TƏDİYƏÇİ
TƏDQİQAT
OBASTAN VİKİ
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti — elmi mərkəz. 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. Sədri maarif xadimi Vahab Həsənzadə, elmi katibi Mir Bağır Mirheydərzadə olmuşdur. Cəmiyyətin fəal üzvləri Məhəmməd Rasizadə, Xəlil Hacılarov, Əbdüləzim Rüstəmov, Lətif Hüseynzadə və başqaları idi. Cəmiyyətdə 3 bölmə: — 1. iqtisadi, ictimai, təbii bölmə, 2. arxeoloji bölmə, 3. etnoqrafiya, türkologiya, tarix və ədəbiyyat bölməsi fəaliyyət göstərmişdir. 1925–1928-ci illərdə Naxçıvan Muxtar Respublikasının maddi mədəniyyət abidələrini, etnoqrafiya, tarix və ədəbiyyatını, iqtisadiyyat və təbiətini öyrənməklə məşğul olmuşdur. Naxçıvan Muxtar Respublikasını müxtəlif bölgələrində arxeoloji qazıntılar aparmaqla qiymətli maddi mədəniyyət abidələrinin aşkarlanması, 1926-cı ildə Bakıda keçiriləcək I Türkoloji qurultaya hazırlıq aparması (bu məqsədlə cəmiyyət üzvlərindən M. Rasizadə "Dillərin tüluu və qürubu", H. Səfərli "Azərbaycan dilinin mənşəyi və tarixi inkişafı", Ə. Rüstəmov "Azərbaycan dilinin bugünkü vəziyyəti, ərəb və latın əlifbası ilə islah və tövsihi", Ə. Qılmanov "Türk tayfalarının ibtidai tarixi və dini təsəvvürü" mövzularında ictimaiyyət qarşısında məruzələr etmişlər), respublika ərazisində xalq ədəbiyyatı nümunələrini toplayıb qeydə alması, müxtəlif bölgələrə (Cəhri, Camaldın, Qızılburun, Türküş, Şərur, Nürgüt, Milax və s.) elmi komissiya və ezamiyyətlər təşkil etməsi, Naxçıvan muzeyini qiymətli eksponatlarla zənginləşdirməsi, Azərbaycan ədəbiyyatı və mədəniyyətini geniş miqyasda təbliğ etməsi cəmiyyətin fəaliyyətinin əsasını təşkil etmişdir.
Tədqiq
Tədqiq – bir şeyi və ya onun xüsusiyyətlərini öyrənmək, müəyyənləşdirmək məqsədilə dəqiq elmi araşdırma; tədqiqat. Tədqiqat metodları aşağıdakılardır: yeni biliklərin əldə edilməsi üçün köhnə biliklərin tətbiqi üsulu; elmi faktların əldə edilməsi vasitəsi; məhsula münasibət, motivasiya amili və i.a. barədə mövcud və potensial alıcılarla söhbətləşmə yolu ilə ilkin tədqiqat məlumatlarının toplanmasının ən geniş yayılmış üsulu. Tədqiqat mövzusu – müəyyən nöqteyi-nəzərdən tədqiqat obyekti hədlərində olan bir şey. Tədqiqat obyekti – öyrənilmək üçün seçilmiş, problem situasiyanı yaradan proses və ya hadisə. Tədqiqatçı – bir şeyi tədqiq etməklə, dərindən öyrənməklə məşğul olan, tədqiqat aparan adam, alim. R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s.
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü
Antarktidanın tədqiq olunmasının qəhrəmanlıq dövrü (ing. Heroic Age of Antarctic Exploration) — XIX əsrin sonlarında başlayan və Birinci Dünya müharibəsindən sonra başa çatan, Antarktida qitəsinin tədqiq olunması dövrüdür; 1921-1922-ci illərin Şeklton-Rouett Ekspedisiyası tarixçilər tərəfindən tez-tez "qəhrəmanlıq" və "mexanika" əsrləri arasında ayırıcı xətt kimi qeyd olunur. Qəhrəmanlıq dövründə Antarktika bölgəsi beynəlxalq səylərin mərkəzinə çevrildi və nəticədə on ölkədən 17 əsas Antarktika ekspedisiyasının intensiv elmi və coğrafi kəşfiyyatı aparıldı. Bu ekspedisiyalarda ümumi amil tədqiqat işində inqilab etmiş nəqliyyat və kommunikasiya texnologiyalarının inkişaf etməsindən əvvəl onlara verilən resursların məhdud xarakterli olması idi. Buna görə də bu ekspedisiyaların hər biri öz şəxsi heyətinin fiziki və əqli sərhədlərini sınaqdan keçirən, bəzən isə onu aşan bir dözümlülük şücaəti olmuşdur. Sonradan verilən "qəhrəmanlıq" etiketi bu qabaqcılların öhdəsindən gəlməli olduğu çətinlikləri qəbul etmişdir. Qeyd etmək lazımdır ki, ekspedisiya üzvlərinin bəziləri tədqiqatlardan sağ çıxmamış, bu müddət ərzində ümumilikdə 19 ekspedisiya üzvü həlak olmuşdur. Həm coğrafi, həm də Cənub maqnit qütblərinə ilk dəfə məhz qəhrəmanlıq dövründə çatmaq mümkün oldu. Coğrafi qütbdə birinci olmaq nailiyyəti bir çox ekspedisiyaların əsas məqsədi olmaqla yanaşı, 1911-ci ildə ona ilk çatan Roald Amundsenin təşəbbüsünün yeganə səbəbi idi. Digər ekspedisiyalar qitənin müxtəlif ərazilərində müxtəlif məqsədlərə yönəlmişdi.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC; Азәрбајҹаны Тәдгиг вә Тәтәббө Ҹәмијјәти) — Azərbaycanın təbii sərvətlərini, iqtisadiyyatını, tarixini, fəlsəfəsini, incəsənəti və s. öyrənən elmi mərkəz. == Tarixi == Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (ATTC) 1923-cü ildə Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış, 1929-cu ilədək fəaliyyət göstərmişdir. 1925-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin tabeliyində verilmişdir. Respublika ərazisini planlı və hərtərəfli tədqiq etmək üçün Naxçıvan MSSR (Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyəti), DQMV və qəza mərkəzlərində cəmiyyətin şöbələri yaradılmışdır. Leninqradda ATTC tarix bölməsinin xüsusi şöbəsi var idi. Cəmiyyətin işində Səməd ağa Ağamalıoğlu, Tağı Şahbazi Simurğ, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Bəkir Çobanzadə, İvan Meşaninov və başqaları yaxından iştirak etmişlər. 1925–1929-cu illərdə ATTC-nin "Xəbərləri" nəşr olunmuşdur.
