SÜBHİ

sübh olan, sübhə aid olan, səhərki.
SÜBHƏDDİN
SÜBHİYYƏ
OBASTAN VİKİ
Mustafa Sübhi
Mustafa Sübhi (4 avqust 1882, Giresun – 29 yanvar 1921, Qara dəniz) — türk inqilabçısı və kommunisti. Sübhi 1883-cü ildə Osmanlı imperiyasının Giresun vilayətində anadan olub. Qalatasaray Liseyinə getməzdən əvvəl Qüds, Dəməşq və Ərzurumda təhsil alıb. O, Parisdə siyasi elmlər üzrə təhsil alıb, eyni zamanda "Tanin" qəzetinin müxbiri olub. 1910-cu ildə Türkiyəyə qayıdıb, burada "İfham" qəzetində redaktorluq edib. O, hüquq və iqtisadiyyatdan da mühazirələr oxuyub. 1913-cü ildə Mahmud Şövkət Paşaın qətlində əli olmaqda günahlandırılaraq Sinopda on beş il sürgünə məhkum edilib. Orada "İctiha" və "Hak" qəzetlərində qərb fəlsəfəsi haqqında məqalələr yazıb. Lakin 1914-cü ildə Sinopdan Rusiyaya qaçıb və burada Birinci Dünya müharibəsinin başlamasından sonra Rusiya hakimiyyəti onu hərbi əsir kimi qiymətləndirərək Ural bölgəsinə sürgünə göndərib. 1915-ci ildə Uralda olub və orada bolşevik partiyasına daxil olub.
Sübhi Bərəkat
Sübhi Bərəkat (1889, Antioxiya – 1939, Antakya, Hatay ili) — Fransanın mandatı dövründə ilk Suriya prezidenti (1922–1925). Şükrü Balcı. Suriye eski devlet ve meclis reisi Suphi Berekât'ın iştediği şehadet. 1949.
Sübhi Mürsəliyev
Sübhi Salayev
Salayev Sübhi Haşım oğlu (1927 – 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan EA-nın akademiki (1989). Sübhi Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Döv­lət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir. Sübhi Salayev 1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962-1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir. Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər dok­toru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır.
Sübhi Şıxlinski
Sübhi Əzəl
Sübhi Əzəli (ing. Mírzá Yaḥyá Núrí; 1831, Tehran – 29 aprel 1912, Famaqusta) — Bəhailik dinin peyğəmbəri olaraq qəbul edilən Bəhaullahın qardaşı, Əzəliyyə təriqətinin qurucusu.
Həmdulla Sübhi Tanrıövərin
Həmdullah Sübhi Tanrıövər (1 yanvar 1885 – 10 iyun 1966, İstanbul) — Türk ədəbiyyatçı, yazar, pedaqoq, millət vəkili, siyasətçi. == Həyatı == "Türk Ocaqları"na uzun müddət başçılıq edib, Antalya millət vəkili olub. Mətbuat və İstihbarat Ümumi Müdirliyi və Milli Təhsil naziri vəzifələrində çalışıb, Türkiyənin Rumıniyada Böyükelçisi olub. Məhəmməd Əmin Rəsulzadə ilə yaxın dostluq münasibətləri olub. == Fəaliyyəti == Həmdullah Sübhi bəy Ocaq qurulduğu zaman Tibbiyyəli tələbələrin Müvəqqəti İdarə Heyəti üzvlüyünə namizəd göstərdiyi 20 nəfərlik siyahıya daxil idi; lakin o zamanlar (1911) Həmdullah bəyi lazımi səviyyədə tanıyanlar az olduğundan Müvəqqəti İdarə Heyəti üzvlüyünə seçilə bilməmişdi. Ocaq qurulub, Divan Yolunun Mərcan ağa məscidinə yaxın hissəsində özünəməxsus bir neçə otaq da təmin etdikdən sonra Həmdullah bəy öz ifadəsinə görə, Akçuraoğlu Yusufun vasitəsilə 25 yanvar 1328-ci ildə (1912) 776-cı nömrə ilə Ocağa üzv yazıldıqdan sonra, çox tez gerçək yerinə yüksəldi; yəni idarə heyəti başqanı oldu. Həmdullah bəyin Ocağa alındığı zaman idarə heyətində başkan Əhməd Fərid bəy, ikinci başqan Akçuraoğlu Yusuf idi. Ümumi katib bu gün Bükrəş elçisi olan Hüseyn Rağib bəydi. Həmdullah bəyin ocağa girməsini təqibən toplanan qurultayın seçimində başkanlığa Həmdullah Sübhi bəy keçdi, ikinci başkanlıqda yenə Akçuraoğlu Yusuf qaldı.
Həmdullah Sübhi Tanrıövər