1. Bir işi görməkdə, bir məsələni həll etməkdə qətiyyət göstərməmə, qərarsızlıq göstərmə, nə edəcəyini bilməmə, qəti qərara gələ bilməmə; qərarsızlıq.
[Əli] daima axtarış yolunda, tərəddüd içində yaşayırdı.
Təliə də tərəddüdlər içərisində olduğuna baxmayaraq, vəliəhdə göz qoyurdu.
□ Tərəddüd etmək (göstərmək) – qəti qərara gələ bilməmək, çətinlik çəkmək.
2. Gediş-gəliş, əlaqə, hərəkət. Yollarda tərəddüd getdikcə çoxalmışdır.
□ Tərəddüd eləmək köhn. – gedib-gəlmək, hərəkət etmək.
Küçələri arşından qalın qar elə tutmuşdu ki, tərəddüd eləmək mümkün deyil idi.
Tərəddüd kəsilmək – gediş-gəliş kəsilmək, əlaqə kəsilmək, hərəkət olmamaq.
Yollar bağlandı, tərəddüdlər kəsildi.
İlin səkkiz ayını Zəngəzur yollarını qar basar, tərəddüdlər kəsilər.