Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Suxan Babayev
Suxan Babayev (rus. Суха́н Баба́евич Баба́ев; 25 dekabr 1910, Zakaspiysk vilayəti, Rusiya Türkistanı general-qubernatorluğu – 28 noyabr 1995, Aşqabad) — Sovet dövlət xadimi və partiya lideri. 1937-ci ildən bəri Sov.İKP (b) üzvü. Rusiya İmperiyasının Transxəzər bölgəsindəki Yüzbaşı kəndində kəndli ailəsində anadan olub. Türkmən, Əlili qəbiləsinə mənsub idi. Atası oğlu dünyaya gələn ildə öldü və 40 il daha dul qalan ana 1950-ci ildə vəfat etdi. 1923-cü ildən Kaaxki və Aşqabaddakı internat məktəblərində böyüdü. Daşkənddəki Orta Asiya su təsərrüfatı texnikumunu bitirdikdən sonra ("hidravlik mühəndisliyi" ixtisası, 1931) — iqtisadi, sovet və partiya işlərində. 1931–1937-ci illərdə Marıy vilayətinin Stalin rayonu rayon su idarəsinin rəisi idi. 1937-ci ildən — Murqab suvarma sisteminin başçısı, sonra Məryəm regional su idarəsinin başçısı.
Sulxan-Saba Orbeliani
Sulxan-Saba Orbeliani (gürcücə: სულხან-საბა ორბელიანი) (1658-1725) – Gürcü yazıçısı, monax və siyasətçi. Knyaz nəslindən olan Sulxan-Saba Orbeliani Borçalının İndiki Bolnisi rayonunun tabeçiliyində olan Tanziya kəndində anadan olmuşdur. 1689-cu ildən David Qaraca monastrında Saba ləqəbi ilə monax olmuş, 1692-ci ildən buranı katolik kilsəsinə çevirmişdir. 1703-cü ildən Kartli çarlığında diplomatik xidmətlə məşğul olmuşdur. Orbelianinin ictimai fəaliyyətinin əsas qayəsini cəmiyyətin ali zümrəsini katolikləşdirmək olmuşdur. 1713-16-cı illərdə o, gürcü çarı VI Vaxtanqın timsalında buna xeyli dərəcədə nail ola bilmişdir. O, bu kimi fəaliyyətinə görə Gürcü Ortodoks Apostol Kilsəsinin təhdidləri ilə üzbəüz qalmışdır. 1719-cu ildə ortodoks kilsənin iclasında məruz qaldığı ittihamlardan sonra cəmiyyətdən izolə edilən və uğursuzluqlara düçar olan Orbeliani 1724-cü ildə çar Vaxtanqla birlikdə Rusiyaya mühacirət etmiş, ömrünün sonunadək orada yaşamışdır.
Şulxan Arux
Şulxan Arux (ivr. ‏שולחן ערוך‏‎) – yəhudi məcəlləsi Arоn Briman 1885-ci il iyulun 6-da saxtakarlıqda günahlandırılaraq Vyana məhkəməsi tərəfindən ikiaylıq həbs cəzasına məhkum olunmuş və sonra Avstriya ərazisindən qovulmuşdur. Səbəb onun 1883-cü ildə "Yustus" təxəllüsü ilə yəhudi məcəlləsi sayılan "Şulxan Arux"un uydurma versiyasını nəşr etməsi idi. Qısa müddət ərzində kitab antisemit dairələrdə məşhurlaşmış və böyük əks-səda doğurmuşdur. Vəziyyət qanun keşikçilərini əsərlə bağlı istintaq aparmağa vadar etmişdir. Aparılan araşdırma zamanı müəllifin şəxsiyyəti müəyyənləşmiş və maraqlı faktlar ortaya çıxmışdır. Məlum olmuşdur ki, kitabı yazan rumıniyalı yəhudidir. О, dinini dəyişərək, protestantlığı, sonra isə katolisizmi qəbul etmiş və antisemit qruplarla əlaqə saxlamışdır. Əsərin müəllifi iddia edirdi ki, İudaizmin mühüm kitablarından olan "Şulxan Arux"da yəhudilərin üstünlüyündən bəhs edən, digər millət və dinlərin nümayəndələrini, xüsusilə xristianları aşağılayan, onları öldürməyə, aldatmağa, əmlaklarını oğurlamağa və qəsb etməyə icazə verən 100 hökm var. Bu qaydalarda yəhudi olmayanlar "akum" adlandırılır və heyvan səviyyəsinə endirilirlər.
