SƏDRLİK
SƏFA
OBASTAN VİKİ
Habsburq-Səfəvi ittifaqı
Habsburq-Səfəvi ittifaqı — XVI əsrdə Osmanlı dövlətinə qarşı Habsburq sülaləsi ilə Səfəvi dövləti arasında qurulmuş ittifaq. == İlk əlaqələr == Şah İsmayılın hakimiyyəti dövründə ilk dəfə onunla V Karl və Macarıstan kralı II Ludviqlə Osmanlı dövləti əleyhinə ittifaq qurulması üçün fikir mübadiləsi edildi. Sonradan I Karl (Karlos) adı ilə İspaniya kralı olan V Karl ittifaq təklif etmək üçün Səfəvilər dövlətinə 1516 və 1519-cu illərdə elçi göndərir. Həmçinin də II Ludviq Maruni keşişlərindən olan Petrus de Monte Libanonu 1516-cı ildə eyni məqsədlə Səfəvi sarayına göndərir. Bu elçilərə dəqiq cavabın verilmədiyi güman edilir, lakin 1523-cü ildə Şah İsmayıl latınca yazıb, Petrus de Monte Libano vasitəsiylə V Karla göndərdiyi məktubda ona Osmanlı əleyhinə ittifaq təklif edirdi. Bu məktub 1524-cü ilin martında V Karl Burqosda olan zaman ona verilmişdi. Mənbələrdə dəqiq məlumat olmasa da, V Karlın bunu prinsip olaraq qəbul etdiyi düşünülür. Lakin 1524-cü ildəŞah İsmayılın ölməsi itifaqın qurulmasına mane oldu. == Osmanlı-Səfəvi müharibəsi == 1529-cu ilin fevral yının 18-də V Karl Osmanlıların Vyananı mühasirəyə almasından sonra təlaşa düşdü. O, Toledodan Şah İsmayıla elçi göndərdi, lakin Şah İsmayıl artıq 1524-cü ildə vəfat etmiş, onun yerinə isə oğlu Şah Təhmasib keçmişdi.
Hacı Fəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Hacı Səfəralı hamamı
Hacı Səfəralı hamamı — Novxanı kəndində yerləşən Hacı Səfəralı hamamının tikintisi 1907-ci ildə başa çatıb. Ərazisinin itibucaqlı olması və o zaman əsas yola çıxması tikilinin planlaşdırılmasında bir çox mane yaradıb. Buna baxmayaraq, hamamın yerini təyin etdikdə islamın bütün qayda-qanunları ciddi şəkildə qorunub saxlanılıb. Hamamın içini planlaşdırmaq xüsusilə çətinlik yaradıb. Bununla belə, vacib tələb olunan qaydalara uyğun, ənənəyə sadiq layihələşdirilib və tikilib. Burada geniş giriş zalı və tualet, əhalinin sayına uyğun soyunub-geyinmə bölməsi nəzərdə tutulub. Soyunub-geyinmə otağı ilə çimmə zalının arasındakı kamera istiliyi rejimdə saxlamağa xidmət edir. Kvadrat şəkilli, arkalı çimmə zalı soyuq və isti su kameralarından ibarət olan hissəylə əlaqəli idi. Suqızdırma otağı başqa hamamlardakindan fərqli olaraq genişliyi ilə seçilir. Hamamı su ilə təchiz edən quyu da burada yerləşdirilib.
Hacı Səfəralı məscidi
"Hacı Səfəralı" məscidi — Azərbaycanın Abşeron rayonunun Novxanı qəsəbəsində məscid. == Tarixi == Məscid 1865-ci ildə usta Ağa Məhəmməd Qulu oğlu tərəfindən inşa edilmişdir. Məscid ilk vaxtlar kiçik bir təkyədən ibarət olmuşdur. 1904-cü ildə kənd sakini Hacı Səfəralı buranı genişləndirərək böyük bir məscid tikdirmişdir. Məscidə qərb tərəfdən birbərtəbəli mədrəsə bitişikdir. İbadətgahlara qarşı mübarizə Səfəralı məscidindən də yan keçməmiş, XX əsrin 30-cu illərində məscid bağlanmışdır. Məscidin binasından anbar kimi istifadə olunub. Repressiyalara baxmayaraq, novxanılılar məscidin tam məhv edilməsinə icazə verməmiş, məscidin taxıl anbarına çevrilməsinə nail olmuşdurlar. 60 illik fasilədən sonra – 1988-ci ildə məscid kənd dindarları tərəfindən bərpa edilib istifadəyə verilmişdir. Müstəqillik illərində məscid Abşeronun memarlıq ənənələrinə uyğun təmir edilmiş, əlavə olaraq iki minarə tikilmişdir.
