Təbiət
Təbiət — maddi dünya, elmin öyrəndiyi əsas obyekt. İnsan ətrafında olan bütün reallıq təbiət adlanır. Təbiət canlı və cansız olur.
Qeyri-maddi təbiət — enerjiyə malik olan maddə və fiziki sahə. Onun quruluşu aşağıdakı sıralama ilə gedir : elementar hissəcik, atom, kimyəvi element, planet, ulduz və kainat.
Maddi təbiət — müxtəlif hallarda ola bilər :qaz, maye, bərk və plazma). Materialist dünyagörüşünə görə hesab edilir ki, qeyri-maddi təbiətin inkişafı canlı təbiətin yaranmasına gətirib çıxarıb.
Cansız təbiəti aşağıdakı şəkildə ayırmaq olar:
Səma cisimləri (günəş, ay, planetlər, ulduzlar,)
Hava cisimləri (bulud, yağış, külək, şeh, qar,dolu)
Yerin quru hissələri (materiklər, qitələr, adalar, yarımadalar, dağlar)
Yerin sulu hissələri (okeanlar, dənizlər, göllər, çaylar, bulaqlar, şəlalələr)
Canlı təbiət — bütün orqanizmlərin cəmidir. Elmdə o 7 növə bölünür: viruslar, protistlər, arxeylər, bakteriyalar, göbələklər, bitkilər və heyvanlar. Canlı orqanizm biosferanın tərkib hissəsi olan ekosistemdə yaşayır.