Alaxan Sultan
Alaxan Sultan, Alya xan Sultan Abil oğlu (uyğ. Alahan Sultan) — İli bölgəsindəki 1864-cü il Uyğur üsyanının liderlərindən biri və hazırda ÇXR-in Sincan-Uyğur Muxtar Rayonunda, tarixi Şərqi Türkistan ərazisində mövcud olan dövlət olan İli sultanlığının hökmdarı. == Həyatı == Alaxan Sultan Külçədə, Uyğur məmurların ailəsində anadan olub. İli bölgəsində 1864-cü il uyğurlar və dunqanların üsyanının fəal iştirakçısı olub. Əbdürəsul bəy və Sadır Pəlvanla birlikdə üsyanın əsas təşkilatçılarından sayılırdı. 1865-ci ildə dövlətin hökmdarı olan Məzəmzət bəy tərəfindən Əbdürəsul bəyin öldürülməsindən sonra müxtəlif uyğur qrupları arasında qarşıdurma başladı. Bu qarşıdurmalar dunqanlarla münasibətdə daha ağır formada baş qaldırmışdı. 2 fevral 1865-ci ildə Çin qalası Bayandayın Alaxan və Sadır Pəlvan qüvvələri tərəfindən ələ keçirildikdən sonra onların qruplaşması daha da gücləndi. Bir sıra sui-qəsdlər və qətllər nəticəsində Molla Şövkət Axund hakimiyyətə gəlir. 1866-cı ilin yayında İli diyarı ərazisi üsyançıların əlinə keçir.Əvvəllər Çin hökumətinə qarşı birlikdə mübarizə aparan uyğurlarla dunqanlar arasında döyüşlər baş verir.
Əmir Ağaxan sultan Müqəddəm
Əmir Ağaxan sultan Müqəddəm - Qızılbaş sərkərdəsi, vilayət hakimi, elbəyi Əmir Ağaxan sultan XVI yüzilin sonu, XVII yüzilin önlərində yaşamışdı. Otuziki elinin Müqəddəm oymağındandır. Arazbar qəzasının Xanarxı kəndinə doğulmuşdu. I Şah Abbas Qarabağda olarkən Otuziki elinin başçısı Əmir Ağaxan sultan Müqəddəmi Marağaya hakim təyin edib, oranı basqınçı kürdlərdən təmizləməsini istədi. Əmir Ağaxan sultan Müqəddəm doğma oymağı ilə Marağaya köçdü. Oranı kürdlərdən təmizləyəndən sonra özü Marağaya hakim, oymağı isə vilayətin axar-baxarlı yurdlarına sakin oldi. Şah bütün oymağı çobanbəyi, çöpbaşı vergilərindən azad etdi. Əmir Ağaxan sultanın Hüseynqulu xan adlı oğlu vardı. Onun soyu Rza şah Pəhləvinin hakimiyyətinə qədər Marağanı idarə etdi. Ənvər Çingizoğlu, Müqəddəm eli, "Soy" dərgisi, 5 (25), 2008.
Sirxan Sirxan
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Sərxan Sərxan
Sərxan Sərxan (müğənni) — Azərbaycan müğənnisi. Sərxan Sərxan (qatil) — ABŞ senatoru Robert Kennedinin qatili.
Abaxan
Muadan
Muadan (fr. Moydans, oks. Moidans) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Alplar. Kommunanın dairəsi — Qap. Rozan kantonuna daxildir. INSEE kodu — 05091. 2008-ci ildə əhalinin sayı 50 nəfər təşkil edirdi. 2007-ci ildə 29 yaşda (15–64 yaş arasında) 23 nəfər iqtisadi fəal, 6 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 79,3%, 1999-cu ildə 82,1%). Aktiv olan 23 nəfərdən 21 nəfəri (14 kişi və 7 qadın), 2 nəfər işsiz (1 kişi və 1 qadın) idi.
Muaran
Muaran (fr. Moirans) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Tyullen kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38239. Kommunanın 2006-cı il üçün əhalisi 7860 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 75 km cənub-şərqdə, Qrenobldan 20 km şimal-qərbdə yerləşir.
Ruayan
Ruayan - Fransanın cənub qərbində bələdiyyə (kommün).
Saadan
Saadan — Şabran rayonunun Sədan kəndi (hazırda bu kənd Siyəzən rayonuna daxildir) ərazisindəki palçıq vulkanıdır. Saatdan, Sədən variantlarında da qeydə alınmışdır. Əsli Sodandır. Palçıq vulkanı adını eyniadlı yaşayış məntəqəsindən almışdır.
Sarxan
Sudcan
Sudcan— İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Laran bəxşində şəhər. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 5,415 nəfər və 1,214 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti qaşqaylardan ibarətdir, qaşqay dilində danışırlar və şiə müsəlmandırlar.
Sufyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sulpan
Sulpan (Auırqazı)
Sultan
Sultan (ərəb. سلطان‎) — İslam dövlətlərində hökmdar titulu. Quranda "sultan" sözü hakimiyyəti izah edir. Sonradan termin dini hakimiyyətdən fərqli dünyəvi hakimiyyəti izah etmək üçün istifadə edildi. Hesab edilir ki, ilk dəfə bu söz Tabari tərəfindən xəlif əl-Mütamidin qardaşı Müvəffəq üçün işlədilib.
Suraxanı
Suraxanı və ya Köhnə Suraxanı — Suraxanı rayonunda yaşayış məntəqəsi. Qəsəbədə dəmiryolu stansiyası da mövcuddur. 1893-cü il statistikasına görə Suraxanıda etnik tatlar daha çox yaşayır.. Qəsəbədə sovetlər dönəmində ruslar da üstünlük təşkil edirdi.
İsaxan
İsa xan Gürcü — Şəki hakimi (1574-1580)
Subatan
Subatan (Qars) — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Subatan (Göyçə) – Göyçə mahalının Basarkeçər rayonunun keçmiş Çaxırlı sovetliyində kənd. Subatan soyqırımı — Türkiyənin Qars və Sarıqamış bölgələrində erməni quldurları tərəfindən türklərə qarşı törədilmiş soyqırım. Subatan yaylağı — Güney Azərbaycanın Talış dağlarında yerləşən ən tanınmış və gözəl yaylaqlarından biri.
Sərxan Sərxan (müğənni)
Sərxan Sərxan (doğum adı: Sərxan Rəşid oğlu Qurbanbəyov; 18 iyun 1952, Bakı) — Azərbaycan-sovet müğənnisi, bəstəkar, Azərbaycanın xalq artisti (2018). Sərxan Sərxan 18 iyun 1952-ci ildə Bakı şəhərində anadan olmuşdur. Moskva Konservatoriyası nəzdində musiqi məktəbinin qitara sinfini, hərbi xidməti başa vurduqdan sonra isə Qnesinlər adına Musiqi məktəbini vokal üzrə bitirib. Moskva və Azərbaycan Filarmoniyalarında çalışıb. Bir neçə filmə çəkilib. 30 dekabr 1987-ci ildə "Azərbaycan SSR əməkdar artisti", 27 may 2018-ci ildə "Azərbaycan Respublikasının xalq artisti" fəxri adları ilə təltif edilib. 2012-ci ilin aprelində "Humay" mükafatına layiq görülüb. Танго (azərb. Tanqo‎) — 3:43 Осень (azərb. Payız‎) — 4:06 Прости (azərb.
Sərxan Sərxan (qatil)
Sərxan Bişara Sərxan (ing. Sirhan Bishara Sirhan, ərəb. سرحان بشارة سرحان‎; 19 mart 1944, Qüds) — 5 iyun 1968-ci ildə Kaliforniya ştatının Los-Anceles şəhərindəki "Ambassador" mehmanxanasında 35-ci ABŞ prezidenti Con Kennedinin kiçik qardaşı, prezidentliyə namizəd, senator Robert Kennedini qətlə yetirmiş Fələstin əsilli ABŞ vətəndaşı. Dini etiqadına görə xristiandır. Törətdiyi cinayətə görə 1969-cu ildə ölüm cəzasına məhkum edilmiş, lakin 1972-ci ildə Kaliforniya Ali Məhkəməsinin qərarı ilə cəzası ömürlük həbs cəzası ilə əvəz edilmişdir. Hazırda Kaliforniyanın Korkona həbsxanasında saxlanılır.
Turxan Xədicə Sultan
Turxan Xədicə Sultan (1627 – 4 avqust 1683, Konstantinopol) — 18. Osmanlı sultanı Sultan İbrahimin hasəkisi və 19. Osmanlı sultanı Sultan Mehmedin anasıdır. 1651-ci ildə taxt naibəsi Kösəm Sultanın öldürülməsindən sonra taxt naibəsi olaraq dövlət işlərini oğlu adına idarə etməyə başladı. Rus əsilli olub, 1627-ci ildə dünyaya gəlmiş və 12 yaşında tatar hücumları ilə ələ keçirilərək Kor Süleyman Paşa tərəfindən dövrün validə sultanı Kösəm Sultana hədiyyə edilmişdir. Saray hərəmxanasına alındıqdan sonra adı dəyişdirilərək Turxan Xədicə qoyuldu. Hərəmxana tərbiyəsi alan və Sultan İbrahimə təqdim edilən ilk kəniz olan Turxan Sultan 15 yaşında 2 yanvar 1642-ci ildə Şahzadə Mehmedi dünyaya gətirdi və hasəki sultan oldu. Şahzadə Mehmedin dünyaya gəlişi Osmanlı sülaləsinin kəsilmə təhlükəsinin qarşısını almış, bu səbəblə həm Turxan Sultan, həm də oğlu sarayda xüsusi dərəcəyə gətirildi. Saraydakı təlimiylə xüsusi olaraq Sultan Əhmədin qızı Atikə Sultan vəzifələndirilmişdir. Hasəki sultanlıq dövrü o qədər də yaxşı keçmədi.
