Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu
Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu - Respublikada tərəvəzçilik sahəsinin daha da inkişaf etdirilməsi məqsədilə yaradılmış institutut. Direktoru Elmar Allahverdiyevdir.
== Tarixi ==
İndiki adını 17 aprel 2015-ci ildən daşıyır. Həmin vaxta qədər Azərbaycan Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu adlanırdı.
== Haqqında ==
1965-ci ildə Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda fəaliyyət göstərən tərəvəz bitkiləri şöbəsinin bаzаsında Tərəvəzçilik Elmi Tədqiqat Institutu yaradıldı və 3 təcrübə stansiyаsi (Lənkəran TS-faraş tərəvəzçilik zonası, Qusarçay TS - inkişaf etmiş konserv sənayesi zonası, Tovuz TS-kartofçuluq zonası), 1 dayaq məntəqəsi (Şəmkir Dayaq Məntəqəsi-yüksək kеyfiyyətli toxumluq kartof məhsulunun alınması zonası) və 1 yardımçı təcrübə təsərrüfatı (Abşeron yardımçı təcrübə təsərrüfatı) onun sərəncamına verildi.
Institut yarandığı vaxtdan bir sıra nailiyyətlərin aparıcısı olmuşdur. İnstitutun seleksiyaçı alimləri tərəfindən tərəvəz, bostan və kartofun 100-ə qədər sortu yaradılmışdır ki, onlardan 38-i rayonlaşdırılmış, 10 sort isə Sеlеksiyа Nаiliyyətlərinin Sınağı üzrə Dövlət Kоmissiyаsında sınaqdan keçirilir.
Az.ETTİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Tədqiqat institutları, 8 Regional Elm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar, Radiobiologiya, Aqrokimya və Torpaqşünaslıq, Zoologiya İnstitutlаrı, Bakı Dövlət Universiteti, Özbəkistan Elmi-Tədqiqat Tərəvəzçilik, Bostançılıq və Kartofçuluq İnstitutu, Qazaxıstan Elmi-Tədqiqat Kartofçuluq və Tərəvəzçilik Institutu ilə əməkdaşlıq edir.
== Təhsil ==
İnstitutda fəlsəfə və elmlər doktorları üzrə doktorantura təhsili həyata keçirilir.
== Beynəlxalq əməkdaşlıq, əlaqələr ==
2005-ci ildən Az ETTİ Dünya Tərəvəzçilik Mərkəzi (AVRDC, Tayvan) və Beynəlxalq Kartofçuluq Mərkəzi (CIP, Peru) ilə əməkdaşlıq edir.