TƏMİZLƏNMƏ

Təmizlənmək”dən f.is. [Sarıköynəyə] yardım olmaq üçün otağımın süpürülüb təmizlənməsini ona tapşırar, zəhmət haqqı verərdim. S.Hüseyn.
TƏMİZLƏMƏK
TƏMİZLƏNMƏK
OBASTAN VİKİ
Nasizmdən təmizlənmə
Nasizmdən təmizlənmə, nasistlərdən təmizlənmə və ya denasifikasiya (alm. Entnazifizierung‎) – Müttəfiq Dövlətlərin İkinci Dünya Müharibəsindən sonra Almaniya və Avstriya cəmiyyətlərində həyata keçirdiyi və Nasional Sosializmin təsirini mədəniyyət, cəmiyyət, iqtisadiyyat, mətbuat, hüquq və siyasət sahələrindən silmək üçün həyata keçirdiyi siyasəti təsvir edir. Siyasət çərçivəsində məsul təşkilat rəhbərləri və əlaqədar qurumlar birbaşa işdən çıxardıldı və həmin təşkilatlar bağlanıldı. Bu siyasətə müharibədən dərhal sonra keçirilən Potsdam konfransında qərar verildi. Siyasi cəhətdən həyata keçirilən tədbirlər Soyuq müharibənin başlaması ilə faktiki olaraq dayandırıldı. İkinci Dünya Müharibəsi dövründə Nasist Almaniyasının təslim olmasından sonra, Berlindən 26 km cənub-qərbdə yerləşən Potsdamda 1945-ci il 17 iyul ilə 2 avqust arasında təşkil edilən Potsdam Konfransı, xüsusilə Almaniya və Avstriyada nasizmdən təmizlənmə işlərinə başlamağa qərar verdi. Berlindəki Müttəfiq Komandanlığı 1946-cı ilin yanvarında fəaliyyətə başladı. Bu çərçivədə müəyyən şəxslər və təşkilatlar müşahidə altına alındı və bunlar haqqında qərarlar qəbul edildi. Bütün Müttəfiq Dövlətlər ümumi prinsiplərdə razılaşsalar da, onların nəzarəti altında olan ərazilərdə bunun həyata keçirilməsi çox fərqlənirdi. Nasizmin aradan qaldırılması fəaliyyətinə nasist rejiminin istifadə etmiş olduğu simvolların çıxarılması da daxildir.
Kükürd qazından təmizlənmə üsulları
Kükürd qazından təmizlənmə üsulları — Sənaye müəssisələrində atmosfer havasına buraxılan tullantı qazları ayrı-ayrı zərərli kimyəvi birləşmələrdən təmizlənməsi üçün hər bir maddənin kimyəvi xassələri ilə şərtlənən spesifik üsuldur. == Kükürd qazı == Atmosferi kükürd qazı (SO2)ilə ən çox çirkləndirən mənbələr əlvan metallurgiya, istilik-energetika və sulfat turşusu istehsal qurğularıdır. == Qrupları == Havaya buraxılan qazları kükürd-4-oksiddən təmizləməyin üsullarını 2 qrupa bölmək olar: Sonradan sərbəst halda çıxarmadan təmizləmə; Utilləşdirmək məqsədilə sonradan sərbəst halda çıxarılmaqla təmizləmə. Kükürd qazından təmizlənən tullantı qazlar seçilən üsuldan asılı olaraq öncədən təmizləyici qurğunun işinə mane olan bərk hissəciklərdən, hidrogen-sulfiddən, nəmdən, oksigendən və başqa maddələrdən ayrılmalıdır. == Kükürd qazını zərərsizləşdirməyin üsulları == Kükürd qazını zərərsizləşdirməyin mühüm üsulları aşağıdakılardır: Maqnezit üsulu Əhəng üsulu Ammonyaklı tsiklik proses Ammonyak turşu üsulu Quru ammonyak üsulu Manqan-oksid üsulu İonitlərlə SO2-nin təmizlənməsi == Maqnezit üsulu == Burada tərkibində SO2 olan qazlar maqnezium-oksid suspenziyasından keçirilərək maqnezium-sulfitə çevrilir. == Əhəng üsulu == Bu üsulda qazlar əhəngli suspenziyadan keçirilir. Üsul ucuzdur və udulma tam gedir. == Ammonyaklı tsiklik proses == Burada qazlar ammonyak məhlulu ilə alçaq temperaturda absorbsiya edilir, sonra qızdırılaraq ondan sərbəst şəkildə ayrılır. Absorbsiya prosesində ammonium-sulfit və ammonium-hidrosulfit əmələ gəlir. == Ammonyak turşu üsulu == Bu üsulda kükürd qazı ammonium-sulfit məhlulu ilə udulur, sonra H2SO4 əlavə edilməklə ondan ayrılır.
