Statistik linqvistika

1. Kompüter linqvistikasının aparıcı istiqaməti hesab olunur. Bu, kompüter linqvistikasının bütün istiqamətlərinin fəaliyyətinə əsaslanır və onun bazasıdır (əsası, özülüdür). 2. Linqvistik obyektləri ənənəvi statistik metodların köməyi ilə öyrənir. 3. Ənənəvi statistik aparatı istifadə edən nitq əsərinin və dil sisteminin tədqiqi ilə məşğul olub, dilin statistikasında və dinamikasında ona tətbiq edilən ümumi statistik qanunları (qanunauyğunluqları) ortaya çıxaran kompüter linqvistikasının istiqamətidir. Statistik leksikoqrafiya vasitəsilə o xarici dil təlimi metodikası ilə əlaqədə olub, təlimin optimizasiyası ilə də bağlıdır, baza dilinin parametrlərini müəyyənləşdirməklə, dillərin tədrisinin statistik optimizasiyasının parametrlərini müəyyənləşdirməklə və həyata keçirməklə, bir tərəfdən, mühəndis linqvistikası ilə - maşın tərcüməsi sahəsi ilə bağlıdır ki, linqvostatistik xarakteristikalar əsasında bir, iki, və çoxmənalı tezlik lüğətlərinin tərtibatını təmin edir ki, onlar maşın tərcüməsi sistemində avtomatlaşmış maşın lüğətlərinin əsas bazası olmaqla, maşının köməyi ilə tərcüməni təmin edir. Alqoritmin linqvistika ilə xarici dillərin kompüter vasitəsilə tədrisinin optimizasiyasında mühüm rol oynamaqla, söz siyahısının tezliyini müqayisə etməyə imkan verməklə və dərsliyin keyfiyyətini müəyyənləşdirməklə, dərslik materialının kəmiyyət dəyərinin avtomatik hesabını aparır. 4. Tezlik lüğətlərinin tətbiqi və istifadəsi məsələləri ilə məşğul olan statistik leksikoqrafiyanın başlıca komponenti.
Statistik linqvistik təhlil
Statistik oppozisiya metodu
OBASTAN VİKİ
Statistik
Statistika (lat. status "vəziyyət") və ya Ehsaiyyə – insan cəmiyyətinin və xalq təsərrüfatının inkişafında kəmiyyət dəyişikliklərini öyrənən və bu sahədə əldə edilən məlumatı (rəqəmləri) elmi və praktik məqsədlər üçün işləyib hazırlamaqla məşğul olan elm. Statistika sözü latınca "status" sözündən gəlmişdir, hərfi tərcüməsi hadisələrin vəziyyəti deməkdir. Bu sözün kökündən "stato" (dövlət), "statista" (statistik — dövlət işlərinin bilicisi) və "statistica" (statistika – dövlət haqqında müəyyən biliklərin, məlumatların cəmi) sözləri yaranmışdır. Bu termindən ilk dəfə alman alimi, fəlsəfə və hüquq professoru Qotfrid Axenval (1719–1772) istifadə etmişdir. O, 1746-cı ildən əvvəlcə Marburq, sonra isə Qettinqen universitetlərində statistika adlandırdığı yeni fənni tədris etməyə başlamışdır. Statistikada alman təsviri məktəbinin əsasını qoyan Q. Axenvalın statistika haqqında baxışları müasir baxışlardan əhəmiyyətli dərəcədə fərqlənir. O, yeni tədris olunan fənnin məzmununu dövlətlərin siyasi vəziyyətinin və diqqətəlayiq yerlərin təsvir edilməsi hesab edirdi. İngilis siyasi arifmetika məktəbinin yaradıcıları olan Con Braunt (1620–1674) və Vilyam Pettinin (1623–1687) elmi baxışları statistika haqqında müasir baxışlara daha yaxın olmuşdur. Təsadüfi deyil ki, K. Marks V. Pettini siyasi iqtisadın atası və statistikanın yaradıcısı adlandırmışdır.
