SƏNC

f. 1) ölçü, miqdar; 2) müqayisə, tutuşdurma.

SƏNAYEGAH
SƏNCAB
OBASTAN VİKİ
Ağbulaq (Səncabad-i Şərqi)
Ağbulaq (fars. اق بولاغ‎) — İranın Ərdəbil ostanının Xalxal şəhristanı ərazisinə daxil olan kənd. == Coğrafi yerləşməsi == Xalxal şəhristanının Mərkəzi bölgəsinin Xan-Ərdəbil kəndistanında, Xalxal şəhərindən 11,5 km qərbdə, avtomobil yolu üstündədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 559 nəfər yaşayır (109 ailə).
Kərim Səncabi
Kərim Səncabi (11 sentyabr 1905, Kirmanşah – 4 iyul 1995) — Milli Cəbhəsindən olan İranlı bir siyasətçi idi.
Sultan Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (ən tezi XI əsr və ən geci XII əsr, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097–1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118–1157-ci illər arasında Böyük Səlcuq Sultanı. Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Sənci (Salmas)
Sənci (fars. سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 521 nəfər. yaşayır (99 ailə).
Sənci (Urmiya)
Sənci (fars. سنجي‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 801 nəfər yaşayır (125 ailə).
Səncələ (Piranşəhr)
Külic (fars. سنجله‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (43 ailə).
Səncəq döyüşü
Sancaq döyüşü — 1467-ci ildə Van vilayətinin Çapaqcur qəzasının ərazisində ağqoyunlularla qaraqoyunlular arasında baş vermişdir. Uzun Həsən Ağqoyunlu tayfa ittifaqını daha da möhkəmlətmək və bu ittifaqın ərazisini Azərbaycan torpaqları hesabına genişləndirmək, Azərbaycanın cənub vilayətlərində hakimiyyəti ələ keçirmək, orada hökmranlıq edən Qaraqoyunlulara qarşı mübarizə aparmaq üçün tədbirlər görməyə başladı. O, əyanlara böyük imtiyazlar və vədlər verdi, onlan öz ətrafında sıx birləşdirməyə müvəffəq oldu. XV əsrin ortalarında Qaraqoyunlularla Ağqoyunlular arasındakı mübarizə daha da kəskinləşdi. Mübarizənin ilk dövrünün xüsusiyyəti ondan ibarət idi ki, hər iki tərəf dövlətlərdəki daxili ziddiyyətlərdən fəal surətdə istifadə etməyə başlamışdı. XV əsrin 50-ci illərində Uzun Həsən ermənilərin yaşadıqları torpaqları və Gürcüstanın Qaraqoyunlu hakimiyyəti altında olan şərq hissəsini ələ keçirərək, öz hakimiyyətinə tabe etdi. Cahanşahın şərqdəki işğalları zamanı Uzun Həsənin qərbdə əldə etdiyi qazancları geri almaq üçün 1467-ci il mayın 16-da Təbrizdən ayrılaraq Van gölü yaxınlığındakı Sökmənabada gəlməsi ilə başladı. Görünən səbəb dədə-baba yurdlarına səfər olsa da, əslində bu yürüş Ağqoyunlulara öz yerini göstərmək məqsədi daşıyırdı. Müharibənin qaçınılmaz olduğunu dərk edən Həsən bəy bir tərəfdən döyüş hazırlıqları ilə yanaşı digər tərəfdən diplomatik fəaliyyətlərini də davam etdirirdi. O öz elçisini Cahanşahın yanına göndərsə də nəticə ala bilməmişdi.
Səncər Naxçıvani
Səncər Naxçıvani (tam adı: Səncər ibn Abdullah) — elm,mədəniyyət və dövlət idarəçiliyində fərqlənən görkəmli şəxsiyyətlər yetirmiş ailə başçısı Oğlanları Nəsirəddin Qutluğşah, Fəxrəddin Hinduşah, İzəddin Dövlətşah, Hüsaməddin Toğanşah, nəvəsi Məhəmməd inb Hinduşah, nəticəsi Kamaləddin ibn Məhəmməd elmin müxtəlif sahələrində tanınmış, dövlət idarəsinin ayrı-ayrı sahələrində çalışmışdır. Övladları görkəmli alim, dövlət xadimi Əlaəddin Ətaməlik Cüveyninin şərəfinə "əs- Sahibi" (dövlət aparatında yüksək vəzifə tutan şəxs) nisbəsi qəbul etmişdir. Orta əsrlərdə Sahib ləqəbi isə dövlət aparatında işləyən yüksək vəzifəli şəxslərə verilirdi. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 451-437-438. ISBN 5-8066-1468-9.