Ekoloji tədqiqat metodları
== Ekoloji tədqiqat metodları == Rastlaşma (qarşılaşma) metodu — biosenozda növ fərdlərinin tapılması (rast gəlinməsi) tezliyinin təyin olunması. Çoxlu miqdarda təsadüfi təcrübə sahələrində növlərin hesaba alınması. Dama (kletka) metodu — mal-qara otarılan otlaqlarda məhsuldarlığın təyini. Bu, bir-birinə ağac və ya metalla bərkidilmiş və üzərində torlar çəkilmiş çərçivələrlə müvəqqəti və ya daimi kiçik sahələrin çəpərlənməsi ilə yerinə yetirilir. Məhsuldarlığın (ot) hesablanması həm otlaqda, həm də damalarda (kletkalarda) aparılır. Klinsekt metodu — yerüstü fiotkütlənin quruluşu, kütləsi və həmçinin, yarpaqlarının səthinin, ən çox rast gəlinən populyasiyaların sayının, növlərinin rastlaşma dərəcəsinin xüsusi çərçivənin (Bıkov, 1970) köməyi ilə maili (45) səthdə (Klinsektdə) ölçmə, kəsişmə yolu ilə öyrənilməsi. Tipik sahə ("açar", test sahəsi) seçmə metodu — hər hansı bir ərazidə xüsusi seçilmiş tipik (açar) sahədə bitki örtüyünün xüsusiyyətlərinin tədqiq olunması, adətən, belə sahələr xəritələşdirilir. Xətti kəsişmə metodu — dartılmış ip və ya məftil boyu düz xətt üzrə müntəzəm (ardıcıl) ölçmə işi apararaq bitkilərin və onların proyektiv örtmə dərəcəsinin təyini. Nişanlanmış atomlar metodu — ekologiyada və geobotanikada qruplaşmaların quruluşunun tədqiqi üçün istifadə olunur: kök sisteminin yerləşməsi, ayrı-ayrı klonların yerləşməsi, alaqlarla mübarizədə fıtofaqlarm axtarılması, fitokütlənin hesablanması və s. tədqiqatlarda bu metoddan istifadə edilir.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu
Ağ ciyər xəstəlikləri institutu, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutu – 1946 ildə Bakıda Elmi Tədqiqat Vərəm İnstitutu adı ilə təşkil edilmişdir. 1988–1999 illərdə Elmi Tədqiqat Ftiziatriya və Pulmonologiya İnstitutu adlandırılmışdır. Tədqiqatları respublikada vərəmlə mübarizənin təşkilinə, bakterioloji müayinə üsulunun inkişafına, bronxun və ağ ciyərin qeyri-spesifik, onkoloji və vərəm xəstəliyinin differensial-diaqnostik problemlərinə, onların spesifik və qeyri-spesifik xəstəliklərinin müalicə metodlarının təkmilləşdirilməsinə, yeni üsullarla müalicəsi problemlərinə, vərəm xəstəliyinin azaldılması yollarının elmi əsaslarınının öyrənilməsinə və s. məsələlərə həsr olunmuşdur. İnstitut vərəm xəstəliyinə qarşı müalicə-profilaktika tədbirləri də hazırlayır. Respublikada vərəmlə mübarizədə M.N.Qədirli, Y.M.Qaziyev, F.M.Vəkilov, F.M. İsmayılov, M.Novruzov və başqalarının rolu olmuşdur. Azərbaycanda ftizio-cərrahlığın pioneri sayılan Fuad Əlaəddin oğlu Əfəndiyev respublikada ilk dəfə ağ ciyər vərəmini cərrahi üsulla müalicə etmişdir. İnstitutun vərəm terapiyası, pulmonologiya, uşaq vərəmi, ağciyərdənkənar orqanlarda vərəm, ftizio cərrahiyyə, torakal cərrahiyyə, bronxoloji, müalicə-reabilitasiya, funksional diaqnostika, ambulator diaqnostika, anesteziologiya və reanimasiya, elmi informasiya şöbələri, bakterioloji, biokimyəvi, klinik, immunoloji və sitomorfoloji laboratoriyaları, uroloji, ginekoloji, burun-boğaz-qulaq xəstəlikləri kabinetləri; elmi kitabxanası var. İnstitutda 2 elmlər doktoru və 23 elmlər namizədi işləyir. Aspiranturası və klinik ordinaturası var.
