SƏNİ

SƏNİ

ə. bax səniyyə.

SƏNİ’1

ə. ən gözəl, ən üstün, ən əla.

SƏNİ’2

ə. 1) iş, əməl; 2) icad, ixtira; 3) süni düzəldilmiş.

SƏNGZAR
SƏNİƏ
OBASTAN VİKİ
Səni axtarıram
"Səni axtarıram" — 2011-ci ildən Azərbaycanın Azad Azərbaycan TV, ANS TV, Xəzər TV və ARB kanallarında yayımlanan tok-şou. Verilişin aparıcısı Xoşqədəm Hidayətqızıdır. == Tarixi == Veriliş 2010-cu ildə "Azad Azərbaycan TV kanalında efirə çıxan "Sən tək deyilsən" verilişində yayımlanan "Səni Axtarıram" adlı rubrika vasitəsilə doğmalarını itirən insanların axtarışına başladı. Çoxsaylı müraciətlərin və tamaşaçıların etimadı sayəsində "Səni Axtarıram" 2011-ci il aprelin 5-dən etibarən Xoşqədəm Hidayətqızının müəllifliyi ilə rubrika kimi deyil, 2 saatlıq veriliş olaraq efirdə yayımlandı. 26 aprel 2015-ci il tarixindən veriliş "Xoşqədəmlə axtarıram səni" adı altında ANS TV-də həftənin bazar günü, saat 22:00-da yayımlanırdı. Veriliş 2016-cı il sentyabrın 25-dən 2021-ci il iyulun 30-dək "Səni axtarıram Xoşqədəmlə" adı altında Xəzər TV-də yayımlanıb. 2021-ci il noyabrın 22-dən etibarən həftəiçi 5 gün ARB-də "Səni axtarıram" verilişi yayımlanır. == Tənqid == 2013-cü ildə veriliş çəkiliş zamanı real faktlar yox, quraşdırılmış səhnələrdən istifadə etdiyi üçün Azərbaycan cəmiyyəti tərəfindən tənqid olunub.
Səni axtarıram (film)
== Məzmun == Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Səni axtarıram (film, 1981)
Film-tamaşada Elçinlə (Yaşar Nuri) Gülnar (Firəngiz Mütəllimova) ilk dəfə tanış olurlar. Əvvəlcə sözləri düz gəlməsə də, sonralar bu çəkişmə məhəbbətə çevrilir. Lakin atasının sözündən çıxa bilməyən Gülnar məhəbbətini atasına qurban verməli olur.
Sevdi Can Səni (albom)
Sevdi Can Səni – Azərbaycan müğənnisi Tünzalə Ağayevanın debüt albomu.
Paris, mən səni sevirəm
Paris, mən səni sevirəm — 2006-cı ildə istehsal olunmuş Fransız filmidir. Film 22 rejissor tərəfindən çəkilmiş və 18 epizoddan ibarətdir. Paris, mən səni sevirəm — Internet Movie Database saytında.
Lord Kitçener səni istəyir (plakat)
Lord Kitçener səni istəyir (ing. Lord Kitchener Wants You) — Böyük Britaniya ordusuna çağırışa səsləyən, 1914-cü ildə çəkilmiş plakat. Plakatdan, əsasən, Birinci dünya müharibəsi illərində istifadə olunmuşdur. Plakatda təsvir edilən Lord Kitçener rəsmi Alfred Let tərəfindən çəkilmişdir.
Paris, mən səni sevirəm (film, 2006)
Paris, mən səni sevirəm — 2006-cı ildə istehsal olunmuş Fransız filmidir. Film 22 rejissor tərəfindən çəkilmiş və 18 epizoddan ibarətdir. Paris, mən səni sevirəm — Internet Movie Database saytında.
