SƏKİ
SƏKKİZ-SƏKKİZ
OBASTAN VİKİ
Səkkiz
Səkkiz — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Yeddidən sonra, doqquzdan əvvəl gəlir. Əski təsəvvurləri qoruyub cağımıza catdıran mənbələrdə elə səkkiz sayı ilə doqquz sayı da kainatın mifoloji modelinin ufuqi və şaquli vəziyyətini simvollaşdırır. Bundan savayı, bəzi turk xalqlarının mifoloji inamlarına gorə, səkkiz sayı qadın, doqquz sayı isə kişi başlanğıcını bildirir. Etiqada gorə, dord kimi səkkiz də yeraltı aləmin, gecənin, qışın simvoludur. Səkkiz sayının sehrli məna daşımasına, dunyanın ufuqi simvolunu təmsil etməsinə inanarlar. Yer kurəsini də səkkizguşəli duşunmuş və butun kainatı nurlandıran Gunəşi də elə səkkizşualı təsəvvur etmişlər. Yəni Gunəşin səkkiz şuası dunyanın səkkiz guşəsinə istilik, işıq paylayır. Səkkiz sayı Azərbaycan mədəniyyəti və məfkurəsində ayrıca dəyər daşımaqdadır. Belə ki, Azərbaycan Dovlətinin rəmzlərindən – gerb və bayrağındakı ulduz səkkizguşəlidir.
Altmış səkkiz
Altmış səkkiz — say sistemində ədədlərdən biridir. Altmış yeddidən sonra, altmış doqquzdan əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
On səkkiz
On səkkiz — say sistemində ədədlərdən biridir. On yeddidən sonra, on doqquzdan əvvəl gəlir. On səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Otuz səkkiz
Otuz səkkiz — say sistemində ədədlərdən biridir. Otuz yeddidən sonra, otuz doqquzdan əvvəl gəlir. Otuz səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Qırx səkkiz
Qırx səkkiz — say sistemində ədədlərdən biridir. Qırx yeddidən sonra, qırx doqquzdan əvvəl gəlir. Qırx səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Səkkiz vəzir problemi
Səkkiz vəzir problemi — Şahmat taxtasında səkkiz vəzirin bir-birini vurmadan necə yerləşdiriləcəyini müzakirə edən problemdir. Səkkiz vəzir problemi daha ümumi olan n vəzir probleminin xüsusi halıdır. n vəzir problemi n×n ölçülü şahmat taxtasında n sayda vəzirinin bir-birini vurmadan necə yerləşdirilməsi haqqında olan problemdir. Bu problem ilk dəfə 1848-ci ildə şahmat oyunçusu Maks Bezzel tərəfindən ortaya atılmışdır. Daha sonra Qauss, Qeorq Kantor tərəfindən haqqında araşdırmalar aparılmışdır. Məsələnin ilk həlli 1850-ci ildə F. Nauck tərəfindən verilmişdir. Həmçinin Nauck məsələni daha qlobal bir şəkilə nxn halına salmışdır. Səkkiz vəzir probleminin 92 həll yolu vardır. Digər həllər yuxarıdakı on iki həllin simmetrik çevrilməsi nəticəsində yaradılmışdır. N vəzir problemi hələlik 26-a kimi həll edilmişdir.
