Elektrik stansiyası
Elektrik stansiyası — elektrik enerjisinin istehsalı ilə məşğul olan avadanlıq və aparatlardan ibarət qurğular toplusudur. Bu qurğular binalarda yerləşdirilərək xüsusi ərazilərə malik olurlar.
== Təsnifatı ==
Daş kömürlə işləyən elektrik stansiyası,
Atom elektrik stansiyası,
Torfla işləyən elektrik stansiyası,
Hidroelektrik stansiyası,
Gazturbinli,
Ağackömürlə işləyən elektrik stansiyaları,
Küləklə işləyən elektrik stansiyaları.
== İşləmə prinsipi ==
Bütün mütərəqqi elektrik stansiyalarının işləmə prinsipi aşağıdakı kimidir:
Elektrik stansiyası başlanğıc enerjinin faydalı enerjiyə çevrilməsinə xidmət edir. Onların əsas hissəsi olan güc maşını adətən turbindən, su çarxından, daxili yanma mühərrikindən və ya da külək dəyirmanın rotorundan ibarət ola bilər.
Elektrik stansiyalarında bir val işçi maşınla əlaqələndirilir. Bu həmişə yanacaqdan alınmış enerjini elektrik enerjisinə çevirən generatorlar olurlar.
Elektrik gücü müxtəlif yollarla əldə edilə bilir:
Kinetik və potensial enerji şəklində əldə edilmiş mexaniki enerji turbinin köməyi ilə generatorun rotoruna ötürülür və orada elektrik enerjisinə çevrilir (məsələn, hidroelektrik stansiyası, külək elektrik stansiyası və s.).
Termiki enerji öncə istilik maşınlarında mexaniki enerjiyə sonra isə yuxarıda olduğu kimi generatorun köməyi ilə elektrik enerjisinə çevrilir.
Xüsusi qurğularda istilik enerjisini bir başa elektrik enerjisinə çevirmək mümkündür (məsələn, solar qürğülar).