Pərşan pis bir tənbeh eşidəcəyi duyğusu ilə anasının qoluna qısıldı.
□ Tənbeh etmək (eləmək) – məzəmmət etmək, danlamaq. Uşağı tənbeh etmək.
– [Hacı Bayram:] Günahım varsa tənbeh eləyin, yox isə qalım burada.
// Ümumiyyətlə, cəza.
[Hökumət] kəndlərdə tənbeh üçün qazaq qoyurdu.
Xırda işlərdən ötrü suda düşən işlər və yüngül tənbehlərin hamısı manifestə düşür.
□ Tənbeh etmək (eləmək) – cəzalandırmaq. Uşağı nadinclik üstündə tənbeh etmək.
– Bayraməli arvadının qaçmağından xəbərdar olub, ona tənbeh eləmək üçün tutub, əl-ayağını bağlayıb sabahadək döyür, bir neçə dəfə də əlindəki xəncərlə başını kəsmək istəyir.