Səkkiz yarım (1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Səkkiz Gücün Alyansı
Səkkiz Gücün Alyansı Avstriya-Macarıstan, Böyük Britaniya, Almaniya İmperiyası, İtaliya, ABŞ, Rusiya İmperiyası, Fransa və Yaponiya İmperiyasını əhatə edən hərbi ittifaqdır. Bəzən Beynəlxalq Azadlıq Ekspedisiyası (ILE) adlandırılan qoşun və qüvvələrin birləşmiş kontingenti Alyans dövlətlərinin 45.000 əsgər və dənizçisindən ibarət idi . 27 sentyabr 1900-cü ildə N. P. Lineviçin komandanlığı altında Müttəfiq qoşunları Pekinə daxil oldular. Kampaniya zamanı müttəfiq qüvvələr 1900-cü ilin avqustunda Boksçu üsyanını yatırdılar və Çin imperiya ordusunu məğlub etdilər . İmperator hakimiyyəti qeyri-bərabər Yekun Protokolu imzalamalı oldu. Səkkiz gücün ittifaqı Çin tarixçiləri tərəfindən o zaman zəif Çini talan etmək istəyən güclü imperiyaların işğalı kimi, Boksçu üsyanı isə xarici işğalçılara qarşı üsyan kimi qiymətləndirilir. Səkkiz Qüvvə Alyansının humanitar tərəfi pərdə arxasında qalır. Yihetuanların müsbət qiymətləndirilməsi sovet tarixşünaslığı üçün də xarakterik idi. V. İ. Lenin 1900-cü ildə Boksçu üsyanını Avropa müstəmləkəçiliyinə qarşı hərəkat hesab edirdi. Nikolas Reyin " Pekində 55 gün" səfirlik məhəlləsinin və Beynəlxalq Azadlıq Ekspedisiyasının mühasirəsinə həsr olunmuş epik filmdir (1963).
Səkkiz yarım (film, 1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Səkkiz yüz (film, 2020)
Film real hadisələrə əsaslanır. 1937-ci ilin payızında Yaponiya imperatorunun ordusu Çinin şimalının böyük hissəsini işğal edir. Çin hərbi birləşmələri düşmənin irimiqyaslı hücumuna tab gətirməyərək pərən-pərən olur. Yaponlar artıq neytral status daşıyan və xarici konsessiyaların (Böyük Britaniya, Fransa) yerləşdiyi Şanxay şəhər mərkəzinin astanasındadır. Düşmənə qarşı sona kimi döyüşmək istəyən 400-ə yüzə yaxın çinli əsgər və zabit ordunun şəhərdəki son istinadgahı olan Sihuan anbarından müqaviməti davam etdirir. Çayın bir sahilində restoranlar, kafelər, kazinolar və müharibəyə bir tamaşa kimi baxan insanlar, digər sahilində kütləvi dağıntılar, qan gölməçələri və ölüm-dirim müharibəsinə çıxan əsgərlər...
İyirmi səkkiz panfilovçu (film)
İyirmi səkkiz panfilovçu (rus. Двадцать восемь панфиловцев) — Andrey Şalyopa və Kim Drujininin çəkdiyi 1941-ci ildə Moskvanın müdafiəsi zamanı sovet əsgərlərinin əfsanəvi şücaətindən bəhs edən rus bədii filmi. Filmdə Dubosekovo qovşağında müdafiəni həyata keçirən və 1941-ci il noyabrın 16-da Moskvaya gedən alman tanklarının hücumlarını dəf edən general İ.V.Panfilovun komandanlığı altında 316-cı atıcı diviziyasının əsgərlərinin fəaliyyəti göstərilir. Başlanğıcda film üçün vəsait toplanması kraudfandinq köməyi ilə həyata keçirilib və sonda toplanan məbləğ 34.746.062 rubl təşkil edib. Daha sonra Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qazaxıstan Mədəniyyət Nazirliyi maliyyələşdirməyə qoşulub. Film istehsalının müxtəlif mərhələlərində maliyyə, təşkilati və texniki dəstək Gaijin Entertainment tərəfindən təmin edilib. Filmin premyerası 16 noyabr 2016-cı ildə Volokolamskda baş tutdu, geniş həcmli prokatı noyabrın 24-də başladı. 8 may 2020-ci ildə komanda filmin tam versiyasını ictimaiyyətə təqdim etdi. Filmin vəsaitinin toplanması, istehsalı və yayımı onun tarixi dəqiqliyi ilə bağlı bloqqosferdə və mediada qızğın müzakirələrlə müşayiət olundu. Film sənət tarixçiləri və peşəkarlar tərəfindən qarışıq rəyləri alsa da, tamaşaçılar tərəfindən müsbət qarşılandı, MDB-də 385 milyon rubl topladı və VTSİOM-un sorğusunun nəticələrinə görə Rusiyada ilin ən yaxşı filmi oldu.