Hacı Səfərəli bəy Səfərbəyov
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Heydər mirzə Səfəvi
Heydər mirzə Səfəvi (fars. حیدر میرزا صفوی‎; 1554, İran – 1576, Qəzvin) — Səfəvi şahzadəsi, şahlığa iddiaçı. Atası I Şah Təhmasibdən sonra 15 may 1576-cı ildə özünü Səfəvilər dövlətinin şahı elan edən Səfəvi şahzadəsi olub. Lakin o, elə həmin gün qardaşı II İsmayılı atalarının varisi kimi qəbul edən qızılbaş tayfaları tərəfindən öldürülüb. Heydər Mirzənin anası gürcü əsilli Sultanzadə xanım idi. I Şah Təhmasibin 9 oğlu qalmışdı. Onlar İsa bəy Mosullunun qızı Sultanum Bəyimin (I Təhmasibin Şahbanusu) dünyaya gətirdiyi Məhəmməd Mirzə və İsmayıl Mirzə; Şamxalın bacısından və çərkəz kənizlərindən olan Süleyman Mirzə, Mahmud Mirzə və Əhməd Mirzə; gürcü əsilli Sultanzadə xanımdan dünyaya gələn övladları Heydər Mirzə, İmamqulu Mirzə, Mustafa Mirzə və Əli Mirzə idilər. == Həyatı == I Təhmasib oğlanlarından Heydər Mirzəyə (3-cü oğlu) inzibati işlərin idarə olunmasını çox erkən yaşlarından etibar etmişdi. I Təhmasib, 1571-ci ildə, 18 yaşı olanda Heydər Mirzəni Alessandri, əslində bütün işləri idarə edən şah müavinitəyin etmişdi. Hüseyn bəy başda olmaqla ustaclı tayfası və gürcü əmirləri onu müdafiə edirdilər.
Hicaz Qüvvə-i səfəri
Hicaz Qüvvə-i səfəri və ya Hicaz səfəri qüvvələri — Osmanlı ordusuna bağlı olaraq qurulan səfər ordusu. Ordu komandanlığı rütbəsindəki hərbçi komandanlığını edirdi. I Dünya müharibəsində Mədinə mühasirəsindən əvvəl Mədinədə qurulmuşdur. Fəxrəddin paşa 17 iyul 1916 tarixində Hicaz səfəri qüvvələrinin komandanı olaraq təyin edilmişdir. Bu ordunun əsas qüvvəsi Mədinə qarnizonu idi. 1916-cı ilin payızında bu orduda 14 min döyüşçü var idi.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Şəkərabad, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. == Həyatı == Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Hikmət Səfərov
Hüseyn Quliyev (səfir)
Hüseyn Quliyev (tam adı: Quliyev Hüseyn Rzaqulu oğlu;23 iyun 1946, Naxçıvan) — Azərbaycan Respublikasının Özbəkistan Respublikasında fövqəladə və səlahiyyətli səfiri == Həyatı və təhsili == 23 iyun 1946-cı ildə, Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1953–1965-ci illərdə Naxçıvan şəhəri, 3 saylı orta məktəbində oxumuşdur. 1965–1970-ci illərdə M. Azizbəyov adına Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun mühəndis-texnoloq ixtisası üzrə təhsil almışdır. === Ailəsi === Evlidir, iki uşağı və üç nəvəsi var. == Fəaliyyəti == 1970–1991-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı olub. 1978–1982-ci illərdə SSRİ-nin Kiprdəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1984–1990-cı illərdə SSRİ-nin Türkiyədəki səfirliyində birinci katib-müşaviri işləmişdir. 1991–1995-ci illərdə Moskva şəhərində Xarici Kəşfiyyat Xidmətinin əməkdaşı olmuşdur. 1995–1997-ci illərdə "İDİL" Türk inşaat şirkətinin Rusiya nümayəndəliyi, 1997–2007-ci illərdə Rusiyanın "Trans-nafta" şirkətinin vitse-prezident vəzifəsində çalışmışdır. 2007–2009-cu illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində şöbə müdiri olub.