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu
Elmi-Tədqiqat Nəqliyyat və Aviakosmik Problemləri İnstitutu (ETNAPİ) — == Haqqında == 1993-cu ildə “Azərbaycan Hava Yolları” Dövlət Konserninin (indi “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti) nəzdində Elmi-Tədqiqat Aviasiya İnstitutu (ETAİ) adı ilə yaradılmış və 2010-cu ilə qədər ETAİ adı ilə fəaliyyət göstərmişdir. ETNAPİ-nin yaradılmasında əsas məqsəd “Azərbaycan Hava Yolları” QSC-nin bütün strukturlarında mülki aviasiyanın aktual elmi-texniki problemlərinin həlli, uçuşların təhlükəsizliyinin təmin edən yeni uçuş və yerüstü vasitələrin yaradılması və tətbiqi, aviamüəssisələrin fəaliyyətini tənzimləyən normativ-texniki sənədlərin işlənməsi olmuşdur. === Rəhbərləri === İnstitutun ilk rəhbəri t.e.d., professor Namiq Hacıyev (1993-2004) olmuşdur. 2004-2009-cu illərdə institutun direktoru vəzifəsini f.-r.e.d., professor Fuad Qasımov icra etmişdir. 2009-cu ildən isə instituta АМЕА-nın həqiqi üzvü, f.-r.e.d., professor Bahadır Tağıyev rəhbərlik edir. İnstitutun direktor müavini vəzifəsini Yaşar Bağırov icra edir. ETNAPİ-də iki şöbədən ibarət Konstruktor Bürosu, Təcrübə-sınaq istehsalatı sahəsi və aşağıdakı şöbələr fəaliyyət göstərir:. Aviasiya Elektronikası Şöbəsi Yeni Texnika və Texnologiyanın İşlənməsi Şöbəsi Еlmi-Texniki İnformasiya və Yeni Texnikanın Tətbiqi Şöbəsi Аviasiya Mikroelektron Vericiləri Şöbəsi Texnoloji Şöbə Aerokosmik İnformatika Şöbəsi == Aviasiya Elektronikası Şöbəsi == Aviasiya elektronikası şöbəsi 1994-cü ildə yaradılmışdır. Şöbəyə yarandığı ildən t.e.d. Rasim Nəbiyev rəhbərlik edir.
Elmi-Tədqiqаt İnstitutu
Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: — elmi tədqiqat institutunun strukturunu müəyyən edir — elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir — elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir — ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır Azərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranib. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.
Elmi-Tədqiqаt İnstitutu (ARMSN)
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və ya qısa şəkildə Еlmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Elmi-tədqiqat institutu (ETİ) — elmi-tədqiqat işlərinin təşkili və aparılması üçün yaradılmış müəssisə. == Tarixi == Elmi-Tədqiqat Institutu Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı əsasında yaradılmışdır. == Fəaliyət sahələri == Müdafiə və ikili təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədilə təcrübi-konstruktor işlərinin aparılması və nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili; Mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq; Qeyri-ənənəvi enerji mənbələrinin yaradılması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması; Azərbaycan Respublikasının və xarici ölkələrin ali məktəblərinin bazasında elmi kadrların hazırlanmasının təşkili.
Elmi-tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmi-tədqiqat institutu
Elmi-tədqiqat institutu – əsas fəaliyyəti fundamental və tətbiqi elmi tədqiqatlar və eksperimental araşdırmaların aparılmasından ibarət olan elmi müəssisə Elmi tədqiqat institutu müstəqil ya müvafiq dövlət orqanının müəyyən etdiyi elmi təşkilatın, ali təhsil müəssisəsinin və digər qurumların nəzdində fəaliyyət göstərir. Elmi tədqiqat institutunun ali idarəetmə orqanı onun elmi şurasıdır. Elmi şura aşağıdakı funksiyaları yerinə yetirir: — elmi tədqiqat institutunun strukturunu müəyyən edir — elmi tədqiqat institutunun strateji inkişaf vəzifələrini və hədəflərini müəyyənləşdirir — elmi tədqiqat müəssisəsinin ayrı-ayrı sahələr üzrə yerinə yetirilən elmi tədqiqat işlərinin nəticələrini müzakirə edir və qiymətləndirir — ali attestasiya orqanı qarşısında elmi adlar verilməsinə dair vəsatət qaldırır Azərbaycanda müxtəlif sahələrdə elmi tədqiqat institutlari yaranib. Onlardan tibb, kənd təsərrüfatı, iqtisadiyyat və digər sahələrdə.
Elmi tədqiqat
Elmi tədqiqat – nəticələri anlayış, qanun və nəzəriyyələr sistemi şəklində meydana çıxan məqsədyönlü dərkedilmə. Elmi-tədqiqat işləri – mövcud olan biliklərin genişləndirilməsi və yenilərin əldə edilməsi, elmi fərziyyələrin yoxlanılması, təbiətdə və cəmiyyətdə təzahür edən qanunauyğunluqların müəyyən edilməsi, elmi ümumiləşdirmə-lərin, layihələrin elmi əsaslamdırılması məqsədilə həyata keçirilən elmi axtarışlar, tədqiqatlar, sınaqlara bağlı olan fəaliyyət. Elmşünaslıq – elmin yaranma, inkişaf, fəaliyyət, diferensiasiya və inteqrasiya qanunauyğunluqlarını, elmi fəaliyyətin struktur və dinamikasını, onun cəmiyyətin digər sosial institutları, maddi və mənəvi həyat sahələri ilə qarşılıqlı əlaqəsini öyrənən elm. == Həmçinin bax == Tədqiq Tədqiqat və inkişaf Elmi-tədqiqаt institutu Elmi metod == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (İran)
İran Elmlər, Tədqiqat və Texnologiya Nazirliyi (Farsca: وزارت علوم، تحقیقات و فناوری Ro: Vezārat-e Ulum, Tahqiqat va fannavari) — İran hökumətinin bir nazirliyidir. Nazirliyin rəhbəri İran Hökumət Kabinetinin üzvü olur. Hazırkı Xarici İşlər Naziri, Prezident tərəfindən namizəd göstərildikdən sonra Məclis tərəfindən təsdiqlənən Mənsur Qulamidir. Əsas binası Tehranın Qüds rayonunda yerləşir.
Fəlsəfi Tədqiqatlar Cəmiyyəti
Fəlsəfi Tədqiqatlar Cəmiyyəti 1934-cü ildə Hall, Menli Palmer tərəfindən dünyanın müdrik ədəbiyyatının öyrənilməsini təşviq etmək üçün təsis edilmiş Amerika qeyri-kommersiya təşkilatıdır. Hall, bəşəriyyətin yığılan hikmətinin hər bir insanın doğuş haqqı olduğuna inanırdı və bu məqsədlə geniş ictimaiyyətə xidmət etmək üçün bu cəmiyyəti təsis etmişdi. 1990-cı ildə cənab Hallın ölümündən sonra doktor Elm Obadia Harris ikinci prezident oldu və 2001-ci ildə Fəlsəfi Tədqiqatlar Universitetini açdı. PRS 2019-cu ildə diplomlar olmadan kurslar və sertifikatlar təklif etmək lehinə bu universiteti bağladı. PRS 50.000 cilddən çox bir araşdırma kitabxanasına sahibdir və eyni zamanda müəllifi Hall olan metafizik və ezoterik kitabları satır və nəşr etdirir. 2018-ci ildə PRS Hansell Qalereyasını sənət əsərlərini sərgiləmək üçün açdı. PRS il ərzində sənət, mədəniyyətşünaslıq, ədəbiyyat, fəlsəfə, mifologiya və digər fənləri əhatə edən müxtəlif tədbirlər və mühazirələr təqdim edir. Onun qərargahı Los-Ancelesdə, Kaliforniyadadır və Los Anceles Tarixi Mədəniyyət Abidəsi olaraq təyin edilmişdir.
