SOYUTMAQ

f.
1. Bir qədər soyuq eləmək, soyuq hala salmaq, soyumasına səbəb olmaq. Pəncərəni açıb otağı soyutmaq. Xörəyi soyutmaq.
– Nə qədər yel soyutsa da havanı; Çoban artıq büründü bərk çuxanı. A.Səhhət.
[Salman] özünü havaya verib, tərini soyudurdu. M.İbrahimov.

2. məc. Ruhdan salmaq, həvəsdən salmaq, uzaqlaşdırmaq, gözündən salmaq.
Sonra gündən-günə divanəsər etdin məni sən; Məktəbimdən soyudub dərbədər etdin məni sən. A.Səhhət.
[Mirva] dünən bu qızı xəstə kimi qələmə verməkdə Aslandan soyutmaq istəyirmiş. S.Vəliyev.

◊ Acığını (hirsini) soyutmaq – acığını, hirsini yatırtmaq, sakitləşdirmək.
…Gülyaz qocanı dilə tutub yumşaltmaq, onun hirsini soyudub, öz istəkli qızını bu ağır xəstəlik yatağından qaldırmaq istəyirdi. S.Rəhimov.

Антонимы

  • SOYUTMAQ SOYUTMAQ – İSİTMƏK Soyutmuşdu onu işdən məhəbbət (S.Vurğun); Xörəyi isidib gətirdi (Ə.Vəliyev)
SOYUTMA
SOZALMAQ

Значение слова в других словарях