Hüseyn şah Səfəvi
Şah Sultan Hüseyn və ya Sultan Hüseyn (1668[…], İsfahan – 1726[…], İsfahan), 1694–1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı. Mir Mahmud Hotakinin rəhbərlik etdiyi əfqan və puştun üsyançılar tərəfindən hakimiyyətdən devrilmişdir. Səfəvi hökmdarı Şah Süleymanın gürcü knyazının qızı olan Yelena Xatunla izdivacından dünyaya gəlmişdi. == Hakimiyyətə gəlməsi == Şah Süleyman Səfəvi 28 iyul 1694-cü ildə İsfahanda vəfat etdi. Şah Süleyman Səfəvi ölüm yatağlnda olarkən öz hərəm ağalarına və saray əyanlarına vəsiyət edir ki, əgər onlar imperiyanın güclənməsini istəyirlərsə kiçik oğlu Abbas Mirzəni şah elan etsinlər, əgər dinc şəraitdə yaşamaq istəyirlərsə böyük oğlu Sultan Hüseyn Mirzəni şah elan etsinlər. Hərəm ağaları və digər əyanlar Sultan Hüseyni seçdilər. Doqquz gün sonra yəni 6 avqust 1694-cü ildə Şah Süleymanın böyük oğlu Hüseyn Mirzə 26 yaşında Səfəvi dövlətinin şahı oldu. İlk görülən iş Şah Süleymanın dəfni idi. O, Qumda atasının və babasının yanında dəfn edildi. Bundan sonra 3 gün müddətinə müxtəlif şəhərlərdə ehsan verildi.
Hüseynabad (Səfaxana)
Hüseynabad (fars. حسين اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı, Səfaxana dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 61 nəfər yaşayır (12 ailə).
Həmzə Mirzə Səfəvi
Həmzə əs-Səfəvi — Məhəmməd şah Xudabəndənin böyük oğlu, Səfəvilər dövlətinin şahzadəsi, 1578-1590-cı illərdə baş verən Səfəvi-Osmanlı müharibələrində orduya rəhbərlik etmiş və bir sıra zəfərlər qazanmışdır. == Həyatı == Həmzə Mirzə Məhəmməd Xudabəndənin Məhdi Ülya ilə olan evliliyindən dünyaya gəlmiş oğlanlarından biri idi. Hələ Şah II İsmayılın vəfatı zamanı hakimiyyətə namizəd kimi göstərilən şahzadələrdən biri də Həmzə Mirzə idi. Bu zaman onun 11 yaşı varidi. 1578-ci il fevral ayının 13-də Məhəmməd Xudabəndənin Qəzvində tacqoyma mərasimi baş tutur. Onun taxta çıxmasından sonra həyat yoldaşı Məhdi Ülyanın xahişi ilə oğlu Həmzə Mirzə “ali divanın vəkili” (vəkalət-i divan-i əla) vəzifəsinə yüksəldildi və müəyyən edildi ki, onun möhürü padşahın hökm və fərmanlarının arxasında, vəzirin möhürünün üzərindən vurulsun. === Evlilikləri === Həmzə Mirzənin evlilikləri ilə bağlı mənbələrdə bir neçə müxtəlif məlumat əks olunmuşdur. Həmzə Mirzəyə yaxınlığı ilə bilinən tarixçi, diplomat Oruc bəy Bayat yazır ki, şahzadə Həmzə Mirzə hələ 10 yaşında olarkən etimadüd dövlə Mirzə Salmanın qızı Safiyə xanımla nikahlanmışdı.1583-cü ildə qızılbaş əmirləri vəzir Mirzə Salmanı həbs edib, mal-əmlakını müsadirə etdikdə Həmzə Mirzədən onun qızı Safiyə xanımla boşanmasını tələb edirlər. Bu hadisə həm “Tarix-i aləmarayi-Abbasi”də həm də Şərəf xan Bitlisinin “Şərəfnamə” adlı əsərində öz əksini tapır. Atası kimi qızılbaş əmirlərinə qarşı mülayim olan Həmzə Mirzə bu istəyi qəbul edir.