Gender tədqiqatları
Gender tədqiqatları — sosial fenomenləri və onların dəyişmələrini təhlil etmək üçün sosial gender nəzəriyyəsinin idrak imkanlarından istifadə edən fənlərarası tədqiqat praktikası. Bu sahə qadın tədqiqatları (qadınlarla əlaqəli, feminizm, cinsiyyət və siyasət), kişi işləri və qəribə tədqiqatları əhatə edir. Müasir humanitar biliklərdə bu istiqamətin formalaşmasına təkan cins ilə əlaqəli məsələlərin öyrənilməsində bioloji və mədəni komponentlərin yetişdirilməsi təklifi oldu. Cinsin öyrənilməsi biologiya və fiziologiyanın mövzu sahəsidir və gender təhlili psixoloqlar və sosioloqların tədqiqat, mədəni və tarixi hadisələrin təhlili mövzusu kimi qəbul edilə bilər. Cinsiyyət araşdırmaları ümumiyyətlə cinsəlliklə yanaşı öyrənilir. == İstinadlar == == Xarici keçidlər == Ономастика для гендерных исследований (en) Статистические сборники "Мужчины и женщины России" на сайте Росстата Гендерные исследования — портал Сборник статей о гендерных исследованиях "Департамент гендерных исследований университета Блумингтон". 2006-06-05 tarixində arxivləşdirilib.
Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu
== Haqqında == İlk dəfə respublikamızda heyvandarlığın vəziyyətini öyrənmək məqsədilə Azərbaycan Хalq Kоmissarlığının təklifi ilə 1926-cı ildə ekspedisiya təşkil edilmişdir. Tədbirin icrası üçün 12 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, 418 yaşayış məntəqəsində 16540 baş heyvan fərdi təsərrüfatlarda öyrənilmiş, 5543 süd, 2340 yun, 71 dəri, 526 yem və 5690 bitki nümunələri, 7 heyvan skeleti, 520 heyvan başının skeleti, 150 baş qоyunların quyruğunun skeleti tədqiq edilmişdir. Elə həmin il Respublika Hökumətinin qərarı ilə Gəncə şəhərindən 7 km, Хanlar (Göygöl) şəhərindən 3 km aralı ərazidə heyvandarlıq elm оcağının əsası qоyulmuşdur. 1929-1930-cu illərdə ekspedisiyanın nəticələri əsasında Azərbaycan heyvandarlığının bütün sahələrini əhatə edən 6 cilddə kitab məcmuəsi nəşr edilmişdir. 1944-1949-cu illərdə stansiyaya prоfessоr F.Ə.Məlikоv rəhbərlik etmiş və demək оlar ki, gələcək institutun sərbəst elmi-tədqiqat müəssisəsi statusu alınmasının kоnkret kоnsepsiyasını hazırlamışdır. 1949-cu ildə Heyvandarlıq təcrübə stansiyasının bazasında Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutu təşkil edilmişdir. İnstitut 1979-2015-ci ilə qədər akademik Firuz Əli оğlu Məlikоvun adını daşımışdır. İnstitut Azərbaycan Respublikası Prezidentinin 18 may 1993-cü il tariхli fərmanı ilə Respublika Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilmişdir. 17 aprel 2015-ci il tarixli 109 №-li qərarı ilə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun və R.A.Hüseynov adına Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun İpəkqurdunun seleksiyası və yetişdirilməsi laboratoriyasının, yem istehsalının texnologiyası şöbəsinin və Eksperimental istehsalat Faxralı Təcrübə stansiyasının bazasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi Tədqiqat İnstitutu yaradıldı. Eyni zamanda, Nazirlər kabinetinin 17 aprel 2015-ci il tarixli 111 №-li qərarı ilə Ağdam və Ağstafa atçılıq MMC təsərrüfatları Heyvandarlıq Elmi Tədqiqat İnstitutunun tabeliyinə verilmişdir.
Infraqırmızı spektroskopiya üsulu ilə üzvi maddələrin tədqiqi
İnfraqırmızı spektroskopiya — infraqırmızı şüaların təsiri ilə maddələrin tərkibindəki dəyişikliklərin təyin edilməsində istifadə olunan spektral analiz üsullarından biridir. Hələ 1882–1900-cü illərdə Edvard Festinq 52 birləşmənin "IQ" spektrini almış və müşahidə olunan udmanın bu molekullardakı funksional qruplarla əlaqəsini göstərmişdir. Bu üsulun daha da təkmilləşməsində Amerika fiziki Uilyam Kobelsin böyük əməyi oldu. Hələ 1903-cü ildə o, NaCl prizmasından istifadə edərək yüzlərlə üzvi və qeyri-üzvi maddələrin tam infraqırmızı spektrlərini almışdır. İQ spektroskopiyanın inkişafı İQ interferometrlərinin meydana gəlməsi ilə bağlı olmuşdur ki, bunlar da 70-ci illərdə təkmilləşərək kompüterləşmiş və Furye çevrici ilə təchiz olunmuş halda dünya bazarlarına çıxarılmışdır. Spektrlərdəki ehtizazi və fırlanma dalğa uzunluğu 1–50µ arasındadır. Mineralogiyada və kristalloqrafiyada infraqırmızı spektroskopiya mineral qarışıqlarının kəmiyyət analizi və tutuşdurulması; mineralın quruluşundakı H2O-nun təbiətini müəyyən etmək, onların əmələ gəlməsində bir kriteriya kimi quruluşun nizamlanma dərəcəsini araşdırmaq üçün və başqa hallarda istifadə olunur. Spektroskopiya maddə ilə elektromaqnit şüaların qarşılıqlı təsirini, maddənin struktur quruluşunu və onu təşkil edən atomların və molekulların öyrənilməsidir. Spektroskopiya elektromaqnit şüalanmanın – qamma şüaların, X-şüaların (rentgen şüaları), infraqırmızı şüaların, görünən və ultrabənövşəyi şüaların, mikrodalğanın və radio tezliklərin bütün sahəsini istifadə edir. İnfraqırmızı spektroskopiya spektroskopiyanın bir bölməsidir ki, infraqırmızı diapazonda üzvi və qeyri-üzvi birləşmələrin buraxılma, udulma və əksolunma spektrləri əldə edilir və araşdırılır.
