SİSTERN
SİTALLIQ
OBASTAN VİKİ
Sitalçay
Sitalçay — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Sitalçay kəndi Giləzi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sitalçay kənd Soveti yaradılmışdır. Sovet dövründə burada hərbi təyyarələr üçün Sitalçay aerodromu tikilmişdi. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.
Sitalçay aerodromu
Sitalçay aerodromu — Azərbaycan Respublikasının Xızı rayonunda, Bakıdan 70 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşən hərbi aerodrom. Sovet dövründə tikilib. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda Sovet hərbi aviasiyasına məxsus 30 SU-25 qırıcısı xidmət edirdi. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.

Digər lüğətlərdə