I Abbas Səfəvi
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
I Süleyman (Səfəvi)
Sam Mirzə, daha sonra birinci sülalə adı II Şah Səfi (1648, İsfahan – 29 iyul 1694, İsfahan) adı ilə tanınmış, daha çox isə ikinci sülalə adı olan Süleyman adı ilə tanınmışdır. VIII Səfəvi hökmdarıdır, 1666-cı ilin 1 noyabr tarixindən 1694-cü ilin 29 iyul tarixinə qədər hökmdar olmuşdur. == Həyatı == Sam Mirzə 1648-c ilin fevral və ya mart ayında İsfahan şəhərində anadan olmuşdur. Onun atası özündən əvvəlki Səfəvi şahı II Şah Abbas, anası isə çərkəz mənşəli kəniz Nəkihət Xanumdur. Sam Mirzənin özündən kiçik 3 qardaşı olmuşdur: Həmzə Mirzə, İsmayıl Mirzə və Mirzə Əli Nağı. Bundan əlavə Sam Mirzənin adları bizə məlum olmayan 2 bacısı da olmuşdur. Sam mirzə uşaqlıq vaxtında şah hərəmində yaşamış və şah olana qədər demək olar ki buradan çıxmamışdır. Burada onun qeydinə xədim Ağa Nəzirə qalmışdır. Sam Mirzə şah elan ediləndə azərbaycan dilindən başqa hər hansısa dildə danışa bilmirdi. Şah elan edildikdən sonra belə fars dilində çox pis danışırdı.
I Süleyman (Səfəvi hökmdarı)

I Süleyman şah Səfəvi

I Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
I İsmayıl Səfəvi
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil, Ağqoyunlu dövləti – 23 may 1524[…], Təbriz, Səfəvilər) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir. Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).
I Şah Abbas Səfəvi
Şah Abbas, I Abbas Səfəvi və ya Böyük Şah Abbas (27 yanvar 1571, Herat – 19 yanvar 1629, Behşəhr, Mazandaran ostanı) — Səfəvi imperiyasının V şahı və ən böyük Səfəvi şahlarından biri. O, Şah Məhəmməd Xudabəndənin üçüncü oğludur. Şah Abbasın Səfəvi imperiyasının hərbi, iqtisadi və siyasi baxımdan zirvədə olduğu dövrü formalaşdırmasına baxmayaraq, o, hakimiyyətə imperiyanın ən çətin zamanlarından birində gəlmişdi. Atası olan Şah Məhəmməd Xudabəndənin hakimiyyəti dövrü özbaşınalıq dövrü kimi xarakterizə oluna bilər. Mərkəzi hakimiyyətin zəifliyindən istifadə edən müxtəlif Qızılbaş tayfa əyanları şəxsi mənafeləri uğrunda mübarizəyə başlamış, həmçinin qeyri-türk olduğu və dövlət məsələlərinə çox müdaxilə etdiyi üçün I Abbasın anası Məhdi Ülyanı da öldürmüşlərdi. Həmçinin I Abbasın qardaşı və əsas vəliəhd hesab edilən Həmzə Mirzə də Osmanlı ilə müharibə dövründə sui-qəstlə qətlə yetirilmişdir. Səfəvi imperiyasının əsas rəqibləri olan Osmanlı imperiyası və özbəklər imperiyanın qərb və şərq sərhədlərini ələ keçirmək və ya mütəmadi oraya yürüşlər həyata keçirməklə bu qarışıqlığı daha da çətinləşdirirdilər. 1587-ci ildə Qızılbaş sərkərdələrindən biri olan Mürşüdqulu xan Ustaclı bacarıqsız hesab edilən Məhəmməd Xudabəndəni 16 yaşlı şahzadə olan Abbasla əvəz etdi. 16 yaşında taxta çıxan Abbas Mirzə tezliklə bütün hakimiyyəti öz əlinə aldı. Onun rəhbərliyi altında Səfəvi impreriyasında çərkəzlərdən, gürcülərdən, ermənilərdən formalaşan qulam, yəni kölə-əsgərlər sistemi inkişaf etdirildi və hərbi, mülki inzibati sistemə inteqrasiya etdirildi.