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi
Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi == Haqqında == Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Dövlət Yerquruluşu Layihə İnstitutu (bundan sonra İnstitut) Azərbaycan SSR Nazirlər Sovetinin 04 aprel 1968-ci il tarixli 145 saylı qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş keçmiş yerquruluşu ekspedisiyasının, növbəli əkin sisteminin tətbiqi üzrə respublika ekspedisiyasının, Bakı və Gəncə torpaq tədqiqatı ekspedisiyalarının bazasında təşkil olunmuş və Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 1992-ci il tarixli 227 nömrəli Fərmanı ilə keçmiş Dövlət Torpaq Komitəsinin tabeliyinə verilmişdir.[mənbə göstərin] İnstitutun Nizamnaməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 04 sentyabr 1994-cü il tarixli 442 saylı qərarı ilə dövlət qeydiyyatına alınmış, Nazirliyin hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə Bakı bölgə şöbəsi tərəfindən 08 dekabr 1999-cu il tarixdə və 06 may 2002-ci il tarixdə yeni redasiyada 442 say altında təkrar qeydiyyatdan keçirilmişdir.[mənbə göstərin] İnstitut öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, eləcə də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin əmrlərini, sərəncamlarını, sifarişlərini, göstərişlərini və öz Nizamnaməsini rəhbər tutur. İnstitut Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olmaqla, onun vahid sistemini təşkil edir və ona hesabat verir, tapşırıqları və müqavilələr əsasında respublikada torpaq islahatının həyata keçirilməsi ilə bağlı torpaq münasibətlərinin tənzimlənməsi, təsərrüfatçılıq formasından asılı olmayaraq torpaqlardan səmərəli istifadə edilməsi və onların münbitliyinin artırılması, ekologiyası və rekultivasiyası sahəsində yerquruluşu, torpaq kadastrı, torpaq tədqiqatı, geobotaniki tədqiqat, torpaq uçotunun aparılması, torpaq istifadəçilərinin və mülkiyyətçitlərinin sifarişi ilə yerquruluşu planlarının hazırlanması, torpaqlardan istifadəyə, onların mühafizəsinə, münbitliyinin təmin olunmasına, rekultivasiyasına dair layihələrin hazırlanması və digər layihə-axtarış işlərini həyata keçirən baş podratçı təşkilatdır, topogeodeziya, topoplanalma mühəndis-geodeziya və geniş məqsədli, müxtəlif təyinatlı xəritəçəkmə işlərini yerinə yetirir. İnstitut öz fəaliyyətini Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin tabeliyində olan təşkilatlarla, habelə Dövlət və Bələdiyyə orqanları ilə, qarşılıqlı əlaqəli qaydada həyata keçirir. İnstitut hüquqi şəxsdir, müstəqil balansa, xərclər smetasına, operativ idarəçilik hüququ ilə dövlət mülkiyyətində olan əmlaka, müvafiq bank hesablarına, Azərbaycan Respublikası Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir. İnstitutun əmlakını onun əsas fondları, dövriyyə vasitələri və onun balansında olan başqa qiymətli məmulatlar təşkil edir. İnstitutunun mərkəzi aparatı və onun vahid sistemini təşkil edən struktur bölmələrinin saxlanması və maddi-texniki təminat xərcləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin, Bələdiyyə orqanlarının, digər sifarişçilərin vəsaiti hesabına və qanunvericiliyinə zidd olmayan mənbələr hesabına maliyələşdirilir. İnstitut həmin vəsaitlərin sərəncamçısıdır. 2015-ci ildə bazasında Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi yaradıldı.
Kazan Milli Tədqiqat Texnoloji Universiteti
Kazan Milli Tədqiqat Texnoloji Universiteti (tatar. Казан милли тикшеренү технология университеты, Qazan milli tikşerenü texnologia universitetı) — Kazan şəhərində dövlət ali təhsil müəssisəsi. == Tarixi == KMTTU-nun tarixi 1890-cı ildə açılan Kazan Birləşmiş Sənaye Məktəbindən başlayır. 1919-cu ildə Kazan Sənaye Məktəbi Kazan Politexnik İnstitutuna çevrildi. 13 may 1930-cu ildə Kazan Politexnik İnstitutunun Kimya fakültəsi və Kazan Dövlət Universitetinin Kimya fakültəsi əsasında 23 iyun 1930-cu ildən etibarən Kazan Kimya-Texnoloji adlandırılan Kazan Kimya İnstitutu yaradıldı. A. M. Butlerov adına institut və 23 aprel 1935–1992-ci il dekabr tarixləri arasında S. M. Kirov adına Kazan Kimya-Texnoloji İnstitutu. 1992-ci ildə Kazan Dövlət Texnologiya Universiteti (KDTU) olaraq dəyişdirildi. 2010-cu ildə universitetə ​​milli tədqiqat universiteti statusu verildi. KMTTU-da 25 mindən çox tələbə təhsil alır. Universitetdə 1670 müəllim çalışır: 330 elmlər doktoru, 236 professor, 1189 elmlər namizədi, 870 dosent.
