1. İşlərin düzgünlüyünü və qanuni olub-olmadığını yoxlamaq məqsədilə hər hansı idarə və ya vəzifəli şəxsin fəaliyyətinin təhqiq edilməsi, yoxlanması.
Bürcəliyev açılmış qapıdan təftiş heyəti işləyən otağı dinlədi.
[Yusif Həsrətə:] Təftiş komisyonunun sədri fağırın biridir.
□ Təftiş etmək – yoxlamaq, yoxlama aparmaq, təhqiqat aparmaq.
[Qarovul] …diqqətli bir surətdə malların hamısını təftiş etməyə başladı.
[Hümmət aqronoma:] Bura köməyə gəlmisiniz, ya təftiş eləməyə?
2. Hər hansı dünyagörüşünün və ya nəzəriyyənin əsasını sarsıtmaq və ya təhrif etmək məqsədilə onun müddəalarını nəzərdən keçirmə.