Strateji bombardmançı təyyarə
Strateji bombardmançı təyyarə — düşmənin strateji əhəmiyyətli obyektlərini bombalamaq və ya raket zərbələri endirmək məqsədilə aviasiya silahlarının (aviabombalar, qanadlı və ballistik raketlər), o cümlədən nüvə silahlarının daşınması üçün nəzərdə tutulmuş hərbi təyyarədir. Düşmənin mobil və stasionar texnikasının, həmçinin taktiki bazalarının məhv edilməsi üçün nəzərdə tutulmuş taktiki bombardmançılardan fərqli olaraq, strateji bombardmançı təyyarələr aşağıdakı xüsusiyyətlərə malik olur:
qitələrarası üçün məsafəsi və daha böyük partlayıcı gücə malik hərbi yük;
Ekipajın uzun məsafəli uçuşlar zamanı əmək qabiliyyətinin saxlanması məqsədilə daha komportlu şəraitin mövcud olması
Taktiki bombardmaçılardan fərqli olaraq strateji bombardmançı təyyarələr daha universal və daha bahalıdır. Strateji bombardmançı təyyarələr müxtəlif qitələrdə düşmənə məxsus zavodları, elektrik stansiyalarını, maqistral yolları, körpüləri, su bəndlərini, vacib kənd təsərrüfatı və hərbi obyektləri və bütövlükdə şəhərləri məhv etməyə imkan verir. Hal-hazırda yalnız ABŞ, Rusiya və Çin bu cür döyüş təyyarələrinə malikdirlər.
== Terminin istifadə olunması dairəsi ==
Bombardmançılar o zaman strateji adlandırılır ki, həmin təyyarələr qitələrarası ucuş məsafəsinə (5000 km-dan artıq) malik olmalı və nüvə silahı daşımağa imkan verməlidir. Məsələn, Tu -22M, Tu-16 və B-47 nüvə silahı daşımağa imkan versə də, qitələr arası uçuşu həyata keçirə bilmirlər. Buna görə də, həmin təyyarələri adətən uzunmənzilli bombardmançı adlandırırlar.
Əslində uzunmənzilli bombardmançı terminin istifdadə edilməsi bu cür tətbiq edilməsi dəqiq yanaşma deyil. Belə ki, bu cür təyyarələr qitələr arası uçuş məsafəsinə malik olmasalar da, texniki cəhətdən strateji bombardmançı təyyarələrdirlər. Yəni "qitələrarası" və "uzunmənzilli" təyyarələr strateji bombardmançı təyyarələrin iki növüdür.