Səksən səkkiz
Səksən səkkiz — say sistemində ədədlərdən biridir. Səksən yeddidən sonra, səksən doqquzdan əvvəl gəlir. Səksən səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 4, 8, 11, 22, 44 və 88 ədədlərinə tam bölünür.
Yetmiş səkkiz
Yetmiş səkkiz — say sistemində ədədlərdən biridir. Yetmiş yeddidən sonra, yetmiş doqquzdan əvvəl gəlir. Yetmiş səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
İyirmi səkkiz
İyirmi səkkiz — say sistemində ədədlərdən biridir. İyirmi yeddidən sonra, İyirmi doqquzdən əvvəl gəlir. İyirmi səkkiz ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də cüt ədəddir.
Əlli səkkiz
Əlli səkkiz — say sistemində ədədlərdən biridir. Əlli yeddidən sonra, əlli doqquzdan əvvəl gəlir. Əlli səkkiz ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 2, 29 və 58 ədədlərinə qalıqsız bölünür.
Ardıcıl səkkiz silindrli mühərrik
Ardıcıl səkkiz silindrli mühərrik (çox vaxt I8 və ya L8 kimi qısaldılır), eyni xəttdə səkkiz silindrin hamısının yerləşdiyi daxili yanma mühərriki növüdür. Səkkiz silindrli mühərriklərdə bir sıra yan-yana yerləşən səkkiz silindr tək bir dirsəkli valı döndərir. Maili formada quraşdırılmış ardıcıl səkkiz silindrli mühərriklərə “maili səkkiz silindrlər”də deyilir. Silindr həcmi bir nəqliyyat vasitəsi alınarkən diqqət edilməsi ən vacib olan məsələlərdən biridir. İstifadə edilmiş bir avtomobil və ya sıfır kilometrlik bir avtomobil alarkən silindr həcmi nəzərə alınır. Nəqliyyat vasitəsinin fəaliyyətinə birbaşa təsir edən silindr həcmi, həm də yanacaq istehlakını təyin edən amillərdən biridir. 8 Silindrli mühərriklər əsasən performans maşınlarında olur. Xalq arasında “böyük mühərrik” olaraq bilinən səkkiz silindrli mühərrik həcmi, həm də at gücünün yüksək olduğuna işarədir. Silindrlər içərisindəki porşenlərin qarşılıqlı hərəkəti mühərrikin işləməsinə imkan verən enerjini yaradır. Silindrlər mühərrikdəki silindr gövdəsində 4 hissəli yerləşdirilmişdirlər.
İyirmi səkkiz panfilovçu (film, 2016)
İyirmi səkkiz panfilovçu (rus. Двадцать восемь панфиловцев) — Andrey Şalyopa və Kim Drujininin çəkdiyi 1941-ci ildə Moskvanın müdafiəsi zamanı sovet əsgərlərinin əfsanəvi şücaətindən bəhs edən rus bədii filmi. Filmdə Dubosekovo qovşağında müdafiəni həyata keçirən və 1941-ci il noyabrın 16-da Moskvaya gedən alman tanklarının hücumlarını dəf edən general İ.V.Panfilovun komandanlığı altında 316-cı atıcı diviziyasının əsgərlərinin fəaliyyəti göstərilir. Başlanğıcda film üçün vəsait toplanması kraudfandinq köməyi ilə həyata keçirilib və sonda toplanan məbləğ 34.746.062 rubl təşkil edib. Daha sonra Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və Qazaxıstan Mədəniyyət Nazirliyi maliyyələşdirməyə qoşulub. Film istehsalının müxtəlif mərhələlərində maliyyə, təşkilati və texniki dəstək Gaijin Entertainment tərəfindən təmin edilib. Filmin premyerası 16 noyabr 2016-cı ildə Volokolamskda baş tutdu, geniş həcmli prokatı noyabrın 24-də başladı. 8 may 2020-ci ildə komanda filmin tam versiyasını ictimaiyyətə təqdim etdi. Filmin vəsaitinin toplanması, istehsalı və yayımı onun tarixi dəqiqliyi ilə bağlı bloqqosferdə və mediada qızğın müzakirələrlə müşayiət olundu. Film sənət tarixçiləri və peşəkarlar tərəfindən qarışıq rəyləri alsa da, tamaşaçılar tərəfindən müsbət qarşılandı, MDB-də 385 milyon rubl topladı və VTSİOM-un sorğusunun nəticələrinə görə Rusiyada ilin ən yaxşı filmi oldu.
