SİRAYƏT

is. [ ər. ] Yoluxma, keçmə.
□ Sirayət etmək1) yoluxmaq, keçmək. Xəstəlik sirayət etdi. Qrip sirayət edən xəstəlikdir;
2) keçmək, keçərək yayılmaq.
Səs əvvəl [Zeynalın] qulaqlarında əcaib bir halda cingildəyib, cəmi bədəninə sirayət etdi… Çəmənzəminli.
[Əhməd:] Durduğum yerdə ayaqlarımın xəfifcəsinə əsməsi bütün bədənimə sirayət etmişdi. T.Ş.Simurq.

// Məc. mənada.
[Daşdəmirin] gözlərində və sözlərində elə bir sadəlik və səmimilik vardı ki, bu, dinləyənlərə də sirayət edirdi. M.Rzaquluzadə.
…Bir anda qızın həyəcanı ovçuya da sirayət elədi, hər ikisi təpədən enib meşəyə sarı yüyürdü. Ə.Məmmədxanlı.
Səməndərin gülüşü Nərgizə də sirayət elədi. B.Bayramov.

Синонимы

  • SİRAYƏT yoluxma — yayılma — keçmə
SİRAT
SİRAYƏTEDİCİ

Значение слова в других словарях