P.S. Mən səni sevirəm (film, 2007)
P.S Mən Səni sevirəm 2007-ci ildə Riçhard LaGravenes tərəfindən çəkilmiş Amerika dram filmidir. Ssenari müəllifləri isə Riçhard LaGravenes və Steven Rogersdir. Filmin ssenarisi Seselia Ahemin 2004-cü ildə qələmə aldığı eyni adlı romana əsaslanır. Film produser Molli Smitin bacısı Vindland Smitin xatirəsinə həsr olunub. Holli və Gerri Manhattanın şərqində yaşayan evli cütlükdür. Onlar bir-birini çox sevirlər, lakin gözlənilmədən Gerri beyin xərçəngindən vəfat edir. Holli həyat yoldaşının onun üçün nə qədər önəmli insane olduğunun fərqinə varır. Holli güclü stress keçirir, ailəsindən və dostlarından uzaqlaşır. Otuzuncu yaş günü ailəsi və dostları ona gələcəyi görmək, həyata sarılmaq və gələcəklə bağlı seçimlər etməsi üçün bu gənc dul qadını həvəsləndirmək qərarına gəlirlər. onlar Hollinin mənzilinə gəlir, evi bəzəyir onun üçün tort hazırlayırlar.
Səni deyirlər
"Səni deyirlər" (az-əbcəd. سني ديرلر مني ديرلر‎) — İnternetdə bir neçə gün ərzində mem olmuş, Azərbaycan dillində ifa edilən Cənubi Azərbaycan mahnısı. Müğənni Əlirza Şərifzadənin yeni təqdim etdiyi "Səni deyirlər" mahnısı İranda yaşayan cənubi azərbaycanlıların böyük marağına səbəb olmuşdur. Mahnıda Cənubi Azərbaycan vilayətinin paytaxtı Urmiya şəhəri və Urmiya gölü vəsf edilir. Onlar bu mahnının sədaları altında küçədə, avtomobil yolunda rəqs edirlər. Gənclər daha sonra lentə alınan görüntüləri sosial şəbəkələrdə paylaşıblar. Bu mahnı "Facebook", "YouTube" və "İnstaqram"da qısa müddətdə populyarlaşıb və böyük marağa səbəb olub. Bəzi istifadəçilər bu həştəqdən istifadə edərək rəsmilərə qarşı etirazlarını da bildirirlər. Güneyli gənclərin bu fleşmobu Urmiya gölünün qurudulması və İran rejiminin sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılmasına etiraz kimi meydana çıxıb. Tı kto takoy?
Səni düşündükcə (mahnı)
Təkcə səni (mahnı)
Səni axtarıram (veriliş, 2011)
Səni axtarırıq... (film, 2013)
Filmdə Azərbaycan Televiziyasının tanınmış rejissoru Tariyel Vəliyevin həyat və yaradıcılığından söhbət açılır. Film əməkdar incəsənət xadimi Tariyel Vəliyevin xatirəsinə həsr olunmuşdur. Filmin ilk səhnələrində Tariyel Vəliyevin keçmiş kursunun tələbələri görünür. Filmdə "Sən həmişə mənimləsən", "Səni axtarıram"", "Duel", ""Gənclik macərası", "Pəncərədə işıq", "Yaşıl eynəkli adam-1" film və televiziya tamaşalarının kadrlarından istifadə edilmişdir.
Səni gözləyirəm (film, 1999)
Rəfael Dadaşov
Səni yenidən görmək (kitab)
Səni yenidən görmək - fransız yazıçısı Mark Levi tərəfindən yazılmış kitab. Ürəyiniz geridə qalsa, mütləq qayıdacaqsınız... Mark Levinin milyonlarla satılan “Kaş ki doğru olsaydı” romanının davamı olan “Səni yenidən görmək” birincisi qədər sürprizlərlə dolu bir nağıldır. Uğurlu memar Artur və idealist həkim Lauren arasındakı sevgi qaldığı yerdən davam edir; Onların fantaziya ilə reallıq arasında fırlanan həyatları yenidən San-Fransiskoda kəsişir. Gücünü itirməyən sevgiləri növbəti dəfə gözlənilməz maneələrlə qarşılaşır. "Həyat sizə ikinci bir şans versəydi, ondan maksimum istifadə etmək üçün risk edərdinizmi?" Marc Levy bu suala cavab axtararkən xəyallarını itirmiş çağımızın insanlara sevginin vəsfini təqdim edir.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.
