sonultmaq
sonunculuq
OBASTAN VİKİ
Sonuncu Dalan
The Last DeadEnd (azərb. Sonuncu dalan‎) — "AzDimension" tərəfindən hazırlanan, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən nəşr edilən, qorxu elementlərini daşıyan və döyüş-macəra və qorxu janrlarında olan indi videooyun. Bu, Azərbaycan videooyun şirkəti olan "AzDimension"nun hazırladığı beşinci videooyunudur. Oyun 5 may 2018-ci il tarixində Microsoft Windows platforması üçün "Steam"də satışa çıxarılmışdır. Oyun əsasən Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərinə daxil olan İçərişəhərdə cərəyan edir, ancaq bəzi epizodlarda Xəzər dənizi sularına qərq olmuş Bayıl qalası da göstərilir. Oyunun baş qəhrəmanı Fərhad Novruzov adlı gənc bir alimdir. Fərhad öz ana vətəninə – Azərbaycana beynəlxalq bir telekanal üçün sənədli film çəkməyə gəlir. O, burada qədim Zərdüştilik dini ilə əlaqədar qəribə hadisələrə şahid olur. Oyun tənqidçilər tərəfindən ümumiyətlə müsbət rəylər almışdır. Oyun dərin hekayəsi, əsas geympleyi və maraqlı personajlarına görə təriflənmiş, ancaq zəif səs aktyorluğu və animasiyalarına görə tənqidlənmişdir.
Sonuncu arzu
Sonuncu arzu (pol. Ostatnie życzenie) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə "Sonuncu arzu" Cadugər seriyasından olan ilk əsərdir. Kitab ilk dəfə polyak dilində 1993-cü ildə nəşr edilmiş, 2007-ci ildə isə kitabın ilk ingilis dilli nəşri yayımlanmışdır. Cadugər — pol. Wiedźmin — 1983 Topluya daxil olan ilk hekayədir. Müsabiqə üçün yazılmış, bu kiçik hekayə "Cadugər haqqında saqa"nın əsasını qoymuşdur. Peşəkar bədheybət ovçusu olan Riviyalı Gerald Temitiyanın paytaxtı Vizim şəhərinə gəlir. Burada ona şəhər əhlinə əziyyət verən vampir qızdan şikayət edilir. Vampir qız kral Foltestin doğma bacısı Addadan olan qızıdır.
Sonuncu Müsahibə (1960)
Sonuncu imperator (film)
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Sonuncu mogikan (roman)
Sonuncu mogikan (ing. The Last of the Mohicans, 1826) — Ceyms Fenimor Kuper tərəfindən yazılmış tarixi roman. Amerika tarixinin ən əlamətdar hadisələrinə müraciət edən C.F.Kuper yenidən "Pionerlər" romanının üzərinə qayıdır və "Sonuncu Mogikan" (1826) adlı "Dəri Corab" silsilə romanlarının ikincisini yazır. Amerika hindularının həyatına böyük maraq göstərən C.F.Kuper bu romanda Nataniel Bampo ilə yanaşı, cəsur, mərd, igid hindu obrazlarına xüsusi yer ayırır. Belə ki, bu əsərdə başdan-başa romantik səciyyə daşıyan hindu aləminin arxada qalması, ayrı-ayrı hindu qəbilələrinin (delavarlar, quronlar və s.) bir-biri ilə və Amerikada hökmranlıq etmək uğrunda mübarizə aparan ingilis və fransız ordularının öz aralarında müharibə etmələri, nəhayət bütün bu tarixi və siyasi hadisələrin fonunda ağdərili Şahingözün (Natti Bamponun) və onun qırmızıdərili dostu hindu Çinqaçkukun, onun oğlu Unkasın, polkovnik Munronun, onun qızları Alisa və Koranın, mayor Dunkanın və bir sıra başqa qəhrəmanların həyatı və onların başlarına gələn macəralar təsvir olunmuşdur. Natti Bampo igid mogikan dostları — Çinqaçkuk və Unkasla birlikdə Munro bacılarını düşmən quron hindularının (Bic Tülkü) əsirliyindən xilas edir. Doğrudur, bu zaman Unkas və Kora həlak olurlar. Müəllif Unkası sonuncu mogikan adlandırır. Çünki artıq heç kim bu qəbilənin nəslini davam etdirməyəcəkdir. Müəllif bu romanda yeni torpaqlar ələ keçirməyə çalışan ingilis və fransız müstəmləkəçilərinin mübarizəsini və bu mübarizədə şəxsən iştirak edən Şahingözün başına gələn macəraları xüsusi romantik üslubda, ancaq müəyyən realist təsvirlərlə qələmə almışdır.
