TƏNBEH

is. [ ər. ] Məzəmmət, danlama, danlaq.
Pərşan pis bir tənbeh eşidəcəyi duyğusu ilə anasının qoluna qısıldı. M.İbrahimov.

□ Tənbeh etmək (eləmək) – məzəmmət etmək, danlamaq. Uşağı tənbeh etmək.
[Hacı Bayram:] Günahım varsa tənbeh eləyin, yox isə qalım burada. Ə.Haqverdiyev.

// Ümumiyyətlə, cəza.
[Hökumət] kəndlərdə tənbeh üçün qazaq qoyurdu. E.Sultanov.
Xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür. C.Məmmədquluzadə.

□ Tənbeh etmək (eləmək) – cəzalandırmaq. Uşağı nadinclik üstündə tənbeh etmək.
– Bayraməli arvadının qaçmağından xəbərdar olub, ona tənbeh eləmək üçün tutub, əl-ayağını bağlayıb sabahadək döyür, bir neçə dəfə də əlindəki xəncərlə başını kəsmək istəyir. Çəmənzəminli.

Синонимы

  • TƏNBEH cəza — qulaqburması
  • TƏNBEH tənbeh bax 1. məzəmmət, danlaq; 2. cəza
TƏNAVÜL
TƏNBƏKİ
OBASTAN VİKİ
Qorxu və tənbeh olmadan (film, 1962)
Qorxu və tənbeh olmadan (rus. Без страха и упрёка) — uşaqlar üçün kino. == Sujet xətti == Moskvalı məktəbliləri — oğlanlar Vadik (Viktor Qlazkov), Yura (Nikolay Burlyayev) və qız Toşa (Alla Vitruk) küçədə böyük məbləğdə pul tapırlar. Bu pul ekspedisiya üçün lazımi texnika almaq məqsədi ilə paytaxta birgünlük ezamiyyətə gəlmiş, lakin böyük şəhərdəki qələbəlikdə çaşlb-qalmış bir nəfər tərəfindən itirilib. Məktəbli üşaqlar qərara gəlirlər ki, həmin naməlum şəxsi tapıb, pulu ona qaytarsınlar. Beləliklə, uşaqların sərgüzəştləri başlayır. Nəcib niyyətə qulluq etmək istəyən uşaqlar, nəyə görəsə, bunun əvəzinə pulun çox hissəsini xərcləyirlər. Onlar valideynlərə, müəllimlərə qarşı kobudluq edir, evdə yalan danışırlar, şampan şərabı içirlər.

Значение слова в других словарях