Atmosferin təmizlənməsi
Qaztəmizləyən və toztutan qurğular - texnoloji və sanitar qurğulara bölünür. Texnoloji təmizləyici qurğular texnoloji prosesə qoşularaq tikinti və cihazlardır . Sanitar təmizləyici qurğular isə zərərli texnoloji və ventilyaşiya tullantılarının qarşısım alan tikinti qurğu və cihazlardır. == Qazların texnoloji təmizlənməsi metodu == Qazlann texnolorji təmizlənməsi metodları onların maye və ya bətkuducularla qarşılıqlı əlaqə proseslərinə , həmçinin zəhərli qalıqlann yüksək temperatur şəraitində və ya katalizatorların təsirilə toksik olmayan birləşmələrə çevirən kimyəvi proseslərə əsaslanır. Azot oksidlərinin bərpası katalitik metodu azot turşusu alman bir neçə sistemdə istifadə olunur. Bu zaman palladili alyuminium oksidi əsasında katalizatorlardan istifadə edilir. Sənaye tullantılarının kükürd anhidridindən təmizləmə metodlanndan aşağıdakıları göstərmək olar. == Amonyak metodu == Amonyak metodu - bu metodla qazları SO2 - dən təmizlə¬məklə amonium - sulfid və amonium — bisulfat alınır. Bunlardan da satış məhsulu kimi istifadə olunur, yaxud turşu ilə parçalanaraq yüksək konsentrasiyalı SO2- və münasib duzlar əmələ gəlir. == Kükürd anhidridini neytrallaşdırma metodu == Kükürd anhidridini neytrallaşdırma metodu - ilə eyni vaxtda sulfid və sulfatlar alınaraq qazlardan yüksək təmizlənmə dərəcəsini təmin edir.
Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). == Tarixi == Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. == Fəaliyyəti == ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.
Suyun təmizlənməsi
Suyun təmizlənməsi — su olduqca qiymətli sərvətdir. Təbii su təchizatı mənbələrindən su kəmərinə verilən suyun keyfiyyətini müəyyən edilmiş norma göstəricilərinə çatdırmaq məqsədilə aparılan texnoloji proseslər kompleksi suyun təmizlənməsi adlanır. Su ehtiyatlarının özünün təmizlənməsi təbiət hadisələrindən biridir. Özünü təmizləmə bir çox faktorlardan (fiziki, kimyəvi və bioloji) asılıdır. Fiziki faktorlardan günəş enerjisini göstərmək olar. Günəş ultrabənövşəyi şüalarının təsiri nəticəsində zərərli mikroblar, bakteriyalar, virusların hissəciklərini məhv edir. Su ehtiyatlarına daxil olan çikləndirici maddələrin qarışdırılması, əridilməsi suyun özünü təmizləməsinin əsas fiziki faktorlarından biridir. Suyun özünü təmizləməsinin kimyəvi faktorlarına üzvi və qeyri-üzvi maddələrin oksidləşməsini göstərmək olar. Su ehtiyatların özünü təmizləməsində heyvan və bitki aləminin də rolu böyükdür. Suda yaşayan heyvanları su ehtiyatlarının sanitarı adlandırırlar və onlar suları özlərindən keçirərək təmizləyirlər.
Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (Azərbaycan)
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi və ya qısaca ANAMA (ing. Azerbaijan National Agency for Mine Action) — Azərbaycan Respublikası Müharibədən Təsirlənən Bölgələrin Yenidən Qurulması və Bərpası üzrə Dövlət Komissiyası nəzdində fəaliyyət göstərən mina təmizləmə agentliyi və icra orqanı. Agentlik Azərbaycan ərazisindəki minaları zərərsizləşdirmək üçün Azərbaycan Minalardan Təmizləmə Proqramına uyğun bütün lazımi prosedurların həyata keçirilməsinə cavabdehdir. Agentliyin donorları Azərbaycan hökuməti (2,400,000 $) və BMT-nin İnkişaf proqramıdır (160,000 $). Azərbaycan Prezidentinin 15 yanvar 2021-ci il tarixli fərmanına əsasən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin əsasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi yaradılıb. ANAMA öz səlahiyyətləri daxilində Azərbaycan Respublikası vətəndaşlarının minalardan və partlayıcı qurğulardan əziyyət çəkmədikləri bir mühit yaratmağa çalışır. Bu məqsədə çatmaq üçün agentlik minalardan təmizləmə qabiliyyətini artırmağa çalışır. Buna görə də, Azərbaycanda mina əleyhinə fəaliyyətlə əlaqəli tədqiqat-inkişaf prosesini təşviq etmək üçün İnformasiya Texnologiyaları potensialını artırır. Əlavə olaraq, baş ofis, partlayışlar nəticəsində meydana gələn ölümlə nəticələnən qəza və xəsarətlərin sayını azaltmaq, infrastrukturu bərpa etmək və yenidən qurmaq və qida təhlükəsizliyini təmin etmək üçün müəyyən siyasətləri davam etdirir. Bu tədbirlər nəticəsində məcburi köçkünlərin yenidən vətənlərinə qayıda biləcəyi gözlənilir.

Значение слова в других словарях