Tərcümənin psixolinqvistik nəzəriyyəsi

bu nəzəriyyə Azərbaycanda geniş inkişaf etməsə də, Rusiya tərcüməşünaslığında kommunikativ yanaşma - tərcümənin psixolinqvistik nəzəriyyəsinin predmeti kimi dillərarası kommunikasiya tərcümənin psixoloji psixolinqvistik aspektində araşdırılır. Bu istiqamətdə olan işləmələrdəki metodoloji və nəzəri əsaslar üzrə prioritet A.F.Şiryayevə məxsusdur. Onun fikrincə predmeti, vasitələri, həyata keçirmə üsulları ilə, məhsul və strukturu ilə tərcümə nitq fəaliyyətinin xüsusi növüdür və məqsədli motivasiyaya malikdir. Tərcümənin məqsədi düşüncədə real deyilmiş, yaxud yazılmış deyimin, yaxud müəyyən dildə bir qrup deyimin söz şəklində məhsulunun yaradılmasıdır. Yaradılacaq məhsulun əsas parametrləri tərcüməçiyə sosial sifariş kimi verlir. Burada fəaliyyət obyekti ilkin dilin vasitələrindən birindəki nitq fəaliyyətinin müxtəlif dilin kommunikantlarıdır. Tərcüməçilik fəaliyyətinin vasitələri özündə heç də əksər nitq fəaliyyəti növlərindəki kimi hər hansı dilin vasitələrini yox, iki dili birləşdirir. Tərcümədə vasitələrin seçimi, hər şeydən əvvəl, subyektin motiv və məqsədləri ilə yox, ilkin mətnin obyekt fəaliyyəti ilə şərtlənir, buna görə də fəaliyyət məhsulunun predmetləşməsi üçün dil vasitələrinin seçiminin determinasiyası tərcümədə əksər fəaliyyət növlərindən fərqli olaraq daha ciddi xarakter daşıyır. Tərcüməçilik fəaliyyətinin həyata keçirilməsi üsulları üç qrupa bölünür. Birinci qrup - bu, nitq fəaliyyətinin eşitmə və danışma məhsulunun predmetsiz hissələrə bölmə üsullarıdır. İkinci qrup isə ekvivalentlərdən, variant və kontekstual uyğunluqlardan istifadə etməklə tərcümə məsələlərinin yerinə yetirilmə prosesini əhatə edir. Üçüncü qrup - danışma və yazı kimi nitq fəaliyyətinin predmetləşməsinin (qeydə alınması) qlobal üsullarını birləşdirir. Struktur baxımdan tərcümə fəaliyyəti qarşılıqlı əlaqəli və qarşılıqlı şərtlənmiş tərcüməçi işlərinin ardıcıllığından ibarətdir. Fəaliyyət prosesinin minimal vahidi mikrofəaliyyət olub, bütövlükdə bu fəaliyyətin əsas cəhətlərini birləşdirir. Həm tərcümə fəaliyyəti bütövlükdə, həm də ona daxil olan tərcüməçilik işi hər bir intellektual akta xas olan üç fazalı strukturdan ibarətdir: fəaliyyət şəraitinə yönəlmiş faza, fəaliyyət planının hazırlanması, yaxud hərəkətin, işlənib hazırlanmış planın realizə fazası və nəzərdə tutulmuş nəticənin müqayisə fazası. Tərcümə fəaliyyətinin məhsulu tərcüməçi tərəfindən aparılan tərcümə dilində olan mətndir. Tərcümə fəaliyyətinin məhsulunda eyni zamanda həm adresatın, həm də tərcüməçinin fəaliyyəti predmetləşdirilir və əyaniləşdirilir.
Tərcümənin praqmatik aspekti
Tərcümənin redaktoru
OBASTAN VİKİ
Ehtimal nəzəriyyəsi
Ehtimal nəzəriyyəsi — riyaziyyatın bir bölməsi olub, təsadüfi hadisələri analiz edir. Təsadüfi ədədlər, stoxastik proseslər və hadisələr ehtimal nəzəriyyəsinin əsas obyektlərindəndir. Ehtimal nəzəriyyəsinin kökü 16-cı əsrdə Cerolamo Kardano, 17-ci əsrdə isə Blez Paskal və Pyer Ferma tərəfindən bəxt oyunlarının (qumar oyunlarının) analizdən başlayır. == Ehtimalın tarixçəsi == Ehtimal nəzəriyyəsi və riyazi statistika elminin formalaşmış bir sahə kimi inkişafında, XX əsrin 30-cu illərində akademik A. N. Kolmoqorovun təklif etdiyi və elmin bu sahəsinin əsaslarını təşkil edən aksiomatika yeni inkişaf dövrü yaratdı. Bu aksiomatikanın yaranmasına və ümumiyyətlə, ehtimal nəzəriyyəsinin inkişafına dünyanın tanınmış riyaziyyatçılarının nəşr etdirdikləri müxtəlif elmi əsərlərin tə siri danılmazdır. Bu əsərlər arasında P. Laplasın «Essai philosophique sur les probabilités», V. Ya. Bunyakovskinin «Oснования математической теории вероятностей», S. N. Bernşteynin «Oснования математической теории вероятностей» adlı əsərlərini xüsusi qeyd etmək olar. Qeyd olunan əsərlər və A. N. Kolmoqorovun ehtimal nəzəriyyəsi haqqında yazdığı «Большая Советская энциклопедия»-da (birinci nəşr) dərc olunmuş ensiklopedik məqalələr həmin sahə haqqında geniş məlumat verən, bu sahənin incəliklərini dərindən əks etdirən, zəngin və tamamlanmış elmi əsər kimi təqdim oluna bilər. Bütün hadisə və ya proseslər, hətta özünün əhəmiyyətsizliyi ilə guya ki, təbiətin ali qanunlarından asılı olmayanları belə, o dərəcədə də məhz bu qanunların zəruri nəticələridir, məs., günəşin dövr etməsi kimi. Bu nəticələri bütün kainat sistemi ilə əlaqələndirən bağları bilmədən, bunların birinin digərinin ardınca məlum bir düzgünlüklə və ya görünməz bir qayda ilə baş verib-vermədiklərindən asılı olaraq, onların son səbəblər və ya təsadüf nəticəsində baş verdikləri fərz olunur, lakin xəyalın məhsulu olan bu səbəblər, bizim bilik hüdudlarımız genişləndikcə, nəzərə alınmayaraq sağlam fəlsəfə qarşısında tamamilə itmiş oldu, belə ki, bu fəlsəfəyə görə, bu səbəblər – həqiqi səbəbi yalnız özümüz olan – bilgisizliyin təzahürüdür.