Yoldaş, səni kim apardı?
Yoldaş, səni kim apardı? — Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər mövsümlərdə əsasən uşaq və gənclər arasında, geniş şəkildə oynanılan qədim oyunlarından biridir. Əvvəlcə dəstəbaşı (usta, başçı, molla və ya hakim) seçilir. Dəstəbaşı (usta, başçı, molla və ya hakim) iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk yolu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar iki dəstəyə bölünürlər. Dəstələr sıra ilə ard-arda düzülürlər. Geridə düzülmüş dəstədən bir uşaq gəlir, onlardan birinin arxasından irəli itələyib aparır. Aparılan uşaq geri baxmamalı, ancaq himlə onu aparan uşağı tanımalıdır. Yoldaşlarından biri aparılan uşağa bərkdən deyir: - Yoldaş, səni kim apardı? Uşaq aparanı tapa bilsə, onu da götürüb öz yoldaşlarının içinə qayıdır, dəstədə bir nəfər artır.
Səni axtarıram (veriliş, 2011-2014)
Bakı, mən səni sevirəm (film, 2015)
Bakı, mən səni sevirəm kinoalmanaxı 2015-ci ildə ekranlaşdırılmışdır. Heydər Əliyev Fondunun dəstəyi ilə "Mosfilm" kinokonsernində istehsal edilmişdir. Kinoalmanaxa 10 qısametrajlı film daxildir: "Aziya", "Görüş", "Rəssam", "Həyət", "Bəhram Gur", "Lotereya bileti", "Xəzər Atlantidası", "Sevgi haqqında", "Aysel" və "Təsadüf". Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Əsas rolları Aziya Arcenti, Corc Qafarov, İlahə Həsənova, Vyaçeslav Razbeqayev, Tural Vaqifoğlu, Kamran Ağabalayev, Alessandro Bertoluççi, Eyşan Özhim, Cavanşir Hadıyev, Fuad Osmanov, Rasim Cəfər, Solmaz Süleymanlı, Ramil Əzimov, Şəbnur Qayıbova, Günel Məmmədova, Elşən Cəbrayılov, Aqniya Ditkovskite, Vadim Tsallati, Zemfira Sadıqova və Fərhad İsrafilov ifa edirlər. == Məzmun == Layihədəki hər bir ekran əsəri Bakının həyatından müxtəlif anları özündə əks etdirir. Qısametrajlı filmlər insanlar arasında münasibətləri, onların sevgi və həsrətlərini, şad və qəmli anlarını canlandırır. Bu insanları, münasibətləri, həyatın müxtəlif anlarını birləşdirən baş qəhrəman isə Bakı şəhəridir.
Səni tərənnüm edirəm, Vətən! (film, 1975)
Filmdə Lütfiyar İmanov "Vətən", "Bakı neftçiləri", Yalçın Rzazadə "Bakı, sabahın xeyir!", L.Şəripova "Gözəllik gülüstanı", Elmira Rəhimova "Xeyirxah adamlar", C.Əliyev "Azərbaycan gözəli" və "Dənizə baxıram" mahnılarını ifa edir, tamaşaçıların gözləri önündən Azərbaycanın gözəl mənzərələri gəlib keçir.
Adı sənin, dadı mənim (film, 1980)
Adı sənin, dadı mənim tammetrajlı televiziya tamaşası rejissor Ələkbər Kazımovski tərəfindən 1980-ci ildə ekranlaşdırılmışdır. Televiziya tamaşası Azərbaycan televiziyasında istehsal edilmişdir. Televiziya tamaşası Qəlyanalı, Qəmzə və Həmzə üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Televiziya tamaşasında əsas rolları Səyavuş Aslan, Nəsibə Zeynalova, Əzizağa Qasımov və Ofeliya Aslan ifa edirlər. == Məzmunu == Televiziya tamaşası Qəlyanalı (Səyavuş Aslan), Qəmzə (Nəsibə Zeynalova) və Həmzə (Əzizağa Qasımov) üçlüyü arasında baş verən gülməli hadisədən danışır. Qəlyanalı Qəmzənin malına, bağına görə onunla evlənmək istəyir. Həmzə isə Qəmzənin ayrıldığı keçmiş sevgilisidir. İş elə gətirir ki, Qəmzə Qəlyanalıya yox elə Həmzəyə ərə gedir. Qəlyanalının fırıldağı baş tutmur. Adı da Həmzənin olur, dadı da...