Keyfiyyət tədqiqatı metodları
Sosial və davranış elmlərində keyfiyyət tədqiqatı ədədi informasiyaya əsaslanmayan tədqiqat üsuludur. Bu tədqiqatda müxtəlif sənədlərin, söhbətlərin, intervyuların məzmunu, baş vermiş hadisələr ətraflı araşdırılır. Müxtəlif mənbələrdə sosial və davranış elmlərinə aid tədqiqat metodlarının fərqli təsnifatına rast gəlmək olar. Psixologiyaya aid edilən keyfiyyət tədqiqatlarını (qualitative research) başqa elm sahələrinə aid olanlardan fərqləndirmək üçün son zamanlar psixoloji keyfiyyət tədqiqatları (qualitative psychological research) ifadəsi işlənir. Qeyd etmək lazımdır ki, sadalanan metod adları bəzən şərti xarakter daşıyır. Bir çox metodları ətraflı gözdən keçirdikdə onların bir birinə çox yaxın olduğu, bəzən isə sadəcə olaraq eyni metoda fərqli adlar verildiyi aydınlaşır. Amerika psixoloqu D. Martin psixoloji keyfiyyət tədqiqatları kimi əsas üç metodu göstərir: Təbii şəraitdə müşahidə Etnoqrafik tədqiqat Hadisənin öyrənilməsi Başqa mənbələrdən bu siyahıya aşağıdakıları əlavə etmək olar: Iştirakçı kimi müşahidə aparılması Məzmun analizi Fokus qrupu Qeyri struktur intervyu === Metodların qısa təsviri === Təbii şəraitdə müşahidə aparılması əslində heyvanların davranışının öyrənilməsi üsulu kimi yaranıb. Sosial psixoloqlar kəmiyyət tədqiqatlarından uzaqlaşmağa başladıqda bu metod insanlara da tətbiq edilməyə başladı. Bu üsulun başqa adı çöl tədqiqatıdır (field study). Adından da göründüyü kimi bu üsul, obyektin ona aid olan sahədə fəaliyyəti zamanı müşahidə edilməsidir.
Kosmosun tədqiqi
Kosmosun tədqiqi kosmosu tədqiq etmək üçün astronomiya və kosmik texnologiyanın istifadəsidir. Kosmosun tədqiqi əsasən teleskoplarla astronomlar tərəfindən həyata keçirildiyi halda, onun fiziki tədqiqi həm ekipajsız robot kosmos zondları, həm də insanların kosmosa uçuşu ilə aparılır. Kosmosun tədqiqi, onun klassik forması astronomiya kimi, kosmos elminin əsas mənbələrindən biridir. Astronomiya kimi tanınan kosmosda obyektlərin müşahidəsi qədim vaxtlardan olsa da, yalnız XX əsrin ortalarında kosmosun fiziki tədqiqində raket texnologiyaların inkişafı nəticəsində yüksək nailiyyətlər əldə etmək mümkün olmuşdur. Dünyanın ilk genişmiqyaslı eksperimental raket proqramı 1920-ci illərin sonlarında Fritz von Opel və Maks Valierin rəhbərliyi altında Opel-RAK idi və bu, ilk ekipajlı raket təyyarələrinin yaradılmasına yol açdı. Bu proqram Nasist dövründə V2 proqramı və 1950-ci ildən etibarən ABŞ və Sovet kosmik proqramlarının inkişafına yol açdı. Opel-RAK proqramı və yerüstü və hava nəqliyyat vasitələrinin möhtəşəm ictimai nümayişləri böyük izdiham yaratmış, dünya ictimaiyyətinin həyəcanına səbəb olmuş və Verner von Braun kimi kosmik uçuşun sonrakı yaradıcıllarına böyük və davamlı təsir göstərmişdi. Kosmosun tədqiqi üçün ümumi əsaslar arasında elmi tədqiqatların inkişafı, milli nüfuz, müxtəlif millətləri birləşdirmək, bəşəriyyətin gələcəkdə sağ qalmasını təmin etmək, digər ölkələrə qarşı hərbi və strateji üstünlüklər yaratmaq daxildir. Kosmosun tədqiqinin ilk dövrü Sovet İttifaqı və ABŞ arasında "Kosmik Yarışı" ilə əlaqədar idi. 4 oktyabr 1957-ci ildə Sovet İttifaqının Sputnik 1-in Yer orbitinə ilk insan yaratdığı obyektin çıxarılması və 20 iyul 1969-cu ildə Amerikanın Apollon 11 missiyası tərəfindən Aya ilk enişi çox vaxt bu ilkin dövr üçün əlamətdar məqamlar kimi qəbul edilir.
Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi-Tədqiqat İnstitutu
Aqrar Tədqiqatlar Mərkəzi — Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan qurum. == Tarixi == Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu Azərbaycan SSR Nazirlər Sovetinin 8 may 1962-ci il tarixli qərarı əsasında təşkil edilmişdir. 17 aprel 2015-ci ildən Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı İnstitutu daşımışdır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu adlanırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 may 2018-ci il tarixli Fərmanına əsasən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Kənd Təsərrüfatının İqtisadiyyatı Elmi Tədqiqat İnstitutu publik hüquqi şəxs statusu olan Aqrar Tədqiqatlar Mərkəzinə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. == Fəaliyyəti == Ümumilikdə Aqrar Tədqiqatlar Mərkəzinin fəaliyyəti hər ilin əvvəlində Elmi Şuranın iclasının qərarı ilə təsdiq olunan İş Planına əsasən 5 istiqamət üzrə qruplaşdırılmışdır: Məlumat bazalaraının yaradılması Monitorinq və qiymətləndirmə Diaqnostika və təhlil Elmi tədqiqatlar Doktorantura təhsili === Məlumat bazaları === Mərkəzdə 5 altqrup üzrə məlumat bazaları yaradılır: Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi Kənd Təsərrüfatı Sahəsi üzrə Statistik Məlumatlar Bazası Fermer Təsərrüfatı Məlumatlarının Monitorinqi Sistemi Kənd Təsərrüfatı Məhsullarının Qiymət Bazası Coğrafi Məlumatlar Bazası === Doktorantura təhsili === Aqrar Tədqiqatlar Mərkəzi kənd təsərrüfatının iqtisadiyyatı və aqrar siyasət məsələləri üzrə yüksək ixtisaslı kadrların hazırlığı üzrə təhsil proqramına malikdir. Bu proqram üzrə siyasətin əsasını yüksək bilik, müasir tədqiqat üsullarının öyrənilməsi və yerli şəraitdə tətbiqi, çevik, qarşıya qoyulmuş problemləri həll etmək bacarıqları olan tədqiqatçı mütəxəssislərin hazırlığı təşkil edir. Mərkəzdə kənd təsərrüfatının iqtisadiyyatı ixtisası üzrə fəlsəfə doktoru və elmlər doktoru proqramları həyata keçirilir və bu proqramlar üzrə yüksək ixtisaslı kadrlar hazırlanır. Doktorantura pilləsində təhsil əyani və qiyabi formalarda aparılır. Hazırlıq prosesində dissertasiya mövzuları müəyyən edilir, dissertasiyaları yüksək peşəkarlıqla yerinə yetirmələri üçün doktorantlara müvafiq təlimatlar və metodiki dəstək verilir, mütəmadi olaraq müzakirələr keçirilir və fəaliyyətləri dəyərləndirilir.