Linqvistika
Dilçilik, dilşünaslıq, linqvistika — dil, dilçilik, onun ictimai təbiəti və funksiyaları, daxili quruluşu, funksiyalarının qanunauyğunluqları, tarixi inkişafı və konkret dillərin təsnifatı haqqında elm. Dil (mövcud və ya nə vaxtsa mövcud olmuş dillər) haqqında elm. Dilçiliyə qədərki, mikrodilçilik və metadilçilik kimi hissələrə bölünür. Nəzəri dilçilik şərti olaraq ümumi və xüsusi dilçiliklərə bölünür. İngilis və fransız mənbələrində linqvistika işlənsə də o, dilçiliyin sinonimi kimi başà düşülür. Strukturalizmdə daxili və xarici dilçilik fərqləndirilsə də, linqivistika ümumi və nəzəri dilçiliyin bir hissəsi kimi başa düşülür. XX əsrin 50-ci illərindən bu yana linqvistika çağdaş, sinxron, daxili struktura yönəlikli bir elm kimi götürülür və bütün səviyyələrdə dil qanunauyğunluqlarını aydın və formal təsvir metodlarla tədqiq edir.
Statistik analiz
Statistik analz — riyazi statistikanın bölməsi olub, texnoloji proseslər haqqında əldə olunan statistik verilənlərin emalı üçün istifadə olunur. Eksperimentlərin nəticələrinin dəyərləndirilməsi riyazi statistikanın köməyi ilə qoyulmuş hipotezin yoxlanmasına əsaslanır. Məsələn, müxtəlif sınaq şəraitində iki, bir-birindən asılı olmayan müxtəlif tədqiqatçılar tərəfindən eyni parametrin ölçülməsindən alınan nəticələrin üst-üstə düşməsini yoxlamağı buna aid etmək olar. Hər iki ölçmə sırası üçün hesablanan orta qiymət və disperisya məlum olduqdan sonra onlar haqqında nə fikir yürütmək olar? Bu sualın cavabını ölçmə xətasını nəzərə almaqla ehtimalla vermək olar. Yoxlanılan hipotez eksperimentlərin təsviri üçün istifadə olunan fiziki modelin tətbiqinin düzgünlüyü ilə bağlanıla bilər. Model, ölçülən parametrlər arasında funskional asılılığı nəzəri deyə bildiyi üçün eksperimental asılılıqların statsitik analizi bu modelin düzgünlüyü aşkar etməyə imkan verir. Burada nəticə çıxarmaq üçün qoyulmuş hipotezin ödənilməsi və ya ödənilməməsi şərtlərindən asılı olaraq, özündə müxtəlif statistik meyyarları cəmləşdirən ehtimal yanaşmaya əsaslanır. İstənilən halda aparılmış eksperimentlərin sayəsində konkret ehtimallar hesablanır. Ona görə də, ehtimal meyyarlarına söykənən statsitika konkret cavab vermir.
Statistik önəmlilik
Statistik önəmlilik — analiz olunan parametrin sırf təsadüfi yaranması ehtimalının çox kiçik olmasını göstərir. Bu göstərici önəmlilik testi ilə yoxlanılır. Əgər sıfır hipotezi həqiqətən doğru olarsa, onda statistik önəmlik onu redd etmək üçün qərar qəbuletmə ehtimalı kimi təyin olunur. Həll zamanı p qiyməti təyin olunur. Əgər p önəmlilik səviyyəsindən aşağı olarsa onda sıfır hipotezi inkar edilir. Önəmlilik səviyyəsi α ilə işarə olunur. Ən geniş yayılmış önəmlilik səviyyələri 10%, 5%, 1%, və 0,1%-dir. Əgər p-nin qiyməti α-səviyyəsindən aşağıda yerləşərsə onda sıfır hipotezi redd olunur. Belə nəticələr satistik önəmli adlanır. Əgər hadisənin mində birində təsadüfi baş verirməsi deyilirsə, onda nəzərdə tutulur ki, önəmlilik səviyyəsi 0,1%-dir.
