TAPDALATDIRMAQ, TAPDALATMAQ
TAPDIRMAQ, TAPDIRTMAQ
OBASTAN VİKİ
Tapdıq
Tapdıq — kişi adı. Tapdıq Əmiraslanov — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963) Tapdıq Əlibəyli — Azərbaycan şairi, publisist Tapdıq Həsənov — coğrafiya elmləri doktoru, professor. Tapdıq Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı.
Tapdıq Abbas
Abbas Tapdıq Əlikişi oğlu (4 sentyabr 1952, Əlinəzərli, Jdanov rayonu) — Qarabağ müharibəsinin veteranıdır, 1991–1993-cü illərdə 849 saylı özünümüdafiə batalionunda döyüşüb, Prezident tərəfindən "Əməkdar mədəniyyət işçisi" fəxri adı verilib, Pedaqogika üzrə fəlsəfə doktoru, 2008–2018-ci illərdə Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü olub. 1952-ci il 4 sentyabrda Beyləqan rayonunun Əlinəzərli kəndində kolxozçu ailəsində anadan olub. 1971-ci ildə orta məktəbi, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib. 1975–1983-cü illərdə Beyləqan rayonun orta məktəblərində müəllim, məktəb direktoru və inspektor vəzifələrində işləyib. 1983–1985-ci illərdə Beyləqan rayon təhsil şöbəsində inspektor-metodkabinet müdiri vəzifəsində işləyib. 1985–1991-ci illərdə Partiys Komitə Katibi, şöbə müdiri kimi partiya işində çalışıb. 1991-ci ildə Azərbaycan SSR Dövlət İdarələri İşçiləri Həmkarlar İttifaqı Beyləqan Rayon Komitəsinin sədri seçilib. 1990-cı ildə Azərbaycan Xalq Cəbhəsinin üzvü, AXC Beyləqan rayon şöbəsi İdarə heyətinin üzvü, mətbuat xidmətinin rəhbəri olub. 1991–1993-cü illərdə Xocavənd ərazisində gedən döyüşlərdə könüllü kimi Qarabağ müharibəsində fəal iştirak edib, 1993-cü ilin dekabr ayında erməni quldurlarının Beyləqan ətrafında məğlub edilməsində iştirak edib. 1992–1993-cü illərdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyib.
Tapdıq Ağayev
Tapdıq Həsənov
Tapdıq Həsənov Güləhməd oğlu (1937, Təzəkənd, Qarayazı rayonu) — coğrafiya elmləri doktoru, professor. Azərbaycan Respublikasının əməkdar müəllimi və qabaqcıl təhsil işçisi Tapdıq Həsənov 1937-ci ildə Gürcüstan Respublikasının Qardabani rayonunun Təzəkəndində anadan olmuş, 1961-ci ildə hazırkı Bakı Dövlət Universiteti Geologiya-Coğrafiya fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1962-ci ildə Azərbaycan EA İqtisadiyyat İnstitutunda kiçik elmi işçi vəzifəsinə də çalışmış və həmin institutun göndərişi ilə 1964-1967-ci illərdə Moskvadakı Yanacaq qazıntıları Elmi-tədqiqat İnstitutunun aspiranturasını bitirərək “Zaqafqaziya iqtisadi rayonunda mineral gübrələr sənayesinin inkişafı və yerləşdirilməsi” mövzusunda dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini alır. 1968-1969-cu illərdə Azərbaycan Respublikası Dövlət Plan Komitəsi nəzdindəki Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunda şöbə müdiri vəzifəsində çalışmışdır. Həsənov T.C. 1969-cu ildən Bakı Dövlət Universitetinin iqtisadi və sosial coğrafiya kafedrasına keçərək, orada müəllim, baş müəllim, dosent, 2013-cü ildən isə professor vəzifəsində 1975-ci ildən Azərbaycan Respublikası Coğrafiya cəmiyyətinin həqiqi üzvüdür.2007-ci ildə AMEA-nın akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda fəaliyyət göstərən Dissertasiya Şurasında “Azərbaycan Respublikası təsərrüfatının ərazi təşkilinin təkminləşdirilməsinin iqtisadi-coğrafi istiqamətləri” mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2013-cü ildən professor adını almışdır.O, 140-çox elmi əsərin monoqrafiya, bir sıra dərslik və xəritələrin müəllifidir.Məhz Qarabağ münaqişəsinə ilk reaksiya verənlərdən biri olan T.G. Həsənov öz təşəbbüsü ilə “Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalının ağır sosial-iqtisadi nəticələri” (2002) əsərini yazıb. Azərbaycanın dağ rayonlarının davamlı sosial-iqtisadi inkişafının potensial imkanları və istiqamətləri/ Azərbaycan Coğrafiya Cəmiyyəti, X cild, Bakı 2006 səh. 45-52. Azərbaycan təsərrüfatının ərazi təşkilinin tədqiqat metodları //Bakı Universitetinin xəbərləri. Təbiət elmləri seriyası.
