1. Əsasən xəmir yoğurmaq üçün işlədilən dərin, iri, taxta mətbəx aləti; dərin tabaq.
Mələk bacı dizləri üstə oturub, kəndli qadınlara məxsus təmkin və səliqə ilə təknədə xəmir yoğururdu.
Burada təknə, tabaq, oxlov, qazan, sacayaq və yemək-içməyə gərək olan sair qab-qacaq az deyildi.
2. Ekskavatorun çalovu.
Yarım ton ağırlığında olan təknə yüngül bir top kimi bir tərəfdən o biri tərəfə tullanırdı.
Mazuta bulaşmış torpaq sahəsinin kiçik parçasını nəhəng bir ekskavatorun təknəsi ilə çevirmişdilər.
3. Bir təknə tutan miqdar. İki təknə buğda. Üç təknə un.
– Tamam boşaldı anbar; Bircə təknə unum var.