Morfologiya (linqvistika)
Morfologiya (yun. μορφή -forma, λόγος-elm) — Linqvistikada nitq hissələri və onların dəyişilmə qaydalarını öyrənir. Termin biologiyadan götürülüb, hal-hazırda da bu elmdə işlənməkdədir. Morfologiya termini dilçiliyə məşhur alman dilçisi, naturalizm dilçilik məktəbinin banisi A. Şlayxer tərəfindən gətirilib. Morfologiya qaydalarına dilin daxili strukturlarını izah edən sözlər daxildir. Morfologiya sözlərin iç quruluşundakı dil faktlarına bağlı qaydaları öyrənir. Morfologiya qrammatik əsas iki formasından (sintaksis) biri olub, sözün formalarını öyrənir. Morfologiyanın əsas mövzusu nitq hissələridir. Morfologiyada sözlər nitq hissələri kimi öyrənilir, onların quruluşu və dəyişmə qaydalar araşdırılır. Müasir dilçilikdə morfologiya dilin ayrıca səviyyəsi və dilçilik şöbəsi kimi qəbul edilir.
Tarixi linqvistika
Tarixi linqvistika tarix elmindən istifadə edərək dilin yaranması və qrammatika qaydalarının tarixi inkişafını izah etmək üçün yaradılmış elmi metoddur. Dil ailələrinin necə meydana gəldiyini də tədqiq edən bu metodun mövzuları arasında dillərin niyə dəyişdiyi, danışan cəmiyyətlərin necə doğulduğu və sözlərin mənşəyi kimi mövzular da mövcuddur.
İnversiya (linqvistika)
İnversiya — nitqin bədii təsirini artırmaq üçün sözlərin sırasının qəsdən pozulması (inversiya - yerdəyişmə deməkdir). Daha çox nəzmdə istifadə olunur. İnversiya obrazlılığın qrammatik səviyyədə göstəricilərindən biridir. Adətən söz sırasında ilk olaraq Mübtəda ondan sonra tamamlıq sonda xəbər və xəbərdən əvvəl zərflik işlənməli təyin isə aid olduğu üzvdən əvvəl işlənməlidir. Başın var, başını başsızdan qoru, Zarafat gəlməsin sənə bu dünya.
Verbalizasiya (linqvistika)
Verbalizasiya (lat. verbum) — digər nitq hissələrinin sözlərinin fel kateqoriyasına keçməsi. Verbalizasiya həm geniş mənada, həm də fel olmayanların felə çevrilməsinin istənilən formasını ifadə edən, həm də yalnız dar mənada başa düşülə bilər (sintaktik verbalizasiya). Sonuncu halda, qeyri-fel şifahi predikat funksiyasını yerinə yetirdikdə, fel uyğun morfoloji dəyişikliklərlə digər nitq hissələri əsasında əmələ gələndə morfoloji transformasiyaya qarşı çıxır.
Tarixizm (linqvistika)
Tarixizm — insan həyatının bir vaxtlar mövcud olmuş, lakin yoxa çıxmış hadisələrinin adları olan sözlər. Tarixizmlər passiv lüğətə aiddir və müasir dildə sinonimləri yoxdur. Bu, müasir nitqdə sinonimlərlə əvəz olunan köhnəlmiş sözlər olan arxaizmlərin əksidir.
Antropoloji linqvistika
Antropoloji linqvistika — dilin və mədəniyyətin qarşılıqlı əlaqələrini araşdıran bir dilçilik sahəsi. Bu sahə dilin insan cəmiyyətlərindəki sosial, mədəni və tarixi rolunu öyrənir və dilin müxtəlif mədəniyyətlərdə necə işlədiyini, necə qurulduğunu və mədəniyyətin bir ifadəsi olduğunu anlamağa çalışır. Antropoloji linqvistika mədəniyyətin dildən, dilin isə mədəniyyətdən necə təsirləndiyini göstərir. == Antropoloji Linqvistikanın əsas cəhətləri == Antropoloji linqvistika dilin və mədəniyyətin qarşılıqlı təsirini araşdırır. Dil yalnız bir ünsiyyət vasitəsi deyil, həm də mədəni dəyərlərin, inancların, biliklərin və dünyagörüşünün daşıyıcısıdır. Fərqli mədəniyyətlərdə insanlar dünyanı və özlərini fərqli şəkildə təsvir edirlər və bu, onların dillərində də əks olunur. Antropoloji linqvistika dil müxtəlifliyi ilə insanların dünya görüşləri arasında əlaqə olduğunu irəli sürür. Bu yanaşma dilin bir mədəniyyəti formalaşdırdığını və müəyyən mədəniyyətin dili vasitəsilə dünya haqqında məlumatların necə təmsil olunduğunu göstərir. Bu nəzəriyyəyə görə, dil insanların reallığı necə gördüyünü müəyyən edir və dilə əsasən insanların dünyanı fərqli cür qavrayacaqları iddia edilir. Antropoloji linqvistlər dili mədəni sosiallaşmanın və insanların müəyyən sosial vəzifələri yerinə yetirməsinin bir aləti kimi görürlər.