I Şah Səfi
I Şah Səfi (tam adı: Şah Səfiəddin əl-Hüseyn əl-Bahadır xan; 1611, İsfahan – 11 may 1642, Kaşan, İsfahan ostanı) — Səfəvilər xanədanlığından olan VI şah (1629–1642). Əsl adı Sam Mirzədir. == Həyatı == Səfəvi dövlətinin altıncı hökmdarıdır. Atasının adı şahzadə Məhəmməd Baqır Mirzə, anasının adı isə Dilarə xanımdır. Şah Səfi, Şah Abbasdan sonra 18 yaşındaykən dövlətin taxtına oturmuşdur. 13 il müddət ərzində dövləti idarə etmişdir. Şah Abbas böyük oğlu şahzadə Məhəmməd Baqır Mirzəni, onu öldürmək istəyini düşünərək öldürmüşdür. Şah Abbas daha sonra digər oğulları və nəvələrindən də şübhələnmiş geri qalanlarını da öldürmüşdür. Yalnız nəvəsi Səfini varisi olaraq saxlamışdır. Şah Səfi 1611-ci ildə doğulmuş, 31 yaşındaykən 12 may 1642-ci ildə vəfat etmişdir.
I Şah Səfi Səfəvi

I Şah Təhmasib Səfəvi
Şah Təhmasib (fars. طهماسب‎) və ya Şah I Təhmasib (22 fevral 1514 – 14 may 1576, Qəzvin) — Səfəvi imperiyasının 1524-cü ildən 1576-cı ilə qədər hakimiyyətdə olmuş ikinci türk şahı. O, Şah İsmayılla Taclı Bəyimin ən böyük oğludur. Təhmasib Mirzə 23 may 1524-cü ildə (10 yaşında) atasının ölümündən sonra taxta çıxmışdır. Onun hakimiyyətinin ilk illəri qızılbaş liderləri arasında vətəndaş müharibələri ilə müşahidə olunmuş və bu 1532-ci ilə qədər davam etmişdir. 1532-ci ildə I Təhmasib bütün hakimiyyəti öz əlinə almış və mütləq monarxiyasını təmin etmişdir. Bundan qısa müddət sonra o, Osmanlı imperiyası ilə uzun müddət davam edəcək müharibə ilə qarşılaşmışdır. Bu müharibə 3 mərhələyə bölünməkdədir. Osmanlı hökmdarı Sultan Süleymanın hərbi əməliyyatları ilə başlayan müharibə 1555-ci ildə Amasiya sülh müqaviləsi ilə bitmişdir. Sülh müqaviləsinə əsasən Bağdad, Şərqi Anadolunun böyük bir hissəsi və indiki Gürcüstanın qərbi Osmanlı imperiyasına keçmişdir.
I Şah İsmayıl Səfəvi
Şah İsmayıl Səfəvi, I İsmayıl və ya Şah İsmayıl (tam adı: Əbül-Müzəffər İsmail ibn Heydər əs-Səfəvi; 17 iyul 1487[…], Ərdəbil, Ağqoyunlu dövləti – 23 may 1524[…], Təbriz, Səfəvilər) — Səfəviyyə təriqətinin şeyxi (1494–1524); Səfəvilər dövlətinin banisi və ilk şahı; Azərbaycan şairi, Azərbaycan türklərinin piri. O, 1501-ci ilin iyul ayında Təbriz şəhərində Azərbaycan taxtına oturdu. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Şah İsmayıl Xətai Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir. Onun yaratdığı Səfəvilər dövləti 1736-cı ilə qədər mövcud olmuşdur. İsmayıl 1501-ci ildən Cənubi Azərbaycanda On iki imam şiəliyinə əsaslanan səfəviliyi yayaraq 1509-cu ildə bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirmişdir. Bədii əsərlərini "Xətai" təxəllüsü ilə yazmışdır. Bununla əlaqədar olaraq "Şah İsmayıl Xətai" olaraq da tanınır. Əsərlərini əsasən Azərbaycan türkcəsində, qismən də fars və ərəbcə yazmışdır. == Soykökü == I Şah İsmayılın 6-cı əcdadı, mərkəzi Ərdəbildə yerləşən Səfəviyyə sufi təriqətinin əsasını qoymuş Şeyx Səfiəddin İshaqdır (1252–1334).

Значение слова в других словарях