Rasim Rza oğlu İsmayılov (13 iyul 1936, Bakı – 5 may 2004, Bakı) — Azərbaycan kinooperatoru, kinorejissor, ssenari müəllifi,[1] kino rəssamı, Azərbaycanın əməkdar incəsənət xadimi (1976).
Rasim İsmayılov 1936-cı il iyul ayının 13-də Bakıda anadan olub. 1958-ci ildə Bakı kinostudiyasında operator assistenti kimi fəaliyyətə başlamışdır.[2] 1958–1962-ci illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun operatorluq fakultəsini bitirərək, "Azərbaycanfilm" kinostudiyasında quruluşçu-operator işləməyə başlayıb.[3] 1963–1978-ci illərdə "Azərbaycanfilm" kinostudiyasında quruluşçu operator kimi, 1977-ci ildən isə quruluşçu rejissor kimi bir neçə bədii film çəkib. ADMİU-nun baş müəllimi olmuşdur.
5 may 2004-cü ildə vəfat edib.
- Adi əhvalat (film, 1991)
- Axırıncı aşırım (film, 1971) (tammetrajlı bədii film)-quruluşçu operator
- Alman klinikasına şəxsi səfər (film, 1988) (tammetrajlı bədii film)-ssenari müəllifi, quruluşçu rejissor
- Anın quruluşu (film, 1980) (tammetrajlı bədii film)-quruluşçu rejissor, quruluşçu operator
- Arxada qalmış gələcək (film, 2004)
- Arzu yolu ilə (film, 1964)
- Asif, Vasif, Ağasif (film, 1983)
- Babək (film, 1979)
- Cazibə qüvvəsi (film, 1964)
- Daha iki nəfər (film, 1965)
- Danışan işıqlar (film, 1965)
- Dədə Qorqud (film, 1975)
- Dörd bazar günü (film, 1975)
- Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)
- Fransa qəhrəmanı (film, 1975)
- Gün keçdi (film, 1971)
- Xoşbəxtlik qayğıları (film, 1976)
- İmadəddin Nəsimi (film, 1973)
- İşgüzar səfər (film, 1982)
- Kinorejissor Arif Babayev (film, 2000)
- Qırmızılar, qaralar və başqaları (film, 1969)
- Mahnı qanadlarında (film, 1972)
- Mavi ekranın yolları (film, 1966)
- Məndə sığar iki cahan... (film, 1973)
- Möcüzələr adası (film, 1978)
- Nabran (film, 1975)
- Nəsimi (film, 1973)
- Rasim İsmayılov. Yarımçıq qalmış nağıl... (film, 2012)
- Rejissor. Ramiz Əsgərov haqqında... (film, 2004)
- Sevil (film, 1970)
- Sevinc buxtası (film, 1977)
- Səs (film, 1993)
- Sizi dünyalar qədər sevirdim (film, 1985)
- Şəhərin ritmləri (film, 1964)
- Şəhərlərin dostluğu (film, 1978)
- Şir evdən getdi (film, 1977)
- Tələ (film, 1990)
- Torpaq dəniz od səma (film, 1967)
- Yaşamaq gözəldir, qardaşım! (film, 1966)
- Yeddi oğul istərəm... (film, 1970)
- Yenilməz batalyon (film, 1965)
- Azad, Ə. "Kinostudiyada bir gün" [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun.
- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 154.
- Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 814.