Sonuncu arzu (pol.Ostatnie życzenie) — Polşa yazıçısı Andjey Sapkovskininfentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə "Sonuncu arzu"Cadugər seriyasından olan ilk əsərdir. Kitab ilk dəfə polyak dilində 1993-cü ildə nəşr edilmiş[1], 2007-ci ildə isə kitabın ilk ingilis dilli nəşri yayımlanmışdır.[2]
Topluya daxil olan ilk hekayədir. Müsabiqə üçün yazılmış, bu kiçik hekayə "Cadugər haqqında saqa"nın əsasını qoymuşdur. Peşəkar bədheybət ovçusu olan Riviyalı Gerald Temitiyanın paytaxtı Vizim şəhərinə gəlir. Burada ona şəhər əhlinə əziyyət verən vampir qızdan şikayət edilir. Vampir qız kral Foltestin doğma bacısı Addadan olan qızıdır. Kral qızını cadulayıb insana çevirənə böyük mükafat vəd edir. Gerlad işi öhdəsinə götürür. Qələbə üçün Gerald vampiri sarkofaqda gecələməyə qoymamalıdır. O, vam keçirir. Səhər isə qızın tilsiminin açıldığını görür. Lakin, qarşılaşma zamanı vampir onun boynunda dırnaqları ilə yara qoya bilir. Gerald qanaxmanı dayandırır, qız isə normal halda qalır.
Hekayədə "Gözəl və bədheybət" nağılına yeni baxış təqdim edilir. İş axtararaq səyahət edərn Gerald yolda pərişan olmuş yolçularla qarşılaşır. O, Nivellen adlı, ayı başlı insan olan bədheybətlə qarşlaşır. Quldur dəstəsinin rəhbəri olmuş Nivellen Şir başlı hörümçək məbədini yağmaladıqdan sonra məbəd rahibəsi onu lənətləmiş və quldur bədheybətə çevrilmişdir. O, kimə yaxınlaşsa hamı ondan qaçır. Onun çoxlu tacir qızları ilə gizli romantik münasibətləri olsa da, indi yalnız Vereena adlı qızla münasibət saxlayır. Gerald getməyə hazırlaşarkən başa düşür ki, yolçuları pərişan hala salan vampir Vereena imiş. Nivellenin köməkliyi ilə Gerald vampirə qalib gəlir. Vampirin öldürülməsindən sonra Nivellen də insan cildinə qayıdır.
Hekayədə "Ağbəniz" nağılına yeni baxış təqdim edilir. Analığı tərəfindən həyatına edilən çoxsaylı sui-qəsdlərdən sonra Ağbəniz – Renfri çox təhlükəli quldurbaşına çevrilir və xalq arasında Sorokoputka adı ilə tanınır. Renfrinin əsas məqsədi analığı və onun köçəkçisi tilsimkar Streqobordan qisas almaqdır. Gerald Renfrinin əlindən qaçaraq Blaviken şəhərindəki əlatmaz qalada gizlənmiş tilsimkarla görüşür. Streqobor Geralda Qara günəş əfsanəsini danışır. Həmin əfsanəyə görə çar ailələrində pozğun psixikaya malik mutant qızlar doğulur və Renfri də həmin mutantlardan biridir. Daha sonra Gerald Renfri ilə görüşür və hadisələr haqqında onun versiyasını dinləyir; onların söhbəti fəlsəfi müstəviyə keçərək kimin bədheybət, kimin qurban olması mövzusu ətrafında fırlanır. Renfri çalışır Cadugəri Streqeborla gözlənilən qarşılaşmaya müdaxilədən çəkindirsin. Səhər Gerald başa düşür ki, Renfri dəstəsi ilə birlikdə "Tridam ultimatumu"nu təkrarlamağı planlaşdırır. Onların planına əsasən tilsimkarın qaladan çıxması üçün meydanda təşkil olunan ənənəvi yarmarkaya gələn insanlar əsir alınmalı idi. Gerald az qəddarlığı seçərək meydana gəlir və Renfrinin bütün tərəfdaşlarını öldürür. Bundan sonra Gerald Renfri ilə təkbətək döyüşə çıxır və qızı ölümcül yaralayır. Bundan sonra insanlar Geraldı şəhərdən qovurlar. Bu hadisədən sonra bəzi yerlərdə Geraldı Blaviken ətkəsəni kimi də tanıyırlar.