Sonuncu şam yeməyi
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Bu yeməkdə İsa Məsih Rəbbin Süfrəsi ayinini təsis etmişdir. Bu yeməyə həmçinin "sirli" və ya "gizli" şam yeməyi deyirlər, çünki İsa ilə şagirdləri o gecə yəhudilərin ali məclisi olan Sinedriondan gizlənmək məcburiyyətində idilər. Sonuncu şam yeməyi barədə dörd Müjdənin hər birində yazılmışdır. Bundan əlavə, həvari Paulun Korinflilərə 1-ci məktubunda bu yemək haqqında qısaca yazılmışdır. Bütün bu yazılar ümumiyyətlə bir-birinə uyğun gəlir. Cüzi fərqlər müəlliflərin sonuncu şam yeməyini müxtəlif nöqteyi-nəzərlərdən təsvir etdikləri ilə izah edilə bilər. Yəhyanın Müjdəsində əhvalat o biri Müjdələrdən daha uzun şəkildə nəql edilir və fərqli cəhətlərə diqqət yetirilir. Matta, Mark və Lukadan fərqli olaraq, Yəhya yevxaristiyanın təsis edilməsindən bəhs etməmiş, lakin İsa Məsihin şagirdlərinin ayaqlarının yuması və şagirdləri ilə son söhbəti haqqında təfərrüatlı surətdə yazmışdır. Sonuncu şam yeməyi yəhudilərin Pasxa bayramı zamanında baş vermişdir.
Sonuncu Samuray (film, 2003)
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Sonuncu Veqas (film, 2013)
Sonuncu Veqas (ing. Last Vegas) — 2013-cü ildə Amerika Birləşmiş Ştatlarında istehsal edilmiş komediya-dram janrında filmdir. Film 1 noyabr 2013-cü ildə yayımlanıb. 60 yaşlarının sonunda olan 4 yaxın dost — Billi, Pedi, Səm və Arşi Nevada ştatının Las-Veqas şəhərində Billi üçün subaylığı son gecəsini təşkil etməyi qərara alır. Billi onların arasında yeganə subay idi.
Sonuncu addım (film, 2001)
Sonuncu addım (Rom: Chori Chori Chupke Chupke; hind: चोरी चोरी चुपके चुपके; Urdu: چوری چوری چپکے چپکے) — 2001-ci ildə Bollivudda istehsal olunan melodram filmidir. Sənaye maqnatı Kailaşnat Malhotranın (Amrish Puri) nəvəsi Rac (Salman Xan), dostunun toyunda Priya (Rani Mukherci) ilə görüşənə qədər nəyin bahasına olursa olsun evlilik mövzusundan qaçırdı. Onların qohumları dərhal nəvələrinin uşağını görmək arzusunda olan Kailaşnat Malhotra üçün xüsusilə xoşbəxtlik hadisəsi sayılan toyla razılaşırlar. Toydan az sonra ailə həkimi Priyanın uşaq gözlədiyini bildirir. Ancaq ailədəki sevinc uzun sürmür - tezliklə qəza nəticəsində Priya övladını itirir və bundan əlavə, həkim Raca bundan sonra bir daha uşaq sahibi ola bilməyəcəklərini bildirir. Onlar bu kədərli xəbəri ailədən gizlətməyə qərar verirlər. Racın ailəsinin uşaq arzusunda olduğunu bilən Priya onu başqası ilə evlənməyə razı salmağa çalışır, lakin Rac bu barədə eşitmək belə istəmir. O, belə olan vəziyyətdə bir uşağı övladlığa götürməyi təklif edir, lakin Priya uşaq sahibi ola biləcəyi üçün uşağın Racdan olmasının lazım olduğuna inanır və Racı onlar üçün uşaq dünyaya gətirməyə hazır olan surroqat ana tapmağa inandırır. Bir gecə klubunun rəqqasəsi olan Madhubala (Preity Zinta) surroqat ana olmağa razılaşır. Bu planını ailəsindən gizlətmək üçün Rac Priya və Madhu ilə İsveçrəyə getməyə və körpə ilə qayıtmağa qərar verir.