Firma nəzəriyyəsi
Firma nəzəriyyəsi — firmanın, şirkətin və ya şirkətin mahiyyətini izah edən və proqnozlaşdıran bir sıra iqtisadi nəzəriyyələri, o cümlədən mövcudluğunu, davranışını, quruluşunu və bazarla əlaqəsini əhatə edir. Sadələşdirilmiş formada firma nəzəriyyəsi aşağıdakı suallara cavab verməyi hədəfləyir: Varlıq. Niyə firmalar yaranır? Niyə iqtisadiyyatdakı bütün əməliyyatlar bazarın vasitəçiliyi ilə həyata keçirilmir? Sərhədlər. Niyə məhsulların ölçüsü və çeşidi ilə əlaqəli firmalarla bazar arasındakı sərhəd dəqiqdir? Ölkə daxilində hansı əməliyyatlar aparılır və bazarda nə bağlanır? Təşkilat. Firmalar niyə iyerarxiya və ya mərkəzsizləşdirmə kimi xüsusi bir şəkildə qurulur? Rəsmi və qeyri-rəsmi münasibətlərin qarşılıqlı əlaqəsi nədir?
Hüceyrə nəzəriyyəsi
Hüceyrə nəzəriyyəsi — canlı aləmin: bitkilərin, heyvanların və digər canlı orqanizmlərin yaranma və inkişafının ümumqəbulolunmuş və məxrəcləşdirilmiş prinsiplərini əhatə edən, hüceyrənin hər bir canlı orqanizmin təşkil olunduğu toxumaların vahid struktur elementi olduğunu sübut edən bir nəzəriyyə. == Ümumi məlumat == Hüceyrə nəzəriyyəsi biologiya elminin əsasını qoymuş, təkamül baxışlarının meydana çıxmasına səbəb olan bir nəzəriyyə olub, XIX əsrin ortalarında təşəkkül tapmışdır. Hüceyrə nəzəriyyəsinin əsası 1839-cu ildə alman alimləri Şvann Teodor, Mattias Yakob Şleyden və tərəfindən hüceyrə üzərində aparmış olduqları təcrübə və müşahidələr əsasında qoyulmuş olmuşdur. Tədqiqatlarına əsaslanaraq Şvann Teodor və Mattias Yakob Şleyden ilk dəfə olaraq sübut etmişdirlər ki, hər bir orqanizmin quruluş vahidi hüceyrədir. Bitkilər, heyvanlar və bakteriyalar ümumi oxşar quruluşa malikdirlər. Sonralar bu qənaət orqanizmin tamlığını bir daha təsdiqləmişdir. Şvann Teodor və Mattias Yakob Şleyden elmə "hüceyrəsiz həyat yoxdur" ifadəsini gətirmişlər. == Hüceyrə nəzəriyyəsinin prinsipləri == === Əsas prinsiplər === Müasir hüceyrə nəzəriyyəsi aşağıdakı əsas prinsipləri özündə birləşdirir: Hüceyrə — canlı orqanizmin quruluş, həyat, böyümə və inkişaf vahididir, "hüceyrəsiz həyat yoxdur";. Hüceyrə — tamlığı bir çox elementlərin bir-biri ilə qanunauyğun şəkildə əlaqələrindən ibarət olan vahid sistemdir; Bütün orqanizmlərin hüceyrələri quruluşuna, kimyəvi tərkibinə və funksiyasına görə oxşardırlar; Hər bir hüceyrənin bölünməsindən yeni hüceyrələr əmələ gəlir; Çoxhüceyrəlilərdə hüceyrələr toxumaları və toxumalar isə öz növbəsində orqanizmləri təşkil edir. Hər bir orqanizmin həyatı onu təşkil edən hüceyrələrin həyatından asılıdır; Çoxhüceyrəli orqanizmlərin hüceyrələri özünəməxsus gen dəstinə malik olur ki, bu da onların morfoloji və funksional müxtəliflikliyini təmin etmiş olur.
Kino nəzəriyyəsi
Kino nəzəriyyəsi — tarixən daim inkişaf edən kino mühitinin rəsmi əsas atributlarını şübhə altına almaqla başlayan və ya filmin gerçəkliyə olan münasibətini anlamaq üçün konseptual çərçivələri təmin edən və kino araşdırmalarının akademik intizamı daxilindəki elmi yanaşmaların məcmusu. Digər sənətlər, fərdi tamaşaçılar və ümumilikdə cəmiyyət. Kino nəzəriyyəsi bu üç fənni bir-biri ilə əlaqələndirsə də, ümumi kino tənqidi və ya kino tarixi ilə qarışdırılmamalıdır. Kino nəzəriyyəsi dilçilikdən və ədəbi nəzəriyyədən qaynaqlanaraq yaranmışdır və film fəlsəfəsi ilə üst-üstə düşür. == Tarixi == Erkən kino nəzəriyyəsi səssiz dövrdə ortaya çıxıb və əsasən mühitin vacib elementlərini müəyyənləşdirməklə maraqlanırdı. Kino nəzəriyyəsi, əsasən Cermen Dulyak, Lui Dellyok, Jan Epşteyn, Sergey Eyzenşteyn, Lev Kuleşov və Dziqa Vertov kimi rejissorların əsərləri və Rudolf Arnheim, Bela Balass və Sieqfried Krakauer kimi kino nəzəriyyəçiləri tərəfindən inkişaf etdirildi. Bu mütəfəkkirlər filmin reallıqdan nə ilə fərqləndiyini və bunun düzgün bir sənət forması sayıla biləcəyini vurğuladılar. İkinci Dünya Müharibəsindən sonrakı illərdə fransız kino tənqidçisi və nəzəriyyəçisi Andre Bazin kinoya belə yanaşmaya qarşı çıxaraq, filmin mahiyyətinin reallıqdan fərqli olmasında deyil, reallığın bir növ davamı, mexaniki olaraq çoxalma qabiliyyətində olduğunu iddia etdi. 1960–1970-ci illərdə kino nəzəriyyəsi psixoanaliz, genderşünaslıq, antropologiya, ədəbi nəzəriyyə, semiotika və dilçilik kimi müəyyən fənlərdən konsepsiyalar idxal edən akademiyalarda yerləşdi. Lakin, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərinə qədər kino tədqiqatlarında üstünlük təşkil edən və film yazmaq, istehsal, redaktənin praktiki elementlərinə yönəlmiş hökmranlıq edən humanist, avtoritet nəzəriyyəni yerindən qaldırmaqla Amerika universitetlərində məşhurlaşdı.
