TAME

tame1

adj 1. əhliləşdirilmiş (heyvan haq.); ~ bear əl ayısı; 2. məc. müti (adam haq.); 3. məc. maraqsız; cansıxıcı

tame2

v 1. əhliləşdirmək; 2. itaətdə saxlamaq, sakitləşdirmək, 3. yumşaltmaq, yüngülləşdirmək; 4. maraqsız etmək

TAMABLE
TAMELESS
OBASTAN VİKİ
Tame Impala
Tame Impala — avstraliyalı musiqiçi Kevin Parkerin psixodelik musiqi layihəsi. Parker mahnılarını özü yazır, bəstələyir və prodüserliyi tək başına edir. Konsert zamanı ona Dominic Simper, Jay Watson, Cam Avery və Julien Barbagallo dəstək olur.
Keriman Xalis Ece Tamer
Keriman Xalis Ece Tamer (türk. Keriman Halis Ece Tamer; 16 fevral 1913-cü il, İstanbul, Osmanlı İmperiyası-28 yanvar 2012-ci il, İstanbul, Türkiyə) — Türkiyənin ilk "Dünya Gözəli". == Həyatı == Keriman Xalis Ece Tamer 3 iyul 1932-ci ildə Türkiyədə keçirilən gözəllik yarışmasında "Türkiyə Gözəli", 31 iyul 1932-ci ildə keçirilən və 28 ölkənin qatıldığı yarışmada da isə "Dünya Gözəllik Kraliçası" seçilmişdi. Keriman Xalis Ece dövrünün məşhur tacirlərindən olan Tofiq Xalis bəy və Fərhundə xanımın altı uşağından biridir. Yarışmalara da məhz atası tərəfindən qeyd edilmişdir. Təhsilini Feyziyati (sonraki adı ilə Boğaziçi) liseyində almışdır. Keriman Xalisin əmisi, məşhur operetta bəstəkarlarından olan Muhlis Səbahəddin Əzgidir. Bibisi isə məşhur qadın bəstəkar Neveser Kökdeşdir. "Qalatasaray İdman Klubu"nun rəhbərlərindən olan Turqan Ece isə qardaşıdır. İlk evliliyi Dr.
Styphelia tameiameiae
Styphelia tameiameiae (lat. Styphelia tameiameiae) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin styphelia cinsinə aid bitki növü.
Tamella Abdullayeva
Tamilla (Tamella) İslam qızı Abdullayeva (10 dekabr 1943, Tovuz) — Azərbaycan teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti (2007). Tamilla Abdullayeva 10 dekabr 1943-cü ildə Tovuzda anadan olmuşdur. Orta məktəbi Tovuz rayonunda oxumuş, 1961–1965-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil almışdır. Tamilla Abdullayeva səhnə fəaliyyətinə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında başlamış, 1965–1967-ci illərdə bu teatrda aktrisa işləmişdir. 1967-ci ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrı uzun fasilədən sonra bərpa olunan zaman həmin teatrda fəaliyyət göstərməyə başlamışdır. 1988-ci ildə teatrın köçməsi ilə əlaqədar olaraq fəaliyyətinə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında davam edərək 1995-ci ilədək burada işləmiş, 1995–1999-cu illərdə isə "Bəşir" Miniatür Teatrında fəaliyyət göstərmişdir. 1999-cu ildə isə yenidən İrəvan Dövlət Azərbaycan Dram Teatrında işləməyə başlamışdır. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 24 noyabr 1978 "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 16 oktyabr 2007 "Teatr Xadimi" qızıl medalı — 2007 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi.
Tamella Alıyeva
Tamella Alıyeva (d. 1951, Beyləqan şəhəri) — Professor, Türkiyədə Muş Alparslan Universitetinin türk dili və ədəbiyyatı kafedrasının müdiri. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Tamella Alıyeva 1951-ci ildə Beyləqan şəhərində anadan olub. 1998-ci ildə Eskişehir Osmanqazi Universitetində Türk dili və ədəbiyyatı bölümündə işə düzəlir. Tamella xanım həmçinin Azərbaycanda çap olunan “Azərbaycan” və “Savalan” qəzetlərinin, “Yada düşdü” jurnalının Türkiyə təmsilçisidir. 2008-ci ildə Eskişehir valiliyi tərəfindən Türkiyə-Azərbaycan arasında qurduğu mədəni əlaqələrə görə mükafatlandırılıb, nümunəvi fəaliyyətinə görə isə 2011-ci ildə Azərbaycan Böyük Elçiliyi tərəfindən “İlin ən yaxşı müəllimi” seçilibdir. Almaniyada fəaliyyət göstərən N.Gəncəvi adına İnstitutu və Vektor Mərkəzi tərəfindən “Türk Dünyasına Xidmət”, 2014-cü ildə Eskişehir Sənət Dərnəyi tərəfindən “Yunis İmrə Araşdırma”, iki dəfə Azərbaycan Məhsəti Şairləri Dərnəyi tərəfindən “Türk mədəniyyətinə xidmət” mükafatları ilə mükafatlandırılıb.