Səncər qəzası
Səncər qəzası (ərəb. قضاء سنجار‎) — İraq Respublikasının Ninəvə mühafazasında inzibati ərazi vahidi. Qəzanın inzibati mərkəzi Səncər şəhəridir. 2009-cu ilə olan rəsmi məlumata əsasən qəza 2.928 km² ərazini əhatə edir. İnzibati cəhətdən üç nahiyyəyə (ərəbcə: ناحية) bölünür: Səncər nahiyyəsi (ərəbcə: ناحية سنجار), Şimal nahiyyəsi (ərəbcə: ناحية الشمال) və Kayrəvən nahiyyəsi (ərəbcə: ناحية القيروان). 10 oktyabr-20 dekabr 2009-cu il siyahılarına əsaslanan rəsmi təxminlərə görə Səncər qəzasının əhalisi 271.457 nəfər olmuşdur. Eyni təxminlərə görə bütün Nineva mühafazasında 3.106.948 nəfər əhali yaşamışdır. Və bu rəqəmlər nəzərə alındıqda məlum olur ki, Səncər qəzasında yaşayan əhali bütün mühafazada yaşayan əhalinin 8,74%-ni təşkil edirdi. Qəzada əhali əsasən yezidilərdən, qismən ərəblərdən və türkmanlardan, az sayda isə xaldeylərdən ibarətdir. Yezidilər Səncər və Şimal nahiyyələrində əhalinin yarıdan çoxunu təşkil edirlər, Kayrəvən nahiyyəsində isə əhalinin çoxu ərəblərdən və türkmanlardan ibarətdir.
Səncərşah Ay Aba
Səncərşah Tuğanşah oğlu Ay Aba (?-1198)—Səlcuqlu əmiri, vali Səncərşah Tuğanşah oğlu Səlcuqlu sultanlarına xidmət etmişdi.1186-cı ildə atasının vəfatından sonra Nişapurun valisi olmuşdu. Tuğanşah yerinə oğlu Səncər şah keçsə də, iqtidar əmirlərdən Mənli Təginin əlində idi. Bu əmirin ağılsız hərəkətləri üzündən əmirlərdən bir çoxu həqiqətən qabiliyyətli bir hökmdar olan Sultan şahın xidmətinə girdilər. Toğan şahın kürəkəni olan Dinara gəlincə, o da Nişapurdan çıxaraq Kirmana ayaq basdı (21 ramazan, 581 - 16 dekabr, 1185). Səncərşah Ay Aba 1198-ci ilədək Nişapur hakimi olmuşdu.
Səncərədi
Səncərədi — Azərbaycan Respublikasının Astara rayonunun Səncərədi kənd inzibati ərazi dairəsində kənd. Səncər şəxs adı, "ə" birləşdirici fonem, "di" isə "kənd" deməkdir (Səncər kəndi). Azərbaycan Respublikası Prezidentinin 12 fevral 2018-ci il tarixli Sərəncamı ilə Astara rayonunun Səncərədi kəndində 60 yerlik uşaq bağçasının tikintisi üçün 960 000 manat vəsait ayrılmışdır. Elman Ağayev (1971–1993). Qalib Şabanov (1973–1994). Arif Qeybiyev (1997–2020). Ramiq Ağayev (1992–2020). Şəhnin Novruzov (1998–2020). Kamran Fərəcov (kapitan) (1978–2020). Samiq Rəhmanov (1990–2020).
Səncərədi bələdiyyəsi
Astara bələdiyyələri — Astara rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Səncərəli
Səncərəli — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı. Mənbədə Sancaraqlı kimidir. XX əsrin əvvəllərində kənd dağılmışdır. Səncər Əxili adından təhrifdir. XIX əsrdə Zəngəzur qəzasında yaşayan Sofulu tayfasının bir qışlağı Səncərəxili idi. Qışlaq, görünür səncər (dərviş, sufi) əxiyə məxsus olduğuna görə Səncər Əxili adlanırdı. İranda Səncərabad, Səncərək, Kəlate Səncər və b. toponimlər barədə bax: XIX əsrdə Lənkəran qəzasında Səncərədi kənd adı ilə mənaca eynidir.
Xaraba-i Sənci (Urmiya)
Xaraba-i Sənci (fars. خرابه سنجي‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 681 nəfər yaşayır (95 ailə).