Dövri sistemin səkkizinci periodu
8-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Aktinoidlərlə birlikdə 32 element yerləşir.
Düzgün səkkizbucaqlı
Düzgün səkkizbucaqlı ― səkkiz tərəfi olan düzgün çoxbucaqlıdır.
On səkkizinci simfoniya (Motsart)
On səkkizinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin mayında, bəstəkarın 16 yaşı olarkən yazılmış üç simfoniyadan sonuncusudur. Simfoniya 4 hissədən ibarətdir, ifa müddəti 19 - 23 dəqiqədir.
On səkkizincı sülalə (Misir)
XVIII sülalə( e.ə 1550-1292) - yeni padşahlıq dövründə Qədim Misirdə hakimiyyətdə olmuş ilk sülalə. Sülalə bəzən Tutmoslar xanədanı da adlanır. XIII sülalənin fironluğu zamanı Qədim Misir yüksək inkişaf mərhələsinə yüksəlmişdir. XVIII sülalənin banisi I Ahmos XVII sülalənin son hökmdarı Kamosun qardaşı idi. I Ahmos Kamosun yadelli hiksoslara qarşı müharibəni davam etdirdi və onları Nil deltasından qova bildi. I Ahmosun hakimiyyətə gəlməsi ilə ikinci aralıq dövr başa çatdı və yeni padşahlıq dövrü başladı. I Ahmosdan sonra taxta oğlu I Amenhotep çıxdı. I Amenhotep tarixdə Nubiyaya hücumu və liviyalılarla qarşı hərbi yürüşləri ilə yadda qalmışdır. I Amenhotep Fələstinə də hücumlar təşkil etmişdir. Ancaq bu barədə məlumat çox azdır.
Otuz səkkizinci simfoniya (Motsart)
Otuz səkkizinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən 1786-cı ilin sonlarında bəstələnmişdir. Motsartın Praqaya ilk səfəri zamanı, 19 yanvar 1787-ci ildə orada ilk premyerası olmuşdur. İlk dəfə Praqada ifa olunduğu üçün Otuz səkkizinci simfoniyanın "Praqa Simfoniyası" da adlandırıldığı qeyd olunur. Simfoniya 3 hissədən ibarətdir. Adagio—Allegro, 4/4 Andante, 6/8 Final (Presto, 2/4 Wolfgang Amadeus Mozart: Symphony D major „Prague“. Band 446, Ernst Eulenburg, London/ Zürich ohne Jahresangabe (Taschenpartitur, Vorwort von 1931). W. Meves: Symphonies de W. A. Mozart. Collection Litolff No. 168. Henry Litolff’s Verlag, Braunschweig ohne Jahresangabe (ca.