Konspirasiya nəzəriyyəsi
Konspirasiya nəzəriyyəsi (və ya daha öncə konspirologiya - ing. conspiracy theory və q.yun. λόγος, loqos) ictimaiyyət tərəfindən müəyyən bir şəkildə qəbul edilmiş hər hansı bir hadisə haqqında inkişaf etdirilmiş, ictimaiyyətdən gizli saxlandığı iddia edilən məlumatlarla və ya hadisənin arxasındakı görünməyən güclərlə əlaqələndirilən alternativ şərhlərə verilən addır. Bəziləri konspirasiya nəzəriyyələri çıxaran kəsləri paranoik, diqqəti cəlb etməyə çalışan ya da səhv istiqamətləndirmələrlə cəmiyyəti yanıldaraq bundan siyasi, iqtisadi (ya da mediatik) çıxar təmin etməyə çalışan kəslər olaraq görür və iddiaları gülünc və əhəmiyyətsiz qəbul edirlər. Kənar yandan bu tip iddialar məşhur mədəniyyət sahəsində hər vaxt özünə yer tapa və diqqəti cəlb etməyi bacara bilmişdir. Konspirasiya nəzəriyyəsinin daha əvvəlki dövrlərdə konspirologiya (ing. conspirology) adlandırılması da təsadüfi deyil. Belə ki, konspirologiyaya həqiqətən də ciddi bir elm kimi baxan dönəmlər olub. Mişel Fuko iddia edirdi ki, hələ XVI əsrdə bir şeyin və ya səbəbin üst-üstə düşməsi və işarəsi dünyanın harmoniya və ardıcıllığının sübutu hesab edilirdi. Lakin 19-cu əsrdən başlayaraq işarələr arasında əlaqə axtarmağı pis və xoşagəlməz hala gətirdilər.
Lamark nəzəriyyəsi
Lamarkizm — 19-cu əsrin əvvəllərində fransız alim-təbiətşünas Jan-Batist Lamarkın “Zoologiya fəlsəfəsi” (1809) traktatında irəli sürdüyü nəzəriyyəyə əsaslanan təkamül konsepsiyasıdır. J.Lamarkın fikirləri müasir elm çərçivəsində tamamilə şərh olunmayan 18-ci əsrin bir sıra konsepsiyalarına əsaslanır. (Passiv başlanğıc kimi Tanrının ilkin yaratdığı materiya və onun həyata keçirilməsi üçün nizam və enerji kimi təbiət; xüsusi “canlı maddə”dən qurulmuş üzvi cisimlərdə dövr edən “incə mayelər” şəklində efirin ən mühüm rol oynadığı beş element anlayışı; qeyri-üzvi və üzvi maddələrdən həyatın, o cümlədən onun mürəkkəb formalarının daim kortəbii əmələ gəlməsi; növlərin nəsli kəsilməsinin inkarı; "aşağı heyvanlarda" sinir sisteminin və cinsi çoxalmanın mövcudluğunun inkarı və s.). Buna görə, müasir “Lamarkizm” onları yalnız ən ümumi mənada xatırladır. Geniş mənada, Lamark nəzəriyyələrinə müxtəlif təkamül nəzəriyyələri daxildir (əsasən 19-cu əsr — 20-ci əsrin birinci üçdə birində meydana çıxanları), burada "canlı maddə" və orqanizmlərə xas təkmilləşmə istəyi təkamülün əsas hərəkətverici qüvvəsi hesab olunur. Bir qayda olaraq, bu cür nəzəriyyələrdə orqanların "məşq etməsi" və "məşq etməməsi" nin onların təkamül taleyinə təsirinə böyük əhəmiyyət verilir, çünki məşq etməyi və ya məşq etməməyin nəticələrinin irsi ötürülə biləcəyi güman edilir. == Mükəmməlliyə can atma prinsipi == Lamark bütün heyvanları təşkilinin mürəkkəbliyinə görə altı pilləyə, səviyyəyə (və ya onun dediyi kimi “qradasiyalara”) böldü. İnsanlara ən uzaq olanı infuzorlar, insanlara ən yaxını isə məməlilərdir. Eyni zamanda, bütün canlıların sadədən mürəkkəbə doğru inkişaf etmək, “pillələri” yüksəltmək istəyi xasdır. Canlılar aləmində daim hamar təkamül baş verir.
Litogenez nəzəriyyəsi
Litogenez nəzəriyyəsi — litologiyanın çöküntü və süxurəmələgəlmənin ümumi qanunauyğunluqlarını əhatə və şərh edən ümumiləşdirici bölməsi. Litogenezin bir-birindən əhəmiyyətli dərəcədə fərqlənən bir neçə konsepsiyası irəli sürülmüşdür. Pustovalova (1940) görə əsas prinsip maddələrin miqrasiya yollarında müxtəlif qruplara ayrılmasıdır. Belə ki, qırıntı hissəciklər üçün onların parçalanmasının əsas səbəbi ölçü və xüsusi çəkilərinin fərqlənməsi, həll olmuş maddələr üçün isə kimyəvi xassələrin fərqidir. Maddələrin kimyəvi diferensiasiyası mexaniki diferensiasiyasının son mərhələsində başlayır və davam edir. diferensiasiyanın gedişində orqanizmlər heç bir rol oynamır, yalnız prosesi bir qədər sürətləndirə bilər. Pustovalov hesab edir ki, çökmə diferensiasiyasının gedişi planetar xarakterlidir. Lakin bu nəzəriyyədə diagenez mərhələsinə fikir verilməmiş, vulkanogen-çökmə litogenezin spesifik xüsusiyyətləri, ümumiyyətlə, nəzərdən keçirilməmişdir. Straxovun (1956) təklif etdiyi litogenez nəzəriyyəsində Yer səthində çöküntü süxurəmələgəlməsində 4 litogenez tipi fərqləndirilir; buz, humid, arid və vulkanogen-çökmə. Bu tiplərin hər biri, geoloji keçmişdə olduğu kimi, Yer səthində qanunauyğun yerləşmişdir.