Deskriptiv linqvistika
Deskriptiv linqvistika — dilin müxtəlif səviyyələrini təsvir etməklə, onun strukturunu və istifadə qaydalarını izah edən dilçilik istiqamətidir. Bu yanaşma dilin necə işlədiyini öyrənir və bu prosesdə dilin təbii halını müşahidə edərək qaydalarını formalaşdırır, lakin dili necə olmalı olduğunu demir, yəni preskriptiv qaydalara ziddir. Deskriptiv linqvistikanın məqsədi dilin real istifadə formalarını qeydə almaq, onları sistemləşdirmək və bu məlumatlar əsasında dilin quruluşunu anlamaqdır. == Deskriptiv linqvistikanın əsas cəhətləri == Deskriptiv linqvistika, dili danışanların istifadə etdiyi təbii formalarla maraqlanır. Bu o deməkdir ki, dilçilər dilləri yazılı və şifahi formada müşahidə edir və necə işlədiyini təhlil edirlər. Məsələn, bir dilin danışıq tərzi, vurğu qaydaları və cümlə quruluşları nəzərdən keçirilir. Deskriptiv linqvistika, dilin müxtəlif səviyyələrini təsvir etməklə məşğuldur. Bunlara: Fonologiya, Morfologiya, Sintaksis(cümlə quruluşu), Leksikologiya(söz ehtiyatı), Semantika(mənalar). Deskriptiv linqvistika normativ və ya standart dil formalarına diqqət yetirmir. Əksinə, regional dialektlər, qeyri-standart dil formaları və gündəlik danışıq dillərini də eyni dərəcədə əhəmiyyətli hesab edir.
Generativ linqvistika
Generativ linqvistika — dilin strukturunu və qaydalarını riyazi və nəzəri çərçivədə təsvir etmək məqsədi ilə dilin təbii qaydalarını izah edən dilçilik istiqaməti. Bu nəzəriyyə, dilin sonsuz sayda ifadəni meydana gətirə biləcək məhdud qaydalardan ibarət olduğunu iddia edir və dilin insan beynində necə təmsil olunduğunu araşdırır. Generativ linqvistikada əsas ideya, dilin quruluşunun formal qaydalar sistemi ilə idarə olunduğudur və insan beynində dil üçün müəyyən bir doğma mexanizmin olduğuna inanılır. == Generativ linqvistikanın əsas cəhətləri == Generativ linqvistikanın əsas nəzəriyyələrindən biri Noam Xomskiy tərəfindən irəli sürülmüşdür. O, universal qrammatika adlanan nəzəriyyəni təklif etdi. Bu nəzəriyyəyə görə, bütün insanlar genetik olaraq dil öyrənmək üçün təchiz olunmuşdur və bütün dillərin ortaq universal qaydaları var. Bu, dilin doğuşdan gələn təbiəti ilə bağlı bir fikirdir və fərqli dillərin səthi fərqliliklərinə baxmayaraq, onların dərin strukturunun oxşar olduğunu iddia edir. Xomskiyin təklifi olan X-Ləyaqəti anlayışı dilin insanların beynindəki potensialını, bacarığını izah edir. Bu anlayışa görə, insanlar dilin qaydalarını və strukturlarını anadangəlmə bilirlər, sadəcə onları yaşadıqları mühitdə konkret dillə doldururlar. Generativ linqvistikada dilin strukturu formal qaydalar toplusu ilə təsvir olunur.