Tameo İde
Tameo İde (27 noyabr 1908 - ?) — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Tamer Başar
Tamer Başar (19 yanvar, 1946, İstanbul) — Urbana-Şampeyn İllinoys Universitetində Elektrik və Kompüter Mühəndisliyi kafedrasının professoru və Perspektiv tədqiqatlar mərkəzinin endoued professoru vəzifələrini tutan Türk idarəetmə nəzəriyyəçisi. Tamer Başar 1969-cu ildə İstanbulda yerləşən Boğaziçi Universitetində (əvvəllər Robert Kolleci kimi tanınırdı) elektrik mühəndisliyi ixtisası üzrə bakalavr dərəcəsi aldı. Yel Universitetindən Mühəndislik və tətbiqi elm sahəsi üzrə Magistr dərəcəsi, Fəlsəfə ustası və Ph.D. dərəcələrini uyğun olaraq, 1970, 1971, 1972-ci illərdə aldı. O, 1981-ci ildə Urbana-Şampeyn İllinoys Universitetinin Elektrik və Kompüter Mühəndisliyi kafedrasına qoşuldu. O, 2008-2009-cu illərdə Amerika Avtomatik İdarəetmə Şurasının seçilmiş prezidenti idi. Tamer Başar 2006-cı ildə Riçard Bellman idarəetmə irsi mükafatına və 2014-cü ildə İEEE idarəetmə sistemləri mükafatına layiq görülüb. O, 2000-ci ildə Qeyri-müəyyənliklə sistemlərin robast idarə edilməsi üçün dinamik oyunlar nəzəriyyəsi və onun tətbiqlərinin inkişafına görə Elektronika, Rabitə və İnformasiya Sistemləri Mühəndisliyi və Sənaye, İstehsalat və Əməliyyat Sistemləri Mühəndisliyi üzrə Milli Mühəndislik Akademiyasına üzv kimi seçildi. Onun elmi tədqiqat sahələri sırasına optimal, robast və qeyri-xətti idarəetmə, irimiqyaslı sistemlər, dinamik oyunlar, stoxastik idarəetmə, qiymətləndirmə nəzəriyyəsi, stoxastik proseslər, riyazi iqtisadiyyat daxildir. Tamer Başar www.bu.edu Prof. Dr.
Tamer Karadağlı
Tamər Qaradağlı (türk. Tamer Karadağlı; 24 may 1967, Ankara) — türk teatr, kino və serial aktyoru. Tamər Qaradağlı kiçik yaşlarından ailəsi ilə birlikdə ABŞ-yə köçmüşdür. Lisey dövründən kino və teatrlara böyük maraq göstərmişdir. TED Ankara Kollecini və Çankaya Liseyindən sonra Bilkent Universitetinin musiqi və səhnə sənətləri fakültəsini bitirmiş, universitetin teatr dərnəyində Şekspirin "Quru gürültü" tamaşasında həm türkcə, həm də ingiliscə rol oynamışdır. "Ferhunde Hanımlar" serialında rolu ilə məşhurluq qazandı. Qaradağlı Arzu Balkan ilə evli olmuşdur. Sənətçi ingilis dilinin 8 ləhcəsini bilməsi ilə məşhurdur.
Tamerlan Kambolov
Tamerlan Kambolov (13 noyabr 1959) — Rus filoloq-osetinşunas alim və sosiolinqvist, filologiya elmləri doktoru (2002), Kosta Xetaqurov adına Şimali Osetiya Dövlət Universitetinin professoru (2011–2016), UNESCO-nun Şimali Osetiya Dövlət Pedaqoji İnstitutunun multikultural və çoxdilli təhsil kafedrasının müdiri, Rusiya Federasiyası Təhsil və Elm Nazirliyi Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü (2012–2016), UNESCO-nun Rusiya Federasiyası Sədrləri Koordinasiya Komitəsinin üzvü. Şimali Osetiya-Alaniya Respublikasının Əməkdar Təhsil İşçisi. 2017-ci ilin iyulundan Şimali Osetiya-Alaniya Respublikası Başçısının milli və mədəni inkişaf məsələləri üzrə müşaviri. 2019-cu ilin noyabrından "Böyük Qafqaz və Qərbi Asiya makro bölgəsinin davamlı inkişaf perspektivləri və problemləri" Beynəlxalq Elmi Mərkəzinin direktoru. Şimali Osetiya Dövlət Universitetinin Xarici Dillər Fakültəsinin Fransız şöbəsini bitirib (1981), Əlcəzair Xalq Demokratik Respublikası istiqamətində çalışmışdır. 1984-cü ildə ŞODU-nİn Fransız dili kafedrasına müəllim olaraq qəbul edilir və tezliklə Xarici Dillər Fakültəsinin dekan müavini olur. 1987–88-ci illərdə universitetin tədris şöbəsinin müdiri işləmişdir. 1989–92-ci illərdə Sankt-Peterburq Dövlət Universitetində əyani aspiranturada təhsil almışdır. 1992-ci ilin iyununda namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edərək ŞODU-nə qayıdır. 1993–2008-ci illərdə Xarici Dillər fakültəsinin dekanı və (1998-ci ildə təsis edilmiş) Beynəlxalq Münasibətlər Fakültəsinin dekanı olur.