Səkkizayaq Paul
Səkkizayaq Paul — "öncəgörən" səkkizayaq (lat. Octopus vulgaris), İtaliyanın Toskana şəhərinin vətəndaşı, Qərb xurafatı. Səkkizayaq Paul Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatı zamanı matçların nəticələri ilə bağlı verdiyi proqnozlarla məşhurlaşmışdır. Səkkizayağın bütün proqnozları doğru çıxmışdır. O, Almaniya yığmasının 6 oyununun və İspaniyanın çempion olacağının "dəqiq" proqnozunu vermişdir. Bununla da dünya xəbərlərinin baş mövzusuna çevrilmişdir. Paulun necə seçim etdiyi də maraqlıdır. Ona içərisi yeməklə dolu olan iki qab verilir və hər qabın üzərində qarşılaşacaq yığmaların ölkələrinin bayraqları əks olunur. Paul hansı ölkənin bayrağı olan qabdan yemək yesə, demək o ölkə "qalib"dir. Almaniyanın Oberhauzen şəhərindəki "Sea Life" adlı okeanariumda saxlanılan bu dəniz heyvanı 2010-cu il oktyabrın 26-da keçinib.
Səkkizayaqlar
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Səkkizayaqlılar
Səkkizayaqlılar (Oktapodlar) (lat. Octopoda; q.yun. ὀϰτώ "səkkiz" və πούς "ayaq") — Molyusklar tipinin başıayaqlılar sinfinə aid dəstə. Ən iri gözlü heyvan səkkizayaqlıdır. Onun gözünün diametri 40–50 sm-dir.
Səkkizbucaqlı Kiran türbəsi
Səkkizbucaqlı Kiran türbəsi — Naxçıvan-Marağa memarlıq məktəbinin nailiyyətlərini özündə əks etdirən ən vacib memarlıq abidələrindən biri. Konstruktiv həlli və memarlıq xüsusiyyətlərinə görə türbənin XII əsrin 80-ci illərində inşa edildiyi güman edilir. Səkkizbucaqlı Kiran türbəsi giriş qapılarının həlli və dizaynı, detalların profilləşdirilməsi və künclərin ornamentasiyası, fasad naxışlarının bloklara bölünməsi və konstruktiv bütövlüyü ilə Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin memarlıq xüsusiyyətlərini təkrarlayır. Bütün bu xüsusiyyətləri nəzərə alan tədqiqatçı B. İbrahimov Səkkizbucaqlı Kiran türbəsinin də Əcəmi Naxçıvaninin əsəri olması ehtimalını irəli sürür. Bu ehtimalın həqiqiliyi qəbul edilərsə, memarın yaradıcılığında Yusif ibn Küseyr və Mömünə Xatun türbələrinin inşası arasında keçən 25 illik fasilənin olması məsələsi özünü doğrultmur. Dövrümüzə xarabalıqları çatmış abidə ərazisində 1980-ci ildən arxeoloji tədqiqat işlərinin aparılmasına başlanılmışdır. Kiran şəhristanının dördüncü məhəlləsinin yerlşdiyi təpənin enişində inşa edilmiş abidəni ilk dəfə S. V. Ter-Avetisyan, daha sonra isə V. M. Sısoyev təsvir etmişlər. Səkkizguşəli Kiran türbəsi qüllə tipli mərkəzi günbəzli türbələr qrupuna daxildir. Türbə binası iki hissədən ibarətdir: səkkizguşəli olan yerüstü hissə kvadrat formalı (20x20x5 sm) kərpiclərdən tikilmişdir; yeraltı sərdabə hissəsi xaricdən kvadrat, daxildən isə xaçvari formaya malikdir. Türbənin yerüstü hissəsi yalnız cənub-qərb tərəfdə 0.8 metr hündürlükdə saxlanmış (iki sıra bişmiş kərpic hörgüsü və üzlük), qalan yerlərdə isə dağlkaraq ətrafa tökülmüşdür.
Səkkizerkəkcikli yulğun
Səkkizerkəkcikli yulğun (lat. Tamarix octandra) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin yulğun cinsinə aid bitki növü. Şərqi və Cənubi Zaqafqaziyada, İranda bitir. Sarımtıl-qonur qabığı olan kiçik ağacdır. Çətri çoxsaylı budaqlardan ibarətdir. Yarpaqları növbəli, oturaqdır. Çiçək qrupu yan, çiçək altıqları uzun, xətvaridir. Çiçəkləri xırdadır. Mayda çiçəkləyir, iyunda meyvə verir. Dəniz səviyyəsindən 700-1100 m hündürlükdə, çayların kənarında, şoran torpaqlarda bitir.
Səkkizguşəli türbə
Səkkizguşəli türbə və ya Güloğlular türbəsi — Azərbaycanın Bərdə rayonunun Güloğlular kəndində yerləşən XVIII əsrə aid türbə. Qasım Hacıyev, "Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarixi", Bakı, "UniPrint", 2008.
Səkkizinci Dərəcə boğazı
Səkkizinci Dərəcə boğazı - Hind okeanınında yerləşən Lakkadiv adalarını (Mininoy adası) Maldiv adalarından ayırır. Boğaz 8 dərəcədə yerləşir. Lakkadiv dənizini Hind okeanı ilə birləşdirir. Eni 150 km yaxındır. Qedim fransız xəritələrində boğazı Courant de Malicut, Maldiv dilində isə Maliku-Kandu adlandırılırdı.
Səkkizinci hiss (teleserial, 2015)
Səkkizinci Hiss (ing. Sense8) — Uaçouiskilər və Maykl Straçnski tərəfindən Netflix üçün yaradılmış Amerikan elmi fantastika veb teleserialıdır. İstehsalçı şirkətlər Uaçouiskinin Anarchos Productions, Straçnskinin Studio JMS eləcədə Georgeville Television və Unpronounceable Productions şirkətlərini serialın çəkilişlərinə cəlb etdilər. Serialın birinci mövsümündə Aml Ameen, Doona Bae, Ceymi Klayton, Tina Desai, Tuppense Middleton, Maks Riemelt, Migel Anqel Silvestre və Brayn Smit kimi beynəlxalq aktyorlər iştirak edirlər və onların hər biri dünyanın ayrı ölkələrində yaşayan insanlardır. Lakin bir gün onlar psixi və emosianal mənada bir-birilərinə bağlı "sensate" olurlar. Rollarda həmçinin Frima Egiman, Terrens menn, Anupam Xer, Naveen Endrüs və Darri Hanna da çəkiliblər. İkinci mövsümdə Topi Onumere Ameen ilə dəyişdirilib. Serialın məqsədi siyasət, şəxsiyyət, seksuallıq, cins və din kimi mövzuları araşdırmaqdır. Hansı ki, digər bir çox elmi fantastika seriallarında yaradıcılar bu məsələlərə çox da diqqət yetirmirlər. Səkkizinci Hiss-in birinci mövsümünün hər bir seriası Uaçouiskilər və Straçnski tərəfindən yazılıb.
Səkkizinci sinif
Səkkizinci sinif (ing. Eighth Grade) — Bo Bernemin 2018-ci ildə yeniyetməlik haqqında çəkdiyi komediya-dram filmi. Filmin baş rolunda Elsi Fişer çıxış edir. Film utancaq və orta məktəbdə çoxlu dostu olmayan Kayla adlı yeniyetmə qızdan bəhs edir. O, özünə inamı ilə mübarizə aparır və cəmiyyətə uyğunlaşmağa çalışır. Film onun səkkizinci sinfin son həftəsindəki təcrübələrinə, o cümlədən hovuz şənliyinə qatılmasına və başqaları ilə əlaqə qurmağa çalışmasına diqqət yetirir. Elsie Fisher — Kayla Day Josh Hamilton — Mark Day Emily Robinson — Olivia Catherine Oliviere — Kennedy Graves Jake Ryan — Gabe Luke Prael — Aiden Wilson Daniel Zolghadri — Riley Fred Hechinger — Trevor Imani Lewis — Aniyah PEN15 A24 filmləri eighthgrade.movie — Səkkizinci sinif rəsmi saytı Eighth Grade — Internet Movie Database saytında.

Значение слова в других словарях