TƏKAMÜLÇÜLÜK

[alm. Evolutionismus; fr. Èvolutionis-me; ing. Evolutionism; ər. ذكايه حُ ] –Təkamül nəzəriyyəsi. Hər şeyi, bütün yaradılışı təkamül baxımından dəyərləndirən dünyagörüşü.
TƏKAMÜL
TƏKLİF
OBASTAN VİKİ
Təkamülçülük
Təkamül — bioloji populyasiyaların ardıcıl nəsillər boyunca irsi xarakteristikalarındakı dəyişiklik. Antropologiya elmi istiqamətində zaman baxımından ilkin yaranan nəzəri görüşlər özündə tərəqqi ideyalarını ehtiva edən təkamülçülük görüşləri ilə bağlıdır. Ümumiyyətlə, XVIII əsrin sonu — XIX əsrin əvvəllərində istər təbiət elmləri, istərsə də ictimai elmlər sahəsində əldə olunan biliklər təkamülçülük ideyalarının formalaşmasına səbəb olmuşdur. Təbiət elmlərində əsas iki amil bu ideyaların inkişafına rəvac vermişdir: XVIII əsrin sonu — XIX əsrin əvvəllərində günəş sistemi və Yer kürəsinin yaranması haqqında Kant və P. Laplas nəzəriyyəsi; XVIII əsrin əvvəllərində Çarlz Layel tərəfindən geoloji dövrlərin müəyyənləşdirilib əsaslandırılması, Yer kürəsi qabığının müəyyənləşdirilməsi. XIX əsrin əvvəllərində biologiyada canlı aləmin dəyişkənliyi haqqında Jan-Batist Lamarkın ideyaları da dünyagörüşünün müəyyən qədər dəyişməsində rol oynamış, o, ətraf mühitin dəyişməsinin canlı aləmin dəyişməsinə səbəb olduğunu əsaslandırmışdır. XIX əsrin II yarısı — XX əsrin əvvəllərində antropologiya elminin müəyyən sturukturları formalaşmağa başlayır və antropoloji fikir öz inkişafını davam etdirir. Faktiki olaraq XIX əsrin ortalarında antropologiyanın formalaşması təkamül təliminin yaranması ilə eyni vaxta düşür. Məhz sosial-mədəni antropologiya tarixində ilk nəzəriyyə təkamül təlimidir. Təkamülçülük ilk əvvəl biologiyada formalaşmışdır. Bu təlimin ilkin versiyası hələ XIX əsrin əvvəllərində Lamark və Erazm Darvin tərəfindən irəli sürülmüşdür.

Значение слова в других словарях