Aişə Səniyəpərvər Sultan
Aişə Səniyəpərvər Sultan (1761 – 11 dekabr 1828, Konstantinopol) — 27. Osmanlı sultanı I Əbdülhəmidin üçüncü xanımı. == Həyatı == Doğum tarixi tam olaraq bilinməsə də, 1761-ci ildə dünyaya gəldiyi düşünülür. Bəzi mənbələrdə bolqar əsilli, bəzi mənbələrdə isə çərkəz əsilli olduğu qeyd olunur. Saraya nə vaxt alındığı məlum olmasa da, 1775-ci ildə Sultan Əbdülhəmidə təqdim edildiyi bilinir. Bu müddət ərzində 4 övladı dünyaya gəlmişdir: Şahzadə Əhməd, Əsma Sultan, Şahzadə Mustafa və Fatma Sultan. Ancaq bir oğlu və bir qızı uşaq yaşlarında vəfat etmişdir. 1789-cu ildə ərinin vəfatı ilə Köhnə saraya göndərildi. Sultan Səlimin səltənəti dönəmində oğlunun taxta çıxarılması uğrunda mübarizə apardı. Nəticədə çıxan Qabaqçı Mustafa üsyanıyla Sultan Səlim devrildi və oğlu IV Mustafa taxta çıxarıldı.
Həmişə səninlə olan bayram
Ernest Heminqueyin 1950-ci illərdə qələmə almış olduğu "Həmişə səninlə olan bayram" avtobioqrafik əsəri onun Paris həyatından, dövrünün görkəmli adamları ilə görüşlərindən, Parisin füsünkar gözəlliyindən bəhs edir. Ernest Heminquey "Totonto star" qəzetinin xarici müxbiri kimi 1921-ci ildə Parisə gələrək 1926-cı ilədək orada yaşayır. Burada o, Gertrud Stein, Ezra Paundla tanış olur və onların təsirindən ilhamlanaraq yazıçı olmaq qərarına gəlir. 1956-cı ildə Heminquey Parisin Riç hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi üzərində işləyir. Lakin kitab onun ölümündən sonra dördüncü arvadı Mri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür. Paris, həyat üçün bayramdır. Əgər gəncliyində Parisdə olmaq xoşbəxtliyinə nail olmusansa, onda onu ömür boyu qəlbində gəzdirirsən, harasa getmək istəsən belə, Paris həyatının hakimidir Paris əbədidir və hər kəs, kim orada yaşayıbsa onu özünəməxsus şəkildə xatırlayır. Biz hər zaman ora qayıdırıq, kimliyimizdən və onun nə qədər dəyişməsindən, ona yetişməyin nə qədər çətin və asan olmasından asılı olmayaraq. Paris buna layiqdir və sən ona nə vermisənsə, artıqlaması ilə geri alırsan.
Mirzə İbrahim xan Səniəssəltənə
Mirzə İbrahim xan Mirzə Əhməd xan oğlu Səniəssəltənə (iyul 1874, Tehran – 1915, Çaboksər, Gilan ostanı) — İranın ilk fotoqraflarından. Mirzə İbrahim xan Mirzə Əhməd xan oğlu Səniəssəltənə Təbriz şəhərində anadan olmuşdu. Fotoqraflıqla məşğul idi. Əkkasbaşı kimi tanınırdı. Redaksiyalarda klişe hazırlamaqla məşğul idi. Sonra vəliəhd Müzəffərəddin mirzənin yanına fotoqraf kimi işə düzəldi. Mirzə İbrahim xan o dövrün şəxsiyyətlərini fotoaparatın yaddaşına köçürmüş, Təbriz şəhərinin albomunu hazirlamışdı.
