TALIŞ

талыш (народность, проживающая в азербайджане, в ленкоранском районе)
TALESİZLİK
TALİBƏ
OBASTAN VİKİ
Dirakari (Talış)
Dirakari (fars. ديراكري‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 315 nəfər yaşayır (76 ailə).
Kaşbil (Talış)
Kaşbil (fars. كش بيل‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 250 nəfər yaşayır (52 ailə).
Koramar (Talış)
Koramar (az-əbcəd. کورامار‎, fars. كبودمهر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 51 nəfər yaşayır (13 ailə).
Kuhistan (Talış)
Kuhistan (fars. كوهستان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 181 nəfər yaşayır (38 ailə).
Lemir (Talış)
Lemir (fars. لمير‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 566 nəfər yaşayır (113 ailə).
Maryan (Talış)
Maryan (fars. مريان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 86 nəfər yaşayır (19 ailə).
Maşınxana (Talış)
Maşınxana (fars. ماشين خانه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 424 nəfər yaşayır (82 ailə).
Talış
Talışlar (tal. Tolışon) — Azərbaycan Respublikasının cənub-şərqində, əsasən Lənkəran, Astara, Lerik, Masallı rayonlarında və Bakı, Sumqayıt şəhərləri (sonradan köçmüşlər), eləcə də İranın şimalında, əsasən Gilan ostanının Astara şəhristanı, Fumən şəhristanı, Şəft şəhristanı, Rudbar şəhristanı və az sayda Ərdəbil ostanının Nəmin şəhristanının Ənbəran bəxşində yaşayan xalq.. Talışların əksəriyyəti özlərini "Tolış" adlandırırlar, lakin, onların müəyyən bir qismi özlərinə "Taleş" deyir. Ana dilləri Hind-Avropa dil ailəsinin İran qrupuna aid edilən talış dilidir. Antropologiya baxımından böyük avropoid irqinin Balkan-Qafqaz irqinin Ön Asiya variantına daxildir. Azərbaycan və İrandan sonra ən çox Rusiyada yaşayırlar. 2009-cu ildə keçirilmiş ümumimilli siyahıalmanın nəticələrinə görə Azərbaycanda talışların sayı 112 min nəfər təşkil edir. Lakin, bəzi tədqiqatçılar və yerli əhali hesab edirlər ki, talış dilinin və etnik mədəniyyətinin daşıyıcılarının sayı bu rəqəmdən müəyyən dərəcədə çoxdur. Azərbaycanın Xəzəryanı cənub şərqində, Lənkəran iqtisadi rayonuna daxil olan bölgələrdə, əsasən Astara, Lənkəran, Masallı, Lerik rayonlarında kompakt şəkildə yaşayırlar. Xəzər sahillərinin həm ovalıq hissəsində, həm də onu qərb tərəfdən əhatə edən dağlıq hissəsində məskunlaşıblar.
Məkəş (Talış)
Məkəş (fars. مكش‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 102 nəfər yaşayır (23 ailə).
Nalbənd (Talış)
Nalbənd (fars. نعلبند‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 458 nəfər yaşayır (102 ailə).
Navan (Talış)
Navan (fars. ناوان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 111 nəfər yaşayır (26 ailə).
Palasi (Talış)
Palasi (fars. پلاسي‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,357 nəfər yaşayır (314 ailə).
Peysara (Talış)
Peysara (fars. پي سر‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 931 nəfər yaşayır (196 ailə).
Poştə (Talış)
Poştə (fars. پشته‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,149 nəfər yaşayır (259 ailə).
Qoruq (Talış)
Qoruq (fars. قروق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 1,160 nəfər yaşayır (274 ailə).
Qənbərməhəllə (Talış)
Qənbərməhəllə (fars. قنبرمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 867 nəfər yaşayır (196 ailə).
Saragah (Talış)
Saragah (fars. سراگاه‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 847 nəfər yaşayır (193 ailə).
Sığçöl (Talış)
Sığçöl (fars. سيغ چال‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 60 nəfər yaşayır (12 ailə).