Sonuncu divarın daşları (roman)
Çingiz Abdullayevin biblioqrafiyası — azərbaycanlı yazıçı Çingiz Abdullayevin biblioqrafiyası. Mavi mələklər. Bakı: Yazıçı, 1988 Əclafların qanunu. Bakı: Zaman, 1997 Qanın üç rəngi. Bakı: Azərbaycan, 2001 Allahın tərəfində. Bakı: Çıraq, 2003 Müqəddəs olmaq istəyi. Bakı: Adiloğlu, 2004hj Alçağın üslubu. Bakı: Çıraq, 2005 Məhşər ayağında. 2 cilddə. I cild.
Sonuncu dərviş (film, 2009)
Sonuncu dərviş — rejissor Ələkbər Muradovun filmi. Film dahi Azərbaycan rəssamı Səttar Bəhlulzadənin həyat və yaradıcılığından bəhs edir. Burada onun 3 həyat dövrü — uşaqlıq, gənclik və ahıl dövrləri əks etdirilib. Film Azərbaycan rəssamı Səttar Bəhlulzadənin 100 illiyi ilə əlaqədar olaraq çəkilmişdir. Filmdə həmçinin rəssamın heç yerdə sərgilənməyən Moskvadakı 200-ə yaxın əsəri nümayiş olunmuşdur. Filmin rejissoru Ələkbər Muradov təqdimat mərasimində nəyə görə bu mövzuya müraciət etdiyinə və baş rola aktyor olmayan bir nəfəri çəkdiyinə aydınlıq gətirib. O, Səttar Bəhlulzadəni uşaqlıqdan tanıdığını və onun atası ilə bir sinifdə oxuduğunu diqqətə çatdırıb: "Səttar müəllim həftənin bazar günləri bizim evə gələrdi. Mən də rəsm işlərimi onunla bölüşürdüm, o da mənə ilham və ruh verirdi. Ondan başqa məni heç kim tərifləmirdi. Filmdə Səttar Bəhlulzadə obrazını onun qohumu canlandırıb, ancaq o, heç bir sənətin sahibi deyil və simaca Səttar Bəhlulzadəyə bənzədiyi üçün baş rola onu çəkdim.
Sonuncu fəsil (teleserial, 2013)
Sonuncu fəsil — Rövşən İsaxın quruluşçu rejissorluğu ilə çəkilmiş Azərbaycan teleserialı. Bir gün polis polkovniki Xanlar Əfəndiyevin (Ramiz Novruz) oğlu Zaur (Anar Seyfullayev) maşınla naməlum adam vurur. Hadisə zamanı onun yanında yalnız dostu Fəxrəddin (Niyaz İlyasoğlu) olur. Məsələdən xəbər tutan polkovnik Əfəndiyev Zaurun dostunun ağzından söz çıxarıb-çıxarmayacağını yoxlamaq qərarına gəlir. "İmtahan"dan uğurla çıxan Fəxrəddin Əfəndiyevin rəğbətini qazanır. Bunu görən Fəxrəddin fürsət varkən, bu iki ailənin qohum olması barədə anası Zərnigara (Mahirə Yaqubova) təklif verir. Gənclərin şəxsi razılığı olmadan aparılan toy hazırlığı yalnız onların ailələrinin marağındadır. Xanların qızı Zümrüd (Kəmalə Piriyeva) dayısı oğlu Altayı (İlqar Cahangir), Fəxrəddinin qardaşı İlyas (İlham Hüseynov) isə, cavan ikən dul qalmış iş yoldaşı Vəfanı (Natəvan Hacıyeva) sevir. Buna görə də, gənclər sevgilərinə qovuşmaq üçün ailələrinin əleyhinə gedərək çıxış yolu axtarırlar.
Sonuncu imperator (film, 1987)
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Sonuncu şam yeməyi (dəqiqləşdirmə)
Sonuncu şam yeməyi — İsa Məsihin çarmıxa çəkilməzdən əvvəl axırıncı dəfə həvariləri ilə yediyi yemək. Sonuncu şam yeməyi (Leonardo da Vinçi) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, hamisi Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi. Sonuncu şam yeməyi (del Kastaqno) — XV əsrdə Andrea del Kastaqnonun çəkdiyi rəsm.
