SİTAL

(Ağdam, Ağdaş, Borçalı, Cəlilabad, Əli Bayramlı, İsmayıllı, Kürdəmir, Qafan, Qax, Quba, Masallı, Mingəçevir, Şəmkir, Şuşa, Tovuz)
1. nadinc, dəcəl (İsmayıllı, Şəki). – Çox sital uşaxdı, təx’ qoysan a:ləmi bir-birinə qatar (Şəki); – Do:rusı, mən belə sital adam görməmişəm (Şuşa)
2. höcət, tərs, sözə baxmayan (Ağdam, Ağdaş, İsmayıllı, Qafan, Quba, Şəmkir, Şuşa, Tovuz). – Bu uşağ elə sitaldu ki, hiç ulmiyən kimi (Quba); – Atasınıη, qardaşınıη sözünə baxmıyan adam sital adamdı (Borçalı); – Elə sital adama söz deməyin faydası yoxdu (Kürdəmir)
3. həyasız, utanmaz, sırtıq (Cəlilabad, Əli Bayramlı, Qax, Masallı)
4. paxıl (Mingəçevir)
5. tənbəl (Borçalı)
SİSİY
SİTALLIX
OBASTAN VİKİ
Sitalçay
Sitalçay — Azərbaycan Respublikasının Xızı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Xızı rayonunun Sitalçay kəndi Giləzi kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Sitalçay kənd Soveti yaradılmışdır. == Tarixi == Sovet dövründə burada hərbi təyyarələr üçün Sitalçay aerodromu tikilmişdi. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.
Sitalçay aerodromu
Sitalçay aerodromu — Azərbaycan Respublikasının Xızı rayonunda, Bakıdan 70 km şimal-qərbdə, Xəzər dənizi sahilində yerləşən hərbi aerodrom. Sovet dövründə tikilib. Bazada Su-25 qırıcılarından ibarət HHQ alayı yerləşirdi. Bazada 60-cı və 80-ci Hücum Aviasiyası Alayına aid ilk qırıcılar 1981-ci ilin aprel ayından etibarən xidmət etməyə başlamışdı. Həmin ilin iyun ayında Sitalçay aerodromunda olan təyyarələr ayrıca olaraq 200-cü Aviasiya eskadrilyasının tərkibində birləşdirildi və eskadrilyaya Əfqanıstanda xidmət etmək tapşırığı verildi. Əfqanıstanda müharibənin bitməsindən sonra 80-ci illərin sonunda buradakı 200-cü eskadrilya ləğv olundu, buradakı qırıcılar isə SSRİ Hərbi Hava Qüvvələri 34-cü Aviasiya Ordusunun tərkibində alay kimi qruplaşdırıldı. 1991-ci ildə bu aerodromda Sovet hərbi aviasiyasına məxsus 30 SU-25 qırıcısı xidmət edirdi. Azərbaycana ilk SU-25-i müstəqillik dövründə 1992-ci il aprelin 8-də baş leytenant Vaqif Qurbanov keçmiş sovet ordusunun Sitalçay aerodromundan qaçıraraq gətirib. Bununla da Azərbaycan Hərbi Hava Qüvvələri ilk qırıcı təyyarəni arsenalına qəbul edib. 1992-ci ilin avqust ayında Daşkənd müqaviləsinə əsasən rus ordusu Sitalçay aerodromunu Azərbaycan hökumətinə təhvil verdi.

Digər lüğətlərdə