Bu məqaləni vikiləşdirmək lazımdır. |
Azərbaycanın vəhşi təbiəti onun flora və faunasından və onların təbii yaşayış mühitindən ibarətdir.
Azərbaycan faunasının simvolu Qarabağ atı olaraq qəbul edilir. Bu at cinsi dağ-çöl mühitində yaşayır və yarış və minik atı kimi istifadə edilir. Bu at cinsinə yalnız Azərbaycanda rast gəlinir. Bu, ən qədim cinslərdən biridi, ilk dəfə V əsrdə Qarabağ bölgəsində əhilləşdirilərək yetişdirilib və bu regionun adını daşıyır.[1]
Azərbaycanda fərqli heyvan növlərinin təbii yaşayış mühiti müxtəlifdir. Bəzi növlər yalnız müəyyən ərazilərdə, göl kənarlarında, dağlıq yamaclarda məskunlaşır, digərləri isə ölkə daxilində səpələnmişdir. Məsələn, sərçəkimilər fəsiləsinə mənsub quşlara bütün Azərbaycanda rast gəlmək olar. Minik heyvanların (mal-qara, ev quşları və s.) təbii yaşayış yerindən asılı olaraq, protozoy parazitləri də ölkənin bütün ərazilərində qeydə alınır. Məməlilər arasında düzənliklərdə ceyranlar, Qafqaz keçisi əsasən dağlıq ərazilərində məskunlaşır və əksər quş növlərinə meşələrdə və ya su hövzələrində rast gəlmək olar. Zərərverici həşəratlar kənd təsərrüfatı sahələrində rast gəlinir, digər növ həşəratlar isə yalnız müəyyən biotoplarda yaşayır.
Azərbaycanda xəzli və iridırnaqlı heyvanların mühafizəsi üçün bir sıra təbiət qoruqları yaradılıb, xüsusi ov qaydaları tətbiq edilməklə qorunur.
Azərbaycanın heyvanlar aləminin müxtəlifliyi ölkə ərazisində mövcud olan çoxşaxəli iqlim tipləri və biomlardan qaynaqlanır.
Azərbaycan Avropada ən çox məməli növlərinə malik ölkə hesab edilir. Azərbaycanda məməlilər sinfinə mənsub heyvanların 107 növü qeydə alınıb, onlardan üçü yalnız Azərbaycan üçün spesifik olan növlərdir. Ən çox bilinən növlərə Balakən, Qəbələ, Zaqatala və İsmayıllı rayonlarında Naxçıvanda və Böyük Qafqazın qərb yamaclarında məskunlaşan Qafqaz keçiləri və Qafqaz muflonları daxildir. Qafqaz ceyranları öz tipinin ən nadir və sürətlisi hesab edilir. Bu ceyranlara Azərbaycanın yalnız Şirvan Dövlət Qoruğu, Bəndova və Korçay bölgələrində rast gəlmək olar.