Talış (Ağdərə)
Talış — Azərbaycan Respublikasının Ağdərə rayonunun Talış kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Talış kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Suqovuşan ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Talış kəndi XVIII–XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Hansı ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinin adı, toponomik cəhətdən bu məlikliyin adından götürülüb. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsində olan Talış kəndi, sonralar isə Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, ardınca isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiya tərəfindən ilhaq edilib. Bəzi mənbələrdə Talış mahalı və ya Talış məlikliyi adlanır. Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Talış (Hacıqabul)
Talış — Azərbaycan Respublikasının Hacıqabul rayonunun inzibati ərazi vahidində kənd. Talış oyk., sadə. Hacıqabul r-nunun Abdulyan i.ə.v.-də kənd. Kürün sahilində, Muğan düzündədir; İsmayıllı r-nunun Kürdmaşı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir; Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Babaçayın sahilində, dağlıq ərazidədir; Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Zeynal bəy ata-baba yurdundan qovulmuş və 20-ci illərdə burada kommuna yaradılmışdır.
Talış (Karbi)
Talış — İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 21 km qərbdə yerləşir. Kənddə 1828-ci ilə kimi yalnız azərbaycanlılar yaşamışdır. 1828-1829-cu illərdə Türkiyənin Bayazet vilayətindən ermənilər köçürülərək kənddə yerləşdirilmişdir. Kəndin ərazisində XIII-XIV əsrlərlə səsləşən azərbaycanlılara aid qədim qalanın xarabalıqları indi də durur. Toponim qızılbaş tayfasından olan talış etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin 11.11.1970-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Aruç qoyulmuşdur.
Talış (Quba)
Talış — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Yerfi bələdiyyəsinin tərkibindədir. Talış oyk., sadə. Hacıqabul r-nunun Abdulyan i.ə.v.-də kənd. Kürün sahilində, Muğan düzündədir; İsmayıllı r-nunun Kürdmaşı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir; Quba r-nunun Yerfi i.ə.v.-də kənd. Baba- çayın sahilində, dağlıq ərazidədir; Şəmkir r-nunun Qaracəmirli i.ə.v.-də kənd. Gəncə-Qazax düzənliyindədir. Hazırda; yerli əhali arasında Kommuna adı ilə də tanınır. İnqilabdan əvvəl Zeynal bəyə məxsus kənd olmuşdur.
Talış (Tərtər)
Talış — Azərbaycan Respublikasının Ağdərə rayonunun Talış kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 25 avqust 1992-ci il tarixli, 287 saylı Qərarı ilə Ağdərə rayonunun Talış kənd Soveti Tərtər rayonunun tərkibinə verilmişdir. Kənd 3 oktyabr 2020-ci il tarixində Qarabağda gedən döyüşlər zamanı Suqovuşan ilə bərabər Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmişdir. 5 dekabr 2023-cü ildə kənd Ağdərə rayonunun tərkibinə daxil edilib. Talış kəndi XVIII–XIX əsrlərdə mövcud olmuş Gülüstan məlikliyinin mərkəzi olub. Hansı ki, 1813-cü ildə imzalanmış Gülüstan sülh müqaviləsinin adı, toponomik cəhətdən bu məlikliyin adından götürülüb. Mərkəzi əvvəllər İncəçayın yuxarı hövzəsində olan Talış kəndi, sonralar isə Gülüstan qalası olan məliklik Səfəvilər dövründə Qarabağ bəylərbəyliyinin, ardınca isə Qarabağ xanlığının tərkibində olub. 1813-cü ildə xanlıqla birlikdə Rusiya tərəfindən ilhaq edilib. Bəzi mənbələrdə Talış mahalı və ya Talış məlikliyi adlanır. Talış kəndi əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü.
Talış (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Talış (İsmayıllı) — Azərbaycanın İsmayıllı rayonunda kənd. Talış (Hacıqabul) — Azərbaycanın Hacıqabul rayonunda kənd. Talış (Quba) — Azərbaycanın Quba rayonunda kənd. Talış (Şəmkir) — Azərbaycanın Şəmkir rayonunun inzibati ərazi vahidində kənd. Talış (Tərtər) — Azərbaycanın Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Talış (Karbi) — Qərbi Azərbaycanın Karbi mahalında kənd. Talış şəhristanı — İranın Gilan ostanında şəhristan. Digər Talışlar — əsasən Azərbaycanın cənubunda və İranın Gilan ostanında yaşayan xalq. Talışıstan — Talışların yaşadığı coğrafi əraziyə verilən ad Talış xanlığı — Azərbaycan ərazisində mövcud olmuş xanlıq. Talış əyaləti — Azərbaycan ərazisində mövcud olmuş əyalət.
Tandabin (Talış)
Tandabin (fars. تن دبين‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 141 nəfər yaşayır (28 ailə).