Əhməd Səncər
Əhməd Səncər və ya Sultan Səncər ya da Muizzəddin Əhməd Səncər (ən tezi XI əsr və ən geci XII əsr, Sincar – 8 may 1157, Mərv), tam adı Muizzəddin Ədudüddövlə Əbu'l-Haris Əhməd Səncər bin Məlikşah, 1097–1118-ci illər arasında Xorasan Səlcuq Sultanı, 1118–1157-ci illər arasında Böyük Səlcuq Sultanı. Xaşxaşilər (həşşaşinlər) tərəfindən atası Sultan Məlikşah öldürülmüş, Səlcuqluların çöküşü sürətlənmişdir. Daha sonra Sultan Səncər, xaşxaşilərə bir həmlə etməyi düşündüsə də, yatağına saplanmış xəncəri və məktubu görüncə fikrindən daşınmışdır. Məktubda "İstər bizə hücum et, istərsən bizi rahat burax, əgər yatağına öz evim kimi girə bilmişəmsə, özündən muğayat ol İbn(Əbu) Tahir". Anası, Tacəddin xatun idi. Məlikşahın həyat yoldaşı Türkan xatun, Məlikşahın kiçik oğlu və Səncərin qardaşı I Mahmudun sultanlığını elan etdi. Məlikşahın böyük oğlu olan Börküyarıq isə tərəfdarları tərəfindən Rey şəhərinə qaçırılıb sultan elan edildi. 17 yanvar 1093-cü ildə Börküyarıq və I Mahmud arasındakı savaşda Börküyarıq qalib gəldi. Səncərin və Börküyarıqın əmisi olan Tutuş Suriyaya irəliləyərək Şam və Hələb şəhərlərini ələ keçirib Suriya Səlcuqlu dövlətinin qurucusu oldu. Tutuşun Börküyarıqın əlində olan İran torpaqlarını ələ keçirmək məqsədilə Börküyarıqa hücum etməsinə baxmayaraq, 26 fevral 1095-ci ildə Reydəki savaşda Tutuş yenildi və öldü.
Əziz Səncər
Əziz Səncər (türk. Aziz Sancar; 8 sentyabr 1946) — Türk həkim akademik, biokimyaçı, molekulyar bioloq və elm adamı. 1997-ci ildən bu yana ABŞ-dakı Çapel-Hill Şimali Karolina Universitetində Biokimya və Biofizika proqramı üzrə çalışan Səncər, son 20 ildə DNT təmirinin bir çox hissəsini müəyyənləşdirmək üçün istifadə etdiyi ilk biokimyəvi yanaşmaları ilə tanınır. Mehmed Özdoğanla birlikdə ABŞ Milli Elmlər Akademiyasına seçilən ilk Amerikalı türk olaraq tanınır. DNT təmiri sahəsindəki araşdırmaları və bioloji saatın tənzimlənməsi sahəsində 6 vacib kəşfinə görə Kimya üzrə Nobel mükafatına layiq görülüb. Texas Universitetində məşhur alim Klaud Rupertin laboratoriyasında molekulyar biologiya üzrə doktorantura təhsili alan Əziz Səncərin ixtira etdiyi və adlandırdığı "Maxicell" üsulu ilə "excinuclease/excision nuclease" ferment terminləri, Oksford Universitetinin Oksford Biokimya və Molekulyar Biologiya lüğətinə daxil olub. Əziz Səncər 1946-cı ildə Mardinin Savur ilində orta gəlirli fermer ailəsinin səkkiz uşağından yeddincisi olaraq dünyaya gəlib. Xalqların Demokratik Partiyasından (türk. Halkların Demokratik Partisi,HDP) millət vəkili olan qohumu Mithat Səncərin ifadəsinə görə, Əziz Sancərin ana dili ərəb dili idi, ailədə ərəbcə danışılırdı. Əziz Səncər,ərəb dilində valideynləri ilə, lakin bacı-qardaşları ilə türk dilində danışdığını söyləyib.
Əşrəf Səncər Quşçubaşı
Əşrəf Səncər Quşçubaşı (1873 – 1964, İzmir) — Çərkəz Ubıx əsilli türk kəşfiyyatçısı və partizan döyüşçüsü. 1873-cü ildə İstanbulda doğulmuşdur. Ailəsi ata tərəfindən Çərkəzlərin Ubıx qoluna, ana tərəfindən isə Sultan Səncərə bağlıdır. İlk təhsilini hərbi məktəbdə almışdır. Təhsilinin son ilində olarkən, Sultan II Əbdülhəmidə qarşı Yeni Osmanlılarla əməkdaşlıq edən atası ilə Hicaza sürgün edildi. Sürgündə təxminən bir il qaldıqdan sonra buradan qaçıb qardaşı Səlim bəy ilə birlikdə Əbdülhəmidə qarşı mübarizəyə başladı. Ətrafına topladığı gənc zabitlərlə birlikdə üsyan edərək çox sayda silah, pul və material alarkən özünə göndərilən qüvvələri məğlub etdi. Bundan sonra isə üsyan əsnasında ətraflna topladığı yoldaşlarıyla birlikdə qurulan Təşkilat-i Məxsusa adlı kəşfiyyat agentliyinə qatıldı. 1964-cü ildə vəfat etmişdir. Məzarı Aydın şəhəri Qranta qəbiristanlığının yanındadır.