Modernləşmə nəzəriyyəsi
Müasirləşmə nəzəriyyəsi cəmiyyətlərdəki modernləşmə prosesini izah etmək üçün istifadə olunur. 1950-ci və 1960-cı illərin "klassik" modernləşmə nəzəriyyələri Karl Marks, Emil Durkheim və Maks Veberin qismən oxunmasının sosioloji təhlillərinə əsaslanmış və Harvard sosioloqu Talkott Parsonsun yazılarından güclü şəkildə təsirlənmişdir. Modernləşmə nəzəriyyəsi 1950 və 1960-cı illərdə sosial elmlərdə dominant paradiqmaya çevrildi, sonra dərin nüfuz etdi. O, 1991-ci ildən sonra, Frensis Fukuyama Soyuq Müharibənin sona çatması haqqında modernləşmə nəzəriyyəsinin və daha ümumən ümumbəşəri tarixin təsdiqi kimi yazdığı zaman geri qayıtdı. Bununla belə, nəzəriyyə mübahisəli bir model olaraq qalır. Modernləşmə "pre-modern" və ya "ənənəvi" cəmiyyətdən "modern" cəmiyyətə tədricən keçid modelini nəzərdə tutur. Modernləşmə nəzəriyyəsi ənənəvi cəmiyyətlərin daha müasir təcrübələri mənimsədikcə inkişaf edəcəyini göstərir. Modernləşmə nəzəriyyəsinin tərəfdarları müasir dövlətlərin daha zəngin və güclü olduğunu və onların vətəndaşlarının daha yüksək həyat səviyyəsindən istifadə etməkdə daha azad olduğunu iddia edirlər. Yeni məlumat texnologiyası və nəqliyyat, rabitə və istehsalatda ənənəvi metodların yenilənməsi zərurəti kimi inkişaflar modernləşməni zəruri edir və ya ən azından status-kvoya üstünlük verir. Bu baxış tənqidi çətinləşdirir, çünki o, bu cür hadisələrin insanların qarşılıqlı əlaqəsinin sərhədlərini idarə etdiyini nəzərdə tutur, əksinə deyil.
Musiqi nəzəriyyəsi
Musiqi nəzəriyyəsi termini ümumiyyətlə iki fərqli, lakin əlaqəli mənalarda istifadə olunur: Musiqinin əsas tərkib hissələri. Bu, musiqini araşdıran, təsnif edən və hətta bəstələyən elm sahəsidir. Musiqi nəzəriyyəsi ilk mənada musiqinin əsas quruluş hissələrini müəyyənləşdirir(not, açar, ritm və s.). Başqa sözlə, musiqi dilinin qaydalarını müəyyənləşdirir və istifadəsini izah edir. İkinci mənasında musiqi nəzəriyyəsi 1950-ci illərdən sonra xüsusilə Şimali Amerika qitəsində musiqişünaslıqdan ayrıldı və musiqini öz-özünə öyrənən bir elm sahəsinə çevrildi. Musiqişünaslıqdan və etnomusiqişünaslıqdan fərqli olaraq müsbət elmlərdən (riyaziyyat, fizika və s.) İstifadə edir. Musiqinin bünövrəsini bütün musiqiçilər öyrənsə də, ancaq musiqinin elmi araşdırılması yalnız musiqi nəzəriyyəçiləri tərəfindən aparılır. Musiqi nəzəriyyəsinin Pifaqordan başlayaraq qədim və uzun bir tarixi var. Şərq musiqisində nəzəriyyə tarixi Kindi ilə başlayır.
Müqavilə nəzəriyyəsi
Müqavilə nəzəriyyəsi (ing. Contract theory) — müasir iqtisadi nəzəriyyənin (bir qayda olaraq) asimmetrik məlumat şəraitində iqtisadi subyektlər tərəfindən müqavilə parametrlərinin müəyyənləşdirilməsini nəzərdən keçirən bölməsi. Müqavilə nəzəriyyəsi mikroiqtisadiyyatındakı standart təcrübə müəyyən ədədi kommunal strukturlar üçün qərar qəbul edən şəxsin davranışını təmsil etmək və daha sonra optimal qərarları təyin etmək üçün optimallaşdırma alqoritmi tətbiq etməkdir. Bu prosedur, mənəvi təhlükə, mənfi seçim və siqnal kimi təyin olunan bir neçə tipik vəziyyət üçün müqavilə nəzəriyyəsi çərçivəsində istifadə edilmişdir. Bu modellərin mahiyyəti, agentləri sığorta müqaviləsi altında da uyğun hərəkətlərə vadar etmək üçün nəzəri yolları tapmaqdır. Bu model ailəsi ilə əldə edilən əsas nəticələrə aşağıdakılar daxildir: əsas və agentin faydalı quruluşunun riyazi xüsusiyyətləri, fərziyyələrin rahatlaması və müqavilə əlaqələrinin müvəqqəti quruluşundakı dəyişikliklər və digərləri. Gözlənilən fayda nəzəriyyəsinə uyğun olaraq bəzi fon Neymann-Morgenştern kommunal funksiyalarının maksimumlaşdırıcıları kimi insanları modelləşdirmək adətdir. Əxlaqi təhlükə modellərində məlumat asimmetriyası, agentin bir agentin hərəkətlərini müşahidə edə və ya yoxlaya bilməməsidir. Müşahidə oluna bilən və yoxlanıla bilən məhsuldan asılı olan nəticələrə əsaslanan müqavilələr çox vaxt agentin əsas şəxsin mənafeyi naminə hərəkət etməsi üçün stimul yaratmaq üçün istifadə edilə bilər. Bununla birlikdə, agentlər riskə qarşı olduqda, bu cür müqavilələr yalnız ikinci səviyyədən daha aşağı olur, çünki stimullar tam sığortanı istisna edir .