Cövkəndan-i Bozorq (Talış)
Cövkəndan-i Bozorq (fars. جوكندان بزرگ‎) və ya Böyük Cövkəndan — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 801 nəfər yaşayır (186 ailə).
Dahanə Siah Darun (Talış)
Dahanə Siah Darun (fars. دهنه سياه درون‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 385 nəfər yaşayır (80 ailə).
Darvar Məhəllə (Talış)
Darvar Məhəllə (fars. دروارمحله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 425 nəfər yaşayır (91 ailə).
Dizgah Məhəllə (Talış)
Dizgah Məhəllə (fars. ديزگاه محله‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 517 nəfər yaşayır (115 ailə).
Dul Beyn (Talış)
Dul Beyn (fars. دولبين‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 378 nəfər yaşayır (94 ailə).
Fuad-Xan Talışinski
Fuad-Xan Talışinski Məmmədhəsən oğlu (1 yanvar 1896, Tiflis – 1943) — hərbi xadim, polkovnik, Azərbaycan Demokratik Respublikasında və Qırmızı Orduda müxtəlif hərbi vəzifələrdə çalışmış, repressiya qurbanı olmuşdur. Talışxanovlar nəslinin nümayəndəsi. Fuad-Xan Talışinski 1896-cı il yanvar ayının 1-də Tiflis şəhərində Talış xanları nəslindən olan polkovnik Məmmədhəsən bəy Talışxanovun ailəsində anadan olmuşdur. Talış xanı Mir Mustafa xanın nəticəsidir. Atası Məmmədhəsən bəy Talışxanov cəbhədə həlak olduqdan sonra əmisi Mirkazım bəy Talışxanovun qəyyumluğuna keçmişdir. Tiflis Kadet Korpusunu fərqlənmə diplomu ilə bitirmişdir. Çar Rusiyası ordusunda rotministr rütbəsinə qədər yüksəlmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda (1918-1919) əvvəlcə 1-ci piyada Cavanşir alayının batalyon komandiri olmuşdur. Sonra isə 1-ci piyada diviziyasının komandanı general-mayor Cavad bəy Şıxlinskinin adyutantı kimi xidmət etmişdir. Sovet dövründə (1920-1930) Qızıl Orduda müxtəlif hərbi vəzifələrində çalışmışdır: 01 iyun 1920 - Birinci Azərbaycan Fəhlə və Kəndli Atıcı alayının əks-kəşfiyyat qrupunun rəhbəri.
Hacı Mir Abbas bəy Talışinski
Hacı Mir Abbas bəy Talışinski — Çar ordusunun hərbiçisi. Mir Mustafa xanın beşinci oğlu Hacı Mir Abbas bəydir. Atasının əmlak bölgüsündə ona Astara mahalı düşmüşdü. Hətta Mirzə Əhmad bu haqda “Əxbərnamə”də də yazır: “Mir Mustafa Xan öz ogulları arasında Mir Abbası çox istəyirdi və əmlak bölgüsündə Astara mahalını və özünün bir neçə nökərini Mir Abbasa bagışlamışdı, üstəlik məni də Mir Abbasa mirzə verdi.” Hacı Mir Abbas bəyə 1829-cu ildə mayor rütbəsi verilir. 1831-ci ildə Rusiyaya qarşı iddialarına görə həbs olunur. Helə həmən ilin axırlarında da həbsdən azad olunur. 1860-cı ildə Astaradan Peterburqa köcür. Astaranın idarə olunmasını öz oğlu Mir Tagıya tapşırır. 1860-cı illərdə Peterburqda yaşaması haqqında arxivdə belə bir məlumat var: “Mir Abbas bəy Qraf Orlov Davıdovun 1 hissəli 2-ci kvartalının 3 nömrəli evində yaşamışdır”. Peterburqa getmeyinin məqsədi o idi ki, vəfat etmiş bacısının qəbrini ziyaret etsin və bacısının saxladığı vəsiyyətnamələri Talışa gətirsin.
Hacı Mirhaşım Talışlı
Mirhaşım Mirmurtuza oğlu Talışlı (Hacı Mirhaşım; 21 mart 1926, Lənkəran, Lənkəran qəzası – 6 aprel 2018) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri namizədi, şair, ədəbiyyatşünas, tədqiqatçı-alim,Lənkəran Dövlət Universitetinin dosenti, əməkdar müəllim, prezident təqaüdçüsü. Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində, Lənkəran Dövlət Universtetində müəllim işləyib. 6 aprel 2018-ci ildə Bakıda vəfat edib. Lənkəranda dəfn olunub.