Preskriptivizm (linqvistika)
Preskriptivizm (linqvistika) — dilçilikdə (lingvistika) və dilin istifadəsi ilə bağlı olan sahələrdə, dilin necə istifadə edilməli olduğuna dair qaydalar təyin edən yanaşma. Bu yanaşmaya əsaslanan dil mütəxəssisləri və ya dil qaydalarını təyin edənlər, dilin "doğru" və ya "səhv" yollarını müəyyən edərək, müəyyən bir dili standartlaşdırmaq və onun düzgün istifadəsini təmin etmək məqsədini güdürlər. Preskriptivizm fərdi və ya sosial baxımdan qəbul edilən "düzgün" dil formalarını tərifləyir və istifadəçiləri bu formalarla məhdudlaşdırmağa çalışır. Əsasən qrammatika, tələffüz, leksika və yazılı dildə hansı formaların "düzgün" olduğu ilə bağlı qaydalar verir. == Preskriptivizmin xüsusiyyətləri == Preskriptiv yanaşma dilin qrammatik, sintaktik və üslubi qaydalarını ciddi şəkildə müəyyən edir və onlara uyğun şəkildə dilin istifadə edilməsini tələb edir. Məsələn, müəyyən ifadələr və ya qrammatik strukturlar "yanlış" hesab edilə bilər və "düzgün" formalarla əvəz olunmalıdır. Preskriptivistlər dilin vahid bir standart forması olmalı olduğunu iddia edirlər. Onlar tez-tez dilin standart formalarını müdafiə edir və dialektləri və ya qeyri-standart formaları tənqid edirlər. Preskriptiv yanaşma dilin zamanla dəyişməsinə qarşı çıxır və ənənəvi olaraq qəbul edilən formaların qorunub saxlanılmasını dəstəkləyir. Onlar dilin "korlanmaması" və ya "dəyişməməsi" üçün qaydalar tətbiq edirlər.
Stilistika (linqvistika)
Stilistika (linqvistika) — dilin üslubunu və onun müxtəlif kontekstlərdə necə istifadə edildiyini öyrənən dilçilik sahəsi. O, yazılı və şifahi mətndə üslubun müxtəlif aspektlərini təhlil edir, o cümlədən dilin hansı məqsədlə və necə istifadə olunduğunu, fərqli yazı və nitq üslublarının məna yaratmaq üçün hansı yollarla istifadə edildiyini araşdırır. Stilistika həm dilin strukturunu (qrammatika, sintaksis), həm də onun bədii (ədəbi), elmi və gündəlik ünsiyyətdə necə formalaşdığını təhlil edir. == Stilistikanın əsas aspektləri == Stilistika, üslubun mətnin təbiəti, məqsədi və konteksti ilə necə əlaqəli olduğunu öyrənir. Üslub bir yazıçının və ya natiqin özünü ifadə etmək üçün istifadə etdiyi dil vasitələrinin (leksika, sintaksis, qrammatika, məcazlar və s.) seçimi ilə müəyyən olunur. Hər bir dil vahidi müəyyən bir üslub elementi kimi çıxış edə bilər. Stilistika bu üslub elementlərini (məsələn, cümlələrin uzunluğu, söz seçimləri, metaforaların istifadəsi, nitqin dinamikliyi) təhlil edir və onların necə məna yaratdığını araşdırır. Stilistika yalnız dilin mənalı vahidlərini deyil, həm də səs səviyyəsində (fonetik) və morfoloji səviyyədə (söz formaları) olan üslub fərqlərini təhlil edir. Məsələn, səsli və ya səsdən qənaət edilmiş ifadələr, xüsusi fonetik effektlər üsluba təsir edir. Stilistika müxtəlif diskurs (mətn) növlərinin spesifik üslub qaydalarını öyrənir: Bədii ədəbiyyatın dilini və üslubunu təhlil edir.
Cənubi Xəzərin statistik parametirləri
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası
Statistik məqsədlər üçün ərazi vahidlərinin nomenklaturası (fr. nomenclature des unités territoriales statistiques, NUTS) — statistika məqsədləri üçün ölkələrin ərazi bölgüsü standartı. Standart Avropa İttifaqı tərəfindən hazırlanmış və yalnız AB ölkələrini əhatə etmişdir. NUTS kodları ölkə standartlarını müəyyən edən iki hərf ilə başlayır ISO 3166-1 «alpha-2» (istisna olmaqla, İngiltərəni qeyd etmək üçün "GB" istifadə olunur, "Great Britain"). NUTS kodunun növbəti hərifi ISO 3166-2 uyğun olaraq inzibati müəssisələrin kodlarına cavab verir. İkinci və üçüncü səviyyədə ərazi bölgüsü hər bir simvolu ilə göstərilmişdir - 1-dən 9-a qədər ədədlər istifadə olunur, lakin bu səviyyədə daha çox ərazi vahidləri varsa, latın əlifbasının baş harfləri də istifadə olunur. Hazırda standart üç səviyyəli NUTS vahidlərini, eləcə də yerli idarəetmə vahidlərini müəyyən edir (ing. local administrative unit, LAU). Bəzi ölkələr üçün bəzi səviyyələr mövcud olmaya bilər. Məsələn, Lüksemburq üçün yalnız yerli inzibati vahidlər müəyyən edilir və bütün NUTS vahidləri ölkə ilə üst-üstə düşür.