Validə Turxan Sultan türbəsi
Validə Turxan Sultan türbəsi — İstanbulun Fateh rayonunda yerləşən XVII əsrdə inşa olunan Yeni Məscid külliyəsinə aid türbə. Türbə 1663-cü ildə memar Mustafa ağa tərəfindən inşa olunmuşdur. Osmanlı sultanlarından beşi bu türbədə dəfn olunmuşdur. Safiyə Sultanın 1598-ci ildə inşasına başladığı Yeni Məscid külliyəsi Xədicə Turxan Sultan tərəfindən tamamlanmışdı. Külliyənin cənub cəbhəsində yerləşən türbə memarlıq xüsusiyyətləri baxımından Sultan Əhməd türbəsinə bənzəyir. Kvadrat planlı olan türbənin daxili interyeri çini və xəttatlıq işləmələriylə bəzədilmişdir. Türbədə aşağıdakı şəxslər dəfn edilmişdir: Validə Turxan Xədicə Sultan IV Mehmed II Mustafa III Əhməd I Mahmud III Osman Sultan Əhmədin oğlu Şahzadə Mehmed (d. 1 mart 1697 — ö. iyun 1703) Sultan Mehmedin qızı Fatma Sultan (d. 1680 — ö.
Saman
Saman — Taxıl bitkiləri (buğda, arpa) döyüldükdən sonra qalan küləş. Saman (İran) — İranın Çahar-Mahal və Bəxtiyari ostanının Şəhrikürd şəhristanının Saman bəxşində şəhər və bu bəxşin mərkəzi.
Dürriyə Sultan
Dürriyə Sultan (3 avqust 1905, Konstantinopol – 15 iyul 1922) — Osmanlı sülaləsinin üzvü, Osmanlı xanım sultanı. == Həyatı == Dürriyə Sultan 3 avqust 1905-ci ildə Dolmabağça sarayında dünyaya gəldi. Atası Sultan Rəşadın böyük oğlu Ziyayəddin Əfəndi, anası isə onun ikinci xanımı Ünsiyar xanımdır. Babası Sultan Rəşadın vəfatından sonra digər ailə üzvləriylə birlikdə atasının Heydərpaşadakı köşkünə köçürüldülər. 26 mart 1920-ci ildə atasının əmisi qızı Naimə Sultanın yeganə oğlu Mehmed Cahid Osman bəylə evləndi. Cütlüyün toy mərasimi Yıldız sarayında baş tutdu və nikah şeyxülislam Heydərizadə İbrahim Əfəndi tərəfinən bağlandı. Mərasimin ardından yeni evli cütlük Naimə Sultanın sahilsarayında yaşamağa başladılar. Ancaq cəmi 1 il sonra 6 noyabr 1921-ci ildə cütlüyün nikahı öz istəkləriylə şeyxülislam Mehmed Nuri Əfəndi tərəfindən ləğv edildi. Ayrılıq səbəbi məlum olmasa da, Mehmed Cahid Osman bəy çox keçmədən Dürriyə Sultanın xalası Levrens Həcər Hüseynlə evlənmiş, cütlüyün ayrılma səbəbi də məhz bu sevgi hekayəsi olaraq görülmüşdür. Ayrıldıqdan qısa müddət sonra Dürriyə Sultan 15 iyul 1922-ci ildə tutulduğu vərəm xəstəliyi səbəbilə müalicə aldığı Heybəliadada vəfat etdi.
Sürxab
Sürxab (Soyuqbulaq) — İranın Qərbi Azərbaycan ostanının Soyuqbulaq şəhristanı ərazisinə daxil olan kənd. Sürxab (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Şeyxan
Şeyxan qəzası
Şualar
"Şualar" — Səid Nursinin əsəri. Risale-i Nur Külliyatını təşkil edən ən önəmli əsərlərdən biridir. Əsasən 1936–1949 illər arasında Eskişehirdə yazılmışdır.
Şurtan
Aşağı Şurtan