Həsən Dəyirmanı (Talış)
Həsən Dəyirmanı (fars. حسن دايرمان‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 124 nəfər yaşayır (31 ailə).
Kazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Kuhistan-e Haviq (Talış)
Kuhistan-e Haviq (fars. كوهستان حويق‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 275 nəfər yaşayır (60 ailə).
Köhnə Həyət (Talış)
Köhnə Həyət (fars. كهنه حياط‎) — İranın Gilan ostanının Talış şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 115 nəfər yaşayır (22 ailə).
Mir Həsən xan Talışlı
Mir Həsən xan Mir Mustafa xan oğlu Talışlı (1784, Lənkəran – 12 iyul 1832, Tehran) — Talış xanlığının (1812–1826) xanı. Bu tarixi şəxsiyyətə İran və Rus tarixçiləri müxtəlif damğalar vurublar. Çünkü Mir Həsən Xanın adı Iran və Rus müstəmləkələrində Azadlıq simvoluna çevrilmişdi. Sözsüz ki, imperiya ideoloqları Mir Həsən Xanın uğurlu hərbi yürüşləri, xüsusi ile onun süvari dəstələrinin zəfərləri haqqında müsbət fikir deməzdiler. Yadelli işğalçılara qarşı vuruşmalarda ad-san qazanan Mir Həsən Xanın sərkərdə məharəti haqqında rus tarixçisi, akademik B. A. Dorn yazır: "1832-ci ildə son Talış xanlarından Mir Mustafa xanın oğullarından biri olan Mir Həsən xan öldü. Ruslara qarşı vuruşmalarda ləqəb kimi o "Döyüşçülərin ən öncülü" adını qazanmışdı." İranlılar isə döyüş vaxtı öz xanlarına deyirdilər: "Sərkərdə, Mir Həsən xan kimi olar". Mir Həsən xanın döyüşlərini öz gözləri ilə görən, həm də onun mirzəsi olan 19-cu əsr tarixçisi Mirzə Əhməd Mirzə Xudaverdi oğlu özunün "Əxbarnamə" əsərində yazır: "Şir ovlayan Mir Həsən Xan kimi dünyada hələ belə bir oğul doğulmayıb, bundan sonra da doğulmayacaqdır." Mir Həsən Xan atasının vəfatından sonra, 1814-cü ilin avqust ayında Rusiya tərəfindən Talışa Xan təyin olunur. 1821-ci ildə Çar Aleksandr tərəfindən ona polkovnik hərbi rütbəsi verilir. Bu haqda o dövrün tarixçilərindən olan Seyidəli Kazım bəy oğlu öz "Cəvahirnameyi-Lənkəran" əsərində yazır: "Mir Mustafa xanın ölümündən sonra əlahəzrət Rus imperatorluğunun rəhbərləri Talış hökumətinin idarəçiliyini Mir Həsən xana həvalə etdilər. Ona polkovnik rütbəsi verdilər…..
Mir Mustafa xan Talışlı
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.
Mir Mustafa xan Talışxanov

Mir İbrahim bəy Talışinski
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor. Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Mir İbrahim xan Talışxanov

Mirzə Məhəmməd Talış
Mirzə Məhəmməd Mihrani (fars. میرزا محمد مهرانی‎‎) Mirzə Məhəmməd Talış (fars. میرزا محمد تالش‎‎) kimi tanınan talış əsilli tanınmış hərbi komandir. O, Mehranilər nəslindən idi və onun əcdadları Astaranın irsi hakimləri olmuşdular. Mirzə Məhəmməd Astaranın bəylərbəyi, daha sonra isə Səfəvilərin Yəzd bəylərbəyi olmuşdur. O,Ərdəbilin Ağqoyunlu bəylərbəyi olan Sultanəli bəy Çakurlunun bacısı ilə evlənmişdi. Mirzə Məhəmməd 1500-cü ilə aid mənbələrdə görünür. O, öz qulluqçusu Həmzə bəyi Talışda iqamətgahı zamanı I İsmayıla (1501-1524) sui-qəsd cəhdinə görə danladı, lakin tezliklə öz dəstəyini zəiflətdi. O, İsmayıla xəyanət etmək niyyətində idi, lakin İsmayılın başqa bir davamçısı onu fikrindən daşındırdı. O, Şah İsmayılın çox fəal təbliğatçısı olmuş və çoxsaylı ekspedisiyalarında iştirak etmişdir.

Значение слова в других словарях