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı
Psixi pozğunluqların diaqnostik və statistik təlimatı (ing. Diagnostic and Statistical Manual of mental disorders — DSM) — ABŞ-ın psixi pozğunluqlar üçün nomenklaturası. Amerika Psixiatriya Assosiasiyası (APA) tərəfindən hazırlanmış və nəşr edilmişdir. Klassifikatorun 2013-cü ildə buraxılmış son versiyası DSM-5 2022-ci ildə DSM-5-TR adı ilə yeniləndi. 1952 — DSM-I 1968 — DSM-II 1973 — DSM-II (homoseksuallıq ilə 6-cı təkrar buraxılış çıxarıldı) 1980 — DSM-III 1987 — DSM-III-R (R — revised) 1994 — DSM-IV 2000 — DSM-IV-TR (TR — ing.
Kiçik Qafqazın şimal-şərq yamacı relyefinin statistik göstəriciləri
Kiçik Qafqazın şimal-şərq yamacı - Kiçik Qafqaz təbii vilayəti cənub-qərbdə Ermənistan Respublikası, şimal-qərbdə Gürcüstan Respublikası, şimal-şərqdə Kürün sağ sahil, cənub-şərqdə isə Arazın sol sahil düzənlikləri ilə sərhədlənir. Təbii vilayət Gəncə, Qarabağ silsiləsi, Qarabağ vulkanik yaylası və Həkəri fiziki-coğrafi rayonlarını əhatə edir. Ərazi təbii şəraitinin müxtəlifliyi, təbii ehtiyatlarının zənginliyi ilə fərqlənir. == Tədqiqatın aktuallığı == Ekoloji geomorfologiya tətbiqi geomorfologiyanın bir istiqaməti kimi yaranmış və son 20-25 ildə inkişaf etməyə başlamışdır. Bu müddət ərzində ekogeomorfoloji tədqiqatlar müxtəlif aspektlərdən – nəzəri, tətbiqi, sahəvi, regional öyrənilmişdir və geomorfologiyanın bu yeni istiqamətinin meydana gəlməsi ilə əlaqədar olan terminlər təklif olunmuşdur. Tətbiqi geomorfologiyanın bir qolu olan ekoloji geomorfologiya Yer səthi relyefi və relyef əmələgətirən amillər ilə əlaqədar olan ekoloji problemlərlə məşğul olmaqla geomorfoloji sistemlərin ekoloji sistemlərlə müxtəlif dərəcəli qarşılıqlı əlaqəsini öyrənir. Geomorfologiya ekosistemin elementi olan relyef və relyef əmələgətirən proseslərin ekoloji qiymətləndirilməsinin prinsip və metodlarının işlənməsinə ehtiyac duyur. == Tədqiqatın obyekti == Məqalədə Kiçik Qafqazın şimal-şərq yamacının (Xram və Zəyəm çayları arası) relyefinin morfometrik göstəriciləri əsasında ərazinin ekoloji-geomorfoloji xəritəsi tərtib olunmuşdur. Geomorfoloji sistemin, relyefin tipləri və elementar formalarının ekoloji xüsusiyyətində əsas və effektli rol oynayan morfometrik göstəricilərinə hipsometriyanı, yüksəkliklərin meyilliyi, relyefin üfüqi və şaquli parçalanmasının dərəcəsi və yamacların ekspozisiyasını aid etmək olar. Relyefin bu morfometrik xüsusiyyətlərinin hər biri ayrı-ayrılıqda hər biri ekogeomorfoloji vəziyyət üçün müəyyən rol oynayır – bəzi hallarda müsbət, bəzi hallarda isə mənfi.