Tapdıq Kamalov
Tapdıq Cəlal oğlu Kamalov — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. 1939-cu il aprelin 20-də Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun texnologiya fakültəsini bitirmişdir. Rus dilini bilir. Subaydır. 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. Bitərəfdir. 2000-ci il noyabrın 5-də 70 saylı Yardımlı-Masallı seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini olmuşdur.
Tapdıq Quluzadə
Tapdıq Qurbanəliyev
Tapdıq Əlibəyli
Tapdıq Abış oğlu Əlibəyli (1 iyul 1961, Bürzünbül, Yardımlı rayonu) — Azərbaycan şairi, publisist, "Konstitusiya" qəzeti, "Heyrət" dərgisinin təsisçi və baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Türk Ağsaqqalları Birliyi (TAİB) İdarə Heyətinin üzvü, "Qızıl qələm" mükafatı laureatı, Prezident təqaüdçüsüdür. Tapdıq Abış oğlu Əlibəyli 1 iyul 1961-ci ildə Yardımlı rayonunun Bürzünbül kəndində anadan olub. Hamarkənd kənd orta məktəbini tərifnamə ilə bitirərək Azərbaycan Dövlət Pedaqoji Universiteti və Bakı Dövlət Universitetində ali təhsil almışdır. 1995-ci ildən Vətəndaş Həmrəyliyi Partiyası üzvü, VHP-nin Nizami rayon təşkilatının Ağsaqqallar Şurasının sədridir. Dövlət mustəqilliyimizin bərpa edilməsinin 20 illiyinə ithaf olunmuş "Azərbaycan" adlı diski (şeirləri səsləndirib: müəllif) kütləvi tirajla işıq üzü görüb. Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin, Azərbaycan Ağsaqqallar Şurasının, Türk Ağsaqqalları Birliyi (TAİB) Təşkilat Komitəsinin, İdarə Heyətinin üzvü, "Heyrət" dərgisi və "Konstitusiya" qəzetinin təsisçisidir. Ədəbi yaradıcılığı "Qızıl qələm" media mükafatı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Fəxri diplom" və "Hərbi vətənpərvərlik — 80" Yubiley medalı, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının, Alimlər Evinin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Təşəkkürnamə" və diplomlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Haqqa dayaq doğulmuşuq (şeirlər). Bakı: Mütərcim, 1997, 60 səh.
Tapdıq Əliyev
Tapdıq Əliyev — alim, Texnika elmləri doktoru (1991), professor (1992), Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının muxbir üzvü (1992), Beynəlxalq Ekolokiya Akademiyasının müxbir üzvü (1993), Alekseyevski adına elmi-tədqiqat su təsərrüfatı institutunun hidrotexnika tikinti şöbəsinin rəisi, Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavini Azərbaycan Politexnik İnstitutunu bitirmişdir (1970). 1970-1973-cü illərdə Azərbaycan Su Problemləri İnstitutunda kiçik elmi işçi olmuşdur. Moskvada Kostyakov adına Ümumittifaq Elmi–Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun aspiranturasında oxumuş (1974-1977), 1978-ci ildə namizədlik dissertasiyası müdafiə etmişdir. 1991-ci ildə “Əlaqəli və əlaqəsiz qruntlarda kanalların hidrodinamiki dayanıqlılığı'” mövzusunda doktorluq dissertasiyası mudafiə etmişdir. 1979--1993-cü illərdə Alekseyevski adına elmi–tədqiqat Su Təsərrüfatı İnstitutunda hidrotexniki tikinti şöbəsinin rəisi işləmişdir. 1993-cü ildən Rusiya Federasiyası Su Layihə İnstitutunun baş direktorunun müavinidir. Eyni zamanda Moskva Kommunal Təsərrufat və Tikinti İnstitutunda şəhər tikintisi kafedrasının professorudur. Rusiya və xarici ölkələrdə 200-dən artıq elmi əsəri çap olunmuşdur. On monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında 20–dən artıq elmlər namizədi və doktoru hazırlanmışdır.