Süjetin gələcək inkişafında mühüm rol oynamış hekayədir. Hadisələr Tsindr şəhərində baş verir. Kraliça Kalante cadugərdən xahiş edir ki, nəsibindən qaçmaqda ona kömək etsin. Bir dəfə ov zamanı kral atdan yarğana yıxılaraq ayağını qırır. Kralı ölümdən yaxınlıqda olan cəngavər xilas edir. Kral xilaskarına hər şey verməyə hazır olduğunu bildirdiyi vaxt, cəngavər gözlənilməz haldan istifadə edərək deyir ki, onu evdə gözləyən, amma xəbəri olmayan şeyi istəyir. Bu gözlənilməzliyin kralın yeni doğulmuş qızı Pavetta olması məlum olur. Kralın ölümündən on beş il sonra Pavetta nişanlanmalıdır. Kraliça planına yarana biləcək mümkün təhlükəni aradan qaldırması üçün Cadugəri də xeyir mərasiminə dəvət edir. Kraliça sülalələr arası razılaşma əldə etmək üçün qızını Skelliqdən Krax an Krayta ərə vermək istəyir. Gerald bilir ki, nəsibdən qaçmaq mümkün deyil, lakin Kalante bu hekayədə bir məsələ görür – qiymət məsələsi…
Pavettanın nəsibi olan şəxsin tilsimlənmiş köçəri cəngavər olması aydın olur. Gecə yarısından sübhə kimi o, adi insan cildində olsa da, sübh açılması ilə bədheybət cildini alır. Bədheybəti öldürmək yerinə Cadugər Danini xilas edir, kraliçanı ərinin vədini yerinə yetirməyə məcbur edir və beləliklə də Daninin tilsimi aradan qaldırır.
Özünü Cadugərə borclu hiss edən Dani borcunu qaytarmaq istəyir. Cadugər bir zamanlar Daninin kraldan aldığı sözü indi də Daninin özünün verməsini istəyir. Yalnız bundan sonra Dani Pavettanın ondan hamilə olmasını öyrənir. Nəsib yenidən uşaq olur.
Bu hekayədə ilk dəfə saqanın əsas qəhrəmanlarından biri olan trubadur Lutçu təqdim olunur. Gerald və Lutçu Dünyanın o başına Dol Blatannadakı Çiçəklə vadisinə yollanırlar. Bir zamanlar bu ərazilərdə elflər yaşasalar da, insanlar gəlmiş və onları dağlara qovmuşdular. Lakin, elflər asanlıq təslim olmaq fikrində deyillər. Onlar buynuzlu "şeytan" Torkveni işə cəlb edərək insanları hədələyir və onların becərdikləri bitkilərdən vergi vermələrini təmin edirlər. Kənd sakinləri onları şeytandan azad etmək üçün Geraldı işə cəlb edirlər. Elflər Gerald və Lutçunu tutaraq öldürməyə hazırlaşdıqları vaxt peyda olan ilahə Dana Meabdx qəhrəmanları azad edir. Elf qız Toruvel Lutçunun sındırılmış lutu yerinə ona yeni lut hədiyyə edir.
Gerald və Lutçu balıq tutarkən butulka aşkarlayırlar. Lutçu butulkanı açarkən onun içindən çıxan cin şairin arzusunu yerinə yetirmək əvəzinə onun boğazına yapışır. Gerald vaxtilə bir rahibədən öyrəndiyi tilsimi oxuyur və cin uçub gedir. Gerald yaralı Lutçunu Rindu şəhərinə gətirsə də, gün batdığından sonra keikçilər heç kimi şəhərə buraxmırlar. Buna görə də Gerald kömə üçün tilsimkar qız Vengerberqli Yenniferə müraciət etməli olur. Lutçunu sağaldan Yennifer əvəzində butulkanın tıxacını istəyir. O, cadugərin iradəsini ələ keçirir və onu şəhərə göndərir. Gerald özünə gəldikdə həbsxanada olduğunu görür. Məlum olur ki, o, lombardçını döymuş, tilsimkar qızın qovulmasını tələb edən aptekçi Lavronosiki isə təhqir etmişdir. İpat Geraldı yanına çağırır, kahin Krepp isə su, torpa, od və hava ölçülərində yaşayan və insanlar üçün əlçatmaz olan cinlərdən danışır. Yennifer cinin nəhəng güc və imkan bəxş edə biləcəyini bildiyinə görə onlardan birini tutmağa çalışır. Lakin, bunun üçün cin əvvəlki sahibinin bütün istəklərini yerinə yetirməlidir. Lutçu portal vasitəsiylə peyda olur və tilsimkar qızdan məlumat gətirir. Tabe olmaq istəməyən cin Yenniferlə döyüşə başlayır. Gerald Kreppdən xahiş edir ki, onu portal vasitəsiylə cinlə döyüşdən zəifləmiş Yenniferin yanına göndərsin. Gerald Yenniferi xilas etmək üçün özü ilə portala çəkir. Gerald başa düşür ki, cin əslində onun istəklərini yerinə yetirir və üçüncü arzu olaraq Gerald istəyir ki, cin onun və Yenniferin taleyini bir-birinə bağlasın.
2011-ci ildə ABŞ PrezidentiBarak ObamanınPolşaya səfəri zamanı Polşa Baş Naziri Donald Tusk ona "Sonuncu arzu" kitabının Sapkovskinin avtoqrafı ilə olan nüsxəsini hədiyyə etmişdir.[3] 2015-ci ilin iyununda "Cadugər 3" oyununun çıxarılmasından sonra kitabın ingiliscə nəşri New York TimesBestseller siyahısına daxil edilmişdir.[4]
Савченко О. Метафора в романе А.Сапковского "Последнее желание" // Філологічні студії / Збірник наукових статей студентів філологічного факультету з нагоди 145-річчя заснування Одеського національного університету імені І.І.Мечникова / Одеський національний університет імені І.І.Мечникова, 2010. – С.55–65