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu
Kənd təsərrüfatında beynəlxalq tədqiqatlar üzrə məsləhətləşmə qrupu (ing. CGIAR) — Kənd təsərrüfatı üzrə Beynəlxalq təşkilat == Yaradılması == Qrup 1971-ci ilin mayında Vaşinqton şəhərində Ford və Rokfellerin fondları ilə maliyyələşdirilən kənd təsərrüfatı tədqiqatlarının beynəlxalq mərkəzlərin işlərinin təmin edilməsi üçün yaradılmışdır. Mərkəzlər Dünya Bankının, FAO və digər təşkilatların rəhbərliyi altında fəaliyyət göstərir. == Strukturu == Qrupun tərkibinə 16 ayrıca fəaliyyət göstərən struktur daxildir: Bitkilərin Beynəlxalq Genetik ehtiyatları Institutu (Roma, Italiya) Quraqlıq rayonlarda beynəlxalq kənd təsərrüfatı tədqiqatları mərkəzi (Aleppo, Suriya); Aqromeşəçilik üzrə beynəlxalq tədqiqatlar mərkəzi (Patanceru şəhəri, Hindistan); Beynəlxalq elmi-tədqiqat ərzaq siyasəti institutu (Vaşinqton şəhəri, ABŞ); Beynəlxalq tropik kənd təsərrüfatı institutu (Ibadan şəhəri, Nigeriya); Beynəlxalq su təsərrüfatı institutu (Kolombo şəhəri, Şri-Lanka); Beynəlxalq qarğıdalı və buğda mərkəzi (Mехiko şəhəri, Meksika, Peru); Beynəlxalq elmi-tədqiqat düyü institutu (Manila şəhəri, Filippin); Beynəlxalq milli kənd təsərrüfatı tədqiqatları xidməti (Haaqa şəhəri, Niderland); Çəltikçiliyin inkişafı üzrə Qərbi-Afrika Assosiasiyası (Buare, Fil sümüyü sahili); Canlı su ehtiyatlarının idarəolunması üzrə beynəlxalq mərkəz (Manila, Filippin); Beynəlxalq elmi-tədqiqat heyvandarlıq institutu.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu (tam adı: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu) — Azərbaycan Respublikasının Quba rayonunun Zərdabi qəsəbəsində yerləşən elmi-tədqiqat müəssisəsi. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindədir. Ə.C. Rəcəbli adına Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu 1926-cı ildə Ümumittifaq Tətbiqi Botanika və Yeni Bitkilər İnstitutunun Şərqi Zaqafqaziya şöbəsi kimi təşkil edilmişdir. 1936-cı ildən Azərbaycan Quru Subtropik Bitkilər Təcrübə Stansiyasi kimi fəaliyyət göstərmişdir. 1944-cü ildən Azərbaycan Elmi-Tədqiqat Çoxillik Bitkilər İnstitutu yaradılmış və 1956-cı ildən Azərbaycan Elmi-Tədqiqat Bağçılıq, Üzümçülük və Subtropik Bitkilər İnstitutu, 1975-81-ci illər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu, 1981-92-ci illər Azərbaycan Bağçılıq və Subtropik Bitkilər üzrə Elm-İstehsalat Birliyi, 1992-ci ildən isə Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu kimi fəaliyyət göstərir. İnstitutun yaradılması zərurəti Azərbaycanda mövcud olan zəngin meyvə-bitki növlərinin, o cümlədən tumlu, çəyirdəkli, giləmeyvəli, subtropik, qərzəkli və sitrus meyvə bitkilərinin seleksiyasi, becərilmə və emal texnologiyaları sistemlərini işləyib hazırlamaq problemlərinin qarşıya çıxması və hər bir təbii-iqtisadi bölgə üçün xarakterik olan meyvə bitkiləri üzrə elmi araşdırmalar aparmaqla ölkədə ərzaq bolluğunu yaratmaq olmuşdur. İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutu adlanırdı. İnstitutun əsas vəzifələri bitki genofondunun toplanması, saxlanması və seleksiyada istifadə olunması, daha məhsuldar yeni meyvə sortlarının yaradılması, yeni bitki becərmə texnologiyasının işlənməsi və fermerlərə elmi-texniki dəstəyin göstərilməsidir. İnstitutda 59 nəfər işçi çalışır ki, onlar arasında elmlər və fəlsəfə doktorları var.