Nəsli kəsilmişlər:
Ölkənin şirin su hövzələri və Xəzər dənizi ümumilikdə 97 növ balıqla zəngindir, onlardan səkkizi çoxaldılmış, yeddisi isə geniş yayılmışdır. Azərbaycanda həmçinin onurğasızların 15 mindən çox növü vardır. Ən çox Kür çayında, onun ətrafındakı göllərdə, eləcə də Mingəçevir su anbarında rast gəlmək olar. Balıqların əksəriyyəti anadrom və ya yarı anadromdur (balacalar duzlu suda böyüyür və yetkinləşdikdən sonra çoxalmaq üçün şirin suya köçürlər). Anadrom balıqların ən qiymətliləri qızılbalıqlar, nərə balığı, ulduzlu nərə balığı və beluqadır . Aspius, Chalcalburnus və ilanbalığı da anadrom balıqlardır. Nərə balığının əti və kürüsü çox qiymətlidir. Bundan başqa, Azərbaycanın su hövzələrində çapaq, sazan, rutilus kütüm və s. kimi digər qiymətli balıq növləri də vardır. Siyənək balığına Xəzər dənizində də rast gəlmək olar və balıqçılıq sənayesində ciddi rola malikdir. 1959-cu ildən sonra Kür çayında bir sıra hidrotexniki qurğuların tikintisi ilə əlaqədar olaraq çayın su axınının tənzimlənməsi, o cümlədən Xəzər dənizinin suyunun çirklənməsi qiymətli balıq növlərinin sayının xeyli azalmasına səbəb olmuşdur. Balıq ehtiyatlarının bərpası və balıq növlərinin sayını artırmaq üçün meliorasiya və balıqçılıq məqsədləri üçün üç inkubasiya müəssisəsi (Kürağzı, Əlibayramlı və Kür eksperimental nərə balığı yetişdirmə zavodu) fəaliyyətə başlamışdır. Azərbaycanın balıqçılıq müəssisələri və inkubasiya müəssisələrində 20 milyon nərə, 600 min qızılbalıq, 800 mindən çox balıq yetişdirilir. 2000-ci ildə Xılıda 20 milyon nərə balığı tutumu olan yeni inkubasiya zavodu istifadəyə verilmişdir.
Azərbaycan zəngin oritofaunaya malikdir. Ölkə üzrə aparılan müşahidə və tədqiqatlarda təxminən 60 ailədən 363 quş növü qeydə alınmışdır. Növlərin 40%-ə yaxını Azərbaycanda məskunlaşıb, bu növlərin 27%-i ölkədə qışlayır, 10%-i isə miqrasiya dövründə Azərbaycan ərazisindən keçir. Spesifik quş növlərindən biri də Naxçıvan kimi əsasən dağlıq ərazilərdə məskunlaşan qızıl qartaldır . Qızıl qartalın təsviri Azərbaycanda çox sayda marka və kartpostalda tirajlanıb.
Azərbaycanda beş fəsilədən on növ suda-quruda yaşayan canlı növləri təsnifləndirilib. Ölkə ərrazisində 52 növ sürünən var. Bu növlərə ən çox Şamaxı və Naxçıvanın yarımsəhra ərazilərində rast gəlinir. Digər ovalıqlarda və ya dağlıq ərazilərdə az sayda rast gəlinir.
Azərbaycanın zəngin florası var. Ölkədə 4500-dən çox ali bitki növü qeydə alınmışdır. Azərbaycanın iqlimi və biomları müxtəlif olduğuna görə flora Cənubi Qafqazın digər respublikalarına nisbətən daha müxtəlifdir. Bütün Qafqazda rast gəlinən flora növlərinin təxminən 67%-nə Azərbaycanda rast gəlinir.
Azərbaycanın flora və bitki örtüyünün müxtəlifliyi bir-birindən fərqli fiziki-coğrafi və təbii-tarixi şəraitin, eləcə də Azərbaycanın ucqar floristik rayonların təsirinə məruz qalmasının nəticəsidir.
Üçüncü dövrün relikt cinslərinə Azərbaycanın bütün zonalarında, xüsusən Lənkəranda (Talış rayonları) tez-tez rast gəlmək olar. Bunlara dəmirağac, güləbrişin, şabalıdyarpaq palıd,Qafqaz xurması, həmişəyaşıl kolu, qutu ağacı və s. misal göstərmək olar. Azərbaycanda 240 endemik bitki növü vardır.
Altıağaç Milli Parkının 90,5%-ni enliyarpaqlı meşələrlə əhatə olunmuşdur, burada üstünlük təşkil edən ağac növləri dəmir ağacı, Qafqaz vələsi, şərq fıstığı və ağcaqayındır.
Azərbaycan flora və fauna mühitinin və ekosistemin qorunması üçün bir neçə təbiət qoruqları nəzərdə tutulmuşdur.