softforminq
sofuluq
OBASTAN VİKİ
Sofu Mehmed Paşa
Sofu Mehmed Paşa (ö. avqust 1649) — I İbrahim dövründə 9 ay 14 gün Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır. Əslən türkdür və atası qapıqulu süvarilərindəndir. Əvvəlcə dəftərdar Baki Paşanın yanında işləməyə başlamış və onun yanında kəndxudalığa qədər yüksəlmişdir. Ardından 1628-ci ilin oktyabrında yeniçəri ağası seçilən Sofu Mehmed ağa bir ay sonra bu vəzifəsindən alındı və Aydın bölgəsinin vergi məmuru təyin olundu. 1636-cı ildə başdəftərdar İbrahim ağa vəzifədən alınaraq edam edilmiş, onun yerinə Sofu Mehmed ağa başdəftərdarlığa gətirilmişdir. Ancaq bu vəzifədə də çox qalmayıb 1639-cu ildə azad edildi. 1641-ci ildə sədrəzəm Qara Mustafa Paşanın göstərişi ilə yenidən başdəftər seçildi. Bu vəzifədə ikən sədrəzəmin hazırladığı maliyyə islahatlarında iştirak etsə də, sədrəzəmlə münasibətlərinin korlanması səbəbilə vəzifəsindən azad olundu. Qara Mustafa Paşanın edamından sonra 1644–1645-ci illərdə yenidən başdəftərdarlığa gətirilsə də, nəhayət 1645-ci ilin noyabrında vəzirlik rütbəsi aldı.
Sofu Əli Paşa
Sofu Əli Paşa və ya Xədim Əli Paşa (ö. sentyabr 1560) — Sultan Süleyman Qanuni səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi və əsli haqqında məlumat yoxdur. Saray xədimlərindən olub, təlim-tərbiyəsi və xidmət müddətini tamamlamasının ardından Rumeli bəylərbəyinin kəndxudası olaraq saraydan ayrıldı. Ardından 1537-ci ildə Diyarbəkir bəylərbəyi oldu və 1540-cı ildə vəzifədən alındı. 1552-ci ildə Bosniya, 1559-cu ilin aprelində isə Misir bəylərbəyi təyin edildi. Ancaq çox keçmədən 1560-cı ilin sentyabrında burada vəfat etdi. Bosniyadakı vəzifə illərində Sarayevoda öz adına inşa etdirdiyi məscid hələ də qalmaqdadır. Sicill-i Osmani I, səh.
Naib Sofu Mehmed Paşa
Naib Sofu Mehmed Paşa (ö. 1625) — I Əhməd, I Mustafa, II Osman və IV Murad səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. Doğum tarixi haqqında məlumat yoxdur. Razqradda dünyaya gəldi. Əndərundakı təhsilinin ardından silahdar oldu və 1611-ci ildə Misir bəylərbəyliyinə gətirildi. 1615-ci ilin fevralında İstanbula çağırıldı və divan vəziri oldu. Daha sonra Budin bəylərbəyi təyin edilsə də, yolda ikən geri çağrıldı və sədarət naibi oldu. Sultan Mustafanın taxta çıxmasının ardından üçüncü vəzir olaraq xidmətinə davam etdi. Ardından Rumeli və Sivas bəylərbəyliyinə gətirildi. 1619-cu ildə ikinci dəfə sədarət naibi, 1624-cü ildə ikinci dəfə Budin bəylərbəyi oldu.
Mirzə Əliməhəmməd ağa Sofuoğlu
Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa (1747-1797) — Qarabağ xanı İbrahim xanın vəziri. Vəzir Seyyid Mirzə Əli Məhəmməd Ağa Sofuoğlu Qarabağ xanı İbrahim xanın vəziri olub solbəylər silkinə mənsub idi. Qarabağ dövlətinin idarəetmə quruluşu Çingiz idarəetməsindən gələn amirlik və amillik (hərb və dəftərxana) sisteminə söykənirdi. Sağbəylər hərbi elitanı, solbəylər isə daxili-xarici siyasəti təmsil edirdi. Ənənəyə görə səltənətin yüksək idarəetmə sistemində vəzirlərdən biri peyğəmbər övladı olmalı idi. Bu, dövlət idarəetməsində həm xalq arasında nüfuz sahibi olan nəsillərin təmsilçiliyi, həm də Böyük Peyğəmbərimizin dövlətə mənəvi zaminliyi sayılırdı. Mirzə Əliməmməd Ağa Sofuoğlu Qarabağ Xanlıq Dövlətinin quruculuğunda, dövlətin xarici işlərinin idarə edilməsində mühüm rol oynamış, eləcə də Qarabağ Xanlıq Dövlətinin digər Azərbaycan xanlıqları və region dövlətləri ilə əlaqələrinin əsas iştirakçısı, sözçüsü və Xanın özəl elçisi olmuşdur. Yusif Vəzir Çəmənzəminli "İki od arasında" tarixi romanında Seyyid Vəzirin Gürcüstan səfəri haqqında ətraflı məlumat verir. Bu tarixi səfər rus qoşununun Tiflisə yerləşdirilməsi, Rusiya dövlətinin Qafqazda başlatdığı işğal siyasətinin və gürcü çarı ilə məxfi əlaqələrinin öyrənilməsi – kəşfiyyat xarakterli olmuşdur. Mirzə Əli Məhəmməd Ağa 1785-ci ildə Osmanlı dövlətinə elçi getmiş, Osmanlıdan Qacar dövlətinin təzyiqlərinə qarşı duruş gətirmək məqsədi ilə Qarabağ xanlığına hərbi yardım istəmişdir.
