SİTƏM

is. [ fars. ] klas. Zülm, əziyyət, cəfa.
[Sənəm:] Lənət olsun o günlərə, o dəmə! Yazıq canım necə dözsün sitəmə? Aşıq Qərib”.
Çərxin sitəmindən, dövrün zülmündən; Tökülər dəmbədəm yaşım, ağlaram. Q.Zakir.

□ Sitəm etmək (qılmaq) – zülm etmək, əziyyət vermək, cəfa vermək.
Ey ağalar, necə sitəm etdilər; Vaqifin canını çox incitdilər. M.P.Vaqif.
[Nazlı Ağabəyimə:] Təzə arvad günüsündən hər gün ərinə bir söz deyir, əri də yazıq arvada sitəm eləyirmiş. Çəmənzəminli.

Синонимы

  • SİTƏM zülm — əziyyət — cəfa — əzab — təzyiq
  • SİTƏM sıxılma — utanma
SİTAYİŞ
SİTƏMKAR

Значение слова в других словарях