Sonuncu şam yeməyi (tablo)
Sonuncu şam yeməyi (it. Il Cenacolo və ya L'Ultima Cena) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Sonuncu şam yeməyi əsəri 450 × 870 sm (15 x 29 fut) ölçüdə olub İtaliyanın Milan şəhərindəki Santa Mariya della Qrasiya monastırının yemək otağının arxa divarında çəkilmişdir. Da Vinçi əsəri işlədiyi zaman otaq yeməkxana olmasa da, bu mövzu məbəd yeməkxanaları üçün üstünlük verilən ənənəvi mövzulardan olmuşdur. Əsərin işlənməsi zamanı monastırın əsas kilsə binası yenicə tamamlansa da (1497) Ludoviq Sfroza tərəfindən tutulmuş Donato Bramante tərəfindən yenidən işlənilir və binanın Sfrozalar ailəsinin türbəsi olması nəzərdə tutulurdu. Əsər də Sfroza tərəfindən türbənin mərkəzi divarını bəzəmək üçün sifariş edilmişdi. Şəklin əsas hissəsinin üstündə olan tavanla əsər arasındakı hilal şəkilli aralıq hissə, üç kəmər sırasıyla bəzədilərək mərkəzdə Sfroza ailəsinin gerbi təsvir edilmişdir. Sonuncu Şam Yeməyi əsərinin işləndiyi divarın qarşısındakı divarda isə Covanni Donato da Montorfano İsanın (ə.s.) xaça çəkilməsi səhnəsini təsvir edən bir əsər işləmişdir.
Sonuncu respublika
Sonuncu yarpaq
"Sonuncu yarpaq" (ing. The Last Leaf) — amerikalı yazıçı O. Henrinin "Yanan Çıraq" seçilmiş hekayələrindən bir novella. Qrinviç-Villicdə kiçik bir məhəllədə, üçmərtəbəli bir evdə iki gənc rəssam qızlar, Syu və Coanna yaşayırlar. Coanna ağciyərlərin sətəlcəminə tututlur və o, ölüm ayağındadır. Onun otağının pəncərəsindən görünən sarmaşığın yarpaqları tökülmək üzrədir. Coanna əmindir ki, sarmaşığın sonuncu yarpağı düşən gün o öləcəkdir. Rəfiqəsi Syu onu bu sərsəm fikirdən çəkindirməyə çalışır. Elə həmin binanın alt mərtəbəsində 60 yaşlı uğursuz Berman adlı bir rəssam da yaşayır. Berman illərdi özünün şah əsərinin yaratmaq arzusundadır. Syu bir gün poza oturuşu üçün qoça rəssamın yanına gələrək, öz xəstə rəfiqəsi və onun sərsəm fikri haqqında ona danışır.
Sonuncu pərdə
Sonuncu pərdə — 2019-cu ildə Emil Quliyev tərəfindən istehsal olunan rejissorun "Pərdə" sosial dram trillogiyasının üçüncü filmi. Bəzən maddiyyat dostluqdan, vicdandan, insanlıqdan və hətta məhəbbətdən belə üstün olur. Hətta "yüz ilin" dostları belə, bir anın içində, hər şeyini tamahına qurban verib səhv yola addım atmış olur. Bəlkə də, bu kimlər üçünsə düzgün seçimdir. Yoxsa insani dəyərlər artıq dəyişib?
Sonuncu samuray
Sonuncu samuray (ing. The Last Samurai) — rejissor Edvard Zvikin 2003-cü ildə çəkdiyi dram filmi. Film 4 nominasiyada "Oskar" mükafatına namizəd göstərilmiş, 15 mükafata layiq görülmüşdür. 1876-cı ildə Amerika ordusunun kapitanı Natan Alqren Yaponiya imperatorunun dəvəti ilə ölkənin ilk müasir ordusuna təlim keçmək üçün Tokioya gəlir. Yapon ordusuna komandanlıq edən Alqren döyüşdə samuraylara əsir düşür. Samurayların son lideri Katsumoto (Ken Vatanabe) yeni düşmənlərinin kim olduğunu və nə olduğunu anlamaq üçün onun öldürülməsinə icazə vermir və onu yaşadıqları samuray kəndinə aparır. Alqren samuray mədəniyyəti ilə tanış olur və çox təsirlənir. Bir samuray döyüşçüsü kimi hərəkət etməyi, qılınc istifadə etməyi öyrənəndə böyük bir qərarın həddinə gəlir. İki tərəf arasında qalmışdır və şərəfinin doğru yolu göstərməsini gözləyir.