Sofular
Sofular — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. Kəndin keçmiş adı Çuxurtala olmuşdur. Etnooykonimdir. Kəndin adı azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfa­sının adı ilə bağlıdır. Sofulu tayfasının nüma­yəndələri əsasən Zəngəzur və Qazax qəzalarında yaşamışlar. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd dağlıq ərazidə yerləşir. Kənddə Sofular kənd kitabxana filialı, Sofular kənd klubu fəaliyyət göstərir. Kənddə Sofular kənd ümumi orta məktəbi fəaliyyət göstərir. Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Sofulu
Sofulu (Qarakilsə) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Sisiyan rayonunda kənd. Sofulu (Ağdam) — Azərbaycanın Ağdam rayonunda kənd. Sofulu (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Sofulu (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd.
Sofulu (Ağdam)
Sofulu — Azərbaycan Respublikasının Ağdam rayonunun Boyəhmədli kənd inzibati ərazi dairəsində kənd. Sofulu kəndi Xaçınçayın sahilində, dağətəyi düzənlikdədir. Yaşayış məntəqəsinin adı azərbaycanlıların kəngərli elinin sofulu tayfasının bu ərazidə məskunlaşması nəticəsində yaranmışdır. Heyvandarlıqla məşğul olan sofulular keçmişdə yayı Ermənistanın Sisyan (Qarakilsə) rayonunda, qışı isə Qarabağda keçirirdilər. Kənd 1993-ci il iyunun 26-da Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild.
Sofulu (Cəbrayıl)
Sofulu — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun Dağ Tumas inzibati ərazi vahidində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.25 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulu kəndi Qarabağ silsiləsinin ətəyində yerləşir. Əsas təsərrüfatı heyvandarlıq idi.
Sofulu (Qarakilsə)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir. Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – "başçı", "knyaz", "şahzadə" (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi "Si" və "Sakan" hissələrindən ibarətdir və "Si sakları" mənasını verir. "Sakan" komponenti Sak etnoniminə və — an şəkilçisinə ayrılır. Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!).
Sofulu (Qazax)
Sofulu – Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli inzibati ərazi vahidində kənd. Azərbaycanın Ermənistan ərazisindəki 3 eksklav ərazisindən biridir. Kənd 27 aprel 1992-ci ildən Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdir.. Yaşayış obyekti sofulu tayfasının adı ilə bağlıdır. Sofulular keçmişdə yayı indiki Ermənistanın Sisyan rayonunda, qışı isə Qarabağda keçirirdilər. Sonralar onlann oturaq həyata keçmələri ilə bağlı Azərbaycanda bir neçə Sofulu kəndi meydana gəldi. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 182 nəfər əhali yaşayır. Əhalinin 80 nəfəri kişilər, 102 nəfəri qadınlardan ibarətdir. Vilayət Hacıyev (1950) - Azərbaycan filoloqu, tərcüməçi, Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin dekanı, universitetdəki Avstriya Kitabxanasının elmi rəhbəri, dosent. Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti.
Sofulu (Sisian)
Sofulu — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Yelizavetpol quberniyasının Zəngəzur qəzasında, indiki Qarakilsə (Sisyan-Sisakan) rayonunda kənd. Alışar, Pisak (danışıqda Pisək və ya Püsək şəklinə təhrif olunmuşdur) və Qıvraq kəndlərinin 1940-cı illərdə birləşdirilməsi əsasında yaradılıb. Pisak kəndi Alban knyazının yaylaq məskəni anlamındadır, qədim yerləşmə sahəsi olduğuna dair çoxlu işarələr (daş abidələr, xarabalıqlar) vardır. Alışar və Qıvraq toponimlərinə Naxçıvanda və Anadoluda rast gəlinir. Pisak – Sak nəslindən hakim adıdır (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – "başçı", "knyaz", "şahzadə" (166, II, 97) və sak, çar sözlərindəndir. Sisyan rayonunun adında qalan Sisakan toponimi "Si" və "Sakan" hissələrindən ibarətdir və "Si sakları" mənasını verir. "Sakan" komponenti Sak etnoniminə və — an şəkilçisinə ayrılır. Rusiyanın aqressiv antitürk siyasəti yeritdiyi zamanda Alışar, Pisak (Püsək) və Qıvraq toponimləri yerinə Sofulu toponimini seçməsi düşündürücü haldır (?!).
Sofulu məhəlləsi
Sofulu məhəlləsi - Kəngərli tayfasının bir qolunun adı ilə bağlıdır. Məhəllə sakinlərinin böyük əksəriyyətini Hacı Qədimlilər və Şeyxzamanovlar təşkil edir. Gəncənin 1804- cü ildə çar ordusu tərəfindən zəbt olunmasndan sonra may ayında aparılmış siyahıya almada Sofulu məhəlləsində 50 ev, 191 nəfər yaşadığı qeydə alınıb. 1916 -cı ilin siyahıya alınması zamanı isə əhalinin sayı 522 nəfər olmuşdur. Yerli əhali tacirlik, papaqçılıq, şirniçilik, şərbaflıqla məşğul olurdular. Varlı ailələrin Sofulu məhəlləsinin quzeyində üzüm bağı və əkin yerləri var idi. Tanınmış etnoqraf Qəhrəman Qaraqaşlı, general Hacıbaba Zeynalov, şərqşünas professor Cahangir Nağıyev, dünya şöhrətli metallurq, professor Nadir Qasımzadə də bu məhəllədə anadan olublar.
Sofulu məhəlləsi (Gəncə)

Sofulu məscidi
Sofulu məscidi — Azərbaycanın Gəncə şəhərində tarixi-memarlıq abidəsi. Səfərabad məscidi — Azərbaycanın Sofulu məhəlləsində Gəncə şəhərində tarixi tikili.

Значение слова в других словарях