Mən həmişəlik səninəm (film, 1999)
"Mən həmişəlik səninəm" (ing. Straight From the Heart) — musiqili melodrama. Rejissor Sancay Lila Bhansalinin filmi. Hindistanda istehsal olunmuş ən bahalı filmlərdən biri. Cavan İtalyan musiqicisi Samir öz anasının vətəni Hindistana gələrək klassik musiqi dərsi keçmək fikrindədir. Burada o öz müəlliminin evində qalır və onun gözəl qızı Nandiyə vurulur. Bundan xəbər tutan Nandinin atası Darbara istedadlı tələbəsi olan Samirin onun evini tərk etməyi tələb edir və qızını tələsik tanınmış və varlı ailədən olan cavan hüquqşünas Vanraca ərə verir. Nandi ilə Samirin məhəbbətindən xəbər tutan Vanrac Nandiyə olan məhəbbətini boğaraq bu iki gənci qovuşdurmağa qərar verir... Film aktrisa Ayşvariya Rayin çəkildiyi ən uğurlu filmlərdən biridir. Filmfare Awards]2000 Filmfare Award — ən yaxşı film Filmfare Award — ən yaxşı rejisor (Sancay Lila Bhansali) Filmfare Award — ən yaxşı qadın rolu (Ayşvariya Ray) Filmfare Award — ən yaxşı musiqi vokalı (Udit Narayan) Filmfare Award — film üçün ən yaxşı musiqi (Ancan Bisvas) Hindistanın Milli Konomükafatı 2000 IIFA Award 2000 Screen Weekly Awards 2000 Ən yaxşı qadın rolu(Ayşvariya Ray) Ən yaxşı rejissor (Sancay Lila Bhansali) Ən yaxşı film 'Zee Cine Awards 2000 Ssenari müəllifi : Sancay Lila Bhansali Rejissor : Sancay Lila Bhansali Operator : Anil Mexta Prodüser : ancay Lila Bhansali Bəstəkarlar : Ancan Bisvas Навеки твоя — Internet Movie Database saytında.
Mən sənin dayınam (film, 2001)
Quruluşçu rejissor: Məhərrəm Bədirzadə
Mən sənin sevgini istəyirəm (film, 2012)
Mən sənin sevgini istəyirəm (ing. I Want Your Love) — rejissor Trevis Metyuzun dram filmi. 2012-ci ildə «NakedSword» gey pornoindustriyasının və Trevis Metyuzun birgə istehsalı ilə ekranizasiya edilmişdi. Jesse adında gənc gey doğma Ohayoda yeni həyata başlamaq məqsədi ilə Kaliforniyanı tərk etməyə hazırlaşır. Yola düşməzdən əvvəl gənc oğlan dostlarının, qonşularının və keçmiş sevgililərinin ətrafında vaxtını keçirir. 10 ildən çox yaşadığı şəhərlə ayrılığın acı hissləri, onun yaradıcılığı və ambissiyaları yaşamaq üçün pul qazanmağın qəddar real üzü ilə heç bir adiyyatı yoxdur. Jesse Metzger, Baş qəhrəman.O öz doğma şəhərinə qayımaq məcburiyyətindədir. Brontez Purnell, Jesse'in dostu, geyim dükanında işləyir Ben Jasper, Jesse'in ex-boyfriendi, reklam sənəti ilə məşğuldur Keith McDonald, Jesse'in dostu və mənzil yoldaşı Wayne Bumb, Jesse'in ən yaxın dostu və mənzil yoldaşı Ferrin Solano, Wayne'in boyfriendi Jorge Rodolfo, Wayne'in yaxın dostu, o əvvəlcə Wayne'i Ferrinə çox qısqanırdı, lakin sonra üçlükdə sekslə məşğul olmağa razı olur. "Mən sənin sevgini istəyirəm" filmi San Fransiskoda yaşayan dostların homoseksual əlaqələrindən bəhz edir. Filmin qısametrajlı versiyası hələ 2010-cu ildə ekranlaşdırılmışdı, o zaman da filmin rejissoru Trevis Mettyuz idi.