Sonuncu imperator
"Sonuncu imperator (ing. The Last Emperor) — Ssenari müəllifləri Mark Peploe və Bernardo Bertoluççi olan, Çinin sonuncu imperatoru Pu İnin həyatından bəhs edən 1987-ci il istehsalı olan bioqrafik, tarixi dram filmidir. Filmdə Pu İnin kiçik yaşlarında taxta çıxmasından, Çin kommunistləri tərəfindən həbsə atılması və siyasi reabilitasiyasına qədər həyatı əks olunmuşdur. Film Çin hökumətinin icazəsi ilə Pekindəki Yasaq şəhərdə çəkilən ilk bədii filmdir. Film ən yaxşı film və ən yaxşı rejissor nominasiyalarıda daxil olmaqla doqquz Oskar mükafatı qalibi olmuşdur. Filmdə hadisələr 1950-ci ildə Çinin sonuncu imperatoru Pu İnin türməyə gətirilməsi ilə başlayır. 1945-ci ildə Çinə daxil olan Qırmızı ordu tərəfindən əsir götürülərək 5 il ərzində sovet əsgərlərinin dustağı olan kecmiş imperator hərbi cinəyatkar və siyasi dustaq kimi həbsxanaya təcrid olunur. Həbsxanaya gətirilərkən kecmiş imperatoru vağzalda bir necə insan tanıyır və önündə baş əyir. Pu İn həbsxanya gələn kimi ayaqyolunda damarını kəsərək intihara cəhd edir. Xəyallar onu kecmişə iki yaşı olarkən 1908-ci ildə anasından alınaraq saraya ölüm ayağında olan nənəsi İmperatriça Cısinin önünə gətirildiyi vaxta aparır.
Sonuncu padşahlıq (serial)
" Sonuncu Padşahlıq " ( ing. The Last Kingdom Sonuncu Krallığı ), " Sakson Salnamələri " ümumi adı altında Bernard Cornwellin məşhur kitab seriyasına televiziya uyğunlaşması olan İngilis tarixi serialıdır . Serialın premyerası 2015-ci il oktyabrın 10-da ABŞ-də BBC America-da , eyni il 22 oktyabrda İngiltərədə BBC Second-da yayımlandı . 2015-ci ilin dekabr ayında serial ABŞ-də 16 mart 2017-ci ildə təqdim olunan ikinci mövsüm üçün uzadıldı . 2017-ci ilin sentyabrında seriya üçüncü mövsüm üçün uzadıldı, 19 Noyabr 2018 tarixində yalnız Netflix- də satışa çıxdı . 2018-ci ilin dekabrında seriya rəsmi olaraq dördüncü mövsüm üçün uzadıldı, çəkilişləri 2019-cu ilin oktyabrında başa çatdı və premyeranın 26 aprel 2020-ci ildə keçirilməsi planlaşdırıldı . Список эпизодов телесериала «Последнее королевство» Televiziya serialının süjeti 9-cu əsrin ikinci yarısında baş verir, indi İngiltərə kimi tanınan bir sıra ayrı-ayrı Anglo-Saxon krallıqlarını təmsil edir - Northumbria, Mercia, Wessex, East Anglia və s. Anglo-Sakson torpaqlarına "böyük millətlərin böyük ordusu" - Vikinqlər hücum edir və Danimarkalar onlara hakimiyyəti ələ keçirirlər. Qismən müstəqillik yalnız ağıllı və istedadlı King Alfred Böyük tərəfindən idarə olunan Wessex krallığı tərəfindən qorunur. Baş qəhrəman Utred Bebbanburg, Skandinaviyalılar tərəfindən qaçırılan və Jarl Ragnarın övladı olaraq böyüdülmüş bir Anglo-Saxon onluğunun yetim bir oğludur.