Tamerlan Mahmudov
Tamerlan Qarayev
Tamerlan Yelmar oğlu Qarayev (30 yanvar 1952, Qasımlı, Ağdam rayonu) — diplomat, hüquqşünas, Azərbaycan Ali Soveti sədrinin keçmiş müavini, Azərbaycanın Çindəki, Hindistandakı və İndoneziyadakı keçmiş səfiri. Hazırda Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri. Tamerlan Qarayev 1952-ci il yanvarın 30-da Azərbaycan SSR-də Ağdam rayonunun Qasımlı kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1973–1978-ci illərdə Bakı Prokurorluğunda İstintaq şöbəsində prokuror işləmişdir. 1978–1991-ci illərdə ADU-nun Cinayət hüququ kafedrasında müəllim, baş müəllim, dosent, fakültə dekanının müavini olmuşdur. 1991–1993-cü illərdə Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini, birinci müavini vəzifələrində çalışmış, həm də 1992–1993-cü illərdə Azərbaycan Respublikası Milli Məclisinin üzvü olub. 1993-cü il sentyabrın 3-də Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyev tərəfindən Tamerlan Qarayevə Azərbaycan Respublikasının Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsi verildi. Hüquq elmləri namizədidir. Evlidir, 2 övladı var.
Tamerlan Süleymanov
Tamerlan Səfərov
Tamerlan Tadtayev
Tamerlan Tadtayev (5 iyul 1966, Sxinval, Cənubi Osetiya Muxtar Vilayəti, Gürcüstan SSR, SSRİ) — Osetin əsilli rus yazıçısı, publisist. Cənubi Osetiyanın "Vətən müdafiəçisi" medalı ilə təltif edilmişdir. 5 iyul 1966-cı ildə Tsxinvali şəhərində fəhlə ailəsində anadan olmuşdur. Tsxinvalidə orta məktəbdə oxuyur. 1981-ci ildə ailəsi ilə Düşənbə şəhərinə köçür. 1983-cü ildə sənət məktəbinə daxil olur. 1986-cı ildə yenidən Tsxinvaliyə qayıdır. SSRİ Silahlı Qüvvələri sıralarında xidmət etmişdir. 1989-1992, 2004, 2008-ci illər gürcü-osetin müharibələrinin iştirakçısı olur. Döyüşlərdə bir neçə dəfə yaralanır.
Tamerlan Əliyev
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Əliyev (dəqiqləşdirmə)
Tamerlan Əliyev (endokrinoloq)
Tamerlan Əziz oğlu Əliyev (3 oktyabr 1921, Şahtaxtı, Naxçıvan MSSR – 7 aprel 1997, Bakı) — Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, tibb elmləri doktoru, professor. Tamerlan Əliyev 3 oktyabr 1921-ci ildə Naxçıvanın bölgəsinin Şahtaxtı kəndində anadan olmuşdur. Onun dünyaya gəlməsindən 3 il əvvəl – 1918-ci ildə valideynləri əzəli Azərbaycan torpağı olan İrəvandan məcburi köçkün salınmış, gəlmə ermənilərin törətdikləri vandalizmin qurbanı olmuşdular. T. Əliyevin atası – gələcəyin görkəmli dövlət və elm xadimi Əziz Əliyev 1923-cü ilin may ayında ailəsi ilə birlikdə Naxçıvandan Bakıya köçəndə onun 2 yaşının tamamına az qalırdı. Həmin dövrdə Sankt-Peterburq Tibb Akademiyasının II kurs tələbəsi olan Əziz Əliyev köçkünlük nəticəsində yarımçıq qalmış ali tibb təhsilini Bakıda davam etdirmək məcburiyyətində qalmışdı. Tamerlan Əliyev sonrakı həyatının bütün dövrlərini Bakıda keçirmiş, bu şəhərdə böyüyüb kamilləşmişdir. O, ilk təhsilini Bakıdakı 3 nömrəli ibtidai məktəbdə almış, sonra isə Bakının Oktyabr rayonundakı 176 nömrəli orta ümumtəhsil məktəbini bitirmişdir. Orta təhsilini əla qiymətlərlə başa vuran yeniyetmə o dövrün qaydalarına görə qəbul imtahanlarından azad edilmiş, həkim olmaq arzusunu reallaşdırmaq məqsədilə 1940-cı ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. Stalin təqaüdçüsü olan Tamerlan Əliyev eyni zamanda təhsildə və ictimai işlərdə əldə etdiyi nailiyyətlərə görə o zamanlarda nadir hallarda rast gəlinən yüksək təltifə – Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür. Həkim Əziz Əliyevin oğludur.