Nisbilik nəzəriyyəsi
Nisbilik nəzəriyyəsi — təbiətdə baş verən fiziki proseslərin məkan və zaman xassələrinin fundamental nəzəriyyəsi. Bu nəzəriyyə, adətən, Albert Eynşteynin bir-biri ilə əlaqəli iki nəzəriyyəsini: xüsusi və ümumi nisbiliyi əhatə edir. Xüsusi nisbilik nəzəriyyəsi qravitasiya qüvvəsinin iştirak etmədiyi bütün fiziki hadisələrə aiddir. Ümumi nisbilik nəzəriyyəsi cazibə qanunu və onun digər təbiət qüvvələri ilə əlaqəsini izah edir. O astronomiya da daxil olmaqla kosmologiya və astrofizika sahəsinə aiddir. Nəzəriyyə 20-ci əsrdə nəzəri fizika və astronomiyanı dəyişdirərək, ilk növbədə İsaak Nyutonun yaratdığı 200 illik mexanika nəzəriyyəsinin yerini aldı. O fəza və zamanın vahid varlığı kimi 4-ölçülü fəza-zaman, eynivaxtlılığın nisbiliyi, kinematik və qravitasional zaman yavaşlanması və uzunluğun qısalması kimi anlayışları təqdim etdi. Fizika sahəsində nisbilik, nüvə əsrinin başlanğıcını qoymaqla yanaşı elementar hissəciklər və onlar arasındakı fundamental qarşılıqlı təsirlər haqqındakı elmin təkmilləşməsinə də səbəb oldu. Nisbilik nəzəriyyəsinin köməyilə kosmologiya və astrofizika neytron ulduzları, qara dəliklər və qravitasiya dalğaları kimi qeyri-adi astronomik hadisələri proqnozlaşdırdı. Albert Eynşteyn 1905-ci ildə Albert A. Maykelson, Hendrik Lorens, Anri Puankare və başqalarının əldə etdiyi bir çox nəzəri və empirik nəticələrə əsaslanaraq xüsusi nisbilik nəzəriyyəsini nəşr etdirdi.
Norman nəzəriyyəsi
Norman nəzəriyyəsi və ya normanizm — tarixşünaslıqda varyaqları Kiyev Rus dövlətinin yaradıcıları hesab edən istiqamət. Nəzəriyyə XVIII əsrin ikinci rübündə Peterburq Elmlər Akademiyasında işləyən alman alimlər irəli sürmüşdür. Onlar "Ömənillərin basmanı"nda varyaq knyazlarının dəvət olunması haqqındakı hekayəsi əsas götürmüşdülər. XVIII–XIX əsr Çar Rusiyası tarixşünaslığında (N. M. Karamzin və b.) Norman nəzəriyyəsi Kiyev Rus dövlətinin mənşəyi barədə rəsmi fikir xarakteri almışdır. XX əsrin 20-ci illərindən etibarən Norman nəzəriyyəsi Qərb tarixşünaslığınıb tərkib hissəsi olmuşdur. Sovet tarixşünaslığında Norman nəzəriyyəsinin hərtərəfli tənqidi verilmişdir. Onlara görə, Norman nəzəriyyəsinin siyasi mahiyyəti qədim slavyanları müstəqil dövlət yaratmağa qadir olmayan xalq, normanları (varyaqları) isə qədimdən başlayaraq Rusiyanın inkişafına təsir göstərən qüvvə kimi qələmə verməkdən ibarət idi. Hələ XVIII əsrin ortalarında M. V. Lomonosov Norman nəzəriyyəsinin əsassız olduğunu bildirmişdir. Çar Rusiyası tarixçilərindən bəziləri Norman nəzəriyyəsinin müəyyən müddəalarını tənqid etsələr də, onun elmə zidd olmasını göstərə bilməmişlər. Sovet tarixçilərinə görə, antikommunizmin ideoloqları SSRİ-yə və sosialist ölkələrə qarşı mübarizədə Norman nəzəriyyəsindən istifadə etmişdir.
Oyunlar nəzəriyyəsi
Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərin] [mənbə göstərin] Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər.
Pifaqor nəzəriyyəsi
Pifaqor teoremi– planimetriyada düzbucaqlı üçbucaqda tərəflər arasındakı münasibətləri ifadə edən teoremdir. Yunan riyaziyyatçısı Pifaqorun adı ilə adlandırılmışdır. Mənbələr Pifaqordan əvvəl bu teoremin başqa xalqlar tərəfindən bilindiyini göstərir. Nəzəriyyə belə ifadə olunur: Düzbucaqlı üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Əgər a və b katetlər, c isə hipotenuz olarsa onda a 2 + b 2 = c 2 {\displaystyle a^{2}+b^{2}=c^{2}\,} vəya, c-ni tapmaq üçün: c = a 2 + b 2 . {\displaystyle c={\sqrt {a^{2}+b^{2}}}.\,} Pifaqor teoremi sahə anlayışının köməyi ilə aşağıdakı kimi ifadə olunur: Düzbucaqlı üçbucaqda hipotenuz üzərində qurulmuş kvadratın sahəsi katetlər üzərində qurulmuş kvadratların cəminə bərabərdir. Pifaqor teoreminin tərs teoremi də doğrudur. Bu teoremdə düzbucaqlı üçbucağın iki tərəfi məlum, bir tərəfi isə naməlum olur.
Pul nəzəriyyəsi
Pul nəzəriyyəsi — pulun iqtisadi sistemə təsirini öyrənən iqtisadi nəzəriyyə. Pul nəzəriyyəsini ilk dəfə sistematik olaraq düşünən ingilis Ayzek Cerveyz "Dünya Ticarət Sistemi və ya nəzəriyyəsi" traktatında (1720) idi. Cerveyzin fikirləri italyan iqtisadçı Ferdinando Qaliani tərəfindən Della Moneta (1750) əsərində inkişaf etdirilmişdir. Valyutanın alıcılıq qabiliyyəti sikkənin hazırlandığı metal ilə müəyyən edilir. Buna görə, əskinaslar müstəqil pul kimi tanınmır, yalnız tam çəkili sikkələrin "təmsilçiləridir". Ən qiymətli sikkələr qiymətli metallardan (qızıl və gümüş) hazırlanır. Metalların zərb olunan nominalına görə deyil, təbii xüsusiyyətləri ilə əlaqəli yüksək dəyəri sayəsində dəyərlidirlər. Valyutanın alıcılıq qabiliyyəti onun nominalına, yəni sikkə və ya əskinasda göstərilən məbləğə görə müəyyən edilir. Yəni pul, dəyəri maddi məzmundan asılı olmayan, tamamilə şərti nominal əlamətlərdir. Erkən nominalizmin ilk nümayəndələri ingilislər Corc Berkli (1685-1753) və Ceyms Denem-Stüart (1712-1780) idi.