Sonuncu ölən ümidlərdir
Sonuncu ölən ümidlərdir — Varis Yolçiyevin romanı. Yazıçının ilk kitabı olan bu romanın mövzusu real həyatdan götürülüb. Son zamanların ən çox oxunan “Sonuncu ölən ümidlərdir” romanı dramatik, həm də macəra dolu bir sevgi əhvalatından bəhs edir. 1990-cı illərin sonunda “168 saat” qəzetində pero-serial janrında “Sonuncu ölən ümidlərdir” adlı, mövzusu real həyatımızdan götürülmüş bədii əsər dərc olunmağa başladı. Qısa müddət ərzində qəzetin tirajı 20 min nüsxəni haqladı, satış faizi 95-ə yüksəldi. Son dərəcə dramatik hadisələrlə, macəralarla zənginləşdirilmiş bu sevgi əhvalatı qısa vaxt kəsiyində bütün ölkədə populyarlıq qazandı. Təqdim olunan bu kitab “Sonuncu ölən ümidlərdir”in qəhrəmanlarının sonrakı taleyini özündə əks etdirən roman variantıdır.
Transformerlər: Sonuncu cəngavər
Transformerlər: Sonuncu cəngavər – rejissoru Maykl Bey olan, ssenarisi isə Art Merkum, Mett Hollouey və Ken Nolanın tərəfindən yazılan 2017-ci il Amerika-İngilis istehsalı elmi fantastika filmi. Bu film Transformers seryasının beşinci filmidir və baş rollarda Mark Uohlberq ilə Antoni Hopkinz oynamışdır. Son Cəngavər, Transformers seryasının mahiyyətindəki əfsanələri paramparça edir və qəhrəman olmağın mənasını yeninden tanımlayır. İnsanlar və Transformerlər döyüşdə, Optimus Praymla görüşə gedir. Gələcəyimizi xilas etməyin açarı keçmişin sirlərində və Transformerlərin dünyadakı gizli keçmişində gizlənib. Dünyamızı qurtarmaq Cade Yeager (Mark Wahlberg), Bumblebee, bir İngilis lordu (Sör Anthony Hopkins) və bir Oxford professorundan (Laura Haddock) yaranan gözlənilməz bir ittifaqa həvalə edilir. Hər kəsin öz hayatında fərq yaratmağı istənilən bir an gəlir. Transformers 5: Son Cəngavərdə ovlananlar qəhrəman olacaqlar. Qəhrəmanlar pislər olacaqlar. Yalnız bir dünya ayağda qalacaq: ya onlarınki ya da bizimki… Mark Wahlberg rolu Cade Yeager.
Parisdə sonuncu tanqo
"Parisdə sonuncu tanqo" (it. Ultimo Tango a Parigi) — Bernardo Bertoluççi tərəfindən 1972-ci ildə çəkilmiş erotik film. Əsas rolları Marlon Brando və Mariya Şnayder ifa edir. İki Oskar nominasiyası: Bernardo Bertoluççinin rejissorluğu və Marlon Brandonun aktyorluğu üçün (Brandonun karyerasında aparıcı kişi aktyorluq kateqoriyasında yeddinci və sonuncu Oskar nominasiyası) almış film AFI-nin 100 ən yaxşı Amerika melodramı siyahısında 48-ci yeri tutmuşdur . Film erotik və fəlsəfi melodram elementlərini özündə birləşdirir.
Dünyanın sonuncu günü
Dünyanın son günü və ya Paul V.R.-nin Son Səyahəti — ilk premyerası 2020-ci ilin sentyabr ayında Anqulem Frankofoniya Film Festivalında baş tutmuş, beynəlxalq premyerası isə Sitges Film Festivalında olmuş, rejissor Romain Quirotun çəkdiyi elmi fantastika filmidir. Bu film, Quirotun çəkdiyi "The Enigmatic Paul WR-nin Son Səyahəti" adlı qısametrajlı filminin davamı olan uzunmetrajlı filmdir. == Süjet xətti == Yaxın gələcəkdə Yer kürəsində temperatur yeni, dözülməz həddə çatmışdır. Dünyanın neft, kömür və qaz ehtiyatları tükənənmiş, vəhşi təbiətdə yaşayan əksər heyvan və bitki növləri yox olmuş və yüz milyonlarla insan iqlim qaçqınına çevrilmişdir. Bir müddət əvvəl isə səmada yeni bir planet peyda olmuşdur. Bəşəriyyət oraya çatmaq və elmdə inqilab edən Lumina mineralını çıxarmaq üçün çox səy göstərmişdir. Hiperenergetik olan bu element yer üzündə mövcud olan bütün digər enerji mənbələrini gözdən salmışdır. Sözügedən planet bir müddət sonra öz radiusundan çıxmış və planetin hərəkət istiqaməti dəyişmişdir. Planetin yeni hərəkət istiqaməti onun Yerlə toqquşma ehtimalını artırmış və dünyanın məhv olması təhlükəsi meydana çıxmışdır. Dünyada bu vəziyyəti düzəldə biləcək cəmi bir adam vardır.