Pərinuş Sənii
Pərinuş Sənii İran əsilli yazıçı, sosyoloq və psixoloqdur. Tehran Universitetinin psixologiya fakultəsində təhsil almışdır. Yazar kimi məşhurlaşmağına səbəb isə 2003-cü ildə qələmə aldığı "Mənim payım" (irn: Sahm-e man) avtobioqrafik romanıdır. Əsər 2013-cu ildə Sara Xəlili tərəfindən ingilis dilinə "The book of fate" adı ilə tərcümə edilmişdir. 26 Dilə tərcümə olunan əsər həmçinin "World Literature Today" tərəfindən 2013 -cü ildə "ilin ən dəyərli 75 tərcüməsi" siyahısında yer almışdır. Əsərin italyan dilinə olan tərcüməsi 2010-cu ildə məşhur "Covanni Bokkaçço" mükafatına layiq görulmuşdur. Atası və qardaşları 16 yaşlı Məsuməni üzünü görmədiyi oğlana zorla ərə verirlər. Məsumə başqasını sevir. Ali təhsil almaq istəyir. Zorla ərə verildiyi oğlana təslim olmaqdansa, intiharı üstün bilən Məsumə hələ bilmir ki, onun əri ölkənin azadlığı, insanların rifahı üçün mübarizə aparan inqilabçı, təhsilli və müasir adamdı.
Qorxma, mən səninləyəm! 1919 (film, 2013)
Qorxma, mən səninləyəm! 1919 — 1981-ci ildə çəkilmiş "Qorxma, mən səninləyəm" filminin ikinci hissəsi. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. Film Azərbaycan xalqının necə qəhrəman, şən, musiqisevər, xoşbəxt bir xalq olduğunu göstərir. Filmdə təhlükəli sərgüzəştlərlə yanaşı, iki gənc qəhrəmanın məhəbbəti də öz əksini tapmışdır. "Romeo və Cülyetta"da olduğu kimi, onlar da iki düşmən tərəfin övladlarıdır. Ekran əsəri hər bir tamaşaçıda müstəqil Azərbaycanın bugünkü sürətli inkişafı ilə bağlı dolğun təsəvvür yaradır. Film Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və Rusiyanın "Vayt Media" kino şirkətinin birgə istehsalıdır. Filmin ssenari müəllifi və rejissoru Yuli Qusmandır. operatoru Vadim Alisov quruluşçu rəssamları Rafiq Nəsirov, Viktor Nikonenko, Tahir Tahirov prodüserləri Müşfiq Hətəmov və Timur Vaynşteyndir.
Qorxma, mən səninləyəm (film, 1981)
Radhe:Sənin ən çox axtardığın insan (film, 2020)
Dünya sənin, dünya mənim (mahnı)
"Dünya sənin, dünya mənim" — Məmməd Arazın sözlərinə Niyaməddin Musayev tərəfindən bəstələnən mahnı == Haqqında == Şeir 1977–1978-ci illərdə Məmməd Araz tərəfindən yazılıb. Şeirə məşhurluq gətirən Niyaməddin Musayevin mahnı bəstələməsi olub. Niyaməddin Musayev mahnının necə yaranması ilə bağlı demişdir: Niyaməddin Musayevin ifasında mahnı məşhurluq qazanmışdır. Youtube kanallarında 10 milyondan çox izlənmə olub. Ondan sonra mahnını müğənni Əhməd Mustafayev ifa etmişdir. 19 mart 2023-cü ildə "Səs Azərbaycan: Doğma nəğmələr"in qalibi Zülfü Əsədzadənin "Dərviş band" qrupu ilə birgə "Dünya sənin, dünya mənim" ifası sosial şəbəkələrin trendinə çevrilmişdir.. Niyaməddin Musayev "Dərviş band" qrupunu tanıdığını və onların bu ifasını çox bəyəndiyini bildirib: === Türkiyəli müğənnilərin ifasında === Türkiyənin tanınmış müğənnisi Neşe Karaböcek ifa etmişdir. == Mətn == === Orijinal mətni === — may-iyun, 1986 == İstinadlar == == Xarici keçidlər == "Dərviş" band — "Dünya sənin, dünya mənim" | Səs Azərbaycan.