Qraf nəzəriyyəsi
Qraf nəzəriyyəsi — qrafların xüsusiyyətlərini öyrənən diskret riyaziyyatın bir qolu. Ümumi mənada bir qrafik kənarları ilə birləşdirilmiş zirvələr (düyünlər) toplusu kimi təmsil olunur. Qəti tərifdə qraf G = ( V , E ) {\displaystyle G=(V,E)} cüt cütüdür, burada V {\displaystyle V} istənilən sayılan çoxluğun alt dəstidir və E {\displaystyle E} — altdır V × V {\displaystyle V\times V} . Qraf nəzəriyyəsi, məsələn, coğrafi informasiya sistemlərində (CİS) istifadə olunur. Mövcud və ya yeni dizayn edilmiş evlər, tikililər, məhəllələr və s. zirvələr, onları birləşdirən yollar, mühəndis şəbəkələri, elektrik xətləri və s. Belə bir qrafik üzərində aparılmış müxtəlif hesablamaların istifadəsi, məsələn, ən qısa yol yolunu və ya ən yaxın ərzaq mağazasını tapmaq və optimal marşrutu planlaşdırma imkanı verir. Qraf nəzəriyyəsi çox sayda həll olunmamış problemi və hələ təsdiqlənməmiş fərziyyələri ehtiva edir. Qraf nəzəriyyəsinin banisi Leonard Eyler. 1736-cı ildə məktublarından birində, daha sonra qraf nəzəriyyəsində klassik problemlərdən biri halına gələn yeddi Koenigsberg körpüsü problemini həll edir və həll təklif edir.
Qrup nəzəriyyəsi
Qrup nəzəriyyəsi — G çoxluğunda elə müəyyən əməl mövcuddursa ki, həmin coxluğun ixtiyari iki ünsürünə (elementinə) üçüncü elementi qarşı qoysun və həmin əmələ nəzərən aşağıdakı 4 aksiom: 1. Qapalılıq: əgər a ve b, G çoxluğuna daxildirsə, onda a*b=c də G qrupuna daxildir. 2. Assosiativlik: G çoxluğunun ixtiyari a, b, c ünsürləri (elementləri) üçün (ab)c=a(bc) 3. G çoxluğunda vahid element adlanan elə e ünsürü (elementi) mövcuddur ki, e*a=a. 4. G çoxluğunda tərs element adlanan həmin çoxluğun ixtiyari a ünsürü (elementi) üçün (-a) elementi mövcuddur ki, (-a) (a)=e. ödənərsə, onda G çoxluğu qrup adlanır. Əgər G qrupunun hər hansı H kompleksi qrup əmələ gətirərsə, onda o G qrupunun altqrupu adlanir. Məsələn, Tam ədədlər çoxluğu toplama əməlinə gorə qrup əmələ gətirir.
Quruluş nəzəriyyəsi
Quruluş nəzəriyyəsi və ya Butlerov nəzəriyyəsi — 1861-ci ildə məşhur rus kimyaçısı A.M.Butlerov tərəfindən kəşf edilmişdir. Quruluş nəzəriyyəsi radikal və tiplər nəzəriyyəsinin müsbət cəhətlərindən və valentlik qanunundan istifadə edərək, o vaxta qədərki məlum faktları düzgün izah etmiş, naməlum faktları və maddələri də qabaqcadan bilmişdir. Bu nəzəriyyəyə görə: Üzvi birləşmələrdə karbon dördvalentlidir və karbon valentlərinin dördü də eyni qiymətlidir; karbon atomları başqa atomlarla birləşə bildiyi kimi, bir-birlədə birləşərək uzun karbon zəncirləri əmələ gətirir. Karbon atomları bu zəncirlərin əmələ gəlməsinə öz valentlərinin bir qismini sərf edir, karbonun qalan valentləri isə hidrogen, oksigen və başqa atomlarla birləşməyə sərf olunur. Başqa atomlardan fərqli olaraq, karbon atomlarının zəncirləri davamlı olur; maddələrin molekullarında, atomlar arasinda müəyyən kimyəvi əlaqə vardır ki, A.M.Butlerova görə, bina kimyəvi quruluş deyilir. Hər bir kimyəvi maddəni yalnız ona məxsus bir quruluş formulu ilə ifadə etmək olar; maddənin kimyəvi xassəsi onun molekulunun tərkibindən və kimyəvi quruluşundan asılıdır; eyni molekul çəkili və eyni tərkibli maddələrin müxtəlif kimyəvi quruluşda olması izomerlik hadisəsini törədir; ayrı-ayrı reaksiyalar zamanı molekulların ancaq müəyyən hissəsi dəyişir, buna görə də reaksiya məhsullarını öyrənməklə maddələrin kimyəvi quruluşunu müəyyən etmək olar; molekulun tərkibinə daxil olan atomların kimyəvi xassəsi (reaksiya qabiliyyəti) onların molekuldakı mövqeyindən asılıdır. Bu xassələrin dəyişməsi, əsasən, həmin atomla bilavasitə birləşən qonşu atomların təsiri ilə izah olunur. A.M. Butlerovun quruluş nəzəriyyəsi əsasında maddələrin quruluş formulunu müəyyən etmək asandır. Bu nəzəriyyəyə əsasən, aşağıdakı bəzi üzvi birləşmələrin quruluşu verilir. Qeyd etmək lazımdır ki quruluş nəzəriyyəsi molekulların fəza quruluşunu nəzərə almır.