Freddi ölüdür: Sonuncu dəhşət (film, 1991)
Freddi ölüdür: Sonuncu qarabasma (ing. Freddy's Dead: The Final Nightmare) — 1991-ci ildə istehsal olunmuş ABŞ filmidir. == Məzmun == 1999-cu il. Son hadisələrdən on il keçmişdir. Elis və Ceykob artıq şəhəri tərk etmişlər. Şəhərdəki gənclərin hamısı ölmüşdür. Onlardan sağ qalanı Condur. Con Freddiyə müqavimət göstərə bilmədiyindən şəhərdən qaçmağa qərar verir, lakin yolda huşunu itirərək, xəstəxanaya düşür. Burada Con tibb bacısı Meqqi lə tanış olur. Meqqi Conun sağalmasından sonra qərara gəlir ki, onu Sprinqvud şəhərinə aparsın.
Freddi ölüdür: Sonuncu qarabasma (film, 1991)

Kikboksçuların kralı 3: Sonuncu Noqdaun (film, 1995)
Kikboksçuların kralı 3: Sonuncu Noqdaun və ya Xam hədəf (ing. Raw Target) — 1995-ci ildə Tim Sprinq tərəfindən çəkilən döyüş filmi janrlı ABŞ filmidir. == Məzmun == Kikboksçu Conni Rider rinqdə rəqibini məğlub edərək öldürür. Bundan sonra onun turnirlərdə iştirak etməyə icazə verilmir. Lakin bir müddət keçdikdən sonra Conninin qardaşı öldürülür. Polislər bu işlə məşğul olmur. Çünki qardaşını öldürən məşhur narkomafiya başçısı və döyüş ustasıdır. Conni onun yanında işləyərək qisas almağa başlayır.
Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı
Zuko Əhvalatı (ing. Zuko's Story); tam adı Sonuncu hava maqı. Prikvel: Zuko Əhvalatı (ing. The Last Airbender Prequel: Zuko's Story) — M. Nayt Şyamalanın Sonuncu hava maqı filmin prikvel komiksi.
Sonuncu hava maqı (film, 2010)
«Sonuncu hava maqı» (ing. The Last Airbender) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının 1-ci sezonu (Birinci kitab: Su) əsasında M. Nayt Şyamalan tərəfindən çəkilən bədii film. Film 2D və 3D formatlarında çəkilmişdir. Film həm kino təndiçiləri, həm orijinal serialın fanatları, həm də ümumi tamaşaçılar tərəfindən sərt tənqid olunub. Onun Rotten Tomatoes saytındaki 190 resenziyaya əsaslanan təsdiq reytinqi 5%-dir və ortalama qiyməti 2,78/10-dır. Beləliklə, bu film, bu günə qədər həm Nickelodeon Movies-in həm də Şyamalanın ən aşağı qiymətli filmidir. Əvvəlcə müəlliflər filmi cizgi serialla eyni — "Avatar: Axırıncı hava maqı" (ing. Avatar: the Last Airbender) adlandırmaq istəyirdilər. Lakin, həmin vaxt Ceyms Kemeronun "Avatar" filmi ekranlara çıxdığı üçün filmin adını dəyişmək qərarına gəldilər.