Sənin sevdiyin musiqi (film, 2019)
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Sənin sevdiyin musiqi
Sənin sevdiyin musiqi — 2019-cu ildə "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş qısametrajlı bədii film. 25 iyun 2019-cu ildə Nizami Kino Mərkəzində “Azərbaycan mədəniyyəti ekranda” adlı kino proqramı çərçivəsində “Gənclərin qısa filmləri” axşamı təşkil olunmuşdur. Tədbirdə gənc rejissorların son illərdə dövlət sifarişi ilə çəkdikləri və beynəlxalq festivallarda uğur qazanmış dörd filmi nümayiş etdirilmişdir. Bu filmlər arasında rejissor Ceyhun Türksoyun "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılmış “Sənin sevdiyin musiqi” yer almışdır.
Mən sənin üçün kiməm? (film, 1994)
Mən sənin üçün kiməm? (Hind dilində: हम आपके हैं कौन, Rom: Hum Aapke Hain Koun...!) — 5 avqust 1994-cü ildə Hindistanda yayımlanmış, Sooraj Barjatya tərəfindən çəkilmiş olan Bollivud melodramıdır. 1982-ci il istehsalı olan Nadiya Ke Paar filminin yeni versiyasıdır. Hindistanda 1990-cı illərin ən müvəffəqiyyətli filmi olan bu film, Bütün Zamanların Blokbasteri kimi təsnif edilmiş və Hindistan kinosunda bütün zamanların ən çox gəlir gətirən 1975-ci ildə çəkilmiş olan Qisas və qanun filmindən sonra ikinci filmi olmuşdur.
Qorxma, mən səninləyəm
Qorxma, mən səninləyəm — rejissor Yuli Qusmanın filmi. Filmdə hadisələr XIX əsrin sonu – XX əsrin əvvəllərində baş verir. Zülmkarlara qarşı mübarizə iki sevən gəncin məhəbbəti fonunda baş verir. Filmdə ideal qəhrəmandan, xeyirxah, cəsur, imkansızlara əl tutan, gücsüz adamların müdafiəsinə qalxan sirk artisti Rüstəmdən (Muxtarbəy Kantemirov), onun sədaqətli dostlarından söhbət açılır. Bu filmin janrını dəqiq təyin etmək çətindir. Burada musiqi də, gözəl mahnılar da var, sərgüzəştlər, gözlənilməz, qeyri-adi hadisələr də. Ekranda Azərbaycanın füsunkar təbiəti, onun mənzərəli dağları və vadiləri öz təcəssümünü tapmışdır. Film aktyor Nizami Musayevin kinoda ilk işidir. Film aktyor Ramiz Novruzovun kinoda ilk işidir. Film müğənni və bəstəkar Polad Bülbüloğlunun aktyor kimi kinoda ilk işidir.
Sənin, mənim və bizim
"Sənin, mənim və bizim" (ing. Yours, Mine & Ours) — 2005-ci il ABŞ ailə komediya filmi. Film 4 yaşlı İthandan 18 yaşlı Uilyama qədər on səkkiz uşaqdan ibarət olan bir ailə haqqındadır. Rejissoru Raca Qosnell olan filmdə baş rollarda Dennis Kueyd və Rene Russodur. Filmin ilk baxışı 23 noyabr 2005-ci ildə baş tutmuşdur. Film baş rol ifaçıları Lyusil Boll və Henri Fonda olmuş 1968-ci il tarixli eyniadlı film əsasında çəkilmişdir. Məktəbdə sevgili olan Frenk Birdsli (dul ABŞ Sahil mühafizəsi admiralı) və Helen Nors (dul çanta dizayneri) Frenk ailəsi ilə məmləkəti Nyu Londona köçərkən yenidən görüşürlər. Belə ki, restoranda ayrılıqda başqa şəxslərlə görüşərkən gözlənilmədən bir-biriləri ilə qarşılaşırlar. Bu qarşılaşmadan sonra siniflərinin 30 ildən sonra təşkil etdikləri görüşdə yenidən bir araya gəlirlər. Bu zaman onların köhnə eşqləri yenidən alovlanır və həmin özəl mərasimdə evlənmək qərarına gəlirlər.