TALIŞXAN

Talış xan; talışların xanı, başçısı, hökmdarı.
TALIŞ
TALİB
OBASTAN VİKİ
Kazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. == Həyatı == Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Mir Mustafa xan Talışxanov
Mir Mustafa xan Talışlı (1747, Lənkəran – 7 avqust 1814 və ya 1814, Lənkəran) — Talış xanı (1786-1814). Mir Mustafa xan Talış xanı Qara xanın oğlu idi və onun vəfatından sonra Lənkəran diyarının xanı olmuşdur. O 1747–ci ildə Lənkəranda anadan olmuşdur. Onun hakimiyyəti dövründə Talış xanlığı xeyli genişlənmiş və möhkəmlənmişdir. Mir Mustafa xan xarici siyasətdə Rusiyaya meylli idi. Bir neçə dəfə Sankt-Peterburqa səfir göndərmişdi. İran şahlığı Lənkəranı özünə tabe etmək üçün bir neçə dəfə hücum etmiş, lakin hər dəfə məğlubiyyətə düçar olmuşdu. Dövrün bir çox tarixçiləri, salnaməçiləri, səyyahları Mir Mustafa xanın Talış xanlığını idarə etməsindən bəhs edərkən onu uzaqgörən diplomat, mahir sərkərdə və siyasətçi kimi xaraktərizə etmişlər. Onun hakimiyyəti dövründə Lənkərana 3 dəfə (Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacar) hücum etmişlər. Onun Rusiayaya göndərdiyi səfir Əsadulla bəy Talışlı 1796-cı il mart ayının 12-də II Yekaterinanın qəbulunda olmuş və dostluq məktubunu ona çatdırmışdır.
Mir İbrahim xan Talışxanov
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor. Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Miribrahim bəy Talışxanov
Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu Talışinski (11 iyul 1828, Lənkəran – 29 aprel 1894, Lənkəran, Lənkəran qəzası) — Azərbaycan hərbçisi, general-mayor. Azərbaycan tarixinin görkəmli hərbi xadimlərindən biri də general-mayor Mir İbrahim bəy Talışinskidir. O, mədəniyyət və ictimai fikir tariximizdə daha çox xeyriyyəçi, dilçi, hərbçi və bacarıqlı təsərrüfatçı kimi tanınmışdır. 1828-ci ilin iyul ayının 11-də Lənkəran şəhərində anadan olan Mir İbrahim bəy Mir İsmayıl bəy oğlu, Talış xanı general-leytenant Mir Mustafa xanın nəvəsidir. Onun hərbi çini general-mayor olduğundan xalq arasında "Yaranal xan" və ya "Yaranal Miri bəy" adı ilə tanınmışdır. Mir İbrahim bəy 1845-ci ildə Unter zabit rütbəsində xidmətə başlamışdır. Ona 1847-ci ilin fevralında Podpraporşik, mart ayında Portupey-praporşik, dekabr ayında isə praporşik rütbəsi verilmişdir. 1850-ci ildə Abşeron piyada polkuna göndərilmiş, ordakı nümunəvi xidmətə görə 1851-ci ildə podporuçik rütbəsinə yüksəlmişdir. 1849–1858-ci illərdə Turçidağ, Kutiş, Kumukda hərbi səfərlərdə, Kaytağ və Tabasaran üsyanına qarşı hərbi döyüşlərdə iştirak etmişdir. Hərbi səfərlərdə və döyüşlərdə göstərdiyi xidmətlərə və qəhrəmanlığa görə 4-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdur.
Mirkazım bəy Talışxanov
Mirkazım bəy Talışxanov (17 (29) iyul 1855, Bakı – 1938, Bakı) — Rusiya İmperator Ordusunda general-mayor. Mirkazım bəy Talışxanovun atası Mirəlixan da hərbçi olmuşdur. O, orduda iyirmi ilə qədər xidmət etdikdən sonra ştabs-kapitan rütbəsində istefaya çıxmışdır. Atanın hərbi sənətini davam etdirən Mirkazım bəy iyirmi bir yaşında ikinci dərəcəli Konstantin yunkerlər məktəbini bitirib. Bundan əvvəl o, Bakıdakı realnı məktəbinin tam kursunda oxumuşdur. Cəmi birillik xidmətdən sonra ona unter-zabit rütbəsi verilir. 1877-ci ildə Rusiya Türkiyəyə müharibə elan etdi. Balkanlar kimi Qafqaz da hərbi əməliyyat meydanı oldu. On altıncı qrenadyor Minqrel alayının praporşiki Mirkazım bəy də döyüşən ordu sıralarında cəbhəyə getdi. Aleksandropol hərbi əməliyyat rayonunda fəal iştirak edən Mirkazımbəy Talışxanov tünd bürünc medalla təltif olundu.