Sonuncu legion (film, 2007)
Sonuncu Legion (ing. Last Legion) – 2007-ci ildə rejissor Daq Lefler tərəfindən çəkilən tarixi filmdir. 476-cı il.Qərbi Romanın süqutu ilə quldarlığın ləğv olunduğu il. Qərbi Romanın 12 yaşında sonuncu hökmdarı olan Romul Avqust və onun müəllimi Ambrosinus (ona əsl adı Merlindir) Kapri adasına məhkum edilirlər. Romul adadan misri qılınc tapır.Bu qılınc nə vaxtsa Yuli Sezara məxsus olub.Rəvayətə görə, misri qılınc səmadan düşüb. Misiri qılıncla kim bacarsa, onda o imperator olacaq.Əvvəllər Roulun yanında çalışmış mühafizəkarlar (Mira və Aurelius) onu adadan xilas edirlər və birlikdə Britaniya adasına gedirlər ki, çoxlu legionlar toplasınlar.Lakin onları düşmənlər təüib edir.Düşməmlər mühafizəkarların üzərinə hücuma keçirlər.Bu zaman doqquzuncu legionun əsgərləri mühafizəkarlarla birlikdə vuruşurlar və sonda qalib gəlirlər.Qələbədən sonra Romul Avqust qılıncı daşın üzərinə atır və müharibənin qurtardırığını söyləyir. Bu hadisələrdən sonra Romul Avqust Pendraqon adını qəbul edir. Mina və Aurelius evlənirlər. Bu film tarixi filmdir. Kolin Fört – Aurelius Tomas Sanqster – Romul Avqust Ayşvariya Ray – Mira Ben Kinqsli – Ambosinus Con Hanna – Nestor Rupert Frend – Demetrius İen Qlend – Orest (Romulun atası) Rejissor: Daq Lefler Operator: Marko Pentakorvo Musiqi: Patrik Doyl Prodüserlər: Tarak Ben Ammar, Ceyms Kleyton, Kris Karlinq, Dino De Laurentis Ssenaristlər: Cez Battervorf,Tom Battervorf, Karlo Karley " Sonuncu Legion " filmi4 ölkə ərazisində çəkilmişdir: Fransa, Böyük Britaniya, İtaliya və Tunis.
Sonuncu müsahibə (film, 1960)
Böyük türk şairi Nazim Hikmətlə aparılmış müsahibə filmin əsasını təşkil edir.
Sonuncu şam yeməyi (Da Vinçi)
Sonuncu şam yeməyi (it. Il Cenacolo və ya L'Ultima Cena) — XV əsrdə Milanda Leonardo da Vinçi tərəfindən, Lodoviko Sforsa və onun xanımı Beatriçe d'Este üçün yaradılmış divar rəsmi. Rəsm əsərinin mövzusu Yəhya İncilində 13:21 təsvir edilmiş İsanın sonuncu şam yeməyi mövzusundan götürülmüşdür. Bu şam yeməyi zamanı İsa on iki həvarisindən birinin ona xəyanət edəcəyini və onu satacağını bildirmişdi. Sonuncu şam yeməyi əsəri 450 × 870 sm (15 x 29 fut) ölçüdə olub İtaliyanın Milan şəhərindəki Santa Mariya della Qrasiya monastırının yemək otağının arxa divarında çəkilmişdir. Da Vinçi əsəri işlədiyi zaman otaq yeməkxana olmasa da, bu mövzu məbəd yeməkxanaları üçün üstünlük verilən ənənəvi mövzulardan olmuşdur. Əsərin işlənməsi zamanı monastırın əsas kilsə binası yenicə tamamlansa da (1497) Ludoviq Sfroza tərəfindən tutulmuş Donato Bramante tərəfindən yenidən işlənilir və binanın Sfrozalar ailəsinin türbəsi olması nəzərdə tutulurdu. Əsər də Sfroza tərəfindən türbənin mərkəzi divarını bəzəmək üçün sifariş edilmişdi. Şəklin əsas hissəsinin üstündə olan tavanla əsər arasındakı hilal şəkilli aralıq hissə, üç kəmər sırasıyla bəzədilərək mərkəzdə Sfroza ailəsinin gerbi təsvir edilmişdir. Sonuncu Şam Yeməyi əsərinin işləndiyi divarın qarşısındakı divarda isə Covanni Donato da Montorfano İsanın (ə.s.) xaça çəkilməsi səhnəsini təsvir edən bir əsər işləmişdir.
Sonuncu şam yeməyi (Leonardo da Vinçi)

Sonuncu şam yeməyi (del Kastaqno)
Sonuncu şam yeməyi — XV əsrdə Andrea del Kastaqnonun çəkdiyi rəsm.

Значение слова в других словарях