaf tempi və mədəni səviyyəsinə görə Avropa digər qitələrdən üstün bir mövqedə qərarlaşmışdır. Bu üstünlüklərindən istifadə edən Avropa xalqları, digər qitələrdə koloniyalar yaratmış və həmin qitələrdə olan təbii sərvətləri talamışlar.
Avstriya tarixi
Avstriya tarixi- Avstriyanın tarixi. == Orta əsrlər == === Avstriya və Osmanlı imperiyası === Avstriyanın Macarıstanda təkbaşına ağalığa nail olmaq cəhdi, 1664-cü ildə Osmanlı imperiyası ilə müharibəyə səbəb oldu. Avstriyalıların möhkəmləndirmiş olduqları və alınmaz saydıqları Uyyar qalası alındı. Avstriya imperatoru təkbaşına türklərlə vuruşa bilməyəcəyini anlayaraq, Vatikandan və Avropa dövlətlərindən yardım istədi, lakin türklər bəzi qalaları aldıqdan sonra Avstriya ordusunu darmadağın etdi. Nəticədə Avstriya imperatoru sülh təklif etdi. Osmanlı dövləti ilə Avstriya arasında bağlanmış sülh müqaviləsinə görə Avstriyanın ələ keçirilmiş Uyyar və başqa qalaları geri qaytarıldı. Avstriya ilə sülh bağlandıqdan bir neçə il sonra Osmanlı dövləti Ukraynada nüfuz dairəsi üstendə Polşa ilə müharibəyə başladı. Beş il davam edən bu müharibədə türklər qələbə qazandılar. Polyaklar osmanlıların Ukrayna üzərində hakimiyyətini qəbul etdilər. 1681-ci ildə Avstriya ilə münasibətlər yenidən pisləşdi.
Avtomobilin tarixi
Avtomobilin tarixi 19-cu əsrdə enerji mənbəsi olaraq buxarın istifadə edilməsi ilə başlayır və daxili yanma mühərriklərində neftin istifadə edilməsi ilə davam edir. Hal-hazırda alternativ enerji mənbələri ilə işləyən avtomobillər istehsal edilməyə başlayıb. İlk avtomobillər buxar maşınları olmuşdur. Bu zamanlar sürücü "Şofer", yəni fransız dilində "ocaqçı" adlanırdı. Çünki, sürücü onun ocağını qızdırmalı və bunun sayəsində maşını işə salmalı idi. Avtomobil yaranmasından etibarən inkişaf etmiş ölkələrdə insan və yük daşınması sahəsində əsas nəqliyyat vasitəsi olaraq qəbul edilmişdir. Avtomobil sənayesi İkinci Dünya Müharibəsindən sonra ən böyük sənaye qollarından biri olmuşdur. 1907-ci ildə 250.000 avtomobil var idi, 1914-cü ildə Ford Model T-nin istehsal olunması ilə 500.000-ə çatmış, İkinci Dünya Müharibəsindən biraz əvvəl bu say 50 milyonun üzərinə çıxmışdır. Müharibədən sonra keçən otuz il ərzində avtomobil sayı altı qatına çıxmış və 1975-ci ildə 300 milyona çatmışdır. İllik avtomobil istehsalı 2007-ci ildə 70 milyonu keçmişdir.