Qərar nəzəriyyəsi
Qərar nəzəriyyəsi — insanların problem və problemlərin həlli yollarını seçmə qanunauyğunluqlarını, eyni zamanda istənilən nəticəni əldə etmək yollarını öyrənmək üçün riyaziyyat, statistika, iqtisadiyyat, idarəetmə və psixologiya anlayışlarını və metodlarını əhatə edən bir araşdırma sahəsi. Rasional qərar qəbuletmə müddətini təsvir edən normativ nəzəriyyə ilə qərar qəbuletmə praktikasını təsvir edən təsviri nəzəriyyə arasında fərq qoyulur. Problemlərin və tapşırıqların həll edilməsinin rasional prosesi, əvvəlki mərhələlərin icrasına qayıdarkən paralel, təkrarən eyni vaxtda, zəruri hallarda yerinə yetirilən aşağıdakı mərhələləri əhatə edir: Situasiya təhlili (problemli vəziyyətin təhlili); Problemin müəyyənləşdirilməsi və hədəf təyin edilməsi; Lazımi məlumatları axtarın; Bir çox mümkün həllərin formalaşdırılması; Qərarların qiymətləndirilməsi üçün meyarların formalaşdırılması; Qərarların icrasına nəzarət üçün göstəricilərin və meyarların hazırlanması; Qərarların qiymətləndirilməsi; Ən yaxşı həll yolu seçmək; Planlaşdırma; Tətbiq; İcraçılığın monitorinqi; Nəticənin qiymətləndirilməsi. Eyni zamanda, bütün proses və mərhələlərin həyata keçirilməsi rasional əsaslandırılmış bir şəkildə həyata keçirilir. Gələcək üçün "güclü" statistik etibarlı proqnozlar vermək üçün gələcək məlumatlardan bir nümunə əldə etməlisiniz. Bu mümkün olmadığından, bir çox mütəxəssis keçmiş və indiki nümunələrin, məsələn bazar göstəricilərinin gələcəyin nümunəsinə bərabər olduğunu düşünür. Başqa sözlə, bu nöqteyi-nəzərdən yanaşsanız, proqnozlaşdırılan göstəricilərin yalnız keçmiş və cari bazar siqnallarının statistik kölgələri olduğu ortaya çıxır. Bu yanaşma analitikin işini bazar iştirakçılarının bazar siqnallarını necə qəbul etdiklərini və işləyənlərini müəyyənləşdirmək üçün azaldır. Serialın sabitliyi olmadan ağlabatan nəticələr çıxarmaq mümkün deyil. Ancaq bu, serialın hər şeydə sabit olması demək deyil.
Radikallar nəzəriyyəsi
Radikallar nəzəriyyəsi -Antuan Lavuazyenin fikrincə kimyəvi reaksiyalar zamanı radikal adlanan atomlar qrupu dəyişmədən, olduğu kimi bir birləşmədən başqa birləşməyə keçir. Bu nəzəriyyə, reaksiyalar zamanı atomların bütövlüyünü nəzərdə tuturdu. Buna əsaslanaraq, bəzi alimlər qeyri-üzvi kimyaya atomlar kimyası, üzvi kimyaya isə radikal kimyası tərifini verirdilər. 1815-ci ildə Gey-Lüssak sian birləşmələrini öyrənərəkən CN qrupunun kimyəvi reaksiyalar zamanı dəyişməyərək, bir birləşmədən o biri birləşməyə keçdiyini qeyd etmişdir. Libix və Völer, benzoy aldehidi adlandırdığımız acı badam yağını C7H6O öyrənmiş və ondan hidrogenli benzoil C7H7OH, benzoilxlorid C7H5OCl, benzoilhidroksid C7H5OOH (benzoy turşusu), onun natrium duzunu C7H5OONa və başqa birləşmələri almış və bu reaksiyalar zamanı C7H6O qalığının dəyişməyərək təzə birləşməyə keçdiyini müşahidə etmişlər. Bu faktlar əsasında radikallar (qalıq) nəzəriyyəsi meydana çıxmışdı. Radikallar nəzəriyyəsinin üzvi kimyanın inkişafında müəyyən rolu olmuşdur. Bu nəzəriyyə əsasında, yeni radikallar açılmış və bir çox yeni birləşmələr öyrənilmişdi. Radikallar nəzəriyyəsi vasitəsilə izomerlik hadisəsini də izah etməyə cəhd edirdilər. Məsələn, yuxarıda göstərdiyimiz C2H6O-nın iki izomerini, onlardan C2H5 və CH3 kimi iki müxtəlif radikalın olması ilə izah edirdilər, spirtə etil radikalının hidroksidi C2H5OH, metil efirinə isə metil radikalının oksidi (CH3)2O kimi baxırdılar.
Sim nəzəriyyəsi
Sim nəzəriyyəsi, hissəcik fizikasında, kvant mexanikası ilə Eynşteynin ümumi nisbilik nəzəriyyəsini birləşdirən bir nəzəriyyədir. "Sim" adı, klassik yanaşmada "sıfır ölçülü nöqtələr" formasında təsvir edilən atom altı zərrəciklərin, əslində "bir ölçülü varlıqlar və tezlik tipli varlıqlar" ola biləcəyi fərziyyəsinə dayanır. Sim nəzəriyyəsi, müəyyən bir şəkildə titrəşən tezliklərin, kütlə və yük kimi xüsusiyyətlərə sahib hissəciklər kimi davrana biləcəyini deyir. 1980-ci illərdə fiziklər, sim nəzəriyyəsinin təbiətdəki başlıca dörd qüvvə (cazibə, elektromaqnetizm, güclü qarşılıqlı təsir [qüvvətli nüvə enerjisi] və zəif qarşılıqlı təsir [zəif nüvə enerjisi]) ilə maddənin bütün növlərini bir kvant mexaniki modelində (uzun müddətdir gözlənilən "birləşmiş sahə nəzəriyyəsi") birləşdirmə potensialına sahib olduğunu fərqinə vardılar. Sim nəzəriyyəsi sürətlə inkişaf edən və üzərində çox çalışılan bir sahə olmaqdan əlavə, hələ təcrübə etmək kimi müşahidəsi mümkün olmamış, riyazi bir modeldir. Nəzəriyyədəki əsas fikir, həqiqətin əsas komponentlərinin rezonans tezliklərində titrəşən və plank uzunluğunda olan (10-35 mm təxmini) simlər olduğudur. Sim nəzəriyyəsi 6 yeni ölçü daha tövsiyə edir, lakin bu ölçüləri standart mənadakı məkan və zaman ölçüləri deyil, bunlara bağlı alt ölçülər. kimi anlayışlar (bildiyimiz 3 kosmos və 1 zaman ölçüsü üzərində dairəvi olaraq bükülmüş əlavə ölçülər.) Nümunə olaraq bu ölçülərdən biri 5 ölçü olan paralel kainat və ya zamanda qırılma baş verən ölçüdür. Bilindiyi kimi hər hansı bir atomdakı hər hansı bir elektron belə lay dəyişdirsə yeni bir paralel kainat meydana gələ bilər. Yenə nümunə olaraq çox incə bir tel düşünək 2 mm qalınlığında, bu tel uzaqdan baxanda bizim üçün tək ölçülü bir doğrudur, digər ölçüləri bizim üçün yox kimidir.
