SƏRİMƏK

f.
1. bax sarımaq 2-ci mənada. Əlini sərimək. Belini sərimək.
– Kazımın başını səriyib bir tərəfə yıxmışdılar. Çəmənzəminli.
…Musa kişi keçə papağını başına basdı.
Yun şərfini boğazına səridi. M.İbrahimov.

2. Bax sarımaq 4-cü mənada.
Məşədi Kazım ağa təəccüblə gözlərimin içinə baxaraq dedi: – Deyəsən, axı məni sərimisiniz? M.S.Ordubadi.

SƏRİMƏ
SƏRİN

Значение слова в других словарях