TAMARZI

is. [ ər. təmə və fars. arzu] Yeməli, içməli bir şeyin arzusunda, həsrətində olma.
Kəndlinin uşağı isti xörəyə tamarzı idi. Ə.Vəliyev.

// Ümumiyyətlə, bir şeyin həsrətində olma.
Dünyada bir neməti yoxdur ki, mən ona özümü tamarzı hesab edəm. C.Məmmədquluzadə.
Hamı onunçun tamarzı idi, [Cabbarlını] bir dəfə görməkçün hamı həsrət çəkirdi. S.Rəhman.

// Belə bir arzuda, həsrətdə olan adam haqqında.
Zurna-qaval səsi düşür dağlara; Buna həsrət çəkir çox tamarzılar. M.Müşfiq.

Синонимы

  • TAMARZI ləlöyün

Этимология

  • TAMARZI Tam (təam) və arzu kəlmələrinin birləşməsindən əmələ gəlib, “təam arzu­lamaq”, “dadını bilmək arzusu” deməkdir
TAMAMLIQ
TAMARZILIQ

Значение слова в других словарях