Tapdıq Əmiraslanov
Tapdıq Əmiraslanov (Tapdıq Muxtar oğlu Əmiraslanov; 1918, Zod – 1976, Vardenis rayonu) — Ermənistan SSR-nin Əməkdar müəllimi (11.11.1963); orta məktəb direktoru, Basarkeçər rayonunun partiya rəhbəri, həmin rayonun xalq maarif şöbəsinin müdiri (1960–1976). Tapdıq Əmiraslanov 1918-ci ildə Basarkeçər rayonunun Zod kəndində anadan olmuşdur. 1933–1937-ci illərdə İrəvan Pedaqoji Texnikumunda təhsil almışdır. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix fakültəsini bitirmişdir. T. M. Əmiraslanov 1937–1950-ci illər ərzində gənc nəslin təlim-tərbiyəsi sahəsində çalışmışdır. Qaraqoyunlu yeddiillik məktəbinin direktoru işləmişdir. 1950–1951-ci illərdə Basarkeçər rayon partiya komitəsinin təşkilat şöbə müdiri, 1951–1960-cı illərdə raykomun katibi və 1954-cü ildən rayonun ikinci katibi işləmişdir. 1960-cı ildən ömrünün sonunadək RXMŞ-nin müdiri olmuşdur. T. Əmiraslanov 25 il fasiləsiz rayon partiya komitəsi bürosunun üzvü olmuş, Ermənistan KP qurultaylarına nümayəndə seçilmiş, rayon sovetinin deputatı olmuşdur. Tapdıq Əmiraslanov 1976-cı ildə Ermənistan SSR-nin Basarkeçər rayonunda vəfat etmiş, Zod kəndində dəfn olunmuşdur.
İlyas Tapdıq
İlyas Tapdıq (tam adı: İlyas Oruc oğlu Tapdıqov; 30 noyabr 1934, Gədəbəy rayonu – 25 dekabr 2016, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan SSR Lenin komsomolu mükafatı laureatı (1972). İlyas Tapdıq 1934-cü il noyabrın 30-da Gədəbəy rayonunun Əli İsmayıllı kəndində doğulmuşdur. Gədəbəyin Kiçik Qaramurad kəndində orta məktəbi bitirdikdən sonra APİ-nin dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1952–1956). Ədəbi yaradıcılığa tələbəlik dövründə "Azərbaycan" jurnalında dərc olunan "Bakının gecəsi" şerilə başlamışdır. Uşaqgəncnəşrdə redaktor (1957–1962), Azərnəşrdə redaktor, böyük redaktor (1962–1968), "Gənclik" nəşriyyatında böyük redaktor, redaksiya müdiri, baş redaktor (1968–1976), Azərbaycan Baş Mətbuat Müvəkkilliyində qrup rəhbəri (1976–1978), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində televiziya gənclər baş redaksiyasının baş redaktoru (1978–1983), Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri (1989–1992), Türkiyənin Ankara şəhərində Türk Standartları İnstitutunda və Xarici İşlər Nazirliyi və kalkınma ajansında müəllim, "Azərbaycan" qəzetinin Türkiyə üzrə xüsusi müxbiri (1992–1995) vəzifələrində işləmişdir. 1989-cu ildən Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. "Gənclik" nəşriyyatı redaksiya şurasının üzvü, Azərbaycan komsomolu Şöhrət şurasının üzvü, "Türk əsrində Azərbaycan" jurnalının redaksiya heyətinin üzvü və Azərbaycan təmsilçisi olmuş, bir sıra respublika festival və müsabiqələrində münsiflər heyətinin üzvü olmuşdur. Təşviqat qatarında dəfələrlə rayonlara getmiş, zəhmətkeşlər qarşısında çıxış etmişdir. 60–80-ci illərdə qardaş respublikalarda keçirilən ümumittifaq tədbirlərinə, yubileylərə, uşaq kitabı həftəsinə, müşavirələrə dəvət olunmuşdur. Azərbaycan komsomolunun XXX, XXXI qurultaylarına nümayəndə seçilmişdir.
Şəbnəm Tapdıq
Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti, Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub. Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb. Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub. Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər. Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib. 7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir. Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur. Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir. Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir. Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir.
Tapdıq Osmanov (polkovnik)
Osmanov Tapdıq Qara oğlu
Hacı Tapdıq və Şeyx Yunus ziyarətgahı
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Qışlaq-i Ortadağ-i Tapdıq (Biləsuvar)
Qışlaq-i Ortadağ-i Tapdıq (fars. شلاق اورتاداغ تاپدوق‎) — İranın Ərdəbil ostanının Biləsuvar şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 31 nəfər yaşayır (8 ailə).
Hacı Tapdıq və Şeyx Yunis İmrə məqbərəsi
Hacı Tapdıq və Şeyx Yunus məqbərəsi Qax rayonunun Oncallı kəndində, meşənin içərisində yerləşən qəbiristanda, görkəmli şəxsiyyətlərin məzarları üstündə inşa olunmuşdur. Qəbiristan yerli əhali arasında Oğuz adı ilə tanınır. Bu iki məzar müqəddəs sayılır və ziyarət yeridir. Məzarların ikisi də yerdən bir metr hündürlükdə çay daşından tikilmiş hörgü ilə əhatələnmişdir. Şeyx Yunisin məzarının üstü təxminən 1400-cü ildə Mirzə Çələbi Soltan ibn Məhəmməd ibn Məhəmməd Zaman ibn İmam Əli adlı şəxs tərəfindən, Hacı Tapdığın məzarının üstü isə 1786-cı ildə Şeyx Mirzə Çələbi və Şeyx Salman ibn Saleh adlı şəxs tərəfindən inşa edilmişdir. Tapdıq baba və Şeyx Yunis xanəgahı bir vaxtlar beynəlxalq karvan-ticarət yolu üzərində böyük fəaliyyət göstərmiş siyasi-ideoloji mərkəzlərdən biri olmuşdur.
Azad Tapdıqov
Aşıq Əli Tapdıqoğlu
Aşıq Əli Tapdıqoğlu (Əli Tapdıq oğlu Quliyev; 29 iyun 1988, Şamaxı) — Azərbaycan aşığı == Həyatı == Ustadı Aşıq Xanmusadan 5 il dərs almışdır. 2000–2001-ci illərdə İraqda keçirilən Babilistan beynəlxalq festivallarına qatılmış, həmin festivalda "Azərbaycan" mahnısını ifa etmişdir. 2005-ci ildə "Lider" TV-də respublika aşıqlarının "Ozan" müsabiqəsinə dəvət edilmiş, 6 ay davam edən həmin müsabiqədə sazda çaldığı aşıq havaları və eləcə də ifa etdiyim mahnı və muğamlarla məşhurlaşmışdır. Həmin müsabiqədə Şirvan aşıq məktəbini layiqincə təmsil edərək qalib yerlərdən birini tutmuşdur. 2005-ci ildə Türkiyədə beynəlxalq festivala dəvət almış və qalib kimi Azərbaycana qayıtmışdır. 2009-cu ildə Fransada keçirilən beynəlxalq festivalın təmsilçisinə çevrilərək aşıq sənətini layiqincə təmsil edə bilmişdir. 2011-ci ildə Belarusiyanın Babulski şəhərində keçirilən festivalda da iştirak edib. "Lider" TV-də yayımlanan "Maşın" realiti-şousunun iştirakçılarından biri olmuşdur. == İstinadlar == == Ədəbiyyat == Qələndər Xaçınçaylı, Aşıq Əli: "Azərbaycanda haqq aşığı yoxdur" (Aşıq Əli Tapdıqoğlu ilə müsahibə), "Həftə içi" qəzeti. - 2013.
Nazim Tapdıqoğlu
Nazim Tapdıqoğlu (tam adı:Nazim Tapdıq oğlu Vəlişov; d. 26 yanvar, 1963) — tarixçi, toponimist, “Qızıl Qələm” mükafatı laureatı, Bakı Slavyan Universitetinin “Azərbaycanşünaslıq” tədris-mədəniyyət mərkəzinin elmi işçisi. Nazim Tapdıqoğlu 1963-cü ildə Füzuli şəhərində doğulub. 1970-1980-ci illərdə 1 saylı Füzuli şəhər orta məktəbində oxumuşdur. 1981-1983-cü illərdə Rusiya Federasiyasında hərbi xidmətdə olmuşdur. Azərbaycan Dövlət İncəsənət İnstitutunun Mədəni-Maarif fakultəsini, Bakı Dövlət Universitetinin Tarix fakultəsini müvəffəqiyyətlə bitirmişdir. Politologiya və Sosiologiya elmləri üzrə tam kurs keçmişdir. Nazim Tapdıqoğlu həm də pedaqoji fəaliyyətlə məşğul olur. Dövri mətbuatda 1977-ci ildən etibarən şeir, məqalə, oçerk, və publisistik yazıları ilə çıxış edir. 1993-cü ildən onomastikanın tərkib hissəsi olan toponomika ilə, xüsusilə, ermənilər tərəfindən işğal olunmuş ərazilərimizin toponimlərini, onların mənalarını, mənşəyini, yayılma areallarını öyrənməklə məşğuldur.
Tapdıqlı
Vüqar İsa oğlu Tapdıqlı (10 iyul 1962, Gədəbəy rayonu) — azərbaycanlı yazıçı, jurnalist. Vüqar Tapdıqlı 10 iyul 1962-ci ildə Gədəbəy rayonunda anadan olub. İxtisasca jurnalistdir. 1985–2009-cu illərdə AzTV QSC-də işləyib. 4 hekayələr kitabının müəlifidir. Ailəlidir. 3 övladı var.
Vüqar Tapdıqlı
Vüqar İsa oğlu Tapdıqlı (10 iyul 1962, Gədəbəy rayonu) — azərbaycanlı yazıçı, jurnalist. Vüqar Tapdıqlı 10 iyul 1962-ci ildə Gədəbəy rayonunda anadan olub. İxtisasca jurnalistdir. 1985–2009-cu illərdə AzTV QSC-də işləyib. 4 hekayələr kitabının müəlifidir. Ailəlidir. 3 övladı var.
Şəbnəm Tapdıqova
Şəbnəm Tapdıq (19 yanvar 1962-ci il) — müğənni, beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikasının Əməkdar artisti, Şəbnəm Tapdıqova 1962-ci il yanvarın 19-da Azərbaycan şairi və tərcüməçisi İlyas Tapdıqın ailəsində anadan olub 190 nömrəli məktəbi bitirdikdən sonra Azərbaycan Mədəniyyət və İncəsənət universitetinin tələbəsi olub. Elə o vaxt Dövlət Televiziya və Radio verilişləri komitəsinin mahnı müsabiqəsindən başlayıb. Ş.Tapdıqova həmin müsabiqələrin dəfələrlə qalibi olub. Rəşid Behbudov, Şövkət ələkbərova, Cahangir Cahangirov, Tofiq Quliyev və başqa görkəmli sənət adamları onun çıxışlarını təqdir etmişlər. Televiziyanın “Xatirə”, “Dan Ulduzu” ansambllarının müşayiəti ilə oxuduğu bəstəkar xalq, estrada mahnıları və həmçinin fransız, ərəb mahnılarının ifa edib. 7 il Azərbaycan Konsert Birliyində, 5 il R.Behbutov adına Mahnı teatrında solist kimi işləmişdir. Onun ifası bədii film və tamaşalarda istifadə olunmuşdur. Ş.Tapdıqova Dövlət Televiziya və Radionun geniş proqramlı konsertlərində çıxışlar etmişdir. Şəfiqə Axundovanın “Bəyaz Çiçəklər” ansamblı ilə Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında anşlaq konsertlər vermişdir. Gəncə, Sumqayıt, Mingəçevir, Şəmkir, Tovuz, Gədəbəy, Balakən, Lənkəran, Saatlı şəhərlərində uğurla solo konsertlər vermişdir.

Значение слова в других словарях