İlhami Səncər
İlhami Səncər 1909 – 13 dekabr 1986, İstanbul Türkiyəli hakim, siyasətçi və keçmiş nazir. İlhami Səncər 1909-cu ildə Osmanlı İmperiyasının Manisa vilayətinin Gördes bölgəsində anadan olub. O, ilk təhsilini Kamalpaşada, ikinci təhsilini isə İzmirdə tamamlayıb. Daha sonra Səncər, Ankara Universitetinin Hüquq fakültəsində təhsil alıb. O, 1933-cü ildə təhsilini bitirdikdən sonra İzmir şəhəri və ətrafında məhkəmə və prokurorluq orqanlarında çalışıb. O, ilk dəfə 1934-cü ildə, ikinci dəfə isə 1941-ci ildə hərbi xidmətə çağırılıb. İlhami Səncər məhkəmədəki işindən istefa verərək 1942-ci ildə siyasi həyata daxil olub. 1949-cu ildə o, Cümhuriyyət Xalq Partiyasının İstanbul filialının rəhbəri seçilib. 1961-ci ilin 24 yanvarında Türkiyə Qurucu Məclisinə Cümhuriyyət Xalq Partiyası nümayəndəsi olaraq təyin edilib. Hərbi xidmətdən sonrakı zaman o, 1961–1969-cu illər arasında TBMM-nin 13-cü və İstanbul vilayətinin isə 12-ci millət vəkili olaraq xidmət edib.
Sultan Səncər və qarı
Qarı ilə Sultan Səncərin hekayəti və ya bilinən qısa adı ilə Sultan Səncər və qarı — 1174-1175-ci illərdə Nizami Gəncəvi tərəfindən qələmə alınan "Sirlər xəzinəsi" poemasının ikinci hekayəti. Azərbaycan şairi Süleyman Rüstəm tərəfindən tərcümə olunmuşdur. "Sirlər xəzinəsi" poeması "Xəmsə"nin birinci kitabıdır. Poema ənənəvi giriş hissəsindən əlavə 20 məqalət və hekayəti əhatə edir. "Məxzənül-əsrar"ın ən məşhur dördüncü hekayətlərindən birinin qəhrəmanı da Sultan Səncərdir. Hekayədə Səncər ədaləti tanımayan, xalqın qeydinə qalmayan hökmdar kimi təsvir edilmişdir. Bir gün qoca qarı zülmün əlindən üsyan edir. Ölkənin hökmdarı Sultan Səncərin yaxasından tutub deyir: "Ey sultan, səndən ədalət görmədim, sənin zülmün əsla hesaba sığmaz. Sənin kefli darğan gəlib evimdə məni söyüb, salıb təpiyin altına döyüb. Günahsız yerə saçımı yolub evimdən çölə atıb.
Kissəyi Səncan
Kissəyi Səncan (fars. قصه سنجان‎, qüc. કિસે સનજાન/કિસ્સા-એ-સંજાણ ; hərf. Səncan hekayəsi) — Hindustan yarımadasındakı zərdüşti köçkünlərin erkən illərinə dair hesabat. Bu, ilk dəfə b.e. 1599-cu ildə parsi keşişi Bəhmən Keyqubad yazmışdır. Mətn ümumiyyətlə orada təsvir olunan hadisələrin yeganə povesti kimi qəbul edilir və parsi icmasının bir çox üzvləri epik poemanı öz əcdadlarının dəqiq hesabatı kimi qəbul edirlər. Hesabat Böyük Xorasandan başlayır və mühacirlərin indiki Hindistanın qərb sahilində yerləşən Qücərat şəhərinə səyahətindən bəhs edir. Ən uzun olan birinci fəsil Səncanda od məbədinin qurulması və sonradan onların nəslinin dağılması ilə başa çatır. Sonrakı fəsillərdə əsərdə yadelli işğalçıları dəf etmək istiqamətində uğurlar, daha sonra həmin istiqamətdə uğursuzluqlar və zərdüştilərin sonrakı təxliyəsini nəql edir. Hesabat "Varharan atəşi"nin Navsariyə çatdırılması ilə bağlı bir fəsillə bağlanır.