Məmmədhəsən bəy Talışxanov
Məmmədhəsən bəy Mirəlixan oğlu Talışxanov — Rusiya İmperator Ordusunda general. Mirkazım bəy Talışxanov qardaşı. 1861-ci ilin yanvarın 7-də Lənkəranda hərbçi ailəsində anadan olmuşdur. Atası Əli bəy Azərbaycanın ilk general-leytenantı, Talış Xanı Mir Mustafa Xanın nəvəsidir. İlk təhsilini Lənkəran üçsinifli gimnaziyasında alan Məmmədhəsən bəy sonradan ailəsi ilə birlikdə Bakıya köçmüş, təhsilini Bakıda davam etdirərək realnı məktəbin tam kursunu əla qiymətlərlə bitirmişdir. 1882-ci ilin yanvarın 20-də Teymurxan-Şura realnpı məktəbinə daxil olur, o, məktəbdə oxuya-oxuya, həm də 81-ci piyada Abşeron polkunda da xidmət edirdi. 1882-ci il sentyabrın 2-də 15-ci Minqrel Qrenadyor polkuna köçürülür. 1883-cü ilin avqustun 25-də Unter-ofiser rütbəsinə yüksəlir. 1883-cü ilin sonlarında Tiflisdə yerləşən Piyada Yunkerler məktəbinə daxil olur, 1885-ci ildə oranı əla qiymətlərlə qutaran Məmmədhəsən bəy elə həmin il Pyatiqorsk polkuna podpraporşik təyin olunur. 1900-cı ildə 16-cı Minqrel Qranadyor polkuna komandan təyin olunur.
Talışxanovlar
Talışinskilər — Azərbaycan xalqının zadəgan soylarından biri. Səfəvilər sülaləsinin kiçik qollarından birinə mənsubdurlar. Bu nəsil əsil-nəcabəti olan üç ziyalı ailə ilə yaxın qohum olub: yadigarovlar, vəkilovlar və vəzirovlar. Hər üç nəsil də xalqımızın maarif, mədəniyyət və hərb tarixinə görkəmli oğullar bəxş edib. Qaraxan Talış xanlığının əsasını qoyub. Xanlığın siyasi və iqtisadi qüdrətini möhkəmlədən Qaraxan İran təhlükəsindən qorunmaq üçün nizami qoşun təşkil edir. Müstəqil Talış xanlığı yaradır. 1786-cı ildə Qaraxan vəfat etdikdən sonra yerinə oğlu Mir Mustafa xan keçir. Bəzi tədqiqatçılar bu nəsildən dörd və daha artıq general olduğunu deyirlər. Tədqiqatçı Gülməmməd Məmmədov "Leninçi" qəzetində (2.VIII.1988) çıxış edərək, Talışxanovların dörd generalının adını çəkir.
Xəlil bəy Talışxanov
Talışxanov Xəlil bəy Mirəli xan oğlu (1859-1920) — general-mayor. General-mayor Xəlil bəy Talışxanov (bəzi sənədlərdə Talışinski) barəsində məlumat olduqca azdır. Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə general-mayor rütbəsinədək yüksəlib. 1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1-ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilib. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq məqsədilə dərhal Bakıya yollanması vətənpərvərliyi və igidliyindən xəbər verir. 1918-ci il fevralın 24-də Bakıda 1-ci müsəlman atıcı alayının təşkil edilməsi üçün bura gəlmiş general-mayor Xəlil bəy Talışinski və qərargah zabitləri vağzalda bolşeviklər tərəfindən həbs edildilər. Bu müsəlman əhalisində о dərəcədə böyük narazılığa səbəb oldu ki, bolşeviklər onları azad etdilər. X.Talışinski və onun zabitləri Müsəlman Xeyriyyə Cəmiyyətinin "İsmailiyyə" binasında fəaliyyətə başladılar. "Səadət" məktəbinin zirzəmisində patron sexi yaratmışdır. Onun yaratmaqda olduğu alayın hissələri Bakıda mart qırğınları zamanı bolşevik-erməni qüvvələrinə qarşı inadlı müqavimət göstərmiş və müqavimət sayəsində dinc əhalinin bir qisminin Abşeron kəndlərinə çəkilməsini təmin etmək mümkün olmuşdur.
Əsəd bəy Talışxanov
Əsəd bəy Ağaəli bəy oğlu Talışxanov (16 noyabr 1857, Buynaksk, Dağıstan MSSR – 1919) — Rusiya İmperator Ordusunda general-mayor. Mirkazım bəyin əmisi oğlu Əsədbəy Talışxanov ondan cəmi iki yaş kiçik idi. Əsəd bəy Ağaəlibəyin Lənkəranda açdığı müsəlman məktəbində ilk ibtidai təhsil aldıqdan sonra, o vaxtın ən yaxşı tədris ocaqlarından biri olan Bakı ədadiyyə məktəbində oxumağa başladı… S.Peterburqdakı Mixaylovsk artilleriya məktəbini bitirəndə Əsədbəyin artıq iyirmi yaşı vardı. Nizami ordu üçün püxtələşmiş yetkin bir zabit idi. 1878-ci ildə Qafqaz Əlahiddə Ordusuna göndərilən Əsədbəy praporşik rütbəsində əlli ikinci briqadada xidmətə başladı. Xidmətinin üçüncü ilində əlaçı zabit olduğuna görə, Əsədbəy Talışxanovu batareya komandiri təyin etdilər. Hərbin çətin yolları, müharibələrin əzab-əziyyəti onu nəinki bezdirdi, hətta ürəkdən sevdiyi hərb sənətinə daha da möhkəm bağladı. Çar ordusu ötən əsrin otuzuncu illərindən başlayaraq Orta Asiyada istilaçılıq siyasəti aparmağa başladı. Qafqazda Krım müharibəsi (1853–56) sona yetən kimi Şərqə tərəf yürüş başlandı. Ən böyük Kokand və Buxara xanlıqları işğal olundu.