Milli iqtisadi tədqiqatlar bürosu
«Milli iqtisadi tədqiqatlar bürosu» (ing. National Bureau of Economic Research, NBER) — 1920-ci ildə ABŞ iqtisadiyyatının obyektiv kəmiyyət təhlilini təşviq etmək üçün qurulmuş ABŞ-də özəl bir qeyri-kommersiya təşkilatıdır . Milli İqtisadi Tədqiqatlar Bürosu, ABŞ iqtisadiyyatının mikro, makro və beynəlxalq aspektlərinin yüksək keyfiyyətli təhlilinin ən böyük təminatçısıdır. Təşkilat digər məsələlərlə yanaşı iş dövriyyələrini də öyrənir. Büro tədqiqatçılarına iqtisadi dövrlərin yüksək və aşağı nöqtələrini proqnozlaşdırmaq və iqtisadiyyatın vəziyyətinin göstəricilərini inkişaf etdirmək tapşırılıb. NBER-in prezidenti Ceyms Poterbadır. Özəl, qeyri-kommersiya və tədqiqat təşkilatının əsas məqsədi iqtisadiyyatın necə işlədiyini daha yaxşı başa düşməkdir. Büro siyasətçilər, iş mütəxəssisləri və akademik ictimaiyyət arasında iqtisadi araşdırmalar dərc edir. Yüzlərlə aparıcı ABŞ iqtisadçısı və iş adamı da Milli İqtisadi Tədqiqatlar Bürosunun tədqiqatçılarındandır. Dörd növ empirik araşdırmaya diqqət yetirirlər: yeni statistik metodların inkişafı, iqtisadi davranışın kəmiyyət modellərinin qiymətləndirilməsi, dövlət siyasətinin Amerika iqtisadiyyatına təsirinin qiymətləndirilməsi və dövlət siyasətinin həyata keçirilməsi üçün alternativ təkliflərin hazırlanması.
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi
Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi (abr. MTK, türk. Maden Tetkik ve Arama Genel Müdürlüğü, abr. MTA) — 14 iyun 1935-ci ildə 2804 nömrəli özəl qanun əsasında təsis edilmiş, hüquqi şəxs statuslu, özəl hüquq hökmlərinə tabe, Türkiyə Respublikası Enerji və Təbii Ehtiyatlar Nazirliyinə tabe ictimai-iqtisadi müəssisə. Qanun qəbul edildiyi zaman adı Mineral Tədqiqat və Kəşfiyyat İnstitutu (abr. MTİ, türk. Maden Tetkik ve Arama Enstitüsü, abr. MTE) idi, fəqət 1983-cü ilin dekabr ayında adı "Mineral Tədqiqat və Kəşfiyyat Ümumi Müdirliyi" olaraq dəyişdirilmişdir. MTK istimar edilməsi üçün uyğun mədən və karxana ərazilərində tədqiqat aparmaq, istimar edilən mədən ocaqlarının daha səmərəli işlədilməsi üçün tədqiqatlar aparmaq, geoloji və geofiziki araşdırma və laboratoriya təhlilləri etmək, dağ-mədən sənayesi üçün peşəkar və texniki heyət və bacarıqlı işçi yetişdirmək məqsədilə qurulmuşdur. Minerallar üzrə tədqiqat aparmağa əlavə olaraq, 1975-ci ildən bəri MTK-nın məsafədən zondlama müəssisələri də fəaliyyət göstərir.
Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutu və ya qısa şəkildə Еlmi-Tədqiqat İnstitutu — Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə. Elmi-tədqiqat institutu (ETİ) — elmi-tədqiqat işlərinin təşkili və aparılması üçün yaradılmış müəssisə. Elmi-Tədqiqat Institutu Azərbaycan Respublikası Prezidentinin 27.09.2006-cı il tarixli, 462 nömrəli Fərmanı əsasında yaradılmışdır. Müdafiə və ikili təyinatlı məmulatların yaradılması, əsaslı təmiri və təkmilləşdirilməsi məqsədilə təcrübi-konstruktor işlərinin aparılması və nazirliyin tabeli müəssisələrində həmin məhsulların istehsalının mənimsənilməsinin təşkili; Mülki və ikili təyinatlı məhsulların yaradılması və təkmilləşdirilməsi barədə təkliflər vermək, işlər aparmaq; Qeyri-ənənəvi enerji mənbələrinin yaradılması məqsədilə elmi-tədqiqat və təcrübi-konstruktor işlərinin aparılması; Azərbaycan Respublikasının və xarici ölkələrin ali məktəblərinin bazasında elmi kadrların hazırlanmasının təşkili.
Nasist tibbi tədqiqatları
Nasist tibbi tədqiqatları — 1940-cı illərin əvvəllərindən ortalarına qədər, İkinci Dünya müharibəsi və Holokost dövründə, faşist Almaniyası tərəfindən həbs düşərgələrində uşaqlar da daxil olmaqla çox sayda məhbus üzərində aparılan tibbi təcrübələr. Hədəflənən əsas millətlər arasında qaraçılar, sintilər, etnik polyaklar, Sovet əsirləri, əlil almanlar və Avropadan gələn yəhudilər iştirak edirdi. Nasist həkimlər və köməkçiləri məhkumları iştirak etməyə məcbur etdilər. Tipik olaraq, təcrübələr anesteziya olmadan aparıldı və ölüm, travma, disfiqurasiya və ya daimi əlilliklə nəticələndi və bu səbəbdən tibbi işgəncə nümunələri sayılır. Auşvitz və digər düşərgələrdə, Eduard Uirtsin rəhbərliyi ilə seçilən məhkumlar, döyüş vəziyyətində Alman hərbi personalına kömək etmək, yeni silahlar hazırlamaq, yaralanan hərbi personalın sağalmasına kömək etmək və Yozef Mengelenin əkiz təcrübələri də daxil olmaqla nasist irq ideologiyasını və yevgenikasını inkişaf etdirmək üçün hazırlanmış müxtəlif təcrübələrə məruz qaldılar. Aribert Xaym oxşar tibbi təcrübələri Mauthauzendə aparmışdır. Müharibədən sonra bu cinayətlər Həkimlər Məhkəməsi olaraq bilinən məhkəmədə mühakimə olundu və bununla da Nürnberq Tibbi Etik Qanunu hazırlandı. Həkimlərin Məhkəməsində Nasist həkimləri, hərbi zərurətin təcrübələrini əsaslandırdığını və qurbanlarını Koalisiya qüvvələrinin bombardmanından alınan zərərlə müqayisə etdiklərini iddia etdilər.

Значение слова в других словарях