Aysberq nəzəriyyəsi
Aysberq nəzəriyyəsi (ing. Iceberg theory) — Amerika yazıçısı Ernest Heminquey tərəfindən irəli sürülmüş nəzəriyyə. Heminquey gənc bir jurnalist olaraq qəzetlərdəki hesabatlarını çox az kontekst və ya şərh ilə dərhal baş verən hadisələrə yönəltməli idi. O, qısa hekayələr yazmağa başladıqdan sonra da əsas mövzuları açıq şəkildə müzakirə etmədən səth elementlərinə diqqət yetirərək, bu minimalist üslubu saxladı. Heminquey inanırdı ki, hekayənin daha dərin mənası zahirdə aydın görünməməli, üstüörtülü şəkildə parlamalıdır. == Arxa fon == Bir çox digər yazıçılar kimi Heminquey də daha əvvəl jurnalist kimi çalışıb. Orta məktəbi bitirdikdən sonra o, The Kansas City Star qəzetində müxbir kimi işə başlamışdır. O öz yazılarında hadisələri arxa planı istisna etməklə təsvir edirdi. Heminquey 1920-ci illərin əvvəllərində Parisdə yaşayarkən “Toronto Star” qəzetinin xarici müxbiri kimi ondan çox məqalədə Türkiyə–Yunanıstan müharibəsini işıqlandırıb. Onun bioqrafiyasını yazmış Ceffri Meyersin izah etdiyi kimi, "o, diqqətin konsentrasiyasına və intensivliyinə nail olmaq üçün yalnız ani hadisələrdən obyektiv şəkildə məlumat verirdi – səhnədən daha çox diqqət mərkəzi".
Marksizm nəzəriyyəsi
Marksizm — sinif münasibətləri və sosial konflikti anlamaq üçün tarixi inkişafın materialist interpretasiyasını istifadə edən sosioiqtisadi analiz metodudur, həmçinin sosial transformasiyanı təhlil etmək üçün dialektik perspektivdir. 19-cu əsr Alman filosofları Karl Marks və Fridrix Engelsin əsərlərindən başlanğıcını götürür. Marksizm zaman keçdikcə müxtəlif qollara və düşüncə məktəblərinə çevrildiyinə görə hazırda qəti bir marksist nəzəriyyə yoxdur. Bəzi marksist düşüncə məktəbləri klassik marksizmin digər aspektlərini rədd edərkən və ya dəyişdirərkən müəyyən cəhətlərinə daha çox diqqət yetirir. Bəzi məktəblər ziddiyyətli nəticələrə gətirib çıxardan marksist anlayışları və qeyri-marksist anlayışları birləşdirməyə çalışdılar. Tarixi və dialektik materializmin bütün marksist düşüncə məktəblərinin təməl konsepsiyaları kimi tanınmasına doğru bir hərəkətin olduğu iddia edilmişdir. Bu fikir tarixin yalnız istehsal üsulu ilə deyil, həm də şüur və iradə ilə müəyyənləşdiyini iddia edən Ernesto Laklau və Şantal Muf kimi bəzi postmarksistlər tərəfindən rədd edilir. Marksizm antropologiya, arxeologiya, sənət nəzəriyyəsi, kriminologiya, mədəniyyətşünaslıq, iqtisadiyyat, təhsil, etika, kino nəzəriyyəsi, coğrafiya, tarixşünaslıq, ədəbiyyatşünaslıq, media tədqiqatları, fəlsəfə, siyasi elm, elm, psixologiya, elm araşdırmaları, sosiologiya, şəhərsalma və teatr da daxil olmaqla bir çox sahəyə nüfuz edərək qlobal akademiyalara böyük təsir göstərmişdir. == İcmal == Marksizm insanın maddi ehtiyaclarını ödəmək üçün tələb olunan maddi şərtləri və iqtisadi fəaliyyətləri təhlil edərək hər hansı bir cəmiyyət daxilindəki sosial fenomeni izah etməyə çalışır. Marksizm görə, iqtisadi təşkilat forması və ya istehsal üsulunu daha geniş ictimai münasibətlər, siyasi qurumlar, hüquq sistemləri, mədəni sistemlər, estetik və ideologiyalar daxil olmaqla bütün digər sosial fenomonlərə təsir göstərir.
Böhran nəzəriyyəsi
Böhran nəzəriyyəsi — Marksist siyasi-iqtisadına aid anlayış. Kapitalizmin böhranının həm subyektiv, həm də obyektiv səbəbləri var. Kapitalizmin böhranının subyektiv səbəbləri ilk növbədə işçilərin mübarizəsi, tətillər, nümayişlər nəticəsində yaranır. Kapitalizmin böhranının subyektiv səbəbləri, kapitalizmin böhranının obyektiv səbəbləri ilə qarşılıqlı dialektik əlaqəlidirlər.
Dou nəzəriyyəsi
Dou nəzəriyyəsi (ing. Dow theory) — səhm qiymətlərinin zamanla davranışını təsvir edən nəzəriyyə. Nəzəriyyə amerikalı jurnalist, "Wall Street Journal"-ın ilk redaktoru və Dow Jones and Co-nun (Charles H. Dow, 1851–1902) yaradıcılarından biri Çarlz H. Dounun (1851–1902) bir sıra nəşrlərinə əsaslanır. Dowun ölümündən sonra nəzəriyyə Vilyam P. Hamilton (William P. Hamilton), Robert Ri (Robert Rhea) və Corc Şefer (George Schaefer) tərəfindən hazırlanmış və "Dou nəzəriyyəsi" adlandırılmışdır. Dou özü bu termindən istifadə etməyib. Dou nəzəriyyəsi texniki analizin əsasını təşkil edir. == Nəzəriyyənin altı postulatı == === Növləri === Dou trendin tərifi belədir: Yüksəlmə trendində (aşağı tendensiya) hər bir sonrakı zirvə və hər bir eniş əvvəlkindən yüksək (aşağı) olmalıdır. Dou nəzəriyyəsinə görə, tendensiyaların üç növü var: ilkin (və ya uzunmüddətli), ikincil (və ya aralıq) və kiçik (və ya qısamüddətli). === Mərhələləri === Dou nəzəriyyəsi bildirir ki, hər bir ilkin tendensiya üç mərhələdən ibarətdir: yığılma mərhələsi, iştirak mərhələsi və icra mərhələsi. Birinci mərhələdə ən ağıllı investorlar ümumi bazar rəyinə zidd olaraq aktivləri almağa (satmağa) başlayırlar.