Tamerlan Əliyev (əsgər)
Tel-Tamer
Təll-Təmr (bəzi mənbələrdə Tel-Tamer; ərəb. تل تمر‎‎, kürd. Girê Xurma, klass. süry. ܬܠ ܬܡܪ) — Suriyanın Əl-Həsəkə mühafəzəsinin eyniadlı rayonunda qəsəbə, Təll-Təmr nahiyəsinin inzibati mərkəzi. İlkin olaraq, XX əsrdə aysorların yaşadığı qəsəbənin əhalisinin əksəriyyəti hal-hazırda kürdlərdən təşkil olunmuşdur və son vaxtlarda qəsəbəyə ərəblər köçmüşdür, ancaq aysorlar hələ də qəsəbədə əhəmiyyətli bir icmadır. 2004-cü ildə keçirilmiş əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 7.285 nəfərdir. Xabur çayının sahilində, Hələb–Mosul magistrial yolu üzərində, eləcə də Əl-Həsəkə və Türkiyənin Diyarbəkir şəhərlərinin birləşdirən əhəmiyyətli bir yol üzərində yerləşən qəsəbə regionda nəqliyyat baxımından yüksək əhəmiyyət daşıyır. Təll-Təmr Suriyanın şimalındakı Cəzirənin Yuxarı Xabur Vadisində, Xabur çayının şərq sahilində yerləşir. Qəsəbə Rəsulayn şəhərindən 35 kilometr (22 mil) cənub-qərbdə, Əl-Həsəkə şəhərindən isə 40 kilometr (25 mil) şimal-qərbdə yerləşir.
Tamer Osmanağaoğlu
Tamer Osmanağaoğlu (1963, Tutağ, Ağrı ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı. Tamer Osmanağaoğlu 1963-cü ildə Ağrı ilinin Tutağ ilçəsində anadan olub. İstanbul Aydın Universiteti Ədliyyə Peşə Liseyindən məzun olub. İş adamı olaraq çalışır. İzmir, İstanbul və Ərzurum illərində enerji, inşaat və səhiyyə sahələrində işləri olub. MHP İdarə Heyətinin üzvü olub. Hazırda MHP Baş Katibinin müavinidir. 2018 və 2023-cü illərdə MHP namizədi olaraq İzmir ilindən Türkiyə Böyük Millət Məclisinin 27 və 28-ci çağırışlarının deputatı seçilib. 27-ci çağırışda TBMM Plan və Büdcə Komissiyasının üzvü, TBMM Kəşfiyyat Komissiyasının üzvü, 28-ci çağırışda isə TBMM Kəşfiyyat Komissiyasının üzvü vəzifəsində təmsil olunub. İngiliscə bilir.
Tamerlan Soltanbəyli
Şəhid Soltanbəyli Tamerlan
Tamella Məmmədzadə
Tamilla Məmmədzadə (tam adı:Məmmədzadə Tamilla Məmmədağa qızı) — Azərbaycan bəstəkarı Tamilla Məmmədağa qızı Məmmədzadə 1937-ci ildə Bakı şəhərində anadan olub. Səkkiz aylıq olanda atası Sibirə ordan isə İrana sürgün olunur. İranda Məmmədağa ikinci dəfə bir fars qadını ilə ailə qurur. 1997-ci ildə boğularaq öz evində qətlə yetirilir. 1981-ci ildə oğlu Çingiz Zeynalov dostları ilə görüşə gedir və Mərdəkan bağlarının birində qətlə yetirilir. Qatillər izi itirmək üçün Çingizin meyitini həyətdəki ocaqda yandırırlar.Cinayətin üstünün açılması çox çəkmir. Qatillərin üçü də ələ keçir. Qətli törədən nüfuzlu və imkanlı bir şəxsin oğlu imiş. Ona əvvəlcə güllələmə hökmü verilsə də, sonradan bu hökm ləngidilir. Deyilənə görə, Tamilla xanım Moskvaya gedir və o zaman Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi Mixail Andreyeviç Suslovla görüşür.

Значение слова в других словарях