SƏMUM

is. [ ər. ] Asiya və Afrika səhralarında əsən çox şiddətli, isti və quru külək.
// Ümumiyyətlə, şiddətli, isti külək.
Deyirlər: çox güclü və dəhşətli olur, səmum küləkləri. O.Sarıvəlli.
Səmum yeli gəlir, aman; Yaz çıxmamış isti yayı, görəcəkdir qoca Muğan. M.Dilbazi.

// Məc. mənada.
Olur qarşısında polad mum kimi; Güllələr yağdırır yada qum kimi; Əsir başı üstə bir səmum kimi. S.Rüstəm.
Hansı dərddir səmum olub, qəlb evində hey əsən? Ə.Cəmil.

Синонимы

  • SƏMUM səmum bax yel I

Этимология

  • SƏMUM ər. – qızmar külək
SƏMTLƏNDİRMƏK
SƏN
OBASTAN VİKİ
Səmum
Səmum (ərəb. سموم‎) — Ərəbistan yarımadasının səhralarında və Şimali Afrikada böyük qüvvə ilə əsən isti, quru külək. Səmum əsəndə havaya qalxan narın qum və toz temperaturun daha da yüksək olmasına (50 °S), eləcə də havanın rütübətliyinin aşağı düşməsinə